20. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və böyük dövlətlərin
mövqeyi.
F. Xoyskinin xarici işlər komissarı Çiçerinə göndərdiyi sonuncu notasına
Sovet Rusiyası münasibət bildirmədi. Çünki Rusiya Azərbaycanla münasibətlərin
hərbi müstəvidə “həlli” qənaətini artıq qətiləşdirmişdi. Rusiya bəzi diplomatik ge-
dişləri-ticarət və iqtisadi məsələrə dair danışıqları ilə vaxt qazanırdı. Arxada isə
Azərbaycana hərbi müdaxilənin planları hazırlanırdı. Bunu bir çox rəsmi sənədlər
də yaxşı açıqlayır. Qafqaz cəbhəsi komandanlığının XI ordunun və Volqa-Xəzər
donanmasının komandanlıqlarına Petrovsk şəhərindən verilən 490 (21.IV.1920),
Rostovda imzalanan 5969/s saylı (23.IV.1920) direktivləri, Dərbəndən verilən 52
saylı əmr (25.IV.1920) bu baxımdan olduqca səciyyəvidir.
Bakıya hücum və Azərbaycanın azad edilməsi haqqındakı 490 saylı direk-
tivdə: 1. aprelin 27-də Azərbaycan sərhədlərini keçib Bakı quberniyasını tutmaq; 2.
desant çıxararaq neftdaşıyan AXC donanmasını ələ keçirmək nəzərdə tutulurdu.
39
5969/s saylı direktivdə əvvəlkinə əlavə olaraq yalnız Bakı quberniyasının deyil,
Azərbaycanın bütün ərazisinin ələ keçirilməsi XI ordunun son vəzifəsi sayılırdı. 52
saylı əmrdə isə gələcək hərbi əməliyyatların 17 maddəlik konkret planı verilirdi.
şğ
al ərəfəsində daxildəki bolşeviklər və ermənilər Sovet Rusiyasının hərbi müda-
xilə planlarına dəstək verdilər.
Sovet Rusiyası bu kimi hərbi-siyasi-ideoloji səciyyəli hazırlıq tədbirlərini
tamamladıqdan sonra yenidən Şimali Azərbaycanın işğalına başladı (27.IV.1920).
AXC parlamenti: a) Azərbaycanın tam müstəqilliyinin saxlanılması; b) onun ərazi
bütövlüyünün qorunması və digər şərtlərlə hakimiyyətin təhvil verilməsinə razılaş-
dı. Beləliklə, 27 aprel istilası ilə növbəti, lakin qısamüddətli Azərbaycan istiqlalı
“dünya sosialist inqilabı”, Lenin “milli siyasəti” yolunda qurban gedərək tarixə
qovuşdu. Paris Sülh konfransının de-fakto tanıdığı AXC-ni Rusiyanın devirməsi
beynəlxalq dairələr və böyük-qonşu dövlətlər tərəfindən, əsasən, sükutla qarşılandı.
AXC Sülh nümayəndəliyi San-Remoda ikən Azərbaycanın Rusiya tərəfindən işğalı
ilə bağlı Müttəfiqlərin Ali Şurasına, Romadakı səfirliklərə və sonralar isə Millətlər
Cəmiyyətinə, beynəlxalq konfranslara notalar-müraciətlər göndərdi. Həmin diplo-
matik sənədlərdə Azərbaycanın müstəqilliyinin bərpası üçün təcili tədbirlər gö-
rülməsi və yardım göstərilməsi istənildi. Lakin heç bir ciddi əməli nəticə hasil
olmadı. Göründüyü kimi, beynəlxalq toplantı və qurumlar AXC-nin devrilməsi,
Azərbaycanın beynəlxalq münasibətlər sistemindən çıxarılması ilə razılaşdılar.
Qərbin böyük dövlətləri Aprel işğalı faktına gözyumdular. Bu cür münasibət onla-
rın ikili siyasətinin qanunauyğun yekunu kimi də dəyərləndirilə bilər. Müttəfiqlərin
Rusiyanın yenidən Azərbaycana qayıtmasını önləməmələri bu kimi səbəb-niyyət-
lərdən də irəli gəlirdi: 1. işğalın əngəllənməsi üçün lazım gələn hərbi-iqtisadi im-
kanların yetərsizliyi; 2. yardım göstərilməsinin bahalı və azsəmərəli sayılması; 3.
Rusiyadan güzəştlər qoparılması, ilk öncə, də müttəfiqlərin borclarını qaytarmasına
nail olunması. Türkiyə parçalanmaq və suverenliyini itirmək təhlükəsi ilə üzləşdi-
yindən Azərbaycan dövlətinin süqutuna razılıq verdi və yardım göstərdi. ran Şi-
mali Azərbaycanda dövlətçiliyin növbəti süqutunu razılıqla qarşıladı. Cənubi Azər-
40
baycanda milli-demokratik mübarizənin genişləndiyi bir dövrdə AXC-nin devril-
məsi onun üçün göydəndüşmə bir iş sayıla bilər.
21. Paris sülh konfransı və beynəlxalq münasibətlər.
Almaniya və onun müttəfiqləri ilə dinc nizamlama məsələləri 1919-cu il yanvarın
18-də keçirilən Paris sülh konfransında həll olunurdu. Orada 27 ölkənin nüma-
yəndəsi iştirak edirdi. Konfransın rəsmi iştirakçılarından başqa bəzi müstəmləkə
ölkələrinin, bir sıra dövlət və ictimai təşkilatların nümayəndələri də Parisə gəl-
mişdilər. Konfransın rəsmi açılışı ərəfəsində dövlət və hökumət başçılarının, xarici
işlər nazirlərinin və nümayəndə heyətlərinin digər yüksək vəzifəli üzvlərinin müşa-
virə və görüşləri keçirilirdi. Bir sıra məsələlər-konfransın dili, reqlamenti, ölkələrin
rolu və onun işində iştirakı uzun sürən müzakirələr doğurdu. Konfransın əsas
dilləri kimi ingilis və fransız dilləri tanındı. Konfransda iştirak edən ölkələr 4 qrupa
bölünmüşdü.
Birinci qrup. ABŞ, ngiltərə, Fransa, taliya və Yaponiya. Bu ölkələrin hər
birinin 5 səlahiyyətli nümayəndəsi vardı və onlar həm bütün ümumi iclaslarda,
həm də müxtəlif komitə və komissiyaların iclaslarında iştirak edirdilər.
kinci qrup. Britaniya dominionları və 19 başqa ölkə. Onların birdən üçə qədər
səlahiyyətli nümayəndələri vardı və onlara bilavasitə aid olan məsələlərin müzakirə
olunduğu iclaslarda iştirak edə bilərdilər.
Üçüncü qrup. Almaniya və müttəfiqləri ilə diplomatik münasibətləri pozmuş
dörd Latın Amerikası ölkəsi. Onların nümayəndələri yalnız bu ölkələrin maraq-
larına toxunan məsələlər müzakirə olunduğu zaman iclaslara çağırılırdılar.
Dördüncü qrup. Bura neytral və yenidən yaradılması nəzərdə tutulan ölkələrin
nümayəndələri daxil idi. Onlar yalnız xüsusi məsələlərin müzakirəsində iştirak edə
bilərdilər.
Konfransı açan Fransa prezidenti Puankare Almaniyanın ünvanına qəzəbli
sözlər söylədi və müharibənin təqsirkarlarına qarşı sərt sanksiyaların tətbiq edil-
məsinə çağırdı. O, yeni təcavüzə yol verməmək üçün qəti tədbirlərin görülməsini
tələb etdi. Bütün ən vacib məsələlər üç Şura tərəfindən həll edilirdi: Onlar Şurası,
41
Dördlər Şurası və Beşlər Şurası. Onlar Şurasına ABŞ-dan-Vilson və Lansin, ngil-
tərədən-Lloyd Corc və Balfur, Fransadan-J. Klemanso və Pişon, taliyadan-
Orlando və Sonnito, Yaponiyadan-Makino və Şinda daxil idilər. Dördlər Şurası
yalnız ABŞ, ngiltərə, Fransa və taliya dövlətlərinin başçılarından ibarət tərkibdə
işləyirdi. Beşlər Şurası ABŞ, ngiltərə, Fransa, taliya və Yaponiya xarici işlər
nazirlərindən ibarət idi. Lakin əsas məsələləri ABŞ prezidenti Vilsonun, ngil-
tərənin və Fransanın baş nazirləri Lloyd Corcun və Klemansonun daxil olduğu
böyük “üçlük” həll edirdi.
Hazırlıq dövründə və konfransın işinin gedişində amerikan prezidentinin 14
bəndi və xüsusən də bütün danışıqların açıq aparılması, heç bir məxfi beynəlxalq
sazişlərin olmaması, diplomatiyanın həmişə açıq və aşkar fəaliyyət göstərməli ol-
duğu barədə çox danışılırdı. Sovet Rusiyasının nümayəndələrinin konfransa çağı-
rılmamasına baxmayaraq, demək olar ki, bütün problemlərin müzakirəsində “rus
məsələsinə” toxunulurdu. Bəziləri Rusiyaya müttəfiqlərin ordusunu göndərməyi
zəruri hesab edirdilər, digərləri əsas diqqətin A. V. Kolçak, A. Denikin və digər
ağ generalların müdafiəsinə yönəldilməsi uğrunda çıxış edirdilər. London və
Vaşinqtonda Sovet hökumətinin möhkəmləndiyini başa düşdüklərindən burjua
hökumətini xilas etmək üçün cəhdlər etməyə başladılar.
22. Müharibədən sonrakı nizamlama problemləri. Almaniya ilə sülh mü-
qaviləsi.
Millətlər Cəmiyyətinin Nizamnaməsini qəbul edən Paris konfransı Almaniya ilə
sülhün şərtlərinin müzakirəsinə keçdi. ngiltərə, Fransa, ABŞ və antialman blo-
kunun müharibədə iştirak etmiş digər ölkələri Almaniyanın zəifləməsini istə-
yirdilər ki, o, hadisələrin inkişafına həlledici təsir göstərə bilməsin və iqtisadi-ti-
carət əlaqələrində rəqabətə davamlı olmasın. Barışmaz mövqeni Fransa tutmuşdu.
Klemanso və digər fransız nümayəndələri müharibədə verdikləri bütün itkilərin
ə
vəzini Almaniyadan almağa çalışırdılar. Onlar Almaniyadan 800 mlrd. qızıl mar-
ka məbləğində təzminat tələb edirdilər. Sərhədlər haqqında məsələdə kəskin dis-
kussiya oldu. Fransa Elzas və Lotaringiyanın qaytarılmasından əlavə Reynin sol
sahilinin işğalında və sağ sahilindəki 50 kilometrlik zonanın hərbsizləşdirilməsin-
42
də təkid edirdi. Müqavilənin hərbi maddələrinə gəlincə, hamı bununla razı idi ki,
Almaniyanın quru qoşunlarının şəxsi heyəti yüz min nəfərdən çox olmamalıdır.
Almaniya ilə müqavilənin hərbi maddələrinin müzakirəsi zamanı fransız nüma-
yəndə heyəti alman ordusunun təkcə xeyli ixtisar olunmasını yox, həm də hərbi
müəssisələri üzərində bilavasitə nəzarət tələb etdi. ngiltərə və ABŞ bu təklifin
ə
leyhinə çıxdılar. ngiltərə Almaniya üçün daha yumşaq iqtisadi şərtlərin tərəfdarı
idi və Qərb torpaqlarının Polşaya verilməsinə qarşı çıxış etdi. Alman ordusunun
ixtisarında Amerika və ingilis nümayəndə heyətləri o qədər də maraqlı deyildilər.
Onlar Şurasının iclasında Vilson bəyan etdi ki, Almaniyaya “daxili qayda-qanunu
qorumaq və bolşevizmi əzmək” üçün zəruri olan ordu saxlamaq lazımdır.
1919-cu il aprelin 25-də alman nümayəndə heyəti Versala dəvət olundu.
Ona Xarici işlər naziri Rantstau başçılıq edirdi. O, müttəfiqlər arasındakı fikir
ayrılığından istifadə etməyə cəhd etdi. Konfransın iclasında alman nümayəndə he-
yəti ilk dəfə mayın 7-də göründü. Ona təklif olunan müqavilənin mətni təqdim
olundu və tanış olmaq üçün 15 gün vaxt verildi. Verilmiş vaxt almanlara kifayət
etmədi və onlar mayın 29-da müqavilə mətninə fikir bildirdilər. Müqavilənin bütün
bəndlərinə etiraz edən Almaniya referendum keçirilməsi şərti ilə Elzas və Lotarin-
giyanı Fransaya qaytarmağa razı oldu. O, həmçinin 100 minlik orduya razılaşır,
Poznan əyalətinin bir hissəsini Polşaya verməklə onun üçün dənizə dəhliz açmağa,
20 milyard 1926-cı il mayın 1-nə olmaqla 100 milyard marka təzminat ödəməyə
hazır olduğunu bildirdi. Almaniyanın özündə müqavilənin şərtlərinə qarşı mübari-
zə vüsət aldı. Almanlar müharibənin yeganə günahkarının Almaniya adlandırılma-
sına etiraz edirdilər. Klemanso cavab verdi ki, onlar müharibəni uduzduqlarından
sülh şərtlərini qəbul etməlidirlər, yox əgər Almaniya belə siyasət aparmaqda dava
edəcəksə onda Antanta ölkələri hərbi əməliyyatları bərpa edib onu işğal edəcək və
danışıqsız tam təslim olmasını tələb edəcəklər. Dördlər Şurasının qərarı ilə marşall
Foş işğal planı işləyib hazırlayırdı. Uzun müzakirələrdən sonra Almaniya sülh
müqaviləsinin imzalanması haqqında qərar qəbul etdi. 1919-cu il iyunun 28-də
Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Alma-
niya Elzas və Lotaringiyanı Fransaya qaytarırdı. Reyn çayının sol sahili müttəfiqlər
43
tərəfindən işğal olunurdu və sağ sahilində 50 kilometrlik hərbsizləşdirilmiş zona
yaradılırdı. Burada Almaniya istehkamlar tikmək, silahlı qüvvələrini yerləşdirmək
və hərbi manevrlər keçirmək hüququndan məhrum olurdu. Saar hövzəsinin kömür
mədənləri Fransanın mülkiyyətinə verilirdi, Saar vilayətini isə 15 il ərzində Millət-
lər Cəmiyyəti idarə etməli, sonra referendum yolu ilə onun Fransaya və ya Alma-
niyaya verilməsi məsələsi həll olunmalı idi. Almaniya Polşanın müstəqilliyini tanı-
yır Poznanı, Pomoryeni, Qərbi Prussiyanın və Yuxarı Sileziyanın bir hissəsini ona
verirdi. Alman ərazisi Polşaya dənizə çıxış imkanı verən dəhlizlə bölünürdü. Qdan-
sk ona bitişik ərazi ilə birlikdə Millətlər Cəmiyyətinin himayəsi altında azad şəhərə
çevrilirdi. Şlezviqin şimal hissəsi Danimarkaya keçdi, Klaypeda Litva ilə yenidən
birləşdi. Almaniya Avstriyanın və Çexoslovakiyanın müstəqilliyini tanıdı. Versal
müqaviləsinə əsasən Avstriyanın Almaniyaya birləşdirilməsi qadağan edilirdi. Sər-
hədlərin bu dəyişməsi nəticəsində Almaniya ərazisinin səkkizdə bir, əhalisinin isə
on ikidə bir hissəsini itirdi. Antanta ölkələri Almaniyanın Afrikadakı bütün müs-
təmləkələrini, Sakit okeandakı adalarını tutdular. Müqavilə müəllifləri Çinlə heç
bir razılaşdırma olmadan onun suverenliyini pozaraq Çin torpaqlarının bir hissəsini
Yaponiyaya verdilər ki, bu da ölkədə hiddət doğurmaya bilməzdi. Çin Versal
müqaviləsini imzalamaqdan imtina etdi. 1919-cu ilin Versal sülhü Almaniyada
qisasçı ideyaların artması üçün zəmin yaratdı. Sonralar bu həmin müqavilənin ləğv
edilməsi və Avropa xəritəsinin yenidən tərtib olunması uğrunda mübarizədə özünü
göstərdi.
23. Müharibə də n sonrakı nizamlama problemlə ri. Macarıstan və Osmanlı
dövlə ti ilə sülh müqavilə lə ri.
Macarıstanla sülh müqaviləsi başqalarından daha gec işlənib hazırlandı və
razılaşdırıldı. Müqavilə 1920-ci il iyunun 4-də Versalın Böyük Trianon sarayında
imzalandı. Macarıstan Avstriya, Serb-Xorvat-Sloven krallığı, Çexoslovakiya və
Rumıniya ilə müharibədən sonra müəyyənləşdirilmiş sərhədləri tanımalı idi. Macar
ə
razilərinin bir hissəsi bu ölkələrə verilirdi. Sayı 35 mini aşmamalı olan macar or-
dusu yalnız könüllülük əsasında formalaşa bilərdi. Hərbi mükəlləfiyyət qadağan
olunurdu. Macarıstan aviasiyaya malik ola bilməzdi. Ordunun silah təchizatında
44
ağır artilleriya və tanklar olmamalı idi. Ölkə dənizə çıxışdan məhrum olurdu, onun
bütün donanması qaliblərə verilirdi, Dunay çayı üzərində isə nəzarət qoyulurdu.
Macarıstanın ərazisi 30 faiz, əhalisi isə 50 faizə yaxın azalırdı.
1920-ci il avqustun 10-da Paris yaxınlığındakı Sevrdə Türkiyə ilə sülh
müqaviləsi imzalandı. O, Suriya, Livan, Fələstin, Mesopotomiya, Ərəbistan yarım-
adasındakı bütün mülklərindən məhrum olurdu. Türkiyə Misir üzərində ngil-
tərənin, Mərakeş və Tunis üzərində isə Fransanın protektoratını tanıdı. Əvvəl ona
məxsus olan torpaqlar hesabına taliya və Yunanıstan öz ərazilərini genişlən-
dirdilər. Türkiyə iqtisadiyyatı və onun maliyyəsi ngiltərə, Fransa və taliyanın
nümayəndələrindən ibarət xüsusi komisiyanın nəzarəti altına düşürdü. Türkiyə
ordusu 50 min nəfərdən çox ola bilməz, 7 keşikçi gəmisi və 5 minonos istisna
olmaqla Türkiyənin bütün hərbi dəniz donanması qalib ölkələrə verilirdi. Qara
dəniz boğazlarının sahili tərksilah edilməli, beynəlxalq komisiyanın nəzarətinə
verilməli idi. Boğazlara dair maddələr təkcə Türkiyənin yox, digər Qara dəniz
dövlətlərinin də maraqlarına toxunurdu. Türkiyəni asılı vəziyyətə salan bu müqa-
vilə artıq heç bir hakimiyyətə malik olmayan sultan hökuməti ilə bağlanmışdı.
Ankarada M. Kamalın başçılığı ilə yaradılmış yeni hökumət onu imzalamaqdan
imtina etdi. ngiltərə, Fransa və ABŞ Sevr müqaviləsi ilə ən yaxın regionda öz
mövqelərini möhkəmləndirməyə çalışırdılar. Amerikalılar Qara dəniz boğazlarına
və Yaxın Şərqə böyük maraq göstərirdilər. Bu sülh müqavilələri göstərdi ki, qalib
qərb dövlətləri öz ağalıqlarının bərqərar olmasına və milli-azadlıq hərəkatlarının
yatırılmasına yönəlmiş siyasət yeridirlər.
24. Paris sülh konfransına böyük dövlətlərin planları və niyyətləri.
ABŞ üçün I Dunya müharibəsi onun dünyadakı mövqeyinin əsaslı şəkildə də-
yişilməsi demək idi. Müharibə illərində onun iqtisadi potensialı gücləndi, ölkə iri
ordu və qüdrətli donanmaya sahib oldu. Ancaq ölkə daxilində amerikan xarici
siyasətinin məqsədləri ilə bağlı kəskin mübarizə gedirdi. Fəal xarici siyasət tərəf-
darı prezident Vilson hesab edirdi ki, ABŞ-ın dünyadakı rolunun dəyişməsi ona
sül-hün xilaskarı olmaq, beynəlxalq mübasibətlərə yeni prinsiplər gətirmək imkanı
verir. Bu prinsiplərə baxışını o, 1918-ci il yanvarın 8- də bəyan etdiyi “14 mad-
45
də”də ifadə etdi. Vilsonun təklifləri şübhəsiz dünya siyasətində yeni söz idi.
Ancaq, bolşeviklər Antanta dövlətlərinin gizli müqavilələrini dərc etdikləri zaman
ölkə daxilində Vilsonun nüfuzu xeyli sarsıldı. Amerikanlar fikirləşdilər ki, onların
övlad-ları Avropa dövlətlərinin gizli niyyətləri uğrunda vuruşmuşlar. 1918-ci ildə
konq-resə seçkilərdə Vilsonun rəqibləri-respublikaçılar çoxluq qazandılar.
ngiltərə hələ Paris sülh konfransına qədər müharibədə iştirakının başlıca
məqsədlərindən birinə nail oldu: alman donanması məhv edildi. ngiltərə Osmanlı
imperiyasının bir hissəsini öz nəzarəti altına aldı. ngiltərə Elzas və Lotaringiyanın
Fransaya qaytarılmasını istəyirdi. ngilislər müharibədən sonrakı Avropada sərhəd-
lər müəyyənləşdirilərkən xalqların öz müqəddəratını təyin etmək hüququndan çıxış
etməyi təklif edirdilər. Ingiltərənin dünyanın müharibədən sonrakı quruluşuna
başlıca tələbi- tərksilah və sülh aləti kimi Millətlər Cəmiyyətini yaratmaq yolu ilə
sülhü təmin etməkdən ibarət idi. ngiltərəni təcrübəli siyasətçi, siyasi kompromis
ustası Lloyd Corc təmsil edirdi. O, Vilsondan fərqli olaraq öz ölkəsinin parlamen-
tində möhkəm dayağa malik idi. Lakin ngiltərə dünya kreditorundan borcluya
çevrilmişdi. qtisadiyyat zəifləmişdi, ticarət və maliyyə pozulmuşdu. Almaniya
tərəfindən öz hərbi-dəniz qüdrəti üçün təhlükəni ləğv edən ngiltərə amerikan
donanmasının gücünün sürətlə artmasını həyəcanla müşahidə edirdi.
Fransa I Dünya müharibəsinin gedişində digər böyük dövlətlərə nisbətən
daha çox itkiyə məruz qalmışdı. Onun ərazisində hərbi əməliyyatlar aparılmışdır.
Fransa borc verəndən borcluya çevrilmişdi. Öz növbəsində Fransanın başlıca borc-
lusu olan Rusiya özunün bütün öhdəliklərini ləğv etmişdi. Dağıdılmış ölkədə
“almanlar hamısını ödəyərlər” şüarı çox yayılmışdı. Fransa hökumətinin başçısı
Klemanso bu şüarın gerçəkləşdirilməsinin qətiyyətli tərəfdarı idi və istənilən vasi-
tələrlə Almaniyanın zəiflədilməsinə nail olmağa hazır idi. Fransa yalnız Elzas və
Lotaringiyanın ona qaytarılmasını istəmirdi. Fransa Almaniyanın üzərinə maksimal
mümkün təzminat qoyulmasını tələb edir və Osmanlı imperiyasının bir hissəsinə
iddia edirdi. Fransa iqtisadi cəhətdən xeyli zəifləsə də hərbi cəhətdən güclənmişdi
və Avropada hegemonluğa nail olmaq istəyirdi. Bu, ngiltərənin mənafelərinə
46
uyğun gəlmirdi və ngiltərə Almaniyaya fransız təsirinin artmasının qarşısını ala
biləcək bir qüvvə kimi baxırdı.
taliya müharibəyə girərkən ona cənubi Tirolu, Adriatik dənizinin bütün şərq
sahilini və Kiçik Asiyanın bir hissəsini vermək vəd olunmuşdu. ndi o, bunları
istəyərkən müttəfiqlərin müqavimətinə rast gəldi. Çünki taliyanın qələbəyə töhfəsi
çox kiçik qiymətləndirilirdi. Rumıniya Avstriya-Macarıstan irsindən ona vəd edil-
miş Transilvaniya, Banat və Bukovinanın verilməsini tələb edirdi. Qalib dövlətlər
arasında olan ziddiyyətlər üzündən Paris sülh konfransında kəskin mübarizə gedir-
di.
25. Vaş inqton konfransı, onun qə rarları.
Birinci dünya müharibəsindən sonra Uzaq Şərqdə dinc tənzimləmə qarşıda daya-
nan əsas vəzifələrdən biri idi. Müharibə nəticəsində Uzaq Şərqdə və Sakit okean
hövzəsində beynəlxalq vəziyyət dəyişdi. Uzaq Şərqdə müharibədən sonrakı nizam-
lama problemlərini həll etmək üçün Vaşinqton konfransı işə başladı. Onun işində
ABŞ, Yaponiya, Fransa, taliya, Belçika, Hollandiya, Portuqaliya, Çin, ngiltərə və
domionları (Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika ittifaqı, Hindistan)
iştirak edirdi. Konfrans 1921-ci il noyabrın 12-də açıldı. Sovet Rusiyası və Uzaq
Şə
rq Respublikası Vaşinqtona dəvət edilməmişdilər. Sovet Rusiyası Uzaq Şərq
problemlərinin onların bilavasitə aid olduğu iki Uzaq Şərq ölkəsinin iştirakı olma-
dan müzakirə edilməsinin məqsədəuyğun olmamasını dəfələrlə konfransın təş-
kilatçılarının diqqətinə çatdırmışdı. Ona görə Sovet hökuməti bəyan etdi ki, Vaşin-
qton konfransının qərarlarını tanımayacaq. ABŞ Vaşinqton konfransında silahların
məhdudlaşdırılması, mandataltı ərazilərin bölgüsünə yenidən baxılması, Sovet Ru-
siyasına münasibət, beynəlxalq münasibətlərin prinsiplərinin hazırlanması kimi
məsələlərin müzakirə edilməsinə çalışırdı. ngiltərə konfransda yalnız Uzaq Şərqlə
bağlı məsələlərin müzakirəsini təklif etdi. Fransa konfransda hərbi borclar məsələ-
sinin müzakirəsini təklif etmişdi. Yaponiya tələb etdi ki, Vaşinqton konfransında
mandataltı ərazilərin yenidən bölüşdürülməsi məsələsinə baxılmasın.
Konfransın işi zamanı üç müqavilə imzalanmışdı. 1921-ci il dekabrın 13-də
ABŞ, ngiltərə, Fransa və Yaponiya müstəmləkəçi dövlətlərin Sakit okean adaları
47
və Uzaq Şərq xalqlarının azadlıq mübarizəsinə qarşı birgə hərəkətlər haqqında
Dördlər Müqaviləsi adlanan sənəd imzaladılar. Konfransın bağlandığı gün- 1922-ci
il fevralın 6-da daha iki müqavilə imzalandı.
Vaşinqton konfransında Çinlə bağlı məsələ geniş müzakirə edildi. Çin hökumə-
ti çalışırdı ki, xarici ölkələr onun ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin-
lər. Çin öz ərazisində sənaye və ticarət sahəsində bütün dövlətlərlə müqavilə əsa-
sında açıq və bərabər imkanlar prinsipi ilə əməkdaşlığa hazır idi, əvəzində Qərb
ölkələrinin Çinlə bağladığı qeyri-bərabər hüquqlu müqavilələr ləğv edilməli idi.
Çin hökuməti Şandunun Yaponiyaya verilməsinin əleyhinə idi və xarici qoşunların
ölkədən çıxarılmasını tələb edirdi. Lakin Qərb dövlətləri və Yaponiya Çinin təklif-
ləri ilə razılaşmadı. ABŞ isə ngiltərə, Fransa və Yaponiyanın mövqelərini zəif-
lətməyə çalışırdı. Ona görə ABŞ Çində onunla geniş əməkdaşlıq edən hökumət
qurulmasında, milli-azadlıq hərəkatının dayandırılması və sabitlik yaranmasında
maraqlı idi. 1922-ci il fevralın 6-da Doqquz dövlətin müqaviləsində Çinin ərazi
bütövlüyünə və suverenliyinə hörmət prinsipi elan edilirdi. Ölkələr onun ərazisində
ticarət və sənaye sferasında bərabər imkanlar haqqında bəyanat verdilər. Çində heç
bir dövlətə xüsusi imtiyazlar verilməməli idi. Bu müqavilə Heyin məlum doktrina-
sında irəli sürülmüş ideaları inkişaf etdirirdi. Elə həmin gün Çinlə gömrük tarifi
haqqında sənəd imzalandı. Doqquzlar müqaviləsindən əvvəl fevralın 4-də Yaponi-
ya ilə Çin arasında saziş imzalanmışdı. Bu sənədə görə Yaponiya öz qoşunlarını
Ş
andun əyalətindən çıxarmalı, həmçinin Tszyaoçjou ərazisini Çinə qaytarmalı idi.
Beş dövlətin-ABŞ, ngiltərə, Yaponiya, Fransa və taliyanın müqaviləsi
dəniz silahlarının məhdudlaşdırılmasına aid idi. Uzun diskussiya və mübahisələr-
dən sonra beş dövlət onların donanmalarının aşağıdakı nisbət əmsalları barədə
razılığa gəldilər. ABŞ və ngiltərə üçün - 5, Yaponiya üçün - 3, Fransa və taliya-
nın hər biri üçün - 1.75. Başqa qərarlar, o cümlədən sahilə çox yaxın adalar istisna
olmaqla Sakit okeanda şərq uzunluq dairəsinin 110-cu meridianından şərqdə yeni
hərbi dəniz bazalarının tikintisinin qadağan edilməsi barədə qərar qəbul olundu.
Konfransda ABŞ-ın beynəlmiləşdirməyə cəhd etdiyi Çin hərbi dəmir yolu
məsələsinə də baxıldı. RSFSR Xalq Komissarları Soveti etirazla çıxış edərək bil-
48
dirdi ki, bu məsələ istisnasız olaraq iki dövlətin - Sovet Rusiyası ilə Çinin səla-
hiyyətinə aiddir. Vaşinqton konfransl ilə müharibədən sonrakı problemlərin müza-
kirəsi başa çatdı. Bu, Versal konfransının özünəməxsus davamı idi. Vaşinqton kof-
ransının qərarları Uzaq Şərqdə beynəlxalq problemlərin tənzimlənməsi üçün böyük
ə
həmiyyətə malik idi. Paris və Vaşinqton konfransında imzalanmış müqavilələr
ə
sasında formalaşan yeni beynəlxalq münasibətlər sistemi Versal - Vaşinqton sis-
temi adlanır. Bu sistem onu tədricən zəiflədən ziddiyyətlərlə birlikdə ikinci dünya
müharibəsinədək mövcud olmuşdur.
Dostları ilə paylaş: |