50. Yaponiyanın tə slim olması. kinci dünya müharibə sinin baş a çatması və
də rslə ri.
1944-cü ilin sonu 1945-ci ilin əvvəlində Yaponiyanın vəziyyəti xeyli çətin idi.
Müttəfiqlərin Sakit okeanda hərbi əməliyyatları genişləndirmələri, Filippin və
Birmanın azad olunması və Yaponiya üzərinə hava hücumları onun vəziyyətini
kəskinləşdirirdi. 1945-ci il aprelin 1-də Okinava adasına amerikanlar desant çı-
xartdıqdan sonra Yaponiyada hakimiyyət dəyişikliyi oldu. Yapon hakim dairələ-
rinin gözlənilən hərbi əməliyyatların qarşısını almaq üçün sülh danışıqlarına baş-
lamağa sveç, sveçrə və Portuqaliyanın vasitəsilə cəhd etmələri uğursuzluqla nəti-
cələndi. Müttəfiqlərin Yaponiyaya münasibətdə əsas prinsipləri aşağıdakılardan
ibarət idi: Yaponiya təcavüzkar müharibələr nəticəsində işğal etdiyi əraziləri geri
qaytarmalı idi; Yaponiya məğlub edildikdən sonra yapon hökuməti öz fəaliyyətini
dayandırmalı idi; Yaponiyanın işğalında müttəfiq dövlətlər iştirak etməli idilər.
SSR Krım konfransının qərarını yerinə yetirərək 1945-ci il avqustun 8-də
Yaponiyaya müharibə elan etdi və avqustun 9-dan ona qarşı hərbi əməliyyatlara
başladı. Bu ərəfədə, avqustun 6-da amerikanlar 13 kilotonluq atom bombasını
Xirosimaya, avqustun 9-da isə 17 kilotonluq atom bombasını Naqasakiyə atdılar.
Beləliklə, təkcə böyük dağıdıcı qüvvəsi ilə yox, həm də radiasiyası ilə təhlükəli
olan yeni silahın yaradılması dünyaya bəlli oldu. ki yapon şəhərinin bombalan-
ması heç bir hərbi zərurətdən irəli gəlmirdi. Yaponiya darmadağın olmaqdan qaça
bilməzdi, SSR -nin Uzaq Şərqdə müharibəyə qoşulması ilə onun millitarist reyi-
minin iflasını sürətləndirdi. kinci dünya müharibəsi haqqında memuarlarında U.
Çörçil “Yaponiyanın taleyinin atom bombası ilə həll olunması” fərziyəsinin yan-
98
lışlığını etiraf etmişdi. O yazırdı ki, onun məğlubiyyəti “ilk atom bombası atılana
qədər yəqinləşmişdi”.
Yaponiyaya qarşı müharibədə nüvə silahının tətbiq edilməsinin hərbi yox,
təmiz siyasi əhəmiyyəti vardı. Bu, fövqalədə gücə malik silahı olan yeganə ölkə
kimi ABŞ-ın gücünü bütün dünyaya göstərməli idi. SSR -nin müharibəyə qoşul-
masından üç gün əvvəl və müharibəyə başladığı gün iki yapon şəhərinə nüvə bom-
balarının atılması sonradan həm də üç həftəyə bir milyonluq Kvantun ordusunu
darmadağın etmiş Sovet ttifaqının rolunu azaltmaq və müharibədə qələbəyə Ame-
rikanın nail olduğunu bütün dünyaya göstərmək üçün istifadə edilmişdi. Yapon
hökuməti avqustun 14-də təslim haqqında qərar qəbul etsə də, Kvantun ordusu
müqaviməti davam etdirir, hətta bəzi hissələri əks-hücuma da keçirdilər. Lakin son
nəticədə yapon qoşunları təslim olmağa məcbur oldular. 1945-ci il sentyabrın 2-də
Yaponiyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Yaponiya üzərində qələbə
nəticəsində Sovet ttifaqı Cənubi Saxalini və Kuril adalarını geri qaytardı. Belə-
liklə, iki təcavüzkar dövlət-Uzaq Şərqdə Yaponiya və Avropada öz müttəfiqləri ilə
birlikdə Almaniya tam iflasa uğradı. Avqustun ikinci yarısında yapon ordularının
darmadağın edilməsi ndoneziya, Birma və başqa ölkələrdə milli azdlıq hərəkatına
təkan verdi. Yaponiyanın məğlub edilməsində Çin ordusu da müəyyən rol oynadı.
Yaponiyanın məğlub olması ilə ikinci dünya müharibəsi sona yetdi.
kinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müha-
ribə olmuşdur. kinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin
maddi və ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə na-
sist Almaniyanın, faşist taliyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəti-
cəsində baş vermişdi. Dünyada iki sistem-burjua demokratik və sosializm sis-
temləri qalmışdı. Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyi-
ş
ikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış,
sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri
faşizmdən azad olduqdan sonra SSR təsiri altına düşərək sovet modelli siyasi
inkişaf yolunu götürmüşdülər.
99
Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və
məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSR -nin
nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər,
ngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya,
Vyetnam, Koreya parçalanmışdı. Sülhə və təhlükəsizliyə xidmət edən beynəlxalq
təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində
formalaşmış BMT müstəsna yer tuturdu. kinci dünya müharibəsinin ən başlıca
yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir.
O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması
üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsi-
yində iki ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan
SSR -nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma
aradan qalxdı.
kinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün
çox mühüm dərslər vermişdir:
- O, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək
dərsini verdi;
- O, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının
mövcud olduğu indiki dövrdə, yol verilməsinə imkan yaratmamaq dərsini verdi;
- O, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə
qarşı birləşməyin çox vacib olması dərsini verdi;
- O, göstərir ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional mü-
haribələrin baş verməsinin qarşısı alınmalıdır;
- O, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, mü-
haribə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza ya-
ratmaqdır;
- Müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son
qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qa-
dağan edilməsinə nail olmaqdır.
Dostları ilə paylaş: |