71
və gənc kralın regentinə hamilik edən Rişelye 1630 -cu ildən etibarən Birinci nazir postunu əlində cəmləşdirmiş
və 1642-ci ilə qədər bu vəzifəni davam etdirmişdir. Rişelye Fransanın ərazi bütövlüyü uğrunda amansız
mübarizəsi ilə məşhur idi.
Hələ XIV əsrdə Fransanın cənub əyalətlərinə Roma papasının təşkil etdiyi xaç yürüşlərindən sonra
burada öz fəaliyyətini bərpa etmiş və tarixə Hugenot respublikası adı ilə daxil olan dövlət yaranmışdı.
Hugenotların iqamətgahı okean sahilindəki Tulon şəhəri ingilis hərbi mütəxəsislərinin köməyi ilə alınmaz
qalaya çevrilmişdi. Rişelye artıq mövcudluğu yüz ili keçmiş Hugenot respublikası ilə mübarizəyə bütün
Fransanın qüvvələrini cəlb etmiş və özü 13 ilə yaxın bu ərazi uğrunda mübarizə aparmışdı. Rişelye siyasi
“Vəsiyyətnamə”əsərində yazırdı:” Hugenont respublikası dövlət içərisində dövlət olub Fransanın ərazi
bütövlüyünü parçalayır və onun dövlət maraqlarına təhlükə yaradır.”
Dənizdən və qurudan alınmaz olan Tulon şəhərinin 1629 –cu ildə tutulması ona səbəb oldu ki,
gizli Kral
Şurası Rişelyeyə “generalisisimus” hərbi dərəcəsini verdi .
Rişelye Fransada duelin ən məşhur pərəstişkarlarından biri və eyni zamanda onu qanunla qadağan edən
şəxs idi. Rişelye yazırdı ki, fransız zadəganları mütləqiyyətin şah damarıdır. Onlar müharibə meydanlarında qan
tökməlidir. Dueli qadağan etdikdən sonra münasibəti müəyyənləşdirmək üçün yenidən həmin üsula müraciət
edən öz yaxın dostu Butvili Paris meydanında yeddi metr hündürlükdə dar ağacından asdırmışdır.
Rişelyenin Fransanın mədəniyyətində və mətbuatında əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə
”Fransa xəbərləri” adlı Avropada ilk qəzet çap olunub.Rişelyenin diplomatik yüksəlişində onun yaratdığı
ənənələrin ,məktəbin çox böyük rolu olub .Rişelye diplomatik məktəbinin yetirmələri olan Fankan, Jozef Ata
Şarnasse kimi diplomatlar bütün Avropada məşhur idilər.
İspan kralı V Karla məxsus olan diplomatik üslubdan istifadə edən Rişelye xüsusilə İngiltərə ilə
münasibətlərdə kifayət qədər ehtiyatlı və ardıcıl idi. Onun diplomatik fəaliyyəti 30 illik müharibə dövründə
xüsusi əhəmiyyətə malik olmuşdu. Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri əhatə edən 30 illik müharibə 5
dövrə bölünür.
1.1618-1624-cü
illər
2.1624-1628-ci illər
3.1628-1631-ci illər. (İtalyan dövrü)
4.1631-1635-ci ilər.
5.1648-ci ilə qədər.
Rişelyinin diplomatik ustalığı nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa
hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız
IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə
etməyə başlasa da, hərbi əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi,
Fransanın ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu
görürdü və buna görə də həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə
dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi.
Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa
İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış
silahlar İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların
mürəkkəbliyi ilə
xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələr
müəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.
Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi
xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və
İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək
siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu.
Müasir geosiyasətdə “Vestfaliya sistemi
Ⅶ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans
Mandolfa qədər siyasi realizm nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi
başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya müqaviləsi
iki müqavilədən
ibarətdir. 1644-cü ildən 1648-ci ilə qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister
şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı.
Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir, Fransa dini müharibələr dövründə
əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb ərazilərindəki yeni torpaqlara sahiblənir, Şərqi və Qərbi
Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi.
Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki, bununlada Lotaringiyada həmişəlik
möhkəmləndi.
Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca
qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci
il Versal sistemi
dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.