26. Genuya və Haaqa konfranslarında diplomatik mübarizə.
1922-ci ilin yanvarında Kannda keçirilən Antanta ali şurasının iclasında Sovet
hökumətinin təklifləri müzakirə edildi. Iclasda Avropa iqtisadiyyatının bərpası ilə
bağlı, o cümlədən Avropa ölkələri arasında iqtisadi əlaqələri bərpa etmək, zəif öl-
kələrə kredit verilməsi kimi məsələləri həll etmək üçün Genuyada Sovet Rusi-
yasının iştirakı ilə konfrans keçirilməsi haqqında qərar qəbul edildi. Genuya
konfransı 1922-ci il aprelin 10-da San-Corco sarayında açıldı. Konfransda 29, n-
giltərənin dominionları ilə birlikdə 34 dövlət iştirak edirdi. Hələ fevralın 22-də Ru-
siya nümayəndə heyəti Azərbaycan, Ermənistan, Gürcüstan, Belorusiya, Buxara,
Uzaq Şərq, Ukrayna və Xarəzm respublikalarının mənafelərini konfransda qoruma-
ğ
ı öz üzərinə götürdü. Nümayəndə heyətinin başçısı RSFSR Xalq şlər Komissarı
G.Çiçerin təyin edildi. Beləliklə, Azərbaycan da formal da olsa konfransda iştirak
hüququ qazandı. Rusiya o dövrdə sovet respublikalarının Qərbə qarşı blokunu ya-
ratmaq istəyində olduğu üçün belə bir addımı atmışdı. Konfransda 4 komissiya –
siyasi, iqtisadi, maliyyə və nəqliyyat komissiyaları yaradıldı. Siyasi komissiya nəz-
dində konkret məsələlərlə məşğul olması üçün iki yarımkomissiya da yaradıldı.
Avropa dövlətləri bolşevik Rusiyasından 18 mlrd. borcun ödənilməsini tələb edir-
dilər. Əks tərəf də öz növbəsində birinci dünya müharibəsi, vətəndaş müharibəsi və
xarici müdaxilə ilə əlaqədar vurulmuş zərər üçün 39 mlrd. dollar təzminat veril-
məsini tələb edirdi. Lakin eyni zamanda bolşeviklər təzminatın ödənilməsinə bir sı-
ra şərtlər daxilində razılıq da vermişdilər. Belə ki, onlar əlavə vaxt və kredit veril-
məsini tələb edirdilər. Avropa dövlətlərinin düşmüş olduğu ağır iqtisadi vəziyyət
49
bunu mümkünsüz edirdi. Əslində, Rusiyanın konfransda iştirakı daha çox təbliğat
xarakteri daşıyırdı. Konfransda neft də diqqət mərkəzində idi. Bu da təsadüfi deyil-
di, belə ki, 1920-ci illərin əvvəlindəki beynəlxalq siyasət də, əsasən, iqtisadi faktor-
lara, ən başlıcası da, neft amilinə söykənirdi. Bu və digər səbəblərə görə böyük
dövlətlərin və iri şirkətlərin yanacaq-enerji mənbələrinə yiyələnmək uğrunda mü-
barizəsi güclənmişdi. Məhz belə hallar üzündən o dövrdə keçirilən bir sıra konf-
ranslarda olduğu kimi Genuyada da Q.Orconikidzenin təbirincə desək, Bakı nefti
diqqət mərkəzində olmuşdu. Haqlı olaraq bir sıra diplomatik ədəbiyyatlarda bu
konfransı Neft konfransı da adlandırırlar. Konfransda iştirak üçün gəlmiş türklərin
məsələlərin müzakirəsinə buraxılmaması Kiçik Asiyada sülhün bərpa olunmasına
mane olurdu. Nəhayət, mayın 19-da konfransın son plenar iclası keçirildi. Müzaki-
rələrdə heç bir yekun razılıq əldə olunmadı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki,
ş
übhəsiz, qərbi Avropa dövlətlərinin Rusiyaya belə ögey münasibət bəsləməsi tək-
cə onun müharibəni yarımçıq tərk etməsi ilə bağlı ola bilməz. Ən böyük səbəb so-
sializm təhlükəsi idi. Avropalılar yenicə pöhrələnməyə başlayan sosializmin qərbə
yayılmasını qətiyyən istəmirdilər. Ona görə də Rusiyada yeni bərqərar olan sis-
temin elə ordaca süqutuna çalışırdılar. Təsadüfi deyil ki, bu tendensiya özünü ikin-
ci dünya müharibəsi başlayana qədər, hətta müharibə gedişində belə göstərmişdi.
Hətta qərb dünyası sovetləri faşistlərdən daha böyük təhlükə kimi görürdülər. Xü-
susi ilə ABŞ və ngiltərəni belə bir sual maraqlandırırdı ki, necə etmək lazımdır ki,
sosializmi beşiyindəcə boğmaq mümkün olsun.
1922-ci ilin 15 iyun-20 iyul tarixlərində Haaqada Genuya konfransında işti-
rak etmiş dövlətlərin ekspertlərinin iştirakı ilə konfrans keçirildi. Konfransda Sovet
nümayəndə heyəti bildirdi ki, Sovet dövləti borcları tanıya bilər, əvəzində Qərb
dövlətləri onunla diplomatik münasibətlər yaratmalı və kredit verməlidir. Sovet
dövləti Müvəqqəti hökumətin Qərb ölkələrindən aldığı hərbi borcların bir hissəsini
qaytarmağa razı idi. claslarda belə bir fikir səsləndi ki, iştirakçılar hələ hər hansı
bir qərar qəbul etmək üçün deyil, vəziyyəti öyrənmək üçün yığışıblar. Konfransda
Rusiya kredit almaq istəyirdi, xüsusi mülkiyyət komissiyası isə xaricilərin çar
dönəmindən bəri Rusiyada qalan mülklərinin onlara qaytarılmasını tələb edirdi.
50
Mülkiyyətlər əsasən neft mədənləri ilə bağlı idi. Bu cür qarşılıqlı iddia və tələblər
konfransın işin pozdu və danışıqları səmərəsiz etdi. Nəticədə, iyulun 20-də konf-
rans Rusiyanın ideyasını rədd edən qətnamə qəbul etdi.
27. Sovet Rusiyası ilə Almaniya arasında Rapollo müqavilə si.
Genuyaya gedərkən sovet nümayəndə heyəti Riqada Pribaltika dövlətləri ilə
müşavirə keçirdi, sonra Berlində alman hökumətinin nümayəndələri ilə Birinci
dünya müharibəsi dövründə və onun başa çatmasından sonra yaranmış qarşılıqlı
iddiaların nizamlanması barədə danışıqlar oldu. Bu danışıqların nəticəsi idi ki,
1922-ci ildə Genuya konfransının gedişində rus – alman yaxınlaşması baş verdi.
Bu öz əksini 1922-ci il aprelin 16-da iki dövlət arasında imzalanmış müqavilədə
tapdı. Nümayəndə heyətlərinin başçıları Q. Çiçerin və V. Ratenaunun imzaladığı
Rapollo müqaviləsi təkcə müxtəlif siyasi qurluşlu dövlətlərin ilk bərabərhüquqlu
sazişi yox, həm də Sovet dövlətinin diplomatik təcriddən çıxmasının başlanğıcını
qoyan ilk saziş, iki ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirmiş ilk
ə
həmiyyətli sənəd oldu. Rapollo müqaviləsinin şərtlərinə görə tərəflər diplomatik
və konsul münasibətlərini dərhal bərpa etmək, əlverişlik prinsipi əsasında iqtisadi
ə
laqələr qurmaq və inkişaf etdirmək öhdəliyi götürdülər, hərbi xərclərin, müharibə
vaxtı vurulmuş hərbi və qeyri-hərbi ziyanın ödənilməsindən qarşılıqlı imtina etdi-
lər. Almaniya Rusiyada yerləşən alman dövlət və xüsusi mülkiyyətinin milliləş-
dirilməsini tanıdı. Bu müqavilənin əhəmiyyətini çox yüksək qiymətləndirməmək
çətindir. Çünki, bu müqavilənin müstəsna əhəmiyyəti vardı. Əvvələn, o, ölkələr
arasında ilhaqsız və təzminatsız dinc münasibətlər qurmağın mümkünlüyünü gös-
tərdi. Ikincisi, müqavilə Sovet Rusiyasını iri kapitalist dövlətlərindən birinin tanı-
ması haqqında ilk hüquqi sənəd oldu. Üçüncüsü, o, iki ölkə arasında iqtisadi müna-
sibətlərin inkişafı üçün böyük imkanlar açdığından həm Sovet Rusiyasına, həm də
Almaniyaya sərfəli idi. Qərb dövlətləri Almaniyaya təzyiq göstərir və Rapollo
müqaviləsindən çıxmağı tələb edirdilər. Qərb dövlətlərinin Almaniyaya təzyiqləri
heç bir nəticə vermədi. Çünki Almaniya Rapollo müqaviləsindən imtina etmədi.
Genuya və Haaqa konfransları gənc Sovet dövlətinin xarici siyasətinin şəksiz
uğurlarını göstərdi. mperialist dövlətləri öz şərtlərini sovet Rusiyasına zorla qəbul
51
etdirə bilmədilər. Onların planı pozuldu. Rapollo müqaviləsi isə sovet Rusiyasının
beynəlxalq arenaya çıxması demək idi. ABŞ, ngiltərə, Fransa və başqa ölkələrin
siyasi dairələrinin müqavimətinə baxmayaraq, o, beynəlxalq vəziyyətini möhkəm-
ləndirməyə müvəffəq olurdu. 1923-1925-ci illərdə sovet Rusiyası bir çox ölkələrlə
diplomatik münasibətlər qurdu. Bu dövr Sovet dövlətinin xarici siyasətinin tarixinə
“tanınmalar zolağı” kimi daxil oldu.
28. 20-ci illərdə beynəlxalq münasibətlərdə təzminat problemi.
Paris sülh konfransında Almaniyadan təzminat alınması problemi həll olunmadı.
Konfransın qərarına əsasən bu məsələ ilə məşğul olmaq üçün müttəfiqlərarası ko-
missiya yaradıldı. Lakin komissiya təzminatla bağlı məsələləri həll edə bilmirdi.
ABŞ təzminat məsələsindən istifadə edib Avropada mövqeyini möhkəmləndir-
məyə çalışırdı. XX əsrin 20-ci illərində Avropada beynəlxalq münasibətlərdə ən
çox müzakirə olunan məsələrdən ən mühümləri sırasında artıq məlum olduğu kimi
Almaniyanın tərksilah edilməsi və ondan təzminat alınması da vardı. Tərksilah
məsələsində müəyyən razılığa gəlinsədə təzminatın üstü açıq qalırdı. Sanki, bu
məsələnin həlli dalana dirənmişdi və artıq böhran həddinə çatmışdı. Təzminat
problemi həm iqtisadi, həm də siyasi xarakter daşıyırdı. Qalib dövlətlər arasında
Almaniyadan təzminat alınması, onun miqdarı və ödənilməsi üsulları və bütün
bunlara nəzarətlə bağlı ixtilaflar qalırdı. Almaniya da bu ixtilaflardan istifadə edib
təzminatı ödəmirdi. Ümumiyyətlə, Almaniyanın daxilində iki xətt tərəfdarları
formalaşmışdı: Birincilər təzminatın ödənilməsinə razı olduqları halda, ikinci qrup
heç cür bununla razılaşmaq istəmirdilər. Keçirilən konfranslarda bu məsələ hər
zaman diqqət mərkəzində olmuşdur. Hələ 1920-ci ilin 5-16 iyul tarixlərində
keçirilən Spa konfransında tərksilah məsələsi ilə bərabər təzminat probleminə də
toxunulmuşdu. Təzminatın ümumi məbləği müəyyənləşdirilməsə də, onu alacaq
dövlətlərin payı müəyyənləşdirildi. Ən çox hissə Fransaya çatdı: 52%. Onu 22%-lə
ngiltərə izləyirdi, 10% taliyaya çatdı, ABŞ-ın da pay almaq hüququ saxlandı.
1921-ci ilin yanvarında müttəfiqlərarası komissiyanın Parisdə keçirilən
konfransında qəbul edilmiş qərara əsasən Almaniya 40 il ərzində 226 mlrd. marka
təzminat ödəməli idi. Lakin tərəflərin mövqeləri ilə bağlı 1921-ci ilin aprel-may
52
aylarında komissiyanın Londonda keçirilən konfransında yeni qərar qəbul edildi.
Beləki, Almaniya 48 il ərzində 126,5 mlrd. marka təzminat verməli idi. Müttəfiqlər
Almaniyadan London konfransının qərarı ilə razılaşmağı və Versal müqaviləsinə
ə
məl etməyi tələb edirdilər. ngiltərə və Fransa arasında Almaniyanın maliyyə
sistemi və iqtisadiyyatı üzərində nəzarət tədbirləri və ona qarşı tətbiq edilməli olan
sanksiyalar haqqında razılıq əldə olundu. Almaniya London konfransının qərarı ilə
razılaşdı, lakin maliyyə vəziyyətinin ağırlığına əsaslanıb təzminatı ödəmirdi. ABŞ
və ngiltərə tərəfindən Almaniyanın siyasəti müdafiə edilirdi. Beləki, ABŞ və
ngiltərə Almaniyanı Fransanın əsas rəqibi kimi saxlamağa çalışır və onun zəif-
ləməsini istəmirdilər. Digər tərəfdən ngiltərə iddia edirdi ki, təzminat Almaniyada
inqilabın qələbəsinə və kommunistlərin hakimiyyətə gəlməsinə səbəb olacaq.
Fransa isə Almaniyanı təzminatı ödəməyə məcbur etməyə çalışırdı. Fransa iddia
edirdi ki, müharibə zamanı ölkəyə böyük zərər dəyib və təzminatın vaxtlı-vaxtında
alınmasını təmin etmək lazımdır. Fransa Almaniyadan aldığı təzminatın köməyi ilə
təsərrüfatını bərpa etmək, iqtisadi qüdrətini artırmaq və Avropada hegemonluğunu
təmin etmək niyyətində idi.
London konfransının qərarları və “Dauses planı”nın qəbul edilməsi beynəlxalq
aləmdə qüvvələr nisbətini dəyişdi, amerikan-ingilis yaxınlaşması baş verdi və Av-
ropa işlərində ABŞ- ngiltərə blokunun rolu xeyli artdı. Lakin fransız – ingilis
ə
laqələrinə ciddi xələl gəldi. “Daues planı”nın qüvvədə olduğu altı il ərzində Al-
maniya xaricdən müxtəlif formalarda 21 mlrd. marka kredit almış, özü isə cəmi 7,5
mlrd. marka təzminat ödəmişdi. Alamniya xaricdən yardım almaqla hərbi poten-
sialını bərpa edirdi. Eyni zamanda Almaniya hökuməti ardıcıl şəkildə təzminatı
ödəməyə imkanı olmadığından “Daues planı”na yenidən baxılmasını tələb edirdi.
Almaniyanın bu mövqeyini ABŞ müdafiə edirdi.
29. Rur münaqişəsi. “Daues planının” hazırlanması və qəbulu.
20-ci illərin əvvələrində təzminat məsələsinin həll edilməməsi öz növbəsində başqa
problemin ortalığa çıxmasına səbəb oldu. Bu tarixi ədəbiyyatlarda Rur münaqişəsi
adı ilə də xatırlanır. Ölkənin ağır iqtisadi vəziyyətində fransız rəsmi dairələri Ru-
run sərvətlərindən istifadə etməyi qərara aldı. Ancaq ilk növbədə bu ərazini işğal
53
etmək üçün tutarlı bəhanə lazım idi. Fransız diplomatiyası Almaniyanı təzminatı
ödəməməkdə və Versal sülh müqaviləsinin şərtlərinə əməl etməməkdə günahlan-
dırdı. Fransanın Avropada qüvvətlənməsini heç cür qəbul etməyən ngiltərədən
fərqli olaraq, taliya hökuməti daha yaxın qonşusunun mövqelərini müdafiə etdi.
Belə şəraitdə ingilis diplomatiyası problemin həlli üçün yeni vasitələrə əl atmalı
oldu. 1923-cü il yanvarın 2 - 4-də Parisdə keçirilən konfransda ngiltərə 4 il müd-
dətində Almaniyanın təzminat ödəməsinə moratorium qoyulması təklifi ilə çıxış
etdi, lakin Fransa buna etirazını bildirdi. Yanvarın 10-da Fransa və Belçika Berlinə
nota verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya göndər-
diklərini bildirdilər. Yanvarın 11-də isə Fransa-Belçika orduları Ruru işğal etdilər.
ngiltərə bu münaqişədə Fransa və Almaniyanın vuruşub bir-birlərini zəiflədəcək-
lərini güman edib hadisəni sakitliklə qarşıladı. ABŞ da həmçinin işğala rəsmi mü-
nasibət bildirmədi. Lakin Almaniya kəskin etirazını bildirdi. SSR də Almaniyanı
dəstəklədi. Almaniya özünün daş kömür, dəmir filizi, çuqun mədənlərindən məh-
rum olmuşdu. Əslində Rurun işğalı heç Fransaya da xeyir gətirmədi, əksinə onun
beynəlxalq nüfuzuna xələl gətirdi. Almaniyada antifransız ideyalar yayıldı, Avro-
pada isə münaqişəyə ngiltərənin müdaxiləsinə dair çağırışlar yayıldı. Nəticədə,
Almaniya 1923-cü il mayın 2-də nota verərək təzminat məsələsinin yenidən komis-
siyanın müzakirəsinə verilməsini tələb etdi. Bu da Almaniyada vəziyyəti sabitləş-
dirmədi. Ölkəni inqilabi böhran bürümüşdü. A.Hitlerin başçılığı ilə qisasçılıq, nasi-
zm meylləri gücləndi. Bu da tezliklə silahlı çıxışlara çevrildi. 1923-cü ilin avqus-
tunda Rur vilayətində başlanan tətil sonra bütün ölkəni bürüdü. Rurun işğalı
beynəlxalq münasibətlərə də rəngarənglik qatdı. Beləliklə, təzminat məsələsinin
həlli istiqamətində ABŞ və ngiltərənin rolu artdı. Buna görə də Rur münaqişəsini
fransız diplomatiyasının passivinə, ingilislərin isə aktivinə yazmaq olar. Almani-
yada isə siyasi böhranla əlaqədar olaraq inqilabi şərait artırdı. Nəhayət, 1923-cü
ilin iyununda Almaniya hökuməti ngiltərə, Fransa, Belçika, taliya və Yaponiyaya
nota göndərərək beynəlxalq konfrans keçirilməsini xahiş etdi. Lakin notaya tezliklə
reaksiya verilmədi. Rur uğrunda səkkiz aylıq mübarizə Almaniyanın təslim olması
ilə nəticələndi və bu vilayətin alman əhalisinə müflisləşmə və infilyasiya gətirdi.
54
Üzdə qalib görünən Fransa isə əslində yersiz inadı üzündən ngiltərənin qəzəbini
qazanmışdı. Fransanın da öz arqumentləri vardı. O, özünün Avropada güclənməsi-
nə qarşı ABŞ- ngiltərə planlarına qarşı mübarizədə hər yolu sınaqdan keçirirdi.
ABŞ və ngiltərəni buna razı sala bildi. ABŞ-ın təşəbbüsü ilə təzminat komissiyası
1923-cü il noyabrın əvvəlində iki ekspert komitəsi yaratdı. Birinci komitəyə ABŞ
bankiri Ç.Daues, ikinci komitəyə ngiltərə bankiri M.Kenna başçılıq edirdi. Birinci
komitə alman markasını və büdcəsini sabitləşdirmək, Almaniyadan təzminat alın-
ması haqda tövsiyyələr irəli sürməli idi. kinci komitənin əsas vəzifəsi isə Alma-
niyanın xaricdəki kapitalının ölkəyə qaytarılması problemini həll etmək üçün yol-
lar tapmaq və Almaniya iqtisadiyyatına xarici kapital axınını reallaşdırmaq üçün
təkliflər hazırlamaqdan ibarət idi. Beynəlxalq ekspertlər komitəsinin iclası 1924-cü
il yanvarın 14-də Londonda açıldı. Aprel ayında isə komitələr öz tövsiyyələrini
beynəlxalq təzminat komissiyasına təqdim etdilər. Birinci komitənin məruzəsi
“Daues planı” adlanırdı. Plan üç hissədən ibarət idi: Birinci hissədə ekspertlərin
ümumi nəticələri və komitənin mövqeyindən bəhs edilirdi. Ekspertlərin əsas
məqsədi Almaniyaya cəza tətbiq edilməsi deyil, ona borc vermək üçün yollar axta-
rılması idi. kinci hissə Almaniyanın ümumi iqtisadi və maliyyə həyatına həsr
olunmuşdu. Üçüncü hissə isə ilk iki hissəyə əlavələrdən ibarət idi. “Daues planı”
Almaniya təsərrüfatını bərpa etməklə təzminatın alınmasını irəli sürürdü. Plana
görə təsərrüfatını bərpa etmək üçün Almaniyaya xarici ölkələrdən yardım edilməli
və ölkədə azad sahibkarlığın inkişafına şərait yaradılmalıdır. nflyasiyanı aradan
qaldırmaq və valyutasını sabitləşdirmək üçün Almaniyaya 800 mln. marka kredit
verilməli idi. Heç planda təzminatın ümumi məbləği də göstərilməmişdi. Almaniya
1924-cü ildə 1 mlrd., 1925 – 1927-ci illərdə hər il 1,7 mlrd., 1928-ci ildən
başlayaraq isə hər il 2,5 mlrd. təzminat ödəməli idi. Özü də müttəfiqlər ödənilmiş
məbləğlər hesabına ABŞ-a borclarını qaytarmalı idilər. “Daues planı” bir tərəfdən
Versal müqaviləsi çərçivəsində iqtisadi cəhətdən güclü və təzminatı ödəməyə qadir
olan Almaniyanın bərpa etdirilməsini, digər tərəfdən isə onun iqtisadiyyatını
nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almağı nəzərdə tutur-
du. Bu plan Avropada sabitləşməyə yönəlmişdi. Planın iqtisadi yönləri ilə yanaşı
55
həm də incə siyasi-diplomatik xüsusiyyətləri də vardı. “Daues planı” Avropa işlə-
rində hegemonluğa can atan Fransa üzərində ABŞ və ngiltərənin diplomatik
qələbəsi idi. Nəticədə, Fransanın Avropada nüfuzu xeyli aşağı düşmüş oldu.
Beləliklə, “Daues planı”nın əsas müzakirə obyekti olduğu təzminat məsələsinə
həsr edilmiş London konfransı 1924-cü il 16 iyul – 16 avqust tarixlərində keçirildi.
Konfransın əsas məqsədi Almaniyanın iqtisadi və maliyyə birliyini bərpa etmək və
ona iri istiqrazlar verən kreditorlar üçün təminat yaratmaq idi. Konfransda Rurun
işğalı rədd edildi, “Daues planı” qəbul edildi və Almaniyaya ABŞ və ngiltərədən
məhsul və kapital idxalı artdı.
30.”Yunq planı”. Avropada Fransanın mövqelə rinin zə iflə mə si.
Alman hökuməti ölkələr arasındakı iqtisadi münasibətlərlə bağlı problemlərin
müzakirəsi üçün konfrans çağırılmasına nail olmaq istəyir və təzminatlar haqqında
qərarlara və “Daues planı”na yenidən baxılmasını tələb edirdi. Beləliklə, 1928-ci il
dekabrın 22-də ngiltərə, taliya, Belçika, Fransa və Yaponiya təzminat məsələsinə
dair ekspertlər komitəsini təsis etdiklərini rəsmi şəkildə elan etdilər. 1929-cu il fev-
ralın 11-də Parisdə “Daues planı”na yenidən baxılması üçün bir sıra ölkələrin eks-
pertlərinin müşavirəsi keçirildi. Komitənin tərkibi təsisçi dövlətlər və ABŞ, Alma-
niyadan hərəsindən iki nümayəndə olmaqla 14 nəfər idi. Sədr isə ABŞ eksperti
O.Yunq idi. Təzminatların alınmasında ən maraqlı ölkə olan Fransa “Daues planı”-
na yenidən baxılmasına razılaşır, lakin alman təzminatlarının məbləğinin qalib öl-
kələrin müttəfiqlərarası borcları ilə əlaqələndirilməsində təkid edirdi. Məsələ bura-
sındadır ki, Birinci dünya müharibəsi zamanı ABŞ və ngiltərədən göndərilən hərbi
texnika, materiallar və ərzaq üçün Fransa hər il müəyyən məbləğlər ödəməli idi ki,
bunlar da alman təzminatları hesabına doldurulurdu. Buna görə də Fransa alman
təzminatlarının azaldılmasının kompensasiya olunmasında maraqlı idi. Uzun illər
ə
rzindəki zəhmətdən sonra ekspertlər komitəsi tarixə “Yunq planı” kimi daxil olan
sənəd işləyib hazırladı. Çoxlu mübahisələr və uzun müzakirələrdən sonra “Yunq
planı” 1930-cu ilin yanvarında Haaqa konfransında qəbul olundu. Plana görə, Al-
maniya 59 il ərzində 113,9 mlrd. marka təzminat ödəməli idi. “Yunq planı” “Daues
planı” ilə müqayisədə Almaniyanın illik ödənclərini 20% aşağı saldı. ”Yunq planı”
56
təzminatın ödənilməsində böyük dəyişikliklər etmədi. Bundan sonra təzminat yal-
nız dəmir yolları və büdcədən gələn gəlir hesabına ödənilməli idi. Sənayedən gələn
gəlir hesabına təzminat ödənilməsi qaydası da ləğv olundu. Paris müşavirəsinin
iştirakçıları Almaniyanın vəziyyətini yumşaldan bir sıra digər qətnamələr qəbul
etdilər. Təzminat komissiyası ləğv olundu, dəmir yolları və müəssisələr üzərindəki
nəzarət götürüldü, 1930-cu ilin ortalarından gec olmayaraq Reyn zonasından
qoşunların çıxarılması məsələsi həll olundu. Almaniyanın təsərrüfat və maliyyə
strukturlarına nəzarətin aradan qaldırılması Versal sisteminə vurulmuş ağır zərbə
idi. “Yunq planı” qüvvəyə mindikdən bir il sonra Almaniya növbəti təzminatı ödə-
yə bilmədiyindən kömək üçün ABŞ-a müraciət etdi. Almaniyadakı pullarını itir-
məkdən qorxan amerikan bankirlərinin təkidi ilə ABŞ prezidenti Huver təzminatla-
rın və hərbi borcların ödənilməsinə moratorium qoyulması təklifi ilə çıxış etdi. Bu
təklif ildə 2 mlrd. frank təmiz itkiyə məruz qalacaq Fransanın cibinə ziyan idi.
Beləliklə, iki il müddətinə qüvvədə qalan “Yunq planı” da təzminat problemini
Fransanın istəyinə uyğun həll edə bilmədi. 1932-si ilin iyununda Lozanna konf-
ransının qərarı ilə Almaniya təzminat ödəməkdən tamam azad edildi. Beləliklə, 20-
ci illərdə və ondan sonrakı dövrdə beynəlxalq münasibətlərə mühüm təsir göstərən
təzminat problemi həllini tapmadan ləğv edildi. 1919 – 1931-ci illərdə Almaniya
21,8 mlrd. marka təzminat ödəmiş, özü isə xarici ölkələrdən həmin müddətdə 38
mlrd. marka kredit almışdı. Göründüyü kimi keçən müddət ərzində Almaniya borc-
larını azaltmaq əvəzinə kreditlər hesabına daha çox borclanmışdı. Ard-arda Versal
sisteminə vurulan zərbələr, ABŞ və ngiltərənin Almaniya məsələsində Fransa ilə
birgə hərəkət etməməsi Almaniyanın özünə güvənini daha da artırdı və o, Versal
sülh müqaviləsinin qərarlarına əməl etməyə maraq göstərmədi. Alman sənayesinə
nəzarətin aradan qaldırılması onun rahat bir şəkildə silahlanmaya daha çox vəsait
qoymasına və hərbi hissələrini leqallaşdırmasına münbit şərait yaratdı. Üstəlik,
Millətlər Cəmiyyətinə qəbulu ona bütün bunlara haqq qazandırmaq imkanı verdi.
Ölkənin daxilində isə şovinizm və qisasçılıq meylləri güclənmiş, faşist təşkilat-
larının fəaliyyəti intensivləşmişdi. Beləliklə, 20-ci illərin təzminat problemi, onun
həll edilməsində yol verilən xətalar və meydana çıxan uğursuzluqlar, müttəfiq
57
dövlətlərin məsələnin həllində ortaq məxrəcə gələ bilməmələri və s. amillər sonrakı
beynəlxalq münasibətlər sisteminin formalaşmasına və yaşanacaq siyasi olaylara
kəskin təsir etdi.
Dostları ilə paylaş: |