«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR



Yüklə 354,65 Kb.
səhifə4/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   2   3   4   5   6   7   8   9   ...   109
audit

Auditin növləri

Iqtisadi ədəbiyyatlarda auditin əsasən iki növü fərqləndirilir: kənar və daxili.



Kənar audit yoxlanılan müəssisə və ya şirkətə mü­na­si­bət­də müstəqil­dir və onun informasiyalarına görə kənar istifadəçilər (səhm­darlar, təsisçilər, kre­ditorlar, banklar və i.a.) qarşısında məsuliy­yət daşıyır. Kənar auditin məq­sədi informasiyaların dürüstlüyünün, mühasibat balansı və maliyyə hesabatlаrı­nın reallı­ğının, eləcə də uçotun aparılmasının düzgünlüyünün yoxlanıl­ması­dır.

Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti xarici auditin obyekti ki­mi çıxış edir. Səhmdar cəmiyyətinin üzvləri, təsisçiləri, banklar, maliyyə-vergi orqan­ları, digər hüquqi və fiziki şəxslər tərə­findən dürüstlüyü təsdiq olunmuş maliyyə hesabatları və balans­lardan istifadə edilməsi bu və ya digər müəssisənin (şirkətin) maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin obyektiv qiymətləndiril­mə­sinə im­­kan verir.

Praktiki olaraq informasiyanın tərtib edənlərlə onların isti­fadəçi­lə­ri arasında mübahisəli şərait yarana bilər ki, bu da, öz növbə­sin­də müstəqil nəzarətin (auditin) aparılmasını zəruri edir. Auditə tələbatın artması eyni zamanda digər amillərlə də şərtlənir. Informa­si­yanın isti­fadəçiləri (təsisçilər, səhmdarlar) onun keyfiyyətini birbaşa qiymətləndirmək imkanına malik deyildir. Onlar müəssisədə iş­lərin real vəziyyətinin obyektiv qiymətini əldə etmək üçün mühasibat ba­lan­sının, maliyyə hesabatlarının müstəqil ekspertiza-sının aparılma­sın­da maraqlıdır. Ak­tiv və passivlərin dürüstlüyünün belə qiymət­lən­di­rilməsi auditorlar tərəfindən hə­yata keçirilir.

Uçot informasiyaları böyük iqtisadi nəticələri özündə əks etdirir. Risk­dən və qeyri məhsuldar xərclərdən qaçmaq üçün infor­ma­si­ya­­la­­rın real və obyektiv ol­ma­sı vacib şərtdir. Müstəqil audit bu vəzi­fə­nin uğur­la həll olunma-sını təmin edir.

Kənar auditin əsas vəzifələri aşaüıdakılardır:

 müəssisənin mühasibat balansının və maliyyə hesabatının dürüstlüyünün yoxlanılması və bununla əlaqədar rəyin verilməsi;

 baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə və normativ aktlarına uyüunluüu­nun qiymətləndirilmə­si;

 mühasibat uçotunun təşkili səviyyəsinin, onun keyfiyyətinin, is­teh­sаl-kоm­mers­iya fəaliyyətini və onun nəticələrini əks etdirən mühasibat yazılışlarının tər­tib edi­lməsinin düzgünlüyünün müəyyən edilməsi;

 məhsulun maya dəyərinin, mənfəətin hesablanmasının və onun bölü­şdürül məsinin düzgünlüyünün yoxlanılması;

 büdcə ilə, malgöndərənlə və podratçılarla, alıcılarla və sifariş­çilərlə, müxtəlif debitorlarla və kreditorlarla, fəhlələrlə və qulluq­çu­larla hesablaşmala-rın düzgünlüyünün və vaxtında aparılma­sının yox­la­nıl­ması;

 xarici iqtisadi əməliyyatların, xarici kontragentlərlə hesablaş­ma­ların qа­nu­­nаuy­üunluüunun, xarici valyutada əməliyyatların və val­yuta hərraclarında vаl­­­­­yuta­ların alışı və satışının nəticələrinin düzgünlüyünün yoxlanılması;

 təsərrüfat subyektlərinə xarici şirkətlərlə birgə müəssisənin ya­ra­dılması zamаnı köməklik göstərilməsi: mümkün tərəfdaşların na­mi­zədliyinin edil­məsində iştirak etmək;

 təsərrüfat subyektlərinin nizamnamə kapitalının vaxtında yara­dılmasının və onun tamlıüının təsdiq edilməsi;

 müştərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində, mülkiyyət-çilərin və dövlətin maraqlarının qorunmasında köməklik göstə­rilməsi;

 maliyyə hesabatlarının və təsərrüfat əməliyyatlarının mövcud və tətbiq оlu­nаn normativ aktlara uyüunluüu haqda öz fikrini bil­dir­mək üçün auditora im­kа­nın ve­rilm­əsi;

 gəlirlər və bəyannamə haqqında maliyyə hesabatının tərtib edilməsi;

 maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;

 müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi;

 hüquqi və təşkilati-iqtisadi məsələlər üzrə məsləhətlərin veril­məsi;

 uçotun qurulması, mühasibatlıq işçilərinə uçotun təkmilləş­diril­mə­si üzrə ­prаk­­t­iki köməkliyin göstərilməsi, uçotun, vergitut­ma­nın, hesablaşmaların təşkilinin müxtəlif məsələləri üzrə məsləhətlərin verilməsi;

 müştərilərin qanunverici və dövlət orqanları tərəfindən nəşr olu­nan yeni nоrm­ativ və təlimat materialları ilə müştəriləri təmin edil­­mə­si;

 ixtisaslı kadrların olmaması və ya başqa səbəblərdən müəssisə tərəfindən uçоtu­n təşkili mümkün olmadıqda müəssisə - müştərinin düzgün mühasibat uçо­tu­nun qurulması;

 təqdim edilmiş ilkin sənədləşmə əsasında uçotun bərpa olunması;

təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və birgə metodiki materialların hа­zır­lаn­mаsı məq­sədi ilə digər аu­di­tоr şir­kət­ləri ilə işgüzar əlа­qə­lə­rin qu­rul­mаsı.

Kənar audit auditor təşkilatlarının əməkdaşları və ya auditor fəaliy­­yəti ilə məşüul olmaq üçün lisenziya almış sərbəst auditorlar tərəfindən apa­rılır.


Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin