A. N. Abbasbəyli, S. Z. Yusifzadə


IX Mövzu  Teymurilərin hakimiyyəti dövründə beynəlxalq



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə32/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

IX Mövzu 
Teymurilərin hakimiyyəti dövründə beynəlxalq 
 münasibətlər 
Cənubi Qafqaz xalqları mürəkkəb və  rəngarəng hadisələrlə  zəngin çoxəsrlik tarixə malikdir. Həmin 
tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda 
milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir. 
 Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti 
hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu 
ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə 
xüsusilə  kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi 
mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar. 
Cənubi Qafqaz uğrunda mübarizənin gedişində çox keçmədən Teymurləngin böyük üstünlük qazandığı 
ortaya çıxdı. Həm cəlairi qüvvələri, həm də Toxtamış xanın başçılıq etdiyi Qızıl Orda teymuri orduları 
tərəfindən darmadağın edilərək Cənubi Qafqazdan qovuldular. Teymurləngin 1895-1404-ci illəri  əhatə edən 
yürüşləri Qafqaz xalqlarına olduqca böyük fəlakətlər gətirdi. Yadelli işğalçıların talançı yürüşlərinin bütün 
ağırlığı xalq kütlələrinin üzərinə düşürdü. Xalqın mübarizə  əzmini qırmaq isə mümkün deyildi. Belə ki, 
teymurilər Cənubi Qafqazda möhkəmlənmək uğrunda 23 il mübarizə aparmalarına baxmayaraq, Teymurləngin 
ölümündən cəmi üç il sonra burada yaşayan xalqlar istila boyunduruğunu öz üzərlərindən atdılar. 
Teymuri işğalları  və onların nəticələri Cənubi Qafqaz xalqları tarixşünaslığında ayrıca tədqiqat 
əsərlərində, həm də birtərəfli qaydada işıqlandırılmışdır. Belə ki, teymuri işğallarından bəhs edən bütün 
müəlliflər hadisələrin təsviri ilə kifayətlənir, istilanın Cənubi Qayqaz xalqlarının tarixi taleyindəki rolu 
işıqlandırılmamış qalır. Azərbaycanın orta əsrlər tarixinin sanballı tədqiqatçılarından olan akademik Əbdülkərim 
Əlizadə respublikamızın XIII-XVI əsrlər ictimai-iqtisadi və siyasi tarixinə həsr etdiyi monoqrafiyada ərəb, fars 
və türk mənbələrinə  əsasən Teymurləngin 1385-1400-cü illər arasındakı yürüşlərindən bəhs etmiş, göstərilən 
dövr  Şirvan  şahlığının tarixinə ayrıca fəsil həsr etmişdi.
1
 Monoqrafiyada  Teymurləngin Gürcüstana və 
Ermənistana etdiyi yürüşlərdən də bəhs olunur, gürcü xalqının talançı yürüşlərdən xilas edilməsində Şirvanşah I 
İbrahimin göstərdiyi xeyirxahlıqdan söhbət açılır. 
Tədqiqatçılardan M.X.Nemətova orta əsr mənbələri və epiqrafik abidələr  əsasında  Şirvanşahlarla 
Teymuri dövləti arasındakı münasibətləri işıqlandırmışdır.  Əsərdə I İbrahimin uzaqgörən siyasiəti nəticəsində 
Şirvanşahların dövlət müstəqilliyinin qorunması və Qızıl Ordaya qarşı etibarlı müttəfiq əldə edilməsi məsələləri 
açılıb göstərilmişdir.
2
 
C.İbrahimovun  əsəri isə Azərbaycan tarixinin XIV-XV əsrlər dövrünə dair qiymətli məlumatlarla 
zəngindir.  Əsərdə Teymurləngin yürüşləri,  Əlincə qalasının müdafiəsi,  Şirvanşah I İbrahimin diplomatik 
müvəffəqiyyətləri, Qızıl Ordaya qarşı mübarizəsi yığcam  şəkildə  şəhr edilmişdir
3
. Müəllif  əsərin I fəslində 
mövzunun tarixşünaslığına və mənbələrin təhlilinə geniş yer verir, fars və ərəb dilli mənbələrin böyük hissəsi 
müqayisəli tədqiqat obyektinə çevrilir. 
«Azərbaycan tarixi»nin birinci cildi
4
, S.Aşurbəylinin
5
,  Ə.S.Sumbatzadənin
6
, S.Məmmədovun
7
 və 
başqlarnın  əsərləri Teymuri işğalları  ərəfəsi və gedişi zamanı  Cənubi Qafqazın ictimai-siyasi və iqtisadi 
vəziyyətini,  tarixi fonunu,  əhalinin, «istehsalın və siyasi qüvvənin çox mühüm amili» olan kəndlilərin 
vəziyyətini işıqlandırmaq üçün zəruri material verir. Göstərilən  ədəbiyyatlardakı ziddiyyətli fikirlər sərfnəzər 
edilmiş, tarixi fonla səsləşən, hadisələrin inkişaf prosesini düzgün işıqlandırmaqla xidmət edən tarixi materillar 
diplom işin yazılmasında ətraflı istifadə olunmuşdur. 
Cənubi Qafqaziya xalqlarının teymuri əsarətinə, Toxtamışın hücumlarına qarşı mübarizəsi, feodal 
pərakəndliyi nəticəsində müdafiənin uğursuzluğu, teymuri qüvvələrinə qarşı  Əlincə qalasının 14 il 
qəhrəmancasına sinə  gərməsi, nəhayət, Teymurun şəxsiyyətinin qiymətləndirilməsi,  İ.Muminovun
8

T.Bünyadovun
9
, R.Məmmədovun
10
, A.P.Novosoltsevin
11
, V.Piriyev və R.Məmmədovun
1
 və başqalarının 
                                                           
1
 Ализаде А.А. Социально-экономическая и политческая история Азербайджана XIII-XIVвв. Б., 1956, сящ.336-351, 
351-400 
2
 Немятова М.Х. ХЫВ—ХВЫ яср тарихинин юйрянилмясиня даир. Б., 1959, сящ.8-27 
3
 Ибращимова Ъ. Азярбайъанын ХВ яср тарихиня даир очеркляр. Б., 1956, сящ.25-36 
4
 Азярбайъан тарихи, 1-ъи иъилд, Б., 1961, сящ.215-221 
5
 Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.) Б., 1983, сящ.114-173 
6
 Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирвание народа. Б., 1990, сящ.176-189 
7
 Мяммядов С. Азярбайъан ВЫЫ-ХВЫ ясрлярдя, Б., 1980, сящ.75-80 
8
 Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968 
9
 Бцнйадов Т. Бир галанын сирри «Улдуз журналы, 1967, №4  
10
 Мяммядов Р. Нахчыван шящяринин таврихи очерки, Б., 1967, сящ.92-99; Мяммядов Р. Ялинъя галасынын орта 
ясрляр тарихи. Азярбайъан тарихиня даир  материаллар, ЫХ ъилд, Б., 1973 
11
 Новосельцев А.П. Об исторической оценка Тимура. Вопросы истории, 1973, №2, сящ.3-20 


 
47
tədqiqat hədəfi olmuşdur ki, diplom işində həmin əsərlərdən istifadə edilmişdir. 
Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündək sonra xələfləri 
arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb 
etmişdir. Buxaralı Məhəmməd Kavənd şahın (Mircondun), Xandəmir Qiasədin ibn Hümaməddin əl-Hüseyninin, 
Əbülfəqaq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, yəhya ibn Əbdüllətif əl Qəzvinin, rus 
səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş qərbi Avropa səyyahları Katerino-Zenonun, Klaviki Qonzame 
de Ryunin, İosafat Barbaronun, Ambrosi Konsorinin, Həsən bəy Rumlunun, Nizamədin Ədbül Paşa Şaminin, 
Şərəfxan Bidlivinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının  əsərləri XVI-XV 
əsrlərin geşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir. 
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Mestop keşişi Foma Metsopski «Teymurləngin 
və  xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri  əhatə edən hakimiyyəti dövründə baş verən 
hadisələrin təsvirinə  həsr etmişdir.
2
 Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu 
yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla 
toqquşması, qərbi Ermənistana yürüşü və osmanlı sultanı Bəyazidlə vuruşu təsvir edilir, həmin yürüşlər zamanı 
baş vermiş  fəlakətlər, törədilmiş  vəhşiliklər ürək ağrısı ilə  qələmə alınır.  Əsərdə Qaraqoyunlu tayfalarının 
Teymur və onun xələfləri  əleyhinə apardıqları  kəskin və inadlı mübarizələr haqqında daha geniş  məlumat 
verilir. 
Teymurləngin yürüşlərinin digər müasiri Zeynalabdin bin Həmdullah Qəzvin öz əsərlərini 1341-2392-ci 
illər Azərbaycan ərazisində, Ermənistanda, həmçinin İran və İraqda başverən hadisələrin təsvirinə həsr etmişdir. 
Əsərdə  Məlik  Əşrəfin  əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş Teymurun Cəqubi 
Qafqazda ikinci yürüşünədək söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385-
1392)-ci illər  ərzində  Təbrizə 18 dəfə hücum edmilşdi), Qızıl Orda xanı Toxtamışın törətdiyi vəhşiliklər 
haqqında maraqlı  məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin 
teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır. 
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin 
hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi. 
Aşkarlıq və demokratiya şəraitində Azərbaycanda da tarixi keçmişimizin öyrənilməsinə maraq 
gücləndirilmiş, tarixin «ağ ləkələrinin» işıqlandırılması günü zəruri məsələsinə çevrilmişdir. Azərbaycanın XIV-
XV  əsrlər tarixinin öyrənilməsi isə bu baxımdan xüsusi aktuallıq kəsb edir. Belə ki, biz indi Cənubi Qafqaz 
xalqları deyərkən, üç əsas xalqı –azərbaycanlıları, gürcüləri və erməniləri nəzərdə tuturuq, halbuki 
Teymurləngin yürüşlərindən bəhs edən bütün orta əsr müəllifləri, hadisələrin müasirləri Erməniyyəni Cənubi 
Qafqazdan kənarda göstərirlər, indiki  Ermənistan respublikasının  ərazisində bir ədəd də olsun erməni 
toponiminin adını  çəkmirdilər, amma Ermənistan respublikası XVI əsrin yadigarı, türk-azəri  şəhəri  İrəvanın 
(1936-cı ildən Yerevan) tarixinin 2750 il əvvələ  çəkərək bunun təntənə ilə bayram edirlər. Azərbaycan 
respublikasının ərazisində türk Azərbaycan mənşəli 500-dən yuxarı şəhər, kənd, qəsəbə və digər yer adlarının 
dəyişdirilməsi dediklərimizə əyani sübutdur. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin