94
yaranması ilə tamamlandı. Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin
yaranması ilə diplomatik leksikona «Pentarxiya» və «Avropa konserti» anlayışları daxil oldu..
Napoleonun «100 günü» Vyana konqresi iştirakçılarında belə bir fikir yaratmışdı ki, Fransada olduqca
böyük imkanlara malik «gizli inqilabi komitə» fəaliyyət göstərir ki, həmin komitə hər şeyə qadirdir. Yaranmış
şəraitdə, 1815-ci ilin sentyabrın 26-da Rusiya, Avstriya və Prussiya «Müqəddəs ittfaq» yaratmaqla nəinki
Fransaya, ümumiyyətlə Avropaya qarşı strateji kursa imza atdılar. 1815-1817-ci illərdə Roma papası, İngiltərə
və Türkiyədən başqa bütün Avropa dövlətləri «Müqəddəs ittifaqa» qoşuldular. İngiltərə də əvvəlcə faktiki onun
bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə
yatırmağa hazır idi. Bunu hadisələrin sonrakı gedişi əyani şəkildə göstərdi.
Tədqiqatçılar «Müqəddəs İttifaqın» mövcudluq və tarixini üç dövrə bölürlər:
- birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu «Müqəddəs İttifaqın» ən
qüdrətli dövrüdür. Bu dövrdə «Avropa konsertinin» iştirakçıları arasında fikir birliyi və fəaliyyət
həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir.
- ikinci dövr – 1823-1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır.
Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin
bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun
yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.
- üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək
davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.
Ümumiyyətlə, XVIII əsrin sonlarından etibarən Fransada burjua inqilabının təsiri ilə baş verən hadisələr
qlobal dəyişiklikləri şərtləndirməklə Vyana sisteminin qurulmasına yol açdı. Bununla belə, əsrin dörddə birində
baş verən hadisələr dünyanın sonrakı ictimai-siyasi və iqtisadi inkişafında mühüm rol oynadı.
Dostları ilə paylaş: