9.3. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin beynəlxalq nəticələri
Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının
gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir.
Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi
istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə,
teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib
dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv
edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla
doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan
etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə
adət etmişdi.
K.Marks Teymurləngin yeritdiyi siyasəti və etdiyi zülmü aşağıdakı kimi səciyyələndirmişdi:
«Teymurun siyasəti minlərlə qadın, uşaq, kişi və cavanlara işgəncə verməkdən, onları qılıncdan keçirməkdən,
qırmaqdan və bununla da hər yerdə dəhşət yaymaqdan ibarət idi… O hər yerdə şəhərləri dağıdır, yandırır,
əhalini isə zülmlə öldürürdü». «Teymur hər yerdə özündən bir qəbristan sükutu qoyub gedirdi».
Teymurləng də öz sələfi Çingiz xan kimi «dünya imperiyası» yaratmaq arzumunda idi. Lakin əgər
Çingiz xan yaradacağı imperiyanı monqol atlarının dırnaqları dəyən yerlə hüdudlaşdırırsa, Teymurləng: «Göydə
allah tək olduğu kimi, yer üzündə də ancaq bir şah olmalıdır, dünyanın əhali yaşayan hissəsi o qədər kiçikdir ki,
iki padşahın olmasına ehtiyac yoxdur»- deyirdi.
Məğribdən məşriqə kimi kilometlərlə uzanan teymuri imperiyasında «hülakü ulusu» Cənubi Qafqaz öz
strateji əhəmiyyətinə, ictimai-siyasi mövqeyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki,
Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, üçillik, beşiillik və yeddiillik yürüşlərin başlıca hədəfi
Azərbaycan və Gürcüstan idi.
Son dərəcə qəddar və amansız yadelli işğalçılara qarşı təklikdə müqavimət göstərməyin səmərəsizliyi
58
Cənubi Qafqaz xalqlarının, xüsusilə gürcülərin və azərbaycanlıların yaxınlaşmasına səbəb olmuşdu. Təsadüfi
deyildi ki, gürcü çarı VII Georgi, Şəki hakimləri Sidi Əli və Sidi Əhməd, Ərdəbil hakimi Bistan Cəyir və
başqaları Şirvanşah I İbrahimə yaxınlaşaraq onun müttəfiqi olmuşdular. Seperatçılıq göstərən, hadisələri seyrçi
gözü ilə izləyən erməni feodallarının aqibəti xeyli ağır oldu, belə ki, Teymurləng müsəlmanlara nisbətən xristian
ermənilərə münasibətdə yumşaq olmasına baxmayaraq istila etdiyi yerlərdəki (Foma Metsonski Teymurun viran
qoyduğu 40-dək yerin adını çəkir) qalaları, müdafiə tikililərini uçurub yerla yeksan edirdi.
Qeyd edildiyi kimi, Cənubi Qafqazda Teymurun işğalçı yürüşlərindən xilas olmaq ancaq Şirvanşahlara
müəssər olmuşdu. Şirvanşah I İbrahim Dərbəndi öz uzaqgörənliyi və diplomatik bacarığı nəticəsində Teymurun
rəğbətini qazanmışdı. Cənnabi yazırdı ki, Şirvanşah İbrahim öz mülazimlərini çağırıb Teymura müharbə edib-
etməmək haqqında onlarla məsləhətləşmişdi. Mülazimlər müharibə etməyin lazım olduğunu söylədikdə I
İbrahim onlara gözlənilməyən cavab vermişdi: «Mən öz qoşunumu qıpçağın qılıncına verib, öz rəiyyətimi at
dırnaqları altında məhv edə bilmərəm. Mən özüm şəxsən onun yanına gedəcəyəm. Əgər ölsəm heç, qalsam o
zaman mənim rəiyyətlərimi cığatay soyğunundan və talanından xilas olmuş olar ki, bu da mənim ən sonuncu
məqsədimdir».
Şirvanşahlar dövlətinin teymurilərlə ittifaq ölkənin daxili qüvvələrini qorunub saxlanılmasına imkan
yaradaraq Şirvanşahların Azərbaycanın şimal torpaqlarının öz ətrafında birləşməsi uğrunda mübarizənin
gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulurdu. XIV əsrin sonlarından etibarən güclənməkdə olan bu
proses XV əsrdə Azərbaysanın cənubundakı tarixi ərazilərində Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-
1500), şimal torpaqlarında isə Dərbəndilər sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətinin (1382-1538)
yüksəlməsi ilə nəticələndi. Gürcüstanda isə bu proses VII Georginin xələflərinin hakimiyyətdə olduğu gürcü
çarlığının möhkəmlənməsinə gətirib çıxardı. Qeyd etmək yeriən düşərdi ki, gürcü çarlığı ilə Şirvanşahlar
dövlətinin ittifaqı qohumluq əlaqələri ilə də möhkəmləndirildi.
Cənubi Qafqazın, xüsusilə Azərbaycanın zəngin yaylaqları və qoşunları Ə.Ə.Əlizadənin dönə-dönə
qeyd etdiyi kimi türkdilli köçəri-maldar tayfaların ən çox arzuladığı yer olmuşdu. Köçəri əyanların Arran və
Muğanda daimi məskənləri meydana gəlirdi. Teymurilərin hakimiyyətdə olduğu dövr ərzində Orta Asiyadan
İran, İraq və hətta Kiçik Asiya vasitəsilə türk etnosunun Azərbaycana axını ayrı-ayrı teymuri hökmdarlarının
müdaxiləsi nəticəsində olduqca gücləndirilirdi. Belə ki, Miranşahın əmri ilə XIV əsrmn sonlarında Türkiyə və
Suriyadan türkdilli 50 min əsir ailə Qarabağ, Gəncə və İrəvana köçürülmüşdü. Məcbur olaraq Cənubi Qafqaza
köçürülən türk ailələri Miranşahın ordusuna on minlərlə əsgər verirdi. Zaman keçdikcə bu köçərilər yerli əhali
ilə qaynayıb-qarışır, assimliyasiya olunurdular.
Beynəlxalq karvan ticarəti yollarının ayrıcında olan Azərbaycan şəhərlərini daimi əllərində saxlamaq
üçün bu şəhərlərdə türkdilli ailələrin yerləşdirilməsi təbii hala çevrilmişdi. «Azərbaycan» kitabının müəllifi
Məhəmədhəsən Baharlı (Vəliyov) göstərirdi ki, Hülakülərin hakimiyyəti dövründə İrana 200 min türk ailəsi
köçürülmüşdü ki, sonralar Teymuri işğalları dövründə həmin ailələr Azərbaycanda məskunlaşmışdılar.
Mənbələr həmin ailələrin əsasən aşağıdakı qəbilələrdən ibarət olduğunu söüləmyə imkan verir: qacar, zülqədər,
çobani, baharlı, padar, ustaclı, lək, xəlildli, sar-sar, işqaq, osallı, zəngan, armalı, şilyar (şiryan) və s.
Azərbaycandan Kiçik Asiyaya köçmüş səlcuq qəbilələrinin bir hissəsi də XIV əsrdə Azərbaycana qayıtmışdı.
Belə ki, mənbələrdə «ayrum-Rum elindən çıxmışlar» (Anadoludan) adlanan səlcuq qəbiləsindən olanlar Gəncə
və Qarabın ərazisində yerləşmişdilər. Məhz qeyd edilən prosesi nəticəsində artıq XIII əsrdən etibarən
Azərbaycan dili Cənubi Qafqazda işlək dilə çevrilmişdi. XIV əsrdən etibarən isə bu dildə ilk ədəbi əsərlər
meydana gəlməyə başlamışdı. XII-XIV əsrlərə dair erməni, gürcü mənbələri, Avropa səyyahlarının qeydləri
məhz XVII-XIV əsrlərdən etibarən türk-Azərbaycan dilinin bütün Qafqazda ümumişlək dilə çevrildiyini
söyləməyə əsas verir.
Teymurilərin ağalığı dövründə Azərbaycana türkdilli etnosun miqrasiyası ilə yanaşı, yerli oturaq türk
etnosunun zorla öz tarixi ərazilərində uzuqlaşdırılması prosesi gedirdi. Min illər boyu yaşadıqları topaqlarda
nadir sənət inciləri – maddi-mədəniyyət nümunələri yaratmış yüz minlərlə Azərbacyan sənətkarları, ədəbiyyat,
elm, incəənət xadimləri, zorla Orta Asiyaya və Volqaboyuna köçürülür, Azərbaycan torpağının yeraltı və
yerüstü sərvətləri talan edilirdi. Təsadüfi deyildi ki, dünya mədəniyyəti xəzinəsinə saysız incilər bəxş etmiş,
özündən əvvəlki və sonrakı yüzilliklərlə müqayisədə XIII-XIV əsrlər son dərəcə kimsəsiz və kasıb görünürdü.
Əvəzində Volqaboyundakı Qızıl Orda, Orta Asiyadakı Teymuri şəhərləri çiçəklənir, indinin özündə belə bəşəri
təxəyyülü heyrətdə qoyan memarlıq, sənətkarlıq və mədəniyyət işçiləri meydana gəlirdi, möhtəşəm sarayların
divarları, elmi fikrin nailiyyətləri türk-oğuz etnosunun alın təri və əti-qanı ilə yoğrulmuşdu.
Bütövlükdə götürüldükdə, monqolların və teymuri ordularının talançı yürüşləri Azərbaycannı ictimai,
siyasi və iqtisadi inkişafının azı iki əsr ləngitmişdi, kənd təsərrüfatı bərbad vəziyyətə düşmüş, aclıq «qılıncını
sıyırmış», çiçəklənən vilayətlər xarabazara çevrilmiş, şəhər həyatı tənəzzülə uğramış, beynəlxalq ticarətin
inkişafına ağır zərbə vurulmuşdu. Hadisələrin müasirlərindən birinin yazdığı aşağıdakı sətirlər dövrün acınacağlı
mənzərəsini canlandırmağa imkan verir: «Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər
yeri bürüdü…. Gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını
söyləməyə gücümüz çatmır».
59
Teymurun yürüşlərindən ən çox çəkən Cənubi Qafqaz şəhərləri- Təbriz və Tiflis idi. Hər iki şəhər
Teymurun «üçlük», «beşillik», və «yeddiillik» yürüşlərinin bütün əzablarına məruz qalmışdı, istilaçılar Tiflis
şəhərində böyük dağıntılar törətmişdilər. 1385-1392-c illər ərzində Təbriz 8 dəfə Toxtamış və Teymurun
hücumlarına məruz qalmışdı. 1385-1401-ci illər arasında Azərbaycanın ərazisində (Təbriz şəhəri nəzərə
alınmamaqla) 10 dəfə qanlı vuruşma getmişdi, 1385-ci ildə Marağa, 1386-cı ildə Naxçıvanada, 1387-ci iddə
Şəkidə, 1387 və 1394-cü illərdə Şirvanda, 1388-ci ildə Mərənddə, 1387, 1393, 1397 və 1400-cü illərdə isə
Əlincə qalası ətrafında gedən döyüşlərdə on minlərlə azəri türkü doğma torpaq uğrunda qurban getmişdi.
Tədqiqatçılardan A.Y.Yakubovski Teymurləngin Orta Asiya tarixində oynadığı mütərəqqi rolu eynilə
başqa xalqlara da şamil etməyə çalışır. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Teymurun Qızıl
Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya –
Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşləriniə birdəflik son
qoyuldu. Şübhəsiz ki, bu Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də «yeganə» xidməti idi.
Teymurun Qızıl Orda üzərinə sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi.
Nəhayət, Cənubi Qafqaz xalqlarının həyatında teymuri işğallarının nəticələrindən danışarkən bir cəhəti
yaddan çıxarmaq olmaz ki, istilaçıların azğınlığı, törətdiyi vəhşiliklər xalq kütlələrinin dərin narazılığına səbəb
olaraq azadlıq uğrunda mübarizənin güclənməsinə təkan verirdi. 1403-1406-cı illərdə İspaniya kralı tərəfindən
Səmərqəndə, Teymurun sarayına elçi sifəti ilə göndərilən Klovixo Qonzales de Ryun Teymurun tutduğu
yerlərdə əhaliyə edilən zülmdən, ordu məmurlərının və əsgərlərin özbaşınalığından bəhs edərək yazırdı:
«Teymurilər sarayına gəlmiş hər hansı bir dövlətin elçilərini müşayət edən əsgərlər, hər hansı şəhər və kənd
olursa olsun, girən kimi qabaqlarına düşən birinci adamı tutub… özləri at üstünda getdikləri halda onu
dallarınca sürükləyib ərrənsin (kəndxudanın) evini göstərməsini tələb edirdi. təsadüf etdikləri adamdarı əvvəlcə
ağac və qamçı ilə döyərək ət, yağ, çörək, bal və s. gətirmələrini tələb edirdilər. Elçini görən kimi bazar və
küçələrdə bir adam belə qalmırdı, hamı «elçi» deyərək dükanları bağlayıb evlərində gizlənirdilər». Səyyah
davam edərək göstərirdi ki, «çox təəccüblüdür… bu adamlar həddindən artıq vəhşicəsinə hərəkət edirlər. Onlar
hökmdarın fərmanıdır deyə istədikləri şeyi alır və əhalini döyürdülər. Əgər bu elçilər gecələməli olsalar əhali
onların atlarını yerləşdirməli və özlərini lazımi ərzaq ilə təchiz etməli idilər».
Teymurilərin zülmünə qarşı güclənməkdə olan xalq hərəkatı öz ifadəsini dini-siyasi təlimlərdə tapırdı,
bu ictimai ədalətsizliyə, zülmə qarşı mübarizənin təzahür vasitəsi idi. Azərbaycanda islam dini ehkamlarına və
Teymurilərin ağalığına qarşı çevrilmiş belə dini-siyasi təlimlərdən biri də hürufilik (ərəbcə «hərflər» sözündən
olub şiəlikdə təriqət bildirir) idi. Hürufilik XVI əsrin sonlarında Naxçıvanda, Astrabadda meydana gəlmiş, XV
əsrin əvvələrində isə İran, Türkiyə və Azərbaycanın qalan ərazilərinə yayılmışdı. Hürifilik təliminin banisi
Fəzlullah əl Hürufi Təbrizi Astrabadi Nəimi, ən görkəmli ardıcıllıraı Əliyül-Əla, Nəsimi, Seyid İshaq və
başqaları idi. Hürufilik təlimi XIV əsrin ictiimai-fəlsəfi fikri tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik,
manixiyçilik, vəzəsilik hərəkatın ilə üzvi surətdə bağlı idi.
Hürufilik mənəvi və cismani inikşaf nəticəsində insanın allahlaşmasına, ilahiləşməsinə, həmin inkişafın
pozulması nəticəsində isə insannı dəcalə çevrilməsinə inanırdılar. Hürufilər məhz bu mənada Fəzlullaha iman
gətirir, onun ilahiliyinə inanırdılar. Mənbələr hürufiliyin təlimdən təşiklata çevrilməsi haqqında maraqlı
məlumatlar verir. Hürufilik siyasi təlim kimi Nəiminin «Məhəbətnamə», «Vəsiyyətanmə», «Naumnamə»,
«Cavilane-Kəbir», «Cavidane-Səqir» və «Ərşnamə» əsərlərində şərh olunmuşdur. Mənbələrə görə, Nəimi
Teymurləngin əmri ilə Şirvanda həbsə alınaraq dini məhkəməyə verilmiş və 1394-cü ildə Miranşah tərəfindən
Naxçıvanda edam edilmişdi. Nəiminin ömründən sonra onun tərəfdarları müsəlman Şərqinin hər yerinə
yayılaraq «dəcca»lın zühur etdiyini (hürufilərə görə Teymurləng dəccal hesab olunurdu) və onun «şərinin»
aradan götürülməsinin savab olduğunu təbliğ etməklə teymuri hökmranlığına qarşı barışmaz mübarizə
aparırdılar. Təsadüfi deyildi ki, hürufilik Teymurləng və onun xələfləri tərəfindən amansız təqib olunurdu.
Nəiminini ardıcıllarından İmadəddin Nəsiminin də taleyi ustadının taleyi kimi faciəli olmuşdu.
Ruhanilərin fitvası ilə Nəsimi 1417-ci ildə Suriyanın Hələb şəhərində dərisi diri-diri soyulmaqla əzablı ölümə
məhkum edilmşidi. Nəsimi yaradıcılığını hürufilik təliminini zirvəyə çatması deməkdir. Nəsiminin allahlaşmış
insanı hər cür zülmə və dini xürafata ölüm hökmü yazırdı.
Beləliklə, Teymurləngin və onun xəlifələrinin işğalçılıq yürüşləri nəticəsində törədilən dağıntılar,
əhaliyə tutulan işgəncəli divanlar teymuri dövlətinin əsalarındadək sarsıdan xalq azadlıq mübarizəsinə təkan
verməklə onun süqutunu sürətləndirdi. Teymuri «imperiyasının» xarabalıqları üzərində Azərbaycanda
Qaraqoyunlu və Şirvanşahlar dövlətləri yüksəlməyə başladı.
Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və sərkərdələrin işğalçı yürüşləri
nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. Belə böyük feodal
«imperiya»larından biri də XIV-XV əsrlərin hüdudunda meydana gəlmiş Teymuri dövləti idi. XIV əsrin 70-ci
illərində Teymurləngin başçılığı altında Məvaraünnəhrdə yaradılmış feodal dövlətinin altında özünün və
xələflərinin apardığı işğalçılıq müharibələri nəticəsində qərbdə Egey dənizi və Fələstinə, şimalda Dəşti-qınçaqa
(Qıpçaq səhrasına), cənubda Misir sərhədlərinə, şərqdə isə Çin sərhəddini qədər uzanırdı.
Teymurilərin istilaları ərəfəsində Cənubi Qafqazda feodal pərakəndliyi hökm sürürdü. Belə ki,
60
Azərbaycanın Şirvanşahlar dövlətinin tərkibində olan Kür çayına qədər olan şimal torpaqların istisna olmaqla
qalan ərazilərində feodal pərakəndliyi hökm sürürdü. Azərbaycanın cənubunda yüksəlməkdə olan Qaraqoyunlu
tayfa ittifaqı hələ cənub torpaqlarının birləşdirmək ixtiyarında deyildi. Gürcüstanda yeodal pərakəndliyi hökm
sürürdü. Tarixi torpaqları Cənubi Qafqazın hdudlarından kənarda yerləşən Ermənistan (Erməniyyəni) ayrı-ayrı
şəhərlər təmsil edirdilər. XIV əsrin sonlarında Cənubi Qafqazda mövcud olan belə şərait ölkənin maddi
ehtiyatlarının və canlı qüvvələsini teymurilərə qarşı birləşdirməyə imkan vermirdi. Yaranmış şəraitdə ayrı-ayrı
feodal hökmdarların teymurilərlə itifaqa girərək vassal asılılığını qəbul etməsi onların hakimiyyəti altında olan
ərazilərin teymurilərin talançı yürüşlərindən xilas olmasına imkan yaradırdı. Şirvanşah I İbrahim Dərbəndinin
Teymurləngin müttəfiqinə çevrilməsi Şirvan dövlətinin talançı yürüşlərə hədəf olmaqdan xilas etdisə,
Şirvanşahın vasitəçiliyi ilə Şəki hakimi Sidi Ədi və gürcü çarı Georginin Teymur tərəfindən tanınması Şəki və
Gürcüstanın tarixi taleyində əhəmiyyətli rol oynadı.
Gürcü, erməni və rum mənbələri Teymurləngi «tanrının növbəti bəlası», onun istilaçı yürüşləri dövrünü
isə fəlakət və faciələr dövrü kimi səciyyələndirirdi. Foma Metsopski yazırdı ki,, «Teymurləng gedəndən sonra
fəryad səsləri göylərə ucaldı… Arçeşdən tutmuş İberiyaya- Ağvanın Kür çayınadək bütün ölkə əzab və
işgəncələrə tutulmuş, (əhalisi) qırılmış və əsir edilmiş, günahsızların qanına boyanmışdı».
Teymuri işğalları əkinçilik mədəniyyətinin yüksək səviyyədə olduğu ölkələrin təsərrüfat həyatına və
mədəni inkişafına ölümcül zərbə vurdu. Oturaq xalqların min illər boyu yaratdıqları köçərilərin zərbələri altında
yerlə yeksan edildi. Məhsuldar zəmilər suvarma sistemləri, nadir mədəniyyət abidələri və bu abidələri yaradan
xalqlar – bir sözlə, teymuri qoşunlarının atının ayağı dəyən yerlər xarabazara çevrilirdi, bütün yaxşı sənətkarlar,
istila olunmuş ölkələrin var-dövlət Orta Asiyaya yola salınırdı. Bütün tarixi ədəbiyyatlarda XV əsr Orta Asiya
xalqlarının mədəni inkişafının yüksək səviyyəsi ilə səciyyələndirilir. Əslində həmin mədəniyyət öz
vətənlərindən didərgin salınmış adlı-sanlı ustaların, sənət adamlarının çiyinləri üzərində yüksəlmişdi. Teymuri
işğallarından sonrakı dövrdə həmin işğallara məruz qalmış xalqların mədəni inkişafında, iqtisadi həyatında
boşluq yarandığını görürük. Teymurləngin Orta Asiya tarixində müsbət rol oynadığını göstərən tədqiqatçılar
onun ümumiyyətlə təbii-tarixi inkişaf prosesinə vurduğu zərərin üstündən sükutla keçirdilər.
Görkəmli şərqşünas tədqiqatçılardan B.Bortold və A.Yakubovski Teymurləngin «dünya xalqları
qarşısında iki böyük xidmətini» xüsusi qeyd edirlər. Birincisi, 1395-ci ildə Teymurləngin Qızıl Ordanı
darmadağın etməsi nəticəsində rus, Volqaboyu və Cənubi Qafqaz xalqlarının tatar zülmündən xilas olması,
ikincisi, 1402-ci ildə Osmanlı Türkiyəsinin darmadağın edilməsi nəticəsində Avropa, Afrika və cənub-qərbi
Asiyanın türk zülmündən nicat tapması. Şübhəsiz, Qızıl Ordanın darmadağın edilməsi mütərəqqi hadisə idi.
Lakin Osmanlı Türkiyəsi haqında ikinci fikir düzgün deyil. Çünki Osmanlı Türkiyəsi göstərilən dövrdə
özünütəsdiq uğrunda mübarizə aparırdı. Teymurləngin müdaxiləsi həmin prosesi ləngitsə də, onun qarşısını ala
bilmədli.
Teymurləngin strateji planlarında «Hülakü ulusuna» - Cənubi Qafqaza xüsusi əhəmiyyət verilirdi.
Təsadüfi deyildi ki, 1385-1405-ci illərdə Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, Azərbaycan və
Gürcüstan «3 illik», «5 illik» və «7 illik» yürüşlərin başlıca hədəfi idi. Ermənistan da fəlakətdən kənarda
qalmamışdı. F.Metsopskinin yazdığına görə, teymurilərin yürüşləri nəticəsində minlərlə adam həlak olmuş, qul
edilmiş, 40-dan yuxarı yaşayış məskəni yerlə-yeksan edilmiş, qalalar, müdafiə istehkamları uçulub yerlə yeksan
edilmiş, ölkə kmmsəıizləşmişdi.
Teymurun istilaçı yürüşləri başqa yerlərdə olduğu kimi, Cənubi Qafqazda da kortəbii kəndli çıxışlarına
səbəb oldu, xalq kütlələrinin azadlıq mübarizəsinin güclənməsinə Azərbaycan və gürcü xalqlarının
yaxınlaşmasına gətirib çıxardı. Əlincə qalasının 14 ilədək davam edən müdafiəsi uğrunda döyüşlərdə gürcü
xalqının oğulları da qurban getdi. Teymuri işğallarına qarşı mübarizə sonralar qoca şərqin bir çox ölkələrində
özünə tərəfdar toplamış hürufilik dini-siyasi hərəkatının meydana gəlməsinə səbəb oldu, dahi Azərbaycan
mütəfəkkirləri Fəzlullah Nəimi və İmadəddin Nəsimi bu yolda şəhid oldular.
Teymurilərə qarşı mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulmuşdu. XV əsrin
əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarında tarix səhnəsinə müstəqil Qaraqoyunlu, Ağqoyunlu və
Şirvanşahlar dövlətləri qədəm qoydu: müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq Azərbaycan
xalqının təşəkkülü, türk-azəri ədəbi dilinin formalaşması prosesləri gedirdi. Yerli türk etnosu Teymurləngin
köçürmə siyasəti nəticəsində Cənubi Qafqazda yerləşdirilmiş köçəri türk xalqları hesabına daha da gücləndirildi.
Cənubi Qafqazın təbii-coğrafi şəraiti çox tezliklə həmin tayfaların oturaqlaşmasına səbəb oldu. Nəticədə türk-
azəri dili Cənubi Qafqaz və Yaxın Şərqin ümumişlək dilinə çevrildi.
Teymur və monqol istilaları Cənubi Qafqaz xalqlarına görünməmiş müsibətlər gətirərək onun ictimai-
siyasi, mədəni və iqtisadi inkişafını azı iki əsr ləngitmiş, bütün orta əsr səyyahlarının dönə-dönə vəsf etdikləri
Qafqaz şəhərlərini, onların təsərrüfat həyatını tənəzzülə uğratmışdılar.
Dostları ilə paylaş: |