11
hansı bir ordunun qarşısını uzun aylar ala bilərdi. Misirliləri Mektddo şəhəri yaxınlığında “330 hökmdar” öz
döyüşçüləri ilə gözləyirdi. Döyüşün ilk anlarındaca Misir ordusu başdan sovdu yığılmış «üç yüz otuz» Suriya-
Fələstin drujinasının müdafiə xəttini dağıtdı və onlar atlarını, döyüş arabalarını ataraq şəhərə tərəf
qaçmağa
başladılar. Lakin firon Mekiddo şəhərini döyüş məqamında ələ keçirə bilmədi. Şəhər mühasirəyə alındı, yeddi
ay mühasirədən sonra tutulmuşdu.
Mekiddo şəhəri tutulduqdan sonra Misirin geniş işğalçılıq siyasəti daha da genişləndi. III Tutmos
demək olar ki, hər il Suriya ərazisinə yürüş edir, şəhər və vilayətləri işğal edirdi. Hakimiyyətinin 29-cu ili
Suriyada Uarqet qalası alnıır və Ardat şəhərinin kənarı boşaldılır. 30-cu ildə Oront çayı üzərində Kadeş
şəhərinin ətrafı işğal olunur, lakin şəhəri tutmaq mümkün olmur. Firon Tsumuru və Ardat şəhərlərinə tərəf
hərəkət edir, Ullaza şəhəri alınır, III Tutmos Mitanniya daxil oldu, Fınikiya və Nuxaşşe ölkəsinə hücum edir.
Hakimiyyətinin 42-ci ilinə qədər Tutmos tərəfindən 15-dən artıq yürüş həyata keçirilir. Bu zaman III Tutmos
şimalda Fərat çayı üzərində Karkəmiş şəhərinə qədər, Suriya və Mesopatomiyanın qovuşduğu yerəcən gəlib
çatmışdı.
Suriya uğrunda uzun illər davam edən mübarizədə Oront çayı üzərində Kadeş şəhəri
və Şimali Suriyada
Tunib şəhəri, əsasən də Mitanni şahları Misirin başlıca rəqibləri olaraq qalırdı.
III Tutmosa ən güclü müqavimət göstərən və Şimali Suriya uğrunda onun rəqibi olan dövlət Mitanni
şahlığı idi. Mitanni şahlığı bu zaman öz qüdrətinin zirvəsində idi. Bütün Suriya dövlətləri firona qarşı
mübarizədə Mitannini özlərinə dayaq hesab edirdilər. Mitannini fəth etmədən bütün Suriyanı ələ keçirmək
ağlasığmaz idi. Lakin ilk döyüşdə Mitanni ordusu darmadağın edilmişdi.
Mitannini şahı Fərata çəkilmişdi. Müharibəni davam etdirmək üçün Tutmosa gəmilər lazım idi. Onlann
çox hissəsi tələsik Finikiyada düzəldildi və Fərata gətirildi. Ordu ilə Fərata keçən firon orada Mitanni ordusımu
tapa bilmədi. Onlar daha uzağa çəkilmişdilər. III Tutmos sahildəki qayanın üzərində qələbə nişanı qoyaraq
çayaşağı şəhər və kəndləri talan edə - edə üzməyə başladı.
Göz qabağında olan müvəffəqiyyətə baxmayaraq, hakimiyyətinin 33-cü ilində Tutmos Mitanni
məsələsini həll edə bilmədi. III Tutmos tərəfindən Misirin fəth etdiyi hüdudlar sonradan, demək olar ki,
dəyişmədi.
Karnak şəhərindəki ümumdövlət məbədi Amonun və onun «oğlu» Tutmosun qələbələrinin abidəsinə
çevrildi. Bu məbədin divar və qüllələrində fironun ustaları onun tərəfindən Amona bağışlanmış ləl-cəvahiratın,
Suriya-Fələstindən gətirilmiş bitki və heyvanların, Amonun iştirakı ilə düşmənləri öldürən Tutmosun şəkillərini
çəkirdilər.
III Tutmosun dövründə Misirin sərhədi cənubda dördüncü Nil keçidindən başlayırdı və Şimali Suriyaya
çatırdı. Tutmosun qələbələri hətta yüz illər sonra da dillər əzbəri olmuşdu. Onun şəkilləri bər-bəzək əşyaları
üzərində xoşbəxtlik gətirən və düşmən qüvvələrini qorxuya salan talisman kimi gəzdirilirdi.
III Tutmos XV əsrin ortalarında -54 il hökümdarlıq etdikdən sonra vəfat etdi.
Onun vəfatından dərhal sonra Suriya - Fələstini narazılıq bürüdü. Suriyalılıar
elə bilirdilər ki, yeni
firona qarşı müvəfəqiyyətlə müqavimət göstərə biləcəklər və bununla da çox kobut səhv etmişdilər. III
Tutmosun oğlu və varisi Amenxotep Misir fironlarının az qala ən sərti və qorxulusu idi. O, əla hərbi hazırlıq
keçmişdi və həddən artıq güclü və dözümlü idi. Hələ onsəkkiz yaşında ikən o, atası tərəfindən hökumət işlərinə
cəlb edilmişdi və dövlət işləri ilə məşğul idi. Atası vəfat etdikdən sonra isə hakimiyyət tamamilə onun əlinə
keçdi.
Amenxotep hakimiyyətinin 7-ci ilində Fələstinin şimalına yürüş etdi. İtayət etməyən Şamiş - Adumu
şəhərinin müqaviməti qırıldı. Katna şəhəri yaxınlığında Amenxotep düzmənin döyüş arabalarını görüb onlara
hücum etdi və aparıcını öldürdü. Amenxotep Fərata, torpaqlarının şimal sərhədinə çatdıqdan sonra geri döndü.
Onun varisi IV Tutmosun dövründə Misir Mitanni ilə dostluq mümünasibətləri yaratdı. Mitanni şahı Artadama
qızını Firona ərə vergi.
IV Tutmosdan sonra hakimiyyətə III Amenxotep gəldi. Şahlığının 5-ci ili o, Efıopiyada baş verən
üsyanı yatırdı, bundan sonra cənuba tərəf yürüş etdi və sələflərindən heç birinin getmədiyi, Xora sularına gedib
çıxdı və öz sərhəd nişanəsini ora həkk etdi. Bu, III Amenxotepin şəxsən iştirak etdiyi yeganə «birinci
qalibiyyətli yürüş» idi.
Yaxın Şərqin böyük dövlətləri öz qüdrətli qonşularını narahat etmişdilər. Misir silahının
gücü və Misir
qızılının parıltısı onları üzüyola etmişdi. III Amenxotep zaman-zaman bu «qardaş»larına qızıldan hədiyyələr
bağışlayırdı. Efıopiya və Misir qızıl məbədləri, Suriya - Fələsdindən alınan xərac və hərbi qənimətlər Fironların
xəzinələrini saysız-hesabsız qızılla doldurmuşdu. Babil şahı Kadaşman-Xarbe öz misirli «qardaş»ından qızını
ona ərə verməyi xahiş edəndə firon düşünmədən cavab vermişdi ki, Misir şahzadəsi heç vaxt başqa ölkəyə ərə
verilməyib. Təhqir olunmuş Babil şahı isə öz qızına firona verməyə razı oldu. Başqa şahlara qızların verməyən
Amenxotep, onların qızların Misirə yığmışdı. Ona iki Babil şahzadəsi, üç Mitanni
və bir Artsava şahzadəsi
verilmişdi. Onların heç biri sarayda əhəmiyyətli bir yer tutmurdu. Sarayda deyilirdi ki, Babilistan, Aşşur,
Mitanni və Het tamamilə Misir şahının əlindədir.
III Amenxotepin dövrü ziddiyətli bir dövr olmuşdur. Bir tərəfdən Misir saray, loğvalıqla dünya
12
hökümranlığı iddiası edir, xəyali təbəələri sırasında Babil, Aşşur və qitə Yunanıstanının əhalisini görürdü. Digər
tərəfdən laqeyidcəsinə Suriya -Fələstin torpaqlarında Het şahlığının fitnə-fəsadına və riyakarlıqla itaət edən
hökümdarların hərəkətlərinə sakitliklə dözürdü. Əslində yeni şahlıq dövrü Misir fironları Misirin əvvzlki
qüdrətini bərpa edə bilmədilər.
Dostları ilə paylaş: