A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə53/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   49   50   51   52   53   54   55   56   ...   102
küpaçma, dibçıxarma, ovxarlama, dişəmə, suyatutma, çarxlama) zəmanəmizədək gəlib 

çatmıĢdır. 

Dəmirçilik  sənətinin  ən  bəsit  və  qədim  üsulu  soyuqdöymə  olmuĢdur. 

"Qarato",  yaxud  "qaratapdaq"  adlanan  bu  üsul  məmulat  istehsalının  müxtəlif 

mərhələlərində,  ən  çox  isə  ilkin  əməliyyatlarda  iĢlənirdi.  Qaratapdaq  üsulu  ilə 

metal parçası zindan üzərində döyülüb ilkin forma üçün hazırlanırdı. 

MənĢə etibarilə daĢiĢləmə ilə üzvi surətdə bağlı olan soyuqdöymə üsulu  



 

 

384 



 


 

 

385 



 


 

 

386 



 


 

 

387 



 


 

 

388 



dəmirçiliyin hələ ayrıca sənət sahəsinə çevrilməsindən çox əvvəl yaranmıĢdır, 

Dəmirçilik  sənətinin  baĢlıca  texnoloji  üsulu  istidöymə  olmuĢdur.  Bunun 

üçün  lazımi  ölçüdə  kəsilib  qaratapdaq  edilmiĢ  metal  parçası  kürədə  tamam 

qızaranadək  qızdırılandan  sonra  yastıdodaq  kəlbətinlə  tutulub  zindan  üzərində 

döyülürdü.  Qızmar  metalın  döyülüb  müəyyən  həddə  salınması  prosesi,  adətən, 

müĢtərək  görülürdü.  Pəstaha  üzərində  ustanın  iĢarə  məqsədilə  çəkicini  vurduğu 

sahəyə  Ģagird,  yaxud  kargər  ağır  çəkiclə  (tapun  və  ya  gürz)  möhkəm  zərbə 

endirirdi.  Pəstaha  soyuduqda  təkrar  kürədə  qızdırılır  və  məmulatın  ilkin  forması 

lazımi həddə çatıncayadək istidöymə əməliyyatı davam etdirilirdi. Məmulatın ilkin 

formaya  düĢməsi  üçün onun  ayrı-ayrı  hissələri  (tiyə, künə, küp, sulğuc, dəstək  və 

s.) istidöymə üsulu ilə kobud Ģəkildə tapdanıb hazırlanırdı. 

Məmulatın bu və ya digər hissəsinin nə qədər döyülüb formaya salınması 

lüzumu gözəyarı müəyyən edilirdi. 

MəiĢət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, 

nacaq, dəhrə, məngəl, dəryaz, oraq, cin, qırxılıq, kərki, qiyməkeş, bıçaq, gazan və 

s.)  bir  qayda  olaraq  poladqarışıq  dəmirdən  hazırlanırdı.  Bu  məqsədlə,  əsasən, 



qaynaq  üsulundan  istifadə  olunmuĢdur.  Kəsici  alətləri  düzəltmək  üçün  əvvəlcə 

poladqarıĢıq  dəmir  hazırlanırdı.  Xassə  etibarilə  xas  poladdan  və  dəmirdən 

fərqlənən poladqarıĢıq dəmir çox vaxt "qaynaq dəmiri" adlanırdı. 

Qaynaq  dəmiri  hazırlamaq  üçün  lazımi  ölçüdə  kəsilmiĢ  dəmir  parçasını 

kürədə qızdırıb arasını 1,5-2 sm dərinlikdə yarmaqla "ağız" açırdılar. Sonra həmin 

yarığa  müvafiq  ölçüdə  polad  "Ģığa"  kəsilirdi.  Bu  məqsədlə  əvvəlcə  polad  parçası 

kürədə qızdırılıb "suyu alınır" və yumĢaq dəmir həddinə salınırdı. Sərtlik xassəsini 

itirmiĢ Ģığa istidöymə yolu ilə yastılanaraq lazımi formaya salınandan sonra qələm 

vasitəsilə  müvafiq  ölçüdə  kəsilirdi.  Poladın  qıt  olduğu  keçmiĢ  dövrlərdə  kəsici 

alətin  tiyəsinin  "dodaq  Ģığası"  çox  vaxt  yararsız  hala  düĢmüĢ  polad  alətlərdən 

(yeyə, törpü, dəryaz və s.) düzəldilirdi. 

Məmulatın  növündən  və  Ģığanın  qalınlığından  asılı  olaraq,  qaynaq 

əməliyyatı müxtəlif üsullarla aparılırdı. 

PoladqarıĢıq  dəmirin  əldə  edilməsinin  ən  bəsit  və  qədim  üsulu  xalis 



qaynaq  olmuĢdur.  Bu  halda  ərintinin  gücləndirilməsinə  və  calağın  möhkəm 

tutmasına  kömək  edəcək  yardımçı  vasitələrdən  istifadə  olunmurdu.  Dəmirçilik 

sənətində  nisbətən  az  tətbiq  olunan  bu  üsulla,  əsasən,  xırda  məmulatlar 

hazırlanırdı. 

Poladın  dəmirə  calaq  edilməsinin  spesifik  üsullarından  biri  mis  tilişkəsi 

vasitəsilə  qaynaq  olmuĢdur.  Bu  üsul,  əsasən,  nazik  tiyəli  məmulatların  ağız 

Ģığasının  qaynaq  edilib  calanmasında  tətbiq  edilirdi.  Bunun  üçün  polad  Ģığanın 

boyuna  müvafiq  ölçüdə  kəsilmiĢ  mis  tiliĢkəsini  pəstahının  ağız  yarığına,  dəmirlə 

polad  Ģığanın  arasına  qoyub  kürədə  qızdırırdılar.  Misin  ərintivermə  qabiliyyəti 

güclü  olduğundan  tez  əriyib  yarığın  ara  boĢluqlarına  dolmaqla  calağın  möhkəm 

tutmasına  yardım  edirdi.  Mis,  adətən,  dəmir  və  polada  nisbətən  tez  əridiyindən, 



 

 

389 



axıb tökülməməsi üçün tiliĢkənin ətrafı çarx tozu, kömür ovxantısı  və ya nəm kül 

kütləsi  ilə  dövrələmə  tutulurdu.  Beləliklə,  qızarmıĢ  pəstaha  zindan  üzərində 

döyüldükcə bərkiyib polad Ģığa ilə möhkəm birləĢirdi. 

Dəmirçilik  sənətində  calaqetmənin  ən  geniĢ  yayılmıĢ  üsulu  tənəkar 

vasitəsilə  qaynaq  olmuĢdur.  Xüsusilə  qalın  künəli  kəsici  alətlər  bu  yolla  qaynaq 

edilirdi.  Tənəkar  tozunun  ərintivermə  və  bərkidici  xüsusiyyəti  daha  güclü 

olduğundan dəmirçilik sənətində o, mis tiliĢkəsindən üstün tutulurdu. 

Calağı  tənəkar  vasitəsilə  qaynaq  etmək  üçün  pəstahanın  ağız  yarığına 

qoyulmuĢ  polad  Ģığanın  ətraflarına  tənəkar  tozu  töküb  kürəyə  qoyurdular.  Calaq 

yer  qızıb  tamam  qızaran  zaman  tənəkar  daha  tez  əriyib  polad  Ģığa  ilə  dəmirin 

qaynayıb  bir-birinə  qarıĢmasına  kimyəvi  təsir  göstərirdi.  Adətən,  qızarmıĢ  calağı 

zindan  üzərində  bir  neçə  əl  döyəndən  sonra  yenə  də  üzərinə  tənəkar  tozu  səpib 

təkrar kürədə qızdırırdılar. Bu qayda ilə qaynaq tamam möhkəm tutanadək həmin 

əməliyyat  təkrar  edilirdi.  Pəstahanın  qaynaq  yeri  qovuĢub  bir-birinə  qarıĢandan 

sonra məmulatın tiyə hissəsi istidöymə yolu ilə tapdanıb formalaĢdırılırdı. 

Göründüyü  kimi,  dəmir  ustaları  çoxəsrlik  əməli  təcrübə  nəticəsində 

metalların 

xassələrini  dərindən 

müĢahidə  edib 

öyrənməklə,  istehsal 

texnologiyasının  təkmilləĢdirilməsinə  və  beləliklə  də  daha  mükəmməl  əmək 

alətləri hazırlamağa nail ola bilmiĢlər. 

Qaynaq  ənənəvi  dəmirçilik  sənətində  baĢlıca  yer  tutsa  da,  dəmir 

məmulatının,  xüsusilə  kəsici  alətlərin  hazırlanması  daha  bir  sıra  texnoloji 

proseslərlə  bağlı  idi.  Məmulat  növündən  asılı  olaraq  istehsal  prosesində 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin