40
Qot tayfalarının birinin hökmdarı Alarix 395-ci ildə Romanı tuta bilməsə də 410-cu ildə Romanı ələ
keçirir.Varisi Atanarix də 455-ci ildə Romanı istila etmişdi.Atilla hakimiyyətdə olduğu ilk dövrlərdə Roma
imperiyasına iddialı deyildi.Lakin Roma əsilzadələrindən Vigilin Atillaya qəsd təşkil etməsi bu məqsədlə elçisi
Edikonu ələ alması münasibətləri gərginləşdirdi.Qəsdən xəbər tutan Atilla Vigili edam etdirmədi və bunu
elçinin toxunulmamazlığı ilə izah etdi.
Bu dövrdə hunların Roma ilə danışıqlarında gündəlikdən çıxmayan bir məsələ var idi. Bu da hunların
yanından Romaya qaçanların geri qaytarılması məsələsi idi.Şampan qraflığı ərazisində 451-ci ildə baş vermiş
döyüşdə nə romalılar, nə də hunlar qəti qələbə əldə edə bilmədilər.Lakin döyüşün hunların üstünlüyü ilə
bitməsini göstərən fakt ondan ibarət idi ki ,Roma papası böyük dəstənin başında Atillanın hüzuruna gələrək
Romanı dağıtmamağı təvəqqə etmiş və Atillaya Romanın müttəfiqliyini təklif etmişdi.
Dostları ilə paylaş: