Bm tarixi-2 Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0.66 Mb.
Pdf просмотр
səhifə1/11
tarix01.01.2017
ölçüsü0.66 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 

           BM Tarixi-2  Fənni Üzrə  mtahan Suallarının Cavabları 



 

        1. Birinci dünya müharibəsinin səbəbləri və başlanması. 

         Dünya kapitalizminin yeni inkişaf mərhələsinə daxil olması qabaqcıl kapita-

list  ölkələri  arasında  ziddiyyətləri  daha  da  gücləndirdi.  Bu,  dünya  müharibəsinin 

başlanması  üçün  maddi-siyasi  zəmin  yaratdı.  Yeni  texniki  tərəqqi  əsasında  isteh-

salın, xüsusilə sənaye istehsalının sürətlə artması da müharibənin hazırlanmasında 

mühüm rol oynamışdı. Müharibənin başlanmasının əsas səbəbkarı XIX əsrin sonu-

XX əsrin əvvəllərindən etibarən öz iqtisadiyyatını çox sürətlə inkişaf etdirən Alma-

niya olmuşdu. O, artıq sənaye istehsalında  ngiltərə və Fransanı geridə buraxmış, 

yeni bazarlar əldə etmək üçün çox fəallaşmışdı. Buna baxmayaraq, başqa dövlətlər, 

ilk  növbədə  ngiltərə,  Fransa,  Rusiya  da  müharibəyə  az  maraq  göstərmirdilər. 

Məhz buna görə də Almaniya ilə  ngiltərə, Fransa və Rusiya arasında ziddiyyətlər 

kəskinləşmişdi.  Bu  dövlətlər  arasındakı  ziddiyyətlərin  kəskinləşməsi  1914-cü  il 

avqustun 1-də birinci dünya müharibəsinin başlanmasına gətirib çıxardı. Avstriya-

Macarıstan imperatorluğunun vəliəhdi Frans Ferdinand  28 iyun 1914-cü ildə Sara-

yevoda  bir  Serb  milliyyətçisi  olan  Qavrilo  Prinsip  tərəfindən  öldürüldü.  Avstriya 

hökumətinin reaksiyası çox sərt oldu. Lakin Rusiyanı tək başına qarşısına almağa 

çəkinən  Avstriya,  əvvəlcə  Almaniya  ilə  məsləhətləşdi.  Almaniyanın  verdiyi  üstü 

bağlı  dəstəyin  ardından,  Avstriya  Serbiyaya  48  saat  müddətinə  və  müstəqil  bir 

dövlətin  qəbul  edə  bilməyəcəyi  ağır  bir  nota  verdi.  Serbiya  bu  notaya  Rusiyanın 

dəstəyi ilə rədd cavabı verdi. Buna qarşılıq Avstriya 28 iyul 1914-cü ildə  Serbi-

yaya müharibə elan etdi. Avstriyanın bu addımına cavab olaraq Rusiya 31 iyulda 

ümumi  səfərbərlik  elan  etdi.  Daha  əvvəldən  Rusiyanın  bu  səfərbərliyini  döyüş 

elanı qəbul edəcəyini düşünən Almaniya 1 avqustda Rusiyaya, 3 avqustda da Fran-

saya  müharibə  elan  etdi.  Şliffen  planına  uyğun  olaraq  alman  orduları  Belçikanın 

bitərəfliyini pozaraq onun ərazisindən keçib Fransaya girdilər. Onu da qeyd etmək 

lazımdır ki, hələ 1898-ci ildə Almaniya ordusu baş qərargahının rəisi Alfred Şlif-

fen  tərəfindən hazırlanmış  müharibə planında belə bir  əməliyyatın  həyata  keçiril-

məsi nəzərdə tutulmuşdu. Almaniya yaxşı bilirdi ki, Belçika ərazisinə daxil olma-



 

ğ



ın strateji cəhətdən əlverişli olmasına baxmayaraq, bunun son dərəcə təhlükəli tə-

rəfi  də  vardır.  Bu,  ngiltərənin  Almaniyaya  müharibə  elan  edə  biləcəyi  təhlükəsi 

idi. Çünki 1831-ci ildə Prussiya Belçikanın əbədi bitərəf və müstəqil dövlət olma- 

sına dair protokolu imzalayan beş dövlətdən biri olmuşdur. Eyni zamanda 1870-ci 

il avqustun 11-də  ngiltərə və Belçika ilə bağladığı xüsusi müqavilə ilə I Vilhelm 

Belçikanın bitərəfliyini  ngiltərə ilə birlikdə  qoruyacağına dair öhdəlik götürmüş-

dü. Bütün bunları nəzərə alan   ngiltərə hökuməti avqustun 4-də Almaniyaya öz öl-

kəsinin ultimatumunu təqdim etdi. Ultimatumda bildirilirdi ki, Almaniya dərhal öz 

qoşunlarını Belçikadan çıxarmalıdır, əks halda  ngiltərə Almaniyaya müharibə elan 

edəcəkdir. Cavabı almayan  ngiltərə avqustun 4-dən 5-nə keçən gecə Almaniyaya 

müharibə elan etdi.  

                2. Birinci dünya müharibəsində böyük dövlətlərin məqsədləri. 

Almaniya  dünyanı öz  xeyrinə  yenidən  bölmək  uğrunda  mübarizə  aparırdı.  Alma-

niya ilk növbədə çalışırdı ki,  ngiltərəni zəiflətsin.  ngiltərə müstəmləkə sistemin-

də Almaniyanın əsas rəqibi idi. Almaniya yeni müstəmləkələr əldə etmək və dəniz-

lərə hakim olmaq  məsələlərində  ngiltərə ilə rəqabətə girmişdir. Həmçinin Alma-

niya Fransanı parçalamaq niyyətində idi. Bununla Almaniya Fransanın əsas metal-

lurgiya bazalarını ələ keçirmək və fransız müstəmləkələrinə sahib olmaq istəyirdi. 

Rusiya ilə bağlı Almaniyanın planı isə başqa idi. Almaniya Rusiyanı zəiflətmək və 

Ukrayna ilə Pribaltikanı işğal etmək istəyirdi. Rusiyanın Baltik dənizi ilə əlaqəsini 

kəsmək  də  alman  planına  daxil  idi.  Eyni  zamanda  Belçikanı  da  işğal  etmək  istə-

yirdi. 

ngiltərə Almaniyanın siyasi və iqtisadi baxımdan güclənməsindən narahat olmuş-



du.  ngiltərə  Avropada,  dənizlərdə  və  müstəmləkələrdə  rəqibi  olan  Almaniyanı 

sıradan çıxarmaq məqsədi güdürdü. Almaniya  ngiltərə üçün bütün Avropadakı rə-

qiblərinin hamısından bir yerdə ən güclüsü idi.  ngiltərə sürətlə inkişaf edən gənc 

alman rəqibinin iqtisadi və maliyyə qüdrətini zəiflətmək, Almaniyanın hərbi-dəniz 

və ticarət donanmasını məhv etmək, Mesopotamiyanı və zəngin neft yataqları olan 

Ə

rəbistan yarımadasını da işğal etmək istəyirdi. 



 

Fransa da özlüyündə Almaniyanın güclənməsinə narahat olmuşdu. Qonşuluğunda 



güclü dövlətin olmasını istəməyən Fransa hər vəchlə Almaniyanının hərbi, iqtisadi 

və siyasi qüdrətini darmadağın etmək istəyirdi. Üstəlik Fransanın müharibəyə qo-

ş

ulmaqda  məqsədi  Elzas  və  Lotaringiyanı  geri  qaytarmaq,  Saar  kömür  hövzəsini 



işğal etmək idi. Fransa Suriyanı, Fələstini və digər ərəb ərazilərini işğal etmək istə-

yirdi.  


Rusiya bu müharibəyə başlamamışdan qabaq qarşısına 3 əsas məqsəd qoymuşdu. 

I. Balkanlarda slavyanları birləşdirmək, Slavyan imperiyası yaratmaq və bu imperi-

yanı Osmanlıya qarşı təhrik etmək.   

II. Rusiyanın “xəstə adam”  adlandırdığı Osmanlının süqutundan sonra boğazlar da 

daxil olmaqla Anadolunu işğal etmək. 

III. Bu müharibədə qalib gələrək inqilabçıları xalqın gözündən salmaq. 

taliya  yeni müstəmləkələr ələ keçirərək, köhnə Roma  mperatorluğu kimi Aralıq 

dənizinə hakim olmaq məqsədi güdürdü. 

Avstriya  -Macarıstan  onun  üçün  ən  böyük  təhlükə  olan  Rusiya  və  onun  dəstək-

lədiyi    Serbiyaya  qarşı    Balkanlarda    mübarizə  edirdi.  Bundan  başqa  Avstriya-

Macarıstan Serbiya və Çernoqoriyanı işğal etmək, Balkanlarda öz mövqelərini qo-

ruyub saxlamaq  və möhkəmləndirmək, Rusiyadan Podolya və Volnını qoparmaq-

la öz məqsədinə çatmaq istəyirdi. Bu müharibədə Yaponiyanın və 1917-ci ilin ap-

relindən müharibəyə qoşulan ABŞ-ın özünəməxsus məqsəd və niyyətləri var idi ki, 

onlar  da  onu  həyata  keçirməyə  çalışırdılar.  Beləki,  ABŞ  dünya  ağalığı  uğrunda 

mübarizə  aparır,  Yaponiya  isə  Uzaq  Şərqdə  hökmran  olmaq  istəyirdi.  Yaponiya 

müharibə  illərində  Uzaq  Şərqdə  yaranmış  boşluqdan  istifadə  edərək  məqsədlərini 

həyata keçirirdi. 



             3. Osmanlı dövlətinin birinci dünya müharibəsinə cəlb olunması. 

Müharibənin  ilk  günlərindən  hər  iki    tərəf  Türkiyəni  öz    tərəfinə    çəkməyə  cəhd  

edirdi. Gənc türklər hökuməti  Almaniyaya  meyl edirdi. Lakin Türkiyənin Antanta 

dövlətlərindən  maliyyə-iqtisadi  asılılığı  çox  böyük  idi.  1914-cü  il  avqustun  2-də 

alman-türk  ittifaq  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə,  əgər  Rusiya  Avstriya-

Macarıstan münaqişəsinə qarışarsa, Almaniya Avstriya-Macarıstan tərəfindən mü-



 

haribəyə qoşularsa, Türkiyə də Rusiyaya müharibə elan etməlidir. Türkiyə ordusu-



nu  bütünlüklə  Almaniyanın  ixtiyarına  verirdi.  Bununla  yanaşı,  ittifaq  müqaviləsi 

imzalanandan bir gün sonra Türkiyə özünün bitərəfliyini elan etdi. Bu onunla izah 

edilirdi ki, Türkiyə hələ müharibəyə hazır deyil. Osmanlı dövlətinin  1914-cü ilin 

ortalarındakı xarici siyasətinin qeyri-müəyyənliyi hökumət daxilindəki fikir ayrılığı 

idi. Belə ki, Ənvər paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı oduğu 

halda, maliyyə naziri Cavid bəy  başda olmaqla digər bir qrup isə Antanta dövlətlə-

ri ilə ittifaq tərəfdarı idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə  ngiltərə birlikdə 

irəli sürdükləri təklifdə Türkiyənin bitərəf qalması müqabilində Osmanlı dövlətinin 

müstəqilliyinə və ərazi bütövlüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə 

qarşı çıxacaqlarını bildirdilər. Rusiya və  ngiltərənin müştərək təklifinə qarşı Tür-

kiyə aşağıdakı təklifləri irəli sürdü:  

1.Kapitulyasiyaların tam ləğv edilməsi; 

2.Müharibənin başlanğıcında  ngiltərə hökumətinin müsadirə etdiyi iki zirehli  

gəminin geri verilməsi; 

3. Qərbi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi; 

4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Türkiyəyə qaytarılması; 

5. Misir məsələsinin həll edilməsi; 

6. Rusiyanın Türkiyənin daxili işlərinə qarışmamasına təminat verilməsi; 

7. Rusiyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə  ngiltərə və Fransanın hə- 

qiqətən Osmanlı dövlətini müdafiə edəcəklərinə vəd verməsi. 

 

Camal paşa bu təklifləri  stanbuldakı ingilis səfiri Malletə təqdim etmiş, o da 



öz növbəsində bu təklifləri Londona çatdırmışdı. Üç gündən sonra Mallet Türkiyə-

nin irəli sürdüyü təkliflərə ətraflı cavab verdi.  ndiki vaxtda  ngiltərə öz müttəfiq-

lərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv edilməsinə razı ola bilər. 

Türkiyənin  adalarla  bağlı  Yunanıstanla  olan  mübahisənin  müəyyən  vaxta  qədər 

təxirə salınması lazım bilindi. Misir məsələsi müharibədən sonra həll edilərsə daha 

yaxşı olar. Mallet həm də bildirdi ki, rusların Türkiyə üzərinə hücum etmək məqsə-

di yoxdur, həm də  ngiltərə və Fransa Türkiyənin ərazi bütövlüyünə təminat verən 

memorandum  imzalamışlar.  Kapitulyasiyaların  Osmanlı  dövləti  tərəfindən  ləğv 



 

edilməsi  ərəfəsində  ingilis  səfiri  Mallet  ngiltərə  və  Fransanın  adından  Türkiyəni 



inandırmağa  çalışmışdı  ki,  Rusiyanın  Türkiyəyə  qarşı  təcavüzkar  niyyəti  yoxdur, 

ə

gər Türkiyə ordusu təcili tərxis olunarsa, “Heben” və “Breslau” gəmiləri tərksilah 



edilərsə, alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttəfiqlər Türkiyənin 

toxunulmazlığına təminat verər, adalar məsələsini Türkiyənin xeyrinə həll edər, iq-

tisadi kapitulyasiyalar məsələsində güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər 

Türkiyə hökuməti tərəfindən Antanta dövlətlərinin zəiflik əlaməti kimi qəbul edil-

di.  ngiltərə  Türkiyənin  bitərəf  qalması  üçün  çox  səy  göstərirdi.Sentyabrın  27-də 

ingilis səfiri bildirmişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa  ngiltərə 

hökuməti  müharibənin  başlanğıcında  müsadirə  etdiyi  hərbi  gəmiləri  geri  qaytara 

bilər.  Lakin  müharibəyə  qoşulmaqla  daha  çox  fayda  əldə  edəcəyini  düşünən  və 

getdikcə  daha  çox  Almaniyanın  təsiri  altına  düşən  Türkiyə  hökuməti  ngiltərənin 

bu müraciətini cavabsız qoydu.     

1914-cü  ilin  iyulun  sonunda  alman  hərbi  gəmilərinin  Aralıq  dənizindən  keçib 

Osmanlıya  gəlməsi  ölkənin  hakim  dairələrindəki  almanpərəst  qrupun  mövqe-yini 

xeyli möhkəmləndirmişdi. Türkiyənin ordu və donanması tamamilə Almaniya-nın 

nəzarəti altında idi. Osmanlı oktyabra qədər müharibəyə hazırlaşdı. Oktyabrın 16-

17-də  alman-türk  donanması  Odessa,  Sevastopol,  Feodosiya  və  Novorossiyski 

atəşə  tutdular.  Oktyabrın  20-də  Rusiya  Osmanlıya  müharibə  elan  etdi,  ertəsi  gün 

isə  ingilislər  Dardaneli  bombardman  etdilər.  Asiyada  bir  neçə  yeni  cəbhə  əmələ 

gəldi  ki,  bunlardan  başlıcası  Qafqaz  cəbhəsi  idi.  Qafqaz  cəbhəsində  aparılan  ən 

mühüm döyüşlərdən biri Sarıqamış döyüşü olmuşdur.  

            4.  Rumıniya  və  Bolqarıstanın  birinci  dünya  müharibəsinə  cəlb  olun-

ması.  

Müharibənin  əvvəlindən  Avropa  dövlətləri  bitərəf  olan  taliya,  Rumıniya,  Bolqa-

rıstan və Yunanıstanı öz tərəflərinə çəkmək uğrunda gərgin mübarizəyə başladılar. 

Hər iki koalisiya üçün bu dörd dövlət böyük hərbi-strateji əhəmiyyət daşıyırdı. 

      Rumıniyanın  müharibəyə  qoşulması  uğrunda  mübarizə  hər  iki  koalisiya  döv-

lətlərinin  diplomatik-siyasi  mübarizəsində  mühüm  yer  tuturdu.  1914-cü  il  okt-

yabrın 1-də Rumıniya ilə Rusiya gizli saziş imzaladılar. Sazişə görə Rusiya Rumı-


 

niyanın  ərazi  toxunulmazlığına  təminat  verdi  və  Avstriya-Macarıstanın  rumınlar 



yaşayan ərazisini özünə birləşdirmək hüququnu qəbul etdi.  ngilis və fransız diplo-

matiyası Rumıniyanın müharibəyə cəlb edilməsini qətiyyətlə tələb edirdi. 1916-cı 

il avqustun 17-də bir tərəfdən Rumıniya, digər tərəfdən isə Rusiya, Fransa və  ngil-

tərə  arasında müqavilə imzalandı. Müqaviləyə görə Rumıniya Avstriya-Macarıs-

tanla müharibəyə başlamalı idi. Avqustun 28-də bu baş verdi. Rumınlara Transil-

vaniya, Bukovina və Banatın bir hissəsi vəd olunmuşdu. Onun sərhədlərin təsvirinə 

uyğun olaraq Avstriya-Macarıstan monarxiyasının ərazisini ozünə birləşdirmək hü-

ququ tanınırdı. 

       Bolqarıstanın  müharibəyə  cəlb  edilməsi  uğrunda  mübarizə  hər  iki  koalisiya 

dövlətlərinin  diplomatik-siyasi  mübarizəsində  mühüm  yer  tuturdu.  Lakin  Bol-

qarıstan  uğrunda  mübarizə  bərabər  şəraitdə  aparılmırdı.  Çar  Ferdinand  başda  ol-

maqla bolqar hökuməti müharibənin əvvəlindən Rusiya və Serbiyaya qarşı müha-

ribə aparmaq haqqında Almaniya və Avstriya-Macarıstanla razılaşdı. Bolqar höku-

məti  ərazisindən həm  Almaniya  blokunun,  həm  də  Antanta  dövlətlərinin silah  və 

sursatını buraxırdı. Almaniya və onun müttəfiqlərinə kömək edən bolqar hökuməti 

eyni zamanda Antanta dövlətləri ilə də danışıqlar aparırdı. Bolqarıstanla danışıqlar 

Antanta diplomatiyası üçün ağır şəraitdə keçirdi. Antanta ölkələri Bolqarıstanın eh-

tiyaclarını müttəfiqləri olan Serbiyanın və potensial müttəfiqləri olan Rumıniya və 

Yunanıstanın əraziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta ölkələrinə çox ağır 

başa gələrdi. Antantadan fərqli olaraq Almaniya bloku dövlətləri Bolqarıstanın tə-

ləblərini düşmənləri olan Serbiyanın hesabına yerinə yetirə bilərdilər. Ona görə də 

Almaniya  və  Avstriya-Macarıstan  diplomatiyası  bolqar  hökumətinə  çoxlu  vədlər 

verdilər. 

     Rus  diplomatiyası  Bolqarıstanla  apardığı  danışıqlarda  müharibə  nəticəsində 

Serbiyanın  Avstriya-Macarıstan  hesabına  geniş  ərazilər  alacağını,  buna  görə  də 

Makedoniyanı  Bolqarıstana  güzəştə  gedəcəyini  bildirdi.  Lakin  Serbiya  Makedo-

niyanı Bolqarıstana güzəştə getməkdən qəti şəkildə imtina etdi. Beləliklə, Bolqarıs-

tanın Antanta ddövlətləri ilə danışıqları 1915-ci ilin yayına yaxın kəsildi. Sentya-

brın 6-da isə Avstriya-Macarıstan, Bolqarıstan və Almaniya  müttəfiqlik haqqında 


 

müqavilə bağladılar. Beləliklə, Osmanlı dövlətinin də iştirak etdiyi Dördlər ittifaqı 



yarandı. 1915-ci il oktyabrın 14-də bolqar ordusu hərbi əməliyyatlara başladı. 

 

 



           5. Siyasi partiyaların müharibəyə münasibəti. 

            Müharibə  bütün  siyasi  qüvvələri  sınağa  çəkirdi.  Onlardan  bəziləri  vətən 

uğrunda  xalqı,  milləti  birliyə  çağırır,  digərləri  müharibədən  öz  mənafeləri  üçün 

istifadə etməyə çalışır, üçüncülər, "nə qələbə, nə məğlubiyyət şüarı altında" barış-

dırıcı, bitərəf mövqe tutur, dördüncülər isə sülh naminə hər cür müharibənin əley-

hinə  çıxırdılar.  Burjua  partiyaları  müxtəlif  dəlillərlə  müharibəyə  haqq  qazandırır, 

ölkəni birləşməyə, daxili çəkişmələrə və qarşıdurmalara son qoymağa çağırırdılar. 

Məsələn,  Rusiyada  müxalifətdə  olan  Kadetlər  və  Oktyabristlər  partiyaları  müxa-

lifətdən  əl  çəkərək  hökümətləri  ilə  həmrəy  olduqlarını  elan  etmişdilər.  Onlar  bil-

dirirdilər  ki,  "hazırda  nə  sağ,  nə  sol,  nə  hökumət  və  nə  də  cəmiyyət  var,  ancaq 

vahid  rus  xalqı  və  onun  ordusu  var.  Vəzifə  vətəni  qoruyub  saxlamaqdan  ibarət-

dir”.  Hətta, onlar  müharibə  vaxtı  yaratdıqları "Mütərəqqi blok"  adlanan  təşkilatın 

proqramında "daxili əmin-amanlığı saxlamaq, millətlər və siniflər arasında ədavəti 

aradan qaldırmaq, vətəndaşlıq sülhü bərqərar etməyi təmin etmək kimi» vəzifələr 

irəli sürmüşdülər. Sosialist, sosial-demokratik və milli partiyalara gəldikdə, onların 

müharibəyə münasibətləri bir mənalı deyildi. Bu məsələdə də onlar arasında fikir 

ayrılığı var idi. Hələ müharibə başlamamışdan II  nternasionalda birləşmiş sosialist 

və sosial-demokratiya partiyaları müharibə əleyhinə çıxmışdılar. Müharibəyə mü-

nasibətdə  V.  Lenin  başda  olmaqla  bolşeviklərin  özünə  məxsus  taktikası  var  idi. 

Onlar  " mperialist  müharibəsini  vətəndaş  müharibəsinə  çevirmək",  "Müharibədə 

öz  hökumətlərinin  məğlubiyyətinə  çalışmaq"  şüarlarını  irəli  sürürdülər.  Bunlarla 

onlar millətin, xalqın birliyini parçalayır vətəndaş qarşıdurması şəraiti yaradırdılar. 

Onların bu taktikası əslində milli birlikdən, vətəndaş sülhündən imtina etmək siya-

səti idi. Bu şüarlarla çıxış etməklə V.Lenin, bolşeviklər Rusiyada hakimiyyətə yi-

yələnmək,  onu  ələ  almaq  məqsədini  güdürdülər.  Hətta  bunun  üçün  sosialist  inqi-

labının  yeni  nəzəriyyəsini,  Lenin nəzəriyyəsini  yaratmışdılar. Məlumdur  ki,  Mar-



 

ks, Engels sosialist inqilabının bütün qabaqcıl kapitalist ölkələrində və ya onların 



ə

ksəriyyətində eyni zamanda qələbə çalacağı müddəasını irəli sürmüşdülər. V. Le-

nin 1915-cı ildə kapitalizmin inkişafının yeni mərhələsində bu müddəanın tələblərə 

cavab  vermədiyi  fikrini  irəli  sürdü.  O,  göstərdi  ki,  sosializm  Avropanın  qabaqcıl 

ölkələrində eyni zamanda qalib gələ bilməz, onun əvvəlcə ayrılıqda götürülmüş bir 

və ya bir neçə ölkədə qələbəsi mümkündür. Marks və Engelsdən, II  nternasional 

liderlərindən və onların həmfikirlərindən fərqli olaraq V.Lenin belə nəticəyə gəldi 

ki,  sosializm  təkcə  ən  çox  inkişaf  etmiş  kapitalizm  ölkəsində  deyil,  kapitalizmin 

inkişaf səviyyəsi aşağı olan Rusiyada da qələbə çala bilər. 

 

Milli  burjua  və  sosialist  partiyaları  da  müharibəyə  öz  münasibətlərini  bildir-



mişdilər.  Onların  əksəriyyəti  "Vahid  Rusiya"  naminə  müharibəyə  tərəfdar  çıxır, 

"Vətəni  müdafiə"  şüarı  altında  öz  hökumətlərinin  müharibədə  qələbəsini  təbliğ 

edirdilər. Məsələn, başda S. Petlyura olmaqla Ukrayna sosial-demokratları və baş-

da N. Jordaniya olmaqla gürcü menşevikləri Rusiyanın müharibə siyasətinə tərəf-

dar çıxmışdılar. Rus imperiyasına nökərçilik edən və ona öz xilaskarı kimi baxan 

erməni  "Daşnaksütyun"  partiyası  da  müharibədən  "Böyük  Ermənistan"  uğrunda 

mübarizə  üçün  istifadə  etmək  məqsədini  güdürdü.  Daşnaklar  Qafqaz  cəbhəsində 

Rusiyaya  arxalanaraq  türklərə  qarşı  təxribat,  xəyanətliklər  təşkil  etmişdilər.  Hələ 

müharibənin başlanğıcında erməni milli burosu çarizm ilə könüllü erməni dəstələri 

yaratmaq  barədə  razılığa  gəlmişdi.  Cənubi  Qafqaz  canişini  Voronsov-Daşkovun 

Tiflisdə doktor Zafriyan, yepiskop Mesrop, S. Arutyunov və A.Xatisovla apardığı 

danışıqlar zamanı türklərə qarşı hərəsi 400 nəfərdən ibarət 4 könüllü erməni dru-

jinası  yaratmaq  razılaşdırılmışdı.  1915-ci  ilin  yanvarında  isə  Vardanın  və  Avçar-

yanın  başçılığı  ilə  əlavə  2  yeni  drujina  təşkil  edilmişdi.  1914-cü  ilin  payızından 

1915-ci ilin sonuna kimi "Daşnaksütyun" partiyası tərəfindən 10 min nəfərdən çox 

könüllü səfərbər edilərək türklərə qarşı müharibəyə göndərilmişdi. Ermənilər 1915-

ci  ilin  əvvəllərində  Zeytun,  Diyarbəkir,  Ərzincan,  Bitlis,  Van,  Muş  və  Samsun 

bölgələrində  minlərlə  şəhər  və  kəndi  dağıdıb  yandırmış,  əhalisini  isə  vəhşicəsinə 

qətlə yetirilmişdilər. 1915-ci ilin aprelində Vanda Türkiyə təbəəli ermənilər qiyam 

təşkil  etmişdilər.  Hətta,  qiyamçılar  rusların  himayəsi  altında  erməni  hökuməti 



 

təşkil  etmişdilər.  Tezliklə  erməni  qiyamları  bütün  Şərqi  Anadolunu  bürümüşdü. 



Yüz minlərlə türk əhalisi vəhşicəsinə əzabla məhv edilmişdi. Bunlara cavab olaraq 

Osmanlı  hökuməti  tədbirlər  görməyə  ermənilərin  hərbi  xidmətə  cəlb  etməməyə, 

erməni komitə mərkəzlərini ləğv etməyə, onların başçılarını həbs etməyə başladı. 

1915-ci il aprelin 24-də  stanbulda 2345 nəfər erməni həbs olundu.  ndi ermənilər 

bu günü - 24 apreli qondarma erməni soyqırımı kimi qeyd edirlər və bunun digər 

ölkələr  tərəfindən  tanınması  üçün  dəri  və  qabıqdan  çıxırlar.  Erməni  təxribat  və 

qətllərinin  qarşısını  almaq  məqsədilə  Türkiyə  dövləti  onları  (erməniləri)  cənub-

qərb  vilayətlərinə,  Mesopotamiyaya  köçürməyə  başladı.  Ermənilərin  təqsiri 

üzündən həyata keçirilən köçürülmə zamanı hesablamalara görə, bir neçə yüz min 

(300min)  erməni  tələf  olmuşdu.  Bu  rəqəm  indi  ermənilər  tərəfindən  iki  milyona 

çatdırılmışdır. "Müsavat" dünya müharibəsi əleyhinə olmuş, müharibədə Rusiyanın 

məğlubiyyətinə tərəfdar çıxmışdı. Onun lideri M.Ə.Rəsulzadə bildirmişdi ki, çari-

zm  Rusiyada  yaşayan  qeyri-rus  xalqları  üçün  jandarm  rolunu  oynayır.  O, 

müharibədə ölümə məhkumdur. 



      6.  Birinci  dünya  müharibəsi  dövründə  Uzaq  Şərqdə  beynəlxalq  münasi-

bətlər. 

     Avropadakı müharibədən Uzaq Şərqdə 1914-cü il avqustun 23-də Almaniyaya  

müharibə elan etmiş Yaponiya istifadə etdi. Tokionun böyük işğalçılıq planları  var 

idi.  Avropanın  böyük  dövlətlərinin  Uzaq  Şərqdən  çıxdığını  görən  Yaponiya    Çin 

və Sakit okean hövzəsində öz hökmranlığını qurmaq üçün fürsətdən istifadə etdi. 

Yapon  imperialistləri  vəziyyəti  tezliklə  qiymətləndirməyi  bacardılar.  Belə  bir, 

şə

raitdə Yaponiya Uzaq Şərqə müdaxiləsini genişləndirmək üçün daha geniş imkan 



qazanmış  olurdu.  1914-cü  ilin  avqustun  15-də  Yaponiya  hökuməti  qısаmüddətli 

diplomatik  danışıqlardan  sonra  Аlmaniyaya  ultimatum  verdi.  Ultimatumda  tələb 

edilirdi ki, Аlmaniya heç bir şərt və kompensasiya irəli sürmədən Tzyançyojоu li-

mаnını  yaponlara  qaytarsın.  Cavaba  8  gün  vaxt  verilmişdi.  Yaponiya  hökuməti 

elan  edirdi  ki,  bu  «dostcasına  təklif»  Şərqi  Аsiyada  sülhün  möhkəmlənməsinə 

xidmət edir, Yaponiya heç bir ərazi iddiasında deyildir. Аlmaniya ultimatuma ca-

vab  vermədi.  Оnda 1914-cü ilin  avqustun  23-də  Yaponiya  Аlmaniyaya  müharibə 


10 

 

elan etdi. Hərbi əməliyyatlara başlayan Yaponiya Çinin Şandun əyalətini, həmçinin 



А

lmaniyanın Sakit okeanda yerləşən bir sıra adalarını tutub planlarını həyata keçir-

məyə  başladı.  Yaponiyanın  güclənməsi  təkcə  АBŞ-ı  dеyil,  Böyük  Britаniyаnı  dа 

narahat  etməyə  başladı.  Xüsusilə  Britaniya  dominionları  olan  Аvstraliya  və  Yeni 

Zelandiyada çaşqınlıq yarandı. Londonda lap əvvəldən Yaponiyanın hərəkətlərinə 

ş

übhə  ilə  yanaşmağa  başladılar.  ngilis  diplomatiyasına  aydın  idi  ki,  Yaponiya 



А

vropadakı müharibədən sadəcə olaraq Uzaq Şərqdə müstəmləkə mövqeyini güc-

ləndirmək  istəyir.  О,  Аlmaniyaya  qarşı  müharibənin  ağırlığından  heç bir pay  gö-

türmək  niyyətində  deyildir.  ngilislər  səhv  etmirdilər.  Yaponiyanın  başlıca  məq-

sədi  Аlmaniyanın  müstəmləkələrini  tutduqdan  sonra  Аvropadakı  müharibədən 

istifadə  edərək  Çinə  müdaxilə  etmək  idi.  Rusiya  Yaponiyanın  Аntanta  tərəfindən 

müharibəyə başlamasını alqışladı. Çünki bu Rusiyanın Uzaq Şərqdəki mülklərinin 

yapon təcavüzündən qorunması üçün təminat verilməsi demək idi. Аvropada gedən 

müharibə  Yaponiya  üçün əlverişli  şərait yaratmaqda davam  edirdi.  Аrtıq  Çindəki 

və Sakit okeandakı alman mülkləri onun əlində idi. 1914-cü ilin sonunda yaponlar 

Çinə  hücum  etmək  qərarına  gəldilər.  1914-cü  ilin  dekabrın  əvvəllərində  Yaponi-

yanın xarici işlər naziri  Yaponiyanın siyasəti haqqında tam açıqlıqla çıxış etdi. Bir 

sözlə,  Yaponiya  Uzaq  Şərqdə  ancaq  alman  mülklərini  tutmаqlа  rаzılаşmаq  istə-

mirdi. Söhbət bütün Çindən gedirdi. 1915-ci ilin yanvarın 18-də Yaponiya Çinə 21 

maddədən  ibarət  ultimatum  verdi.  Bu  tələblərin  yerinə  yetirilməsi  əslində  Çini 

Yaponiyanın müstəmləkəsinə çevirirdi. Yapon diplomatiyası Çindən Şandun əya-

ləti  üzərində,  Cənubi  Mancuriyada,  Şərqi  və  daxili  Monqolustanda  Yaponiyanın 

iqtisadi, siyasi hökmranlığını qəbul etməyi, bu ərazilərdə yaponların yerləşdirilmə-

sini,  onların  mülklər  almaq  hüququnu  tanımağı  tələb  etdi.  Tələblərin  içərisində 

Yaponiyanın siyasi və maliyyə müşavirlərinin qəbul edilməsi, Çinin mühüm mər-

kəzlərində yapon-çin polisinin yaradılması, Çinin yalnız Yaponiyadan silah alması 

məsələləri var idi. Bu tələblərə tab gətirmək iqtidarında olmayan Çin Yaponiyaya 

qarşı  Rusiya,  ngiltərə,  Fransa  və  ABŞ-dan  istifadə  etmək  istədi.  Lakin  Avropa 

dövlətlərinin Yaponiyanın planlarının həyata keçirilməsinə mane olmaq üçün qüv-

vələri  yox  idi.  ABŞ-ın  mənəvi-siyasi  köməyi  də  kifayət  etmirdi.  Çin  hökuməti 


11 

 

Yaponiyanın tələblərinin əksəriyyətini qəbul etdi. Bu tələblər əslində birbaşa Çini 



Yaponiyanın protektoratına çevirirdi.  

          Çin Almaniyanın iqtisadi konsessiyalarını və təbəələrini  ona qarşı müharibə 

etməklə  ölkədən  çıxara  bilərdi.  Belə  olduqda  Çin  hüquqi  cəhətdən  müttəfiqlərlə 

bərabər  vəziyyətə  düşürdü,  onun  siyasi  və  mənəvi  nüfuzu  artırdı,  Yaponiya  ilə 

bağlanmış  qeyri-bərabər  hüquqlu  müqavilələri  gələcəkdə  ləğv  etmək  üçün  şərait 

qazanırdı. Lakin Çinin Almaniyaya müharibə elan etməsi Yaponiyanın istəklərinin 

ə

leyhinə getməməli idi. Yapon diplomatiyası Uzaq Şərqdə yaranmış əlverişli bey-



nəlxalq şəraitdən öz mənafeləri naminə istifadə etdi. Yaponiya sənayesi və xarici 

ticarəti sürətlə inkişaf etdi. Yaponiya silah satışından külli miqdarda gəlir götürdü. 

Yaponiya  Çinin  Almaniyaya  müharibə  elan  etməsinə  razılıq  vermədikdə  müttə-

fiqlər  Yaponiya  ilə  bir  sıra  müqavilələr  bağlayıb  onun  iddialarını  qəbul  etdilər. 

1917-ci  ilin  fevralında  Antanta  dövlətləri  sülh  konfransında  Yaponiyanın  Şandun 

ə

yalətinə  və  keçmiş  alman  ada  mülklərinə  olan  iddialarını  müdafiə  edəcəkləri 



barədə öhdəlik götürdülər. Bundan sonra Yaponiya Çinin Almaniyaya qarşı müha-

ribəyə girməsinə  etiraz etmədi. 1917 ci il fevralın 14-də  Çin Almaniya ilə diplo-

matik  münasibətlərini  kəsdi,  avqust  ayında  isə  ona  müharibə  elan  etdi.  Lakin 

Yaponiya,  ngiltərə,  Rusiya  və  Fransanın  bağladıqları  məxfi  saziş  Çinin  istək-

lərinin yerinə yetirilməsini heçə endirdi. ABŞ-ın Yaponiya ilə bağladığı  saziş də 

Çinin mənafeyinə zidd idi. Bu dövlətlər Yaponiya ilə bağladıqları sazişlərlə Çində 

Yaponiyanın xüsusi hüquqları olduğunu tanıyırdılar. 


Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə