XI Mövzu
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər
Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal
dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdə İngiltərə hələ ancaq adalardan ibarət olub,
3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir.
Son dərəcə böyük əraziyə və əhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək
imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa
və İspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin
müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən
dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii
ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu
proses burjua istehsalını şərtləndirdi.
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz
başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən
qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi
vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz
yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə
siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.
XIV-XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq
XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı.
66
1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir
göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı
nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519- cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru
seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa
ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.
V Karl adını almış bu imperatoru “günəş kral” adlandırırdılar. XIX əsrin ortaları etibarən məlum oldu
ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti
meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərini illik gəliri İspaniyanın
tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin
verdiyi gəlirə bərabər gəlir verirdi.Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və
tacirlərinin böyük rolu olmuşdur.Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan
Habsburqları ilə qadın xəttilə qohum idi.
Cənubi Almaniya bankir evinin başçısı Yakov Fugger 1523-cü ildə V Karla yazmışdır:” İndi hamıya
gün kimi aydındır ki, əgər mənim köməyim olmasaydı Siz Müqəddəs Roma imperiyasının imperatorunun tacını
başınıza qoya bilməzdiniz.” Müqəddəs Roma imperiyasının imperatoru o demək idi ki, İspaniyadan başlamış
Almaniya, İtaliya, Amerika koloniyaları, Niderland, Neopolitankrallığı və Sardiniya onun hakimiyyətində idi.
Ancaq V Karl bununla kifayətlənmir, bütün katolik dünyasını birləşdirmək istəyirdi. Məhz onun
dövründə inkvizisiya məhkəməsi bütün Avropada tüğyan etmişdi. Məhz onun göstərişilə, katoliklərlə
protestantlar arasında başlamış dini müharibələr 20 ildən çox Avropada bütün dövlətlərarası münasibətlərə təsir
göstərmiş, V Karlın yaratdığı intriqalar olduqca çətinliklə aradab qaldırılmışdı. Məhz V Karl bu nəhəng
imperiyanı saxlamaq üçün başlıca diqqəti diplomatik işə və intriqaya vermişdi.
Lakin Roma papasının hesabdan silinməsi V Karl diplomatiyasına ağır zərbə vurdu. Papanın təhriki ilə
həm Almaniyada, həm Fransada katoliklər öz fəaliyyətlərini İspan kralına qarşı çevirmişdilər. Lakin 1555-ci
ildə dini müqavilə imzalanarkən məlum oldu ki, protestantları və katolikləri bir-birinin üzərinə salışdıran məhz
V Karl olmuşdu.
Məlum olduğu kimi, müstəqilliyə can atan alman protestant feodalları 30-cu illərdən etibarən Şimali
kalden ittifaqı adlanan ittifaq yaratmışdılar. V Karl bu ittifaqı dağıtmaq üçün protestant knyazlıqlarının ən
qüvvətlisi saksoniyalı Morislə ittifaqa girmiş və nəticədə Şimal kalden ittifaqının üzvləri darmadağın edilmişdi.
1526-1555-ci illəri əhatə edən və dini müharibə adı altında tarixə düşən mübarizənin gedişində əvvəlcə nəticə V
Karlın xeyrinə idi.Roma papası protestantları lənətlədiyinə baxmayaraq V Karlın güclənməsi müqabilində
protestant alman knyazlarına dəstək verməyə başladı. Şimal Kalden ittifaqının qüvvələri dağıldıqdan sonra
saksonlu Morisə əhəmiyyət verməyən V Karl çox tezliklə səhv etdiyini başa düşdü. Belə ki, V Karldan üz
döndərən Moris yenidən köhnə ittifaqın üzvləri ilə birləşdi.Roma papasının maddi və hərbi yardımı ilə V Karla
qarşı hərbi əməliyyatlara başladı. Beş ildən çox davam etmiş mübarizə 1555-ci il Ausburq dini müqaviləsi ilə
başa çatdı.
Roma papasının protestantların tərəfinfində durması nisbi idi. Papa əslində onları yiretik – dindən
dönmüş hesab edir və onlara qarşı mübarizədən imtina etmirdi. 1572-ci ilin avqustunda Varfolomey gecəsində
iki min nəfərdən çox protestantın qırılması papanın protestantlara qarşı münasibətini göstərirdi.
Diplomatik leksikona “V Karlın sirri” adı ilə daxil olmuş ifadə onu iki qat diplomatiyadan və intriqadan
istifadə etməsi ilə bağlı olmuşdur. Sonralar kardinal Rişelye tərəfindən son dərəcə geniş şəkildə tətbiq olunmuş
bu siyasətin mahiyyəti- V Karl diplomatları seçərkən onlara etimad göstərmir, diplomatın fəaliyyətinə nəzarət
etmək üçün mandatı I-dən daha güclü olan II şəxsi göndərirdi. Əgər I şəxs satqınlıq etsəydi, II – diplomat onu
kənarlaşdıraraq danışıqları özü aparırdı. Əgər əksinə olsaydı, I göndərilən şəxs V Karlın etibarlı şəxslərindən
olardı.
V Karlın diqqət verdiyi məsələlərdən biri də nigah diplomatiyası idi. Bu yolla İspan Habsburqları öz
sülalərini digər sülalələrlə qohum edir və bu qohumluğu siyasi təsir vasitəsinə çevirirdilər. İspan kralının az
yaşlı oğlu Filip bu məqsədlə özündən 16 yaş böyük İngiltərə şahzadəsi Mariya Mediçiyə nişanlamış, lakin
nigah baş tutsa da, fransız səfirinin işə qarışması nəticəsində onun uğursuzluğu təmin olundu. İngiltərə
parlamentinin hazırladığı nigah müqaviləsinə görə, İspaniya İngiltərədən Fransaya qarşı mübarizə üçün istifadə
etməməli, İngiltərənin mənafeyinə zərər gətirməməli, Mariya Mediçi vəfat edərsə, İngiltərə taxt-tacına iddialı
olmamalı idi. Nigah müqaviləsində İngiltərə kralı ifadəsi ingilis kraliçasının əri ifadəsi ilə əvəzlənmişdi. Bu da
son nəticədə II Filippin və onun varisinin İngiltərə taxt-tacına olan iddiasına son qoymuşdu.
Ausburq sülh müqaviləsi imzalandıqdan sonra V Karl hakimiyyətdən əl çəkərək monastıra getmiş, oğlu
II Filipdə xarici və daxili siyasətdəki uğursuzluqdan yaxa qurtara bilməmişdi. Çünki Fransanın beynəlxalq
aləmdə qüvvələr müvazinətini pozması ona qarşı kontinental Avropanın birləşməsi ilə nəticələnmişdi.
İspaniyanın belə ağır vəziyyətə düşməsi ilk növbədə onun həddindən artıq dərəcədə qüvvətlənməsi və
bu zəmində Avropa ölkələrinin koalisiyası ilə qarşılaşması nəticəsində yaranmışdı. V Karlın istifadə etdiyi
üsullara üstünlük verən Rişelye xarici siyasətdə daha ehtiyatlı hərəkət etmiş, Fransaya qarşı düşmən dövlətlərin
koalisiyasının yaranmasına imkan verməmişdi.
67
XIV-XVII əsrlər Fransız mütləqiyyətinin formalaşması dövrü kimi göstərilir. Belə ki, XI Lüdovik və
onun varislərindən sayılan VIII Karl, XII Lüdovik, I Fransisko və II Henrnin hakimiyyəti illərində İspan
Habsburqları tərəfindən sıxışdırılan Fransa yardım əldə etmək üçün alman protestant knyazları və türk sultanları
ilə ittifaqa girməyə çalışırdı. Türk sultanı Süleyman Qanuninin 1526-1529-cu illər Viyana yürüşü bununla
əlaqədar idi. Sultanın vəziri İbrahim paşa Fransa ilə yaradılacaq ittifaqa Türkiyənin Avropada uğurlarının
başlanğıcı kimi baxdığını gizlətmirdi.
Məhz buna əsasən 1535-də Türk sultanı fransız kralı I Frasisklə sonralar “kaputiliyasiya müqaviləsi
adını almış ittifaq və ticarət müqaviləsi” imzaladı. Müqaviləyə görə, Türkiyə boğazlarına gələn Avropa gəmiləri
Fransız bayrağı qaldırmalı idilər. Kapitulyasiya müqaviləsi diplomatik leksikona qeyri-bərabər hüquqlu
müqavilə kimi daxil olmuşdur. Kapitulyasiya iki fəsildən ibarət müqavilənin fəsillərinə verilmiş ad idi.
Fransanın şərq ölkələri ilə ittifaqa böyük ehtiyacı var idi.
Məlum olduğu kimi IV Xaç yürüşündən sonra 1261-ci ilə qədər Konstantinopol Avropa səlibçiləri ilə
mübarizə aparmış və onların qovulmasına nail olmuşdur. Elə bu dövrdə Anadoluda, Kiçik Asiya torpağında
Osmanlı knyazlarının əsası qoyulur və 1299-cu ildə Osmanlı dövləti təşəkkül tapmışdı. Bu dövrdən Türkiyə
Avropa siyasəti meydanına çıxmış, Ərəbistandan, sonra isə 2-ci dəfə Balkanlardan Prineyə qədər əraziləri
nəzarəti altına aldı. Artıq XV əsrin II yarısı və XVI əsrdə Türkiyə Avropa siysətində əsas faktora çevrilmlşdi.
Təsadüfi deyildir ki, Avropa monarxları bu faktorun təsiri ilə Fransaya münasibətdə mövqelərini dəyişmiş,
Fransa da Antitürk koalisiyasına qatılmışdı.
Rüşelyenin hakimiyyətinə qədər Fransa ayrı-ayrı məqəmlara baxmayaraq Avropadakı siyasətdə o qədər
də güclü rola malik deyildi. XVI əsr Avropa diplomatiyasında İngiltərə də özünəməxsus şəkildə rol oynayirdı.
Artıq bu dövr üçün İngiltərədə 2 palatalı parlament monarxiya quruluşu bərqərar olmuşdu. Lakin İngiltərə
mütləqiyyəti heç vaxt İspaniya və Fransadakı kimi qüvvətli olmamış, məhz buna görə İngiltərə parlamenti ilə
Kral arasında daxili və xarici siyasət məsələlərində güclü siyasi antoqonizmə yol verilməmişdi. Kral həmişə
xüsusi xarici siyasət məsələləri ilə bağlı problemlərə nəzarəti parlamentlə bölüşmüşdü.
XVI əsrin II yarısından etibarən İngiltirə ilə İspaniya arasında Avropa hegemonluğu uğrunda mübarizə
kəskin xarakter aldı. İngilis dəniz quldurları İspaniyanın Amerikadan taladığı sərvətlərə şərik çıxırdı.
Ingilis diplomatiyası İspaniyanın Avropa hegomonluğunun köklərini qazırdı. Yaranmış şəraitdə
İspaniyada dəfələrlə İngiltərəyə qarşı xaç yürüşü keçirilməsi ideyası baş qaldırmışdı. İspaniya bu mübarizənin
əvvəlində diplomatik fəaliyyətə üstünlük vermiş və 1558-1603-cü illərdə İngiltərə kraliçası olmuş Yelizaveta
Stüartı fiziki baxımdan məhv etmək üçün konkret plan hazırlamışdı. Məlum olduğu kimi, Yelizaveta Stüartın
atası VII Henrix həm Şotlandiya varisinin qızına, həm də İngiltirə şahzadəsi Anna Bolyuna nigahlı idi və hər
nigahdan bir qızı doğulmuşdu.
Şotlandiyada hakimiyyət uğrunda mübarizənin gedişində Yelizavetanın bacısı Mariya Mediçi
Şotlandiyadan qaçmağa məcbur oldu. Londonda məskunlaşdıqdan sonra çox tezliklə II Yelizavetaya qarşı
müxalifətin mərkəzi fiquruna çevrilmişdi. İspaniya ilə aparılan yazışmaların bir neçəsinin ələ düşməsi
İngiltərədəki hakimiyyət uğrunda mübarizənin konturlarını müəyyənləşdirməyə imkan verdi. Bununla belə, nə
xəfiyyə xidməti, nə də parlamentin müvafiq strukturları Yelizavetanı öz bacısını edam etməyə sövq edə bilmədi.
Yaranmış şəraitdə Mariyanın həqiqətən Yelizavetaya düşmən olmasını sübut etmək üçün parlament bir
sıra diplomatları səfərbər etdi. Bunlardan biri də Uol Sinqem idi. Müxtəlif Avropa dillərində danışan, gözəl
xəttatlıq qabiliyyəti olan diplomatik ustalığa malik Uol Sinqem tezliklə Mariyanın hazırladığı qəsdin üstünü
açdı və Yelizavetanın göstərişi ilə Mariya Mediçi edam olundu.
Ingiltərə öz müstəsna mövqeyindən çıxış edərək Avropa siyasətinə fəal şəkildə təsir göstərməyə
çalışırdı. Təsadüfi deyil ki, İspaniya tərəfindən sıxışdırılan Fransa bu məsələdə İngıltərənin müttəfiqinə çevrildi.
1588-ci ildə İspaniyaya məxsus məğlubedilməz Armadanın La-manş boğazında dağıdılması ilə Avropanın
tarixində Fransanın hegemonluğu dövrü başladı.
XVI əsrdə dünya siyasi meydanına çıxan dölətlərdən biri də çar Rusiyası idi. 1480- ci ildə Monqol
imperiyasının əsarətindən qurtaran Rusiyanın xarici siyasətində 3 əsas vəzifə dururdu:
- Baltik dənizinə çıxmaq;
- Qara dənizdən çıxmaqla isti dənizlərə çıxış əldə etmək;
- Avropa sərhədlərinə yaxınlaşmaq.
Qərb dövlətlərinin Rusiya haqqında məlumatları epizodik xarakter daşıyır. Monqollar Rusiyadan
qovulandan sonra Sileziyalı tacir Nikolay Peppel Rusiyada olur və burada gördüklərindən heyrətə gəlir. O, geri
qayıtdıqdan sonra gördüklərinə dair kitab yazmış və Avropada sensasiya yaratmışdı.O vaxta qədər Avropada
hesab edilən Böyük Moskva knyazlığı Polşanın qəyyumluğu altındadır. Üç il sonra Moskvaya qayıdan Peppel
Müqəddəs Roma imperiyasının agenti kimi imperatriçanın məktubunu gətirmiş və rus çarı III İvanla
görüşmüşdür.Peppel III İvana təklif etdi ki, o, Roma papasından kral adı almaq üçün xahiş etsin. Lakin III İvan
imtina etmiş,yalnız IV İvan Qroznı papadan çar titulunu almışdı.
Müqəddəs Roma imperiyası ilə münasibətlərin qurulması üçün hətta Bizans şahzadəsi Zoya Paleoqolun
Rusiya sarayına gəlin köçməsi də Rusiya ilə imperiya arasında və ya Roma papası arasında münasibətlərə start
68
vermədi. Doğrudur, III İvan İtaliyaya-papanın yanına öz nümayəndəsini göndərdi. Onu burada elə “təmtəraqla”
qarşılamışdılar ki, IV İvanın çar titulu aldığı dövrə qədər, Roma ilə Rusiya arasında münasibətlər
kəsilmişdi.Müasir Avropa müəlliflərindən biri yazırdı ki, son 500 il ərzində Rusiya özünün Avropaya aid olub-
olmamasını müəyyənləşdirə bilməmişdir. Xarici siyasəti qarşısında Avropa ilə bağlı konkret vəzifələr duran
əski və müasir Rusiya özünü bu dilemmadan qurtara bilməmişdi.
Rusiyanın papa İtaliyası ilə diplomatik münasibətlərinin olmaması bu dövlətin heç də beynəlxalq
münasibətlər orbitindən kənarda qalması demək deyildi. XVI əsr üçün Rusiyada xarici siyasət orqanları təşəkkül
tapmış, Boyar dumasında bu sahə konkret fəaliyyət növünə çevrilmiş, Rusiyanın paytaxtında xaricilər üçün
sonralar “Kitay qorod” adını almış məhəllə meydana gəlmişdi. Lakin Avripa ölkələrindən fərqli olaraq,
Rusiyaya gələn səfirlər, elçilər, tacirlər əhalidən təcrid olunmurdular. Onların çar sarayında qəbulu, ticarət üçün
imtiyazların verilməsi, cavab elçilik heyətlərinin göndərilməsi mərasim forması almışdı.
Avropadan fərqli olaraq Rusiyada qonşu ölkələrlə sülalə nigahlarına geniş yer verilirdi.Bir qayda olaraq
elçi tacirlər Rusiyada olarkən onların gələcək xidmətindən istifadə edilməsi üçün təkliflər verilirdi. Məsələn:
İngiltərənin Moskva şirkətinin agenti Antoni Cenkinson rus çarının yanında xidmətə götürülmüş və ona Rusiya
adından Səfəilərlə danışıqlar aparmaq və müqavilə imzalamaq səlahiyyəti verilmişdi. Cenkinson analoji
səlahiyyətləri Mərkəzi Asiya dövlətlərindən və Səfəvilərdən də almışdı.
Rusiyanın beynəlxalq aləmə çıxması İvan Qroznunun fəaliyyəti ilə sıx bağlıdır. Rusiyanın I Pyotrun
hakimiyyətinin sonuna qədər xarici siyasət strategiyasından çıxmayan iki vəzifə vardır.
- Baltik dənizi vasitəsilə Avropaya çıxış əldə etmək.
- Qara dəniz boğazları vasitəsilə dünya okeanına çıxmaq.
Bu iki vəzifənin reallaşması Rusiyanı Avropanın ayrılmaz hissəsinə çevirdi.1547-ci ildə İvan Qroznı
Roma papasından çar titulunu aldı. Bundan sonrakı rus çarlarının hamısı həmin titulu daşıyirdı. Rurikoviçlər
sülaləsinin son nümayəndəsi olan IV İvan Qroznı Rusiyanın türk-tatar ünsüründən təmizlənməsində mənfur rol
oynamış şəxsiyyətlərdən biri idi.Bu yolda o, yaxın məsləhətçisi və uşaqlıq dostu Andrey Kurpskini də qurban
vermişdi. IV İvanın 1564-1572-ci illərdə həyata keçirdiyi “Opriçnina” siyasəti Rusiyanın xarici siyasətində
olduqca böyük dəyişikliklərə gətirib çıxardı.Ancaq bu dəyişikliklər Rusiyanın xeyrinə olmadı.
Məlum olduğu kimi, Polab slavyanları vaxtilə Baltik dənizinin sahilində məskunlaşmış, sonralar bu
ərazilər Kiyev Rus dövlətinin himayəsində olmuşdu.Lakin Rusiyanın zəifləməsi üzündən Baltik dənizinin
sahillərində İsveçin, finlərin yaşayış məskənləri peyda olmuş və bu ərazi XIII-XIV əsrdən etibarən İsveç
krallığının tərkibinə daxil olmuş və bu ərazilərin geri qaytarılması uğrunda mübarizə müharibəyə gətirib
çıxarmışdı. Rusiyanın xarici siyasətində Livoniya müharibəsi mühüm yer tuturdu.
İvan Qroznunun dövründən etibarən Boyar dumasının içərisindən seçilmiç xüsusi istedada malik ayrı-
ayrı adamlar Avropaya və şərq ölkələrinin sarayına elçi kimi göndərilirdi.Əsas məqsəd Rusiyanın kənd və meşə
təsərrüfatı mallarına alıcı tapmaqdan ibarət olurdu. Bismark sonralar yazırdı ki, 3 ilə yaxındır ki, Rusiyanın
aqrar sahələrinin məhsullarının başlıca alıcısı alman knyazlıqlarıdır. Sonralar Almaniya ilə Rusiya arasında
başlanmış gömrük müharibəsi bu zəmində baş vermişdi.
IV İvanın dövründən etibarən meydana gəlməkdə olan prikazçılıq sistemi xarici siyasət və xarici ticarət
məsələlərini əhatə edirdi. Xarici siyasətlə əsasən puşkar və yam prikazları paralel məşğul olurdular. Çox
keçmədən bu sahəyə qoşulan və ordu quruculuğunu həyata keçirən daha iki prikaz meydana gəldi.
Dostları ilə paylaş: |