A. N. Abbasbəyli, S. Z. Yusifzadə


 İngiltərənin beyməlxalq aləmdən təcrid olunması



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
14.3. İngiltərənin beyməlxalq aləmdən təcrid olunması. 
Fransa-ABŞ  ittifaq və ticarət müqaviləsi imzalansa da ABŞ nümayəndə heyətinin başçısı kimi Franklin 
Fransadakı diplomatik korpusa təqdim olunmadı. Fransa höküməti ittifaq müqaviləsi imzalandıqdan sonra da 
gözləmə mövqeyi nümayiş etdirdi. ABŞ diplomatlarından Con Cey, Saylas Din və Franklin Avstriya, İspaniya, 
Niderland və Rusiya ilə diplomatik danışıqlar apardılar. Ancaq bu dövlətlərin ABŞ-ın istiqlaliyyətinin tanınması 
üçün qoyduğu şərt o idi ki, ABŞ-ın istiqlaliyyəti əvvəlcə İngiltərə tərəfindən tanınmalıdır.  
Təsadüfi deyil ki, Rusiyadakı ABŞ nümayəndələri 1815-ci ilə  qədər rus çarına  audensiya əldə edə 
bilməmişdilər. Istiqlaliyyət müharibəsindəki uğursuzluqlarına baxmayaraq İngilis donanması  dənizlərdə 
hegemonluğu saxlayırdı  və cox vaxt Avropa dövlətlərinin ticarət gəmiləri bundan ziyan çəkirdi. Rodriqo 
Qonsales firmasının gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fransa müdafiə  tədbirləri görmüş  və bu 
məqsədlə 8 hərbi gəmi ayrılmışdı. Ispaniya və Hollandiyanı İngiltərəyə qarşı təhrik edən başlıca səbəb hər iki 
ölkəyə məxsus ticarət gəmilərinin daha çox zərər çəkməsi idi. 
 Rusiyada  yaranmış  vəziyyət diqqətlə  təhlil edildikdən sonra İngiltərə kralı III Georqun məktublarına 
baxmayaraq Rusiya dənizlərdə  və okeanlarda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün müdafiə 
tədbirlərinin görülməsi zərurətini Avropa dövlətlərinin və İngiltərənin nəzərinə çatdırdı. 1780-ci ildə Rusiyada 
bitərəflik bəyannaməsi meydana gəlmişdi. Üç mühüm şərti nəzərdə tuturdu. 
 - 
Hərbi  əməliyyatlara qoşulmayan bitərəf dövlətlərin gəmiləri hərbi  əməliyyatların getdiyi dövrlər 
istisns olunmaqla bütün limanlara maneyəsiz daxil ola bilərdi. 
 
- Bu gəmilərdə kontrabandadan başqa hər cür mal daşına bilərdi. 
 - 
Bitərəf dövlətlərin gəmilərinin təhlükəsizliyi təmin olunmalı idi. 
 
Təsadüfü deyil idi ki, 1780-83-cü illərdə bütün Avropa dövlətləri bəyannamənin şərtlərini qəbul etmiş 
və bu zəmində silahlı bitərəflik liqası adlanan bütün Avropa dövlətlərini birləşdirən cəmiyyət yaranmışdı. 
Bununla da İngiltərənin beynəlxalq aləmdən tam təcrid olunması başa çatmışdı. Artıq 1778-ci ildən etibarən 
İngiltərənin sülh danışıqlarına meyilli olması aydın şəkildə görünürdü.  
Fransadakı  İngiltərə  səfiri Starmont Parisi tərk etdikdən sonra İngiltərə ilə ABŞ arasında diplomatik 
danışıqlar üçün Hollandiya və Rusiya seçilsədə Franklinin müqaviməti üzündən bu ideya reallaşa bilmədi. 


 
80
Franklin hesab edirdi ki, İngiltərə ilə sülh müqaviləsi yalnız Fransanın vasitəsi ilə bağlanmalı idi. Gənc 
amerikan diplomatiyası daha çevik fəaliyyətə meyilli idi.  
Təsadüfi deyildi ki, İngiltərə ilə danışıqlar sonralar xəyanətkar olması  məlum olan Eduard Bankroft 
tərəfindən aparılmalı idi. Sonra bu işi Con Cey reallaşdırdı. ABŞ  gələcək gərginliklərə yol verməmək üçün 
yalnız istiqlaliyyətin tanınması və İngiltərə ilə normal münasibətlərin yaranmasını şərt kimi irəli sürürdü. 1783-
cü il Paris müqaviləsinin I bəndi də məhz bundan ibarət idi. Ingiltərə Amerika koloniyalarının istiqlaliyyətini 
tanıyırdı. Müqavilənin sonrakı  bəndlərində ticarət, iqtisadiyyat sahəsində münasibətlər qaydaya salınır, siyasi 
baxımdan aktual olan bir sıra məsələlər nizamlanırdı.  
ABŞ-ın istiqlaliyyətinin tanınmasından az sonra Avropada baş verən hadisələr ABŞ liderlərini ölkənin 
strateji inkişaf yolları haqqında düşünməyə vadar etdi. Ilk ABŞ prezidenti Vaşinqton ABŞ-ın Avropa işlərindən 
kənarda qalması haqqında tövsiyyə vermiş və sonralar panamerikanizm adını almış siyasi cərəyan bu zəmində 
köklənmişdi.  
Məlum olduğu kimi, 1778-ci il müqaviləsinə  əsasən Fransa ilə müttəfiqlik münasibətləri quran ABŞ 
Fransaya qarşı Avropa dövlətlərinin koalisiyasına qarşı mübarizədə iştirak etməli idi. Buna isə Amerikanın nə 
hərbi, nə də iqtisadi gücü çatmırdı. 
Belə bir şəraitdən çıxmaq üçün 1791-ci ildə ABŞ-ın bitərəfliyi ilə bağlı ilk sənəd meydana gəldi. 1793-
cü il bəyannaməsi isə həmin bitərəfliyə hüquqi status verdi. Təsadüfü deyil ki, Fransa inqilabının nümayəndəsi 
Edmond Jenenenin ABŞ missiyası  məhz bununla əlaqədar olaraq uğursuzluqla nəticələnmişdi. ABŞ-ın 
götürdüyü siyasi kurs XIX əsrin 20-ci illərində Monro doktirinası ilə  təsbit olundu və ABŞ bu strateji kursa 
1939-cu ilin 14 noyabrına qədər sadiq qaldı. Monro doktrinası ilk dəfə olaraq dünyanın iki sistemə bölünməsini 
bəyan edirdi. “Panamerikanizm, Amerika amerikalılar üçün” şüarları  və Amerikaarası konfranslar ideyası 
formalaşmış, Amerika dövlət təşkilatı II dünya müharibəsindən sonra buna əsasən yaradılmışdı. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin