A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə48/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

14.2. Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti. 
ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini  əldə etmək və  İngiltərənin təcridinə 
nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin 
qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət  ərəfəsində  əsas diqqəti Fransaya 
yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:      
-  Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi; 
-  Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinə əsaslanan münasibətlərə malik idi. Bu isə 
Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan 
yaradırdı;  
-  Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının 
inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan 
maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada 
daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur; 
-  Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası  İngiltərənin dənizlərində hegemonluğunun qarşısına 
almaq gücündə idi. 
Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan 
olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər 
nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən 
fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər 
sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə  məhz  İngiltərədə 
görüşmüşdü. 
 Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə  nəfəri başqa ölkəyə 
göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarındaABŞ-dan Avropaya yalnız 
kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də 
Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət 
idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə 
həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti 
yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi  şəkildə  qəbul 
olunmamışdı.  
Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-ın 
dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini 
intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales»  ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi 
ilə  qısa müddət  ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və  hərbi ləvazimat göndərilmişdi. 
Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini 
söyləmişdi. 
 Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. 
Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar 
İngiltərəyə Fransaya birbaşa müharibə etmə  bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» 
firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın 
Avropaya qədəm qoyması  və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-ın rəsmi nümayəndə kimi 
tanınması böyük əhəmiyyətə malik idi. 
 Fransadakı  İngiltərə  səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər 
Nazirliyinə  məktub təqdim etmişdi. Lakin XİN  Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə 


 
79
motivləşdirmişdi ki, Franklinə    Parisə  gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə 
görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni 
Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş  və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi. 
Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:  
-  Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq. 
-  Ingiltərə ilə birbaşa danışıqlara nail olması.      
İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan 
deyildi. 1777-ci ildə baş vermiş Saratoqi döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm 
də  İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı.  Şarl de Verjenin xəfiyyələri franklinin 
Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin səfirlikləri ilə əlaqələrə 
malik idi. Onun vaxtı ilə  İngiltərə parlamentinin üzvü olması  İngiltərə nümayəndələri ilə olan danışıqlara da 
imkan yaradırdı.  
B.Franklin Bomarşe tərəfindən  Şarl de Verjenə  təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə 
təqdim etməyə  tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin 
apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra 
Fransanı ABŞ-a dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması 
İngiltərə ilə birbaşa  əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri  əngəlləməsinə 
səbəb ola bilərdi.  
Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və  hərbi ittifaq 
müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə  əsasən  Fransa donanması ABŞ  tərəfində  hərbi 
əməliyyatlara girmək imkanı  əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını  qəbul 
etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz 
müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç biri ABŞ istiqlaliyyətini 
tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və  İspaniya dayanırdı.  İngiltərənin Avropa siyasətində yeritdiyi 
hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi.  
Əslində  İngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə 
qarşılaşdı.  İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə  ciddi ziddiyyət 
yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul 
olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər  İngiltərəyə qarşı Avropa dövlətlərinin mənfi münasibətini  əsas 
götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn 
nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan 
olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.  

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin