AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
KAFEDRA: MÜHASİBAT UÇOTU VƏ AUDİT
«AUDİT»
FƏNNİ ÜZRƏ MÜHAZİRƏLƏR
b/m. BABAŞİRİNOVA E.M.
BAKI-2016
I MÖVZU. AUDİTİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ
Auditin mаhiyyəti, məqsədi və vəzifələri
Аuditin meydаnа gəlməsi və inkişаfı
Auditin növləri
Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi
Auditin mаhiyyəti, məqsədi və vəzifələri
Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informa-siyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi strateqiyasının hazırlanması və səmərəliliyin yüksəldilməsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əlaqədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qaytarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti ilə işgüzar qarşılıqlı əlaqələrə malik olan müəssisə və təşkilatlar da informasiyaların dürüst olmasında maraqlıdır.
Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.
Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır.
"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.
Nəzarət forması kimi audit hesabat dövrü üçün aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin əks etdirilməsinin dürüstlüyünü, tamlığını, dəqiqliyini müəyyən etmək məqsədi ilə təsərrüfat subyektinin möv-cud qanunvericiliyə müvafiq tərtib etdiyi illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Dövlətin, müəssisə rəhbərliyinin və onun sahiblərinin (payçıların, səhmdarların) qarşılıqlı maraqları onun əsasını təşkil edir.
Аuditor fəaliyyətini yalnız yoxlama kimi xarakterizə etmək olmaz. Bura mühasibat (maliyyə) hesabatlarının, ödəmə-hesablaşma sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi subyektin digər maliyyə öhdəliklərinin və tələblərinin müstəqil idarədənkənar yoxlanılması, eləcə də digər auditor xidmətlərinin göstərilməsi: mühasibat uçotunun qurulması, bərpa olunması və aparılması; gəlirlər haqqında bəyannamələrin və mühasibat (maliyyə) hesabatlarının hazırlanması; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi subyektin aktivlərinin və passivlərinin qiymətləndirilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi və s. daxildir.
Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluğunun, müəssisənin fəaliyyətinin mühasibat (maliyyə) hesabatlarında əks etdirilməsinin tamlığının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatlarının müstəqil ekspertizasıdır.
Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumatların kütləvi axını şəraitində onların ümumiləşdırilməsi və səmərəli istıfadə olunması menecerin və təsərrüfat rəhbərinin qarşısında duran ən vacib məsələlərdir. Digər tərəfdən, müəssisələrdə (təşkilatlarda) uçot və nəzarətin yüksək səviyyədə qurulması ilə resursların səfərbər edilməsini, onlardan səmərəli istıfadə olunmasını, məhsulun maya dəyərinin mınımum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzıfələrı bu prinsiplər üzərində qurulur.
Auditor nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:
hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);
əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi haqda əsasın olması);
qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün hesablanması);
təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin hesablara aid olmasına inanmaq üçün əsasın olması);
bölgğ (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);
dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında və jurnallarında əks olunan məlumatlara uyğunluğu, onların yekununun düzgünlğyğ, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu);
açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçğrğlməsi və hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).
Dostları ilə paylaş: |