Bm tarixi-2 Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix01.01.2017
ölçüsü0,66 Mb.
#3895
1   2   3   4   5   6   7   8   9   10   11

         7. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması. 

ABŞ  düyanın  onun  iştirakı  olmadan  bölüşdürülməsinə  razı  deyildi.  Lakin 

dünyanın  bölüşdürülməsində  iştirak  etməkdən  ötrü  mütləq  müharibəyə  qoşulmaq 

lazım idi. ABŞ diplomatiyasının müharibəyə kim tərəfindən qoşulmasını obyektiv 

şə

rait özü müəyyənləşdirdi. ABŞ və  ngiltərə kapitalının çoxdan qurulan iqtisadi, 



siyasi və maliyyə əlaqələri bu seçimə təsir göstərdi. ABŞ bankirləri və inhisarları 

müharibənin  gedişində  onlara  borclu  olan  Antanta  dövlətlərinin  məğlub  olmasını 

və  müflisləşməsini  istəmirdilər.  Müharibədə  Almaniyanın  qələbə  qazanması  isə 

ABŞ-ın  dünya  plalarının  reallaşmasına  mane  ola  bilərdi.  ABŞ  diplomatiyasının 



12 

 

düşüncəsinə görə Almaniya qələbədən sonra Avropanı, Kiçik Asiyanı və Afrikanı 



özünə tabe etdirib onu hətta Cənubi Amerikadan sıxışdırıb çıxarardı və Yaponiya 

ilə ittifaq bağlayıb ABŞ üçün təhlükə yarardardı. Antanta ölkələri məğlub olacağı 

təqdirdə, Yaponiya Uzaq Şərqdə hökmran dövlətə çevrilə bilərdi. 

ABŞ  diplomatiyası  1916-cı  ilin  dekabrından  1917-ci  ilin  yanvarınadək  hər 

iki  blok  dövlətləri  ilə  danışıqlar  apardı.  Alman  diplomatiyasının  ABŞ  prezidenti 

Vudro-Vilsona  göndərdiyi  sülh  təklifləri  ABŞ-ın  mənafelərinə  cavab  vermirdi. 

Almaniyanın sülh təklifləri Antanta tərəfindən rədd edildiyindən bitərəf dövlətlərin 

gəmilərinə qarşı Almaniya fevralın 1-dən amansız müharibəyə başladı. ABŞ Alma-

niya ilə diplomatik müasibətləri kəsmək üçün bəhanə tapdı. 1917-ci il fevralın 2-də 

Almaiya  ilə  diplomatik  münasibətləri  kəsməsinə  baxmayaraq  ABŞ  ona  müharibə 

elan  etmədi.  ABŞ-ın  Almaniyaya  müharibə  elan  etməsi  üçün  şərait  aprel  ayında 

yarandı.  Almaniya  ABŞ-ın  bir  neçə  gəmisini  batırdı.  ABŞ-ın  müharibəyə  qoşul-

ması üçün bəhanə eyni zamanda Almaniyanın xarici işlər nazirliyinin Meksikadakı 

alman  səfirinə  göndərdiyi  teleqram  oldu.  Teleqramda  Meksikanın  ABŞ-a  qarşı 

müharibəyə başlaması təklif edilirdi. Bu təklif yerinə yetirilərdisə XIX əsrdə ABŞ-

ın  Meksikadan  aldığı  sərhəd  rayonları  ona  qaytarılmalı  idi.  Almaniyanın  ABŞ 

gəmilərini  batırması  və    bu  teleqramına  cavab  olaraq  ABŞ  hökuməti  1917-ci  il 

aprelin 6-da Almaniyaya müharibə elan etdi. ABŞ-ın müharibəyə qoşulması vuru-

ş

an tərəflərin qüvvələr nisbətində özünü daha çox göstərdi. 1918-ci il yanvarın 8-



də ABŞ prezidentinin müəyyənləşdirdiyi 14 bəndlik prinsipial və praktik məsələ-

lərə əsasən Almaniya və onun müttəfiqləri ilə sülh bağlamaq təklif olunurdu. Bun-

dan  başqa  onlar  bütün  ölkələrə  ünvanlanmışdı  və  Vilsonun  özünün  etiraf  etdiyi 

kimi, bu Lenin Dekretinə cavab idi. Həqiqətən də sülh haqqında Dekretin ardınca 

o, açıq sülh danışıqları və müzakirələri, məxfi beynəlxalq sazişlərdən imtina, bütün 

müstəmləkə  mübahisələrinin  azad,  səmimi  və  tamamilə  maneəsiz  həlli  barədə 

danışırdı. 

8.  1917-ci  il  fevral  inqilabı,  müvəqqəti  hökumətin  daxili  və  xarici  siya-

səti. 


13 

 

1915-1917-ci  illərdə  Rusiyada  vacib  hadisələr  baş  verirdi.  Rusiya  imperi-



yası iqtisadi, hərbi və siyasi cəhətdən Antantanın daha zəif həlqəsi idi. Ölkədə böh-

ran yetişirdi. Cəbhədəki məğlubiyyətlər, iqtisadi vəziyyətin kəskin pisləşməsi anti-

müharibə və antihökumət hərəkatının güclənməsinə gətirib çıxardı. Ölkənin daxili 

və  xarici  siyasətindən  narazılıq  təkcə  sadə  adamlar  arasında  yox,  həm  də  hakim 

dairələrdə  artırdı.  Ölkəni  inqilabi  sarsıntılardan  xilas  etmək  məqsədi  ilə  burjua-

ziyanın  nüfuzlu  hissəsi  II  Nikolayı  onun  qardaşı  Mixaillə  əvəz  etməyə  hazır  idi. 

Lakin artıq gec idi. 1917-ci il fevral inqilabı çar mütləqiyyətini devirdi və ölkədə 

müvəqqəti  hökumətin  hakimiyyətini  qurdu.  Əvvəlcə  müvəqqəti  hökumətə  knyaz 

Q. Lvov, sonra isə eser A. Kerenski başçılıq etdi. Fevral inqilabı tarixdə ilk dəfə 

ikihakimiyyətlik yaranması ilə nəticələndi. Müvəqqəti hökumət timsalında burjua-

ziya  və  Sovetlərin  timsalında  fəhlə-kəndli  hakimiyyətləri  meydana  gəldi.  Fevral 

inqilabı Rusiya və dünya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, 

Avropa və Asiya tarixində həmişə mühafizəkar rol oynayan Rusiya monarxiyasını 

dağıtdı, çar imperiyasını tamamilə sarsıtdı. O, Rusiyanın azad demokratiya, kapita-

lizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabı 

Rusiyanı  respublika  və  demokratiya  yoluna,  saf  kapitalizm  yoluna  çıxaran  zəmin 

hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demok-

ratiyasına qoşulmalı idi. Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvə-

lərin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı 

üsyan yolu ilə gözləmədən böyüyüb sosialist inqilabına keçməli idi. Burada mark-

sistlərin  “cəmiyyətin  inkişafının  lokomotivi”  sayılan  sinfi  mübarizə,  sinfi  qarşı-

durma əsas rol oynamalı idi. Menşeviklərin, habelə bolşeviklərin  müəyyən hissə-

sinin  fikrincə  Rusiya  sosialist  inqilabı  üçün  hələ  yetişməmişdi.  Doğrudur,  Fevral 

inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə 

çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, 

daxili  və  xarici  siyasətdəki  uğursuzluqlar,  sinfi  qarşıdurmaların  daha  da  kəskin-

ləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Dünya müharibəsi şə-

raitində  baş  vermiş  sosial-iqtisadi  böhranın  təqsirkarı  hesab  edilən  mütləqiyyət 

devrilsə  də,  fevral  inqilabından sonra  da Rusiyada  bu  proses  davam  etməkdə  idi. 


14 

 

Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hö-



kumət  və  onu  müdafiə  edən  qüvvələr  böhrandan  çıxmaq  üçün  hələ  ciddi  sosial-

iqtisadi  tədbirlər  görə  bilmirdilər.  Fevral  inqilabı  bütün  təbəqələrin  sosial-siyasi 

fəallığına  güclü  təkan  versə  də,  dövlət  quruculuğu,  iqtisadi  dirçəliş,  müharibə  və 

sülh  məsələləri,  sosial  təminat  və  başqa  vacib  problemlər  həll  edilməmiş  qalırdı. 

Xalq  təsərrüfatının  dağılması  davam  edir,  sənaye  müəssisələri  bağlanır,  işsizlik 

artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enirdi. Siyasi qüvvələr, 

ictimai  hərəkatlar,  siyasi  partiyalar  və  təşkilatlar,  sosial  qruplar  arasında  birliyin 

olmaması da ölkədəki bu vəziyyəti daha da kəskinləşdirirdi. Çar hökumətinin öh-

dəliklərini  təsdiq  edən  yeni  Rusiya  hakimiyyəti  başqa  ölkələrin  dəstəyini  aldı. 

1917-ci ilin mart-aprelində demək olar ki, bütün dövlətlər müvəqqəti hökuməti hü-

quqi cəhətdən tanıdıqlarını bəyan etdilər. Rusiyada baş verən iqtisadi və başlıcası, 

siyasi  hadisələrlə  əlaqədar  olaraq  Müvəqqəti  hökumət  Almaniyaya  qarşı  ümumi 

hücumun  başlanğıcını  yazdan  yaya  keçirmək  təklifi  ilə  müttəfiqlərinə  müraciət 

etdi. Amma  ngiltərə və Fransa Şərq cəbhəsində əməliyyatın tezliklə başlanmasın-

da təkid etdilər. Rusiyanın yeni hökuməti çar hökuməti dövründə olduğundan daha 

çox Antantadan asılı idi. 1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra 

iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin 

bu  da  Rusiyada  başlanmış  siyasi  və  iqtisadi  böhranı  aradan  qaldırmadı.  Ölkədə 

iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinli-

yi davam edirdi. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və 

partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiya-

lar  ölkəni  çıxılmaz  vəziyyətdə  qoyan  fəlakətə  qarşı  mübarizə  etmək  üçün,  ölkəni 

böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar. Burjuaziya və onu müdafiə 

edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura 

yaratmaqda  görürdülər.  ABŞ-ın,  ngiltərənin  və  Fransanın  hakim  dairələri  də  bu 

xətti  müdafiə  edirdilər.  1917-ci  il  avqustun  12-15-də  Moskvada  keçirilən  Dövlət 

Müşavirəsi  bu  məqsədi  dəstəklədi.  Hərbi  diktaturaya  hələ  iyulun  18-də  Baş  Ko-

mandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adın-

dan  çıxış  edən  bolşeviklər  və  onların  tərəfdarları  iri  burjuaziyanın  diktaturasına 


15 

 

qarşı  inqilabi  çevriliş  nəticəsində  yaradılacaq  proletariat  diktaturası  alternativini 



irəli sürürdülər.  Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təh-

lükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra 

kütlələr  arasında  bolşeviklərin  və  onların  tərəfdarlarının  nüfuzu  artmışdı.  Onların 

möhkəm hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən So-

vetlərə verilməsi təklifləri geniş yayılmışdı.  ngiltərə, Fransa və ABŞ-ın təkidi ilə 

Kerenskinin  hücuma  atdığı  taqətdən  düşmüş,  pis  silahlanmış  rus qoşunları  özünü 

heç nə ilə doğrultmayaraq yeni qurbanlar verərək tam uğursuzluğa məruz qaldılar. 

Ölkədəki daxili vəziyyət daha da ağırlaşdı. Rusiyanın nüfuz və çəkisinin müttəfiq-

lərinin gözündə hələ çar zamanı başlanan enişi fevral inqilabından sonra gücləndi. 

ngiltərə və Fransa Rusiya daxilindəki vəziyyəti nəzarət altında saxlamağa və onun 

müharibədən çıxmasına yol verməməyə çalışırdılar.   

     9. Sovet Rusiyasının sülh təşəbbüsləri. Brest-Litovsk müqaviləsi. 

1917-ci il dekabrın 3-də Brest-Litovskda bir tərəfdən Sovet Rusiyası, digər tərəf-

dən  isə  Almaniya,  Avstriya-Macarıstan,  Türkiyə  və  Bolqarıstan  nümayəndələri 

arasında danışıqlar başladı. Sovet nümayəndə heyəti sülh haqqında Dekretdə irəli 

sürülən müddəalara əsaslanmağı təklif etdi, lakin Almaniya nümayəndə heyəti bil-

dirdi ki, o, barışıq haqqında konkret danışıqlar aparmağa gəlmişdir və rus təklifini 

siyasi hesab etdiyindən onun müzakirəsindən boyun qaçırdı. Gənc Sovet respubli-

kasının ağır vəziyyətindən bir çox ölkələr istifadə etməyə çalışırdı. 1917-ci ilin de-

kabrında  rumın  qoşunları  Bessarabiya  ərazisinə  soxulub,  onu  işğal  etdi,  1918-ci 

ilin  aprelində  isə  o,  Rumıniyaya  birləşdirildi.  1917-ci  il  dekabrın 22-də  Brest-Li-

tovskda Rusiya, Almaniya və onun müttəfiqləri arasında sülh bağlanması haqqın-

da  danışıqlar  yenidən  başlandı.    Danışıqlar  üç  mərhələdə  keçdi.  Birinci  mərhələ 

1917-ci  il  dekabrın  22-dən  28-nə  kimi,  ikinci  mərhələ  1918-ci  il  yanvarın  9-dan 

fevralın  10-na  kimi  və  üçüncü  mərhələ 1918-ci  il  martın  1-dən  2-nə  kimi  davam 

etdi.  Alman  nümayəndə  heyəti  güclü  təzyiq  göstərir  və  öz  şərtlərini  diqtə  edirdi. 

Lakin bütün çətinliklərə baxmayaraq, sülh müqaviləsi artıq ikinci mərhələdə imza-

lana bilərdi. Sovet nümayəndə heyətinə başçılıq edən Trotskinin boyun qaçırması 

bunu  etməyə  imkan  vermədi.  Nəticədə  alman  qoşunları  Baltik  dənizindən  Qara 


16 

 

dənizə qədər bütün cəbhə boyu hücuma keçdilər. Bu böhranlı vaxtlarda sovet hö-



kumətinin çağırışı ilə təcili özünümüdafiə dəstələri yaradılırdı. Bir sıra yerlərdə al-

manlar  dayandırıldı,  Pskov  və  Narva  yaxınlığında  isə  geri  oturduldu.  Rus  höku-

məti dərhal alman şərtlərini müzakirə edib sülh imzalamağa hazır olduğunu bəyan 

etdi. 1918 ci il martın 3-də Brest-Litovskda Rusiya və dördlər ittifaqı arasında sülh 

müqaviləsi imzalandı. Müqavilənin şərtləri Rusiya üçün çox ağır idi. Onun ərazi-

sindən  Polşa,  Litva,  Kurlandiya,  Estlandiya  və  alman  qoşunları  tərəfindən  işğal 

edilmiş böyük vilayətlər ayrılırdı. Qafqazda Qars, Ərdəhan və Batumi Türkiyənin 

tabeliyinə keçdi. Ukrayna və Finlandiya müstəqil dövlətlər olurdu. Əsirlərin dəyiş-

dirilməsi nəzərdə tutulurdu. Brest-Litovskda həmçinin gömrük rüsumları və tarif-

ləri haqqında yekun protokolu da imzalandı.  

 

Müqavilənin ratifikasiyası iki həftə ərzində olmalı idi. Həm danışıqlar zama-



nı, həm də sülh müqaviləsinin imzalanmasından sonra hökumət və partiyada yek-

dillik yox idi. V.  . Lenin dəfələrlə azlıqda qalmışdı, bununla belə o, müqavilənin 

imzalanmasına və ratifikasiyasına razılıq almağa müvəffəq oldu. 1918-ci il martın 

15-də Brest sülhünün ratifikasiyası ilə bağlı Ümumrusiya Sovetlər qurultayı çağı-

rıldı. Bundan əvvəl partiyanın VII qurultayı səs çoxluğu ilə müqavilənin təsdiqinin 

lehinə çıxış etsə də, Mərkəzi Komitəyə gələcəkdə şərait dəyişəndə onu zorla qəbul 

etdirildiyi  üçün  pozmaq  səlahiyyəti  vermişdi.  Müzakirələrdən  sonra  Ümumrusiya 

Sovetlər qurultayı martın 15-də Brest müqaviləsini ratifikasiya etdi. Rusiyanın ağır 

vəziyyətindən  istifadə  edən  Almaniya  bundan  sonra  da  ona  təzyiq  göstərməkdə 

davam  edirdi.  Sovet  hökuməti  1918-ci  ilin  avqustunda  Brest  sülh  müqaviləsinə 

demarkasiya xəttini Almaniyanın xeyrinə müəyyənləşdirən əlavə bir müqavilə im-

zalamağa məcbur oldu. Brest müqaviləsinə əlavə sazişin 14-cü maddəsi Azərbay-

cana aid idi. Həmin maddə ilə tərəflər Azərbaycana dair məsələrlə bağlı qarşılıqlı 

öhdəliklər  götürmüşdülər.  Bütün  bunlara  görə  də  saziş  Osmanlı  və  Azərbaycan 

diplomatiyasının ciddi müqaviməti ilə üzləşdi. Bir sıra mühüm addımlar atıldı və 

tədbirlər  görüldü.  Bakının  azad  edilməsi  buna  imkan  vermədi.  2-cisi,  beynəlxalq 

şə

raitin Antantanın xeyrinə dəyişməsi Almaniyanın sazişə marağını azaltdı. 3-cüsü, 



alman-osmanlı  protokolu  ilə  (23.IX.1918)  əslində  əlavə  sazişdən  imtina  edilmiş 

17 

 

oldu. Protokola əsasən Almaniya Azərbaycan Cümhuriyyətini tanıyacağına, habelə 



Sovet Rusiyasının  da  onunla diplomatik münasibətlər  qurmasına  çalışacağına söz 

verirdi.  Əvəzində  isə  Osmanlı  qoşunlarının  Azərbaycanda  çox  saxlanılmayacağı 

vəd olunurdu. 1918-ci il noyabrın 11-də Almaniyanın məğlubiyyətini bildirən barı-

ş

ıq  imzalandı.  Barışıqdan  iki  gün  sonra  sovet  hökuməti  3  mart  1918-ci  il  tarixli 



Brest  sülh  müqaviləsinin  və  27  avqust  1918-ci  ildə  Sovet  Rusiyası  və  Almaniya 

arasında imzalanan əlavə müqavilənin ləğv edilməsini elan etdi. 

 

10. Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə

 Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurmasında yeni mərhələ baş-

landı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələr vahid cəbhədə birləşərək bolşevik 

rejiminə qarşı müharibə elan etdilər. Sovet rejiminə və onun yerlərdə yayılmasına 

qarşı müqavimət hərəkatı bütün ölkəni bürüdü. Separatizm hərəkatı sovet rejiminə 

qarşı  mübarizə  ilə  birlikdə  aparılırdı.  Ucqarlara  qaçmış  generallar  öz  ətraflarına 

böyük  silahlı  qüvvə  toplayaraq  Sovet  dövlətinə  qarşı  güclü  cəbhə  yaratdılar. 

Ş

imalda general Müller, Kerenski, şimal-qərbdə general Yudeniç, cənubda ataman 



Kaledin, general Alekseyev, general Krasnov, general Kornilov, general Denekin, 

Cənubi Uralda ataman Dutov, Zabaykalda ataman Semyonov, Sibirdə admiral Kol-

çak  sovet  hakimiyyətinə  qarşı  hərbi  yürüşə  başladılar.  Beləliklə,  sovet  hakimiy-

yətinə qarşı “ağlar” hərəkatı formalaşdı. 

 

Bolşevizmi, sovet quruluşunu istəməyən xarici iri dövlətlər də ona qarşı hər-



bi  müdaxilə  təşkil  etdilər.  Oktyabr  inqilabının  qələbəsindən  sonra  ngiltərə  və 

Fransa öz qoşunlarının Rusiya ərazisində əməliyyatları barədə məxfi razılığa gəl-

mişdilər və sovet hakimiyyətinə qarşı mübarizə üçün çar generallarına böyük məb-

ləğdə  vəsait  ayırmışdılar.  200  nəfərlik  ilk  ingilis  dəstəsi  1918-ci  il  martın  9-da 

Murmanskda  quruya  çıxdı.  Bir  neçə  gün  sonra  elə  ora  fransız  hissələri  gəlməyə 

başladı. 1918-ci ilin yayı üçün ingilis və fransız qoşunları Arxangelski və Solovets 

adalarını  tutdu.  Uzaq  Şərqdə  yaponlar  Rusiyanın  ərazisinə  soxulmağa  başladılar. 

Artıq 1918-ci ilin yanvarında Vladivostok limanına 3 kreyser-iki yapon və bir ingi-

lis kreyseri daxil oldu. Buna qədər orada amerikan kreyseri var idi. Sovet hökumə-

tinin rəsmi etirazına qarşı  ngiltərənin Moskvadakı nümayəndəsi bildirdi ki, ingilis, 



18 

 

yapon  və  amerikan  əsgərlərinin  Vladivostoka  çıxarılmasının  yeganə  məqsədi  ya-



pon vətəndaşlarının həyatlarının və mülkiyyətinin mühafizəsidir. Əslində isə onlar 

həmin  bölgələrdə  olan  “ağlar”  hərəkatına  kömək  edirdilər.  Müharibə  zamanı  əsir 

düşmüş  40  mindən  yuxarı  çex  və  slovaklardan  ibarət  korpusun  qiyamı  vətəndaş 

müharibəsini daha da kəskinləşdirdi. Sovet hökuməti ilə razılaşmaya görə bu kor-

pus  Vladivostok  limanından  Fransaya  yola  düşməli  idi.  Ancaq  xarici  qüvvələrin 

Vladivostoka çıxmasından sonra çexlər bu razılaşmanı pozub qiyam qaldırdılar və 

Rusiyanın Mərkəzi rayonları ilə Ural və Sibirin əlaqəsini kəsdilər. Qərb diplomatik 

missiyaları bir sıra Volqaboyu şəhərlərdə və digər yerlərdə üsyanların hazırlanma-

sında bilavasitə iştirak etmişdilər. Üsyanlar nəticəsində Volqaboyunda, Uralda, Si-

bir və Uzaq Şərqdə Sovet hakimiyyəti devrildi. Bundan sonra Sovet hakimiyyəti-

nin əleyhdarları daha da fəallaşdılar. Sibirdə admiral Kolçak “Rusiyanın ali hökm-

darı” elan edildi. Cənubda general Denikin hərbi diktatura yaratdı, Şimalda Müller 

hərbi qubernatorluq təşkil etdi. 

 

Vətəndaş  müharibəsi  şəraitində  keçmiş  Rusiya  imperiyası  məkanında  milli 



separatizm  hərəkatı  gücləndi.  Oktyabr  çevrilişindən  sonra  imperiya  ərazisində 

müstəqil dövlətlər yaranmağa başladı. Sovet hökumətinin elan etdiyi “Rusiya xalq-

larının hüquq bəyannaməsi”nə müvafiq olaraq 1917 ci ilin noyabrında Polşa, deka-

brda Finlandiya müstəqillik əldə etdilər. 1918-ci ildə Qafqazda Dağlılar Respubli-

kası, Gürcüstan, Azərbaycan, Ermənistan Respublikaları yarandı. 1920-ci ilin apre-

lində  Uzaq Şərq Respublikası təşkil olundu. Lakin bunların ömrü çox olmadı. Tez-

liklə Qırmızı Ordu tərəfindən müstəqillik əldə edən respublikalar işğal olundular. 

Həmin ərazilərdə də Sovet rejimi quruldu. 

 

Sovet  hökuməti  özünü  qorumaq  və  əleyhdarlarına  qarşı  mübarizə  aparmaq 



üçün güclü ordu yaratmağı başlıca vəzifələrindən biri hesab edirdi. Vətəndaş mü-

haribəsinin  gedişində-1918-1919-cu  illərdə  belə  bir  ordu  yaradıldı.  L.  Trotski  ilk 

hərbi nazir oldu. 1919-cu ilin oktyabrında Qırmızı Ordunun sıralarında 3 milyon-

dan çox əsgər və zabit var idi. Qırmızı Ordu hissələri 1919-cu ildə Şərqdə Kolça-

kın qüvvələrini darmadağın etdi. Kolçakın özü 1920-ci ilin əvvəllərində güllələndi. 

1919-cu ilin payızında Cənubda Denikinin “Könüllü ordusu” da məğlub edildi. O, 



19 

 

qalan ordu hissələrini Krımda Vrangelə verib xaricə qaçdı. Şimalda vaxtaşırı Pet-



roqrada hücumlar edən Yudeniç məğlub oldu. 1920-ci ildə Arxangelsk və Murma-

nsk azad edildi. 1920-ci ilin sonlarında Qırmızı ordu Krımda böyük uğur qazandı. 

Noyabrda Vrangelin ordusu darmadağın edildi və Krım azad olundu. 

                       11.  1920-ci il Sovet-Polyak müharibəsi. 

Polşa ilə sülh müqaviləsi bağlamaq üçün bütün cəhdlərə baxmayaraq, iki öl-

kə arasındakı münasibətlər müharibəyə səbəb oldu. Rusiya ilə müharibəyə Polşanı 

qərb  dövlətlərinin  hakim  dairələri  təhrik  edirdilər,  Polşa  rəhbərliyi  özü  də  bunu 

istəyirdi. 1920-ci il aprelin 10-da Polşa hökuməti Sovet Rusiyasının nümayəndələri 

ilə danışıqlara razılaşdı və bu danışıqlar da Polşanın barışmaz mövqeyi nəticəsində 

pozuldu. Polyak qoşunları sərhəddə cəmləşmişdi və aprelin 25-də onlar Belorusiya 

istiqamətində hücuma başladılar. Polşanın baş naziri Y. Pilsudski Ukraynanı işğal 

etmək  arzusunu  açıqca  bildirdi.  Elə  həmin  günlərdə  ağ  qoşunların  qalıqları  ilə 

Krımdan general Vrangel hücuma başladı. Qırmızı ordu üçün çətin vəziyyət yaran-

dı. Polyak ordusunun hücumunun qarşısını alan sovet qoşunları əks hücuma keçib, 

Varşavaya  doğru  irəliləməyə  başladılar.  ngiltərə  və  Fransadan  kömək  və  dəstək 

alan Polşa sülh danışıqlarından imtina edirdi. 

 

Hələ1919-cu ilin dekabrında  ngiltərənin xarici işlər naziri C. Kerzonun Pol-



ş

a ilə Sovet Rusiyası arasındakı sərhəd xətti haqqında təklifi dərc olunmuşdu. Lon-

don  ultimativ  tonda  Qırmızı  ordunun  hücumunu  dayandırıb,  sərhədin  həmin  xətt 

boyunca müəyyənləşdirilməsinə razılaşmağı tələb etdi. Sovet hökuməti dərhal barı-

ş

ıq bağlamağa və sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etdi. Amma 



polyak tərəfi danışıqları ləngidirdi. Polşa müharibəni davam etdirirdi və hətta So-

vet Rusiyası sərhəd haqqında “Kerzon xətti” üzrə sülh imzalamağa razı olduğunu 

bildirəndə də Polşa tərəfi yeni hücum cəhdləri etdi. 

 

1920-ci ilin avqustunda Pilsudskinin qoşunları hücuma keçib, Qırmızı ordu-



nu geri çəkilməyə məcbur etdi. Polşa hakim dairələrinin müqavimətinə baxmaya-

raq, Sovet hökuməti sovet-polyak münaqişəsinin sülh yolu ilə həll olunmasına nail 

olmağa  çalışırdı.  Sovet  tərəfinin  cəhdləri  nəticəsiz  qalmadı.  1920-ci  il  oktyabrın 

12-də Polşa ilə Sovet Rusiyası arasında barışıq imzalandı, 1921-ci il martın 18-də 



20 

 

isə  sülh  bağlandı.  Hərbi  əməliyyatların  tezliklə  dayandırılması  məqsədilə  Rusiya 



ümumi sərhədi Kerzonun təklif etdiyi xəttdən şərqdə müəyyənləşdirməyə razılaşdı. 

Qərbi  Ukrayna  və  Qərbi  Belorusiya  Polşaya  keçdi.  Bu  bir  sıra  səbəblər  üzündən 

baş  verdi.  Onlardan  qərb  dövlətlərinin  Pilsudskiyə  göstərdikləri  böyük  köməyi 

(həm hərbi, həm də maddi), Antanta ölkələrinin Polşaya “bolşevik təhlükəsi” barə-

də durmadan təbliğat aparmasını göstərmək olar. Bolşeviklərin cəbhələrdəki qələ-

bələrinə şübhə etməyən xarici müdaxiləçilər də çəkilib öz ölkələrinə getdilər. Yal-

nız yaponlar Uzaq Şərqdə 1922-ci ilə kimi dayandılar. Uzaq Şərq Respublikasına 

daxil olan Qırmızı ordu ağqvardiyaçıların qoşunları üzərində bir sıra qələbələr qa-

zandı.  1922-ci  ilin  noyabrında  Uzaq  Şərq  Respublikasının  Sovet  Rusiyası  ilə  ye-

nidən birləşməsi elan olundu.  



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin