A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə82/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   78   79   80   81   82   83   84   85   ...   102
 

 

 

 

 

 

 

 

XALÇAÇILIQ 

 

Azərbaycanın ənənəvi yun  məmulatı istehsalında  məiĢət əhəmiyyətinə  və 



iqtisadi səmərəsinə görə xalça-palaz istehsalı mühüm yer tutmuĢdur. 

Xalça sənətinin meydana gəlməsi ġərq xalqlarının mədəni nailiyyətlərindən olub, 

çox böyük təkamül yolu keçmiĢdir. Mütəxəssislərin fikrincə, xalçanın ilk vətəni qədim Misir 

olmuĢ, sonralar buradan o, Kiçik Asiya, Ġran və Hindistana keçmiĢdir [187]. 

Azərbaycanda  xalçaçılığın  təĢəkkülü  və  yayılması  qonĢu  Ġran  və  Kiçik 

Asiya ilə eyni dövrə təsadüf edir. E.ə. V-IV əsrlərdə yaĢamıĢ Ksenofont farsların məĢhur 

Midiya  xalçaları  iĢlətdiklərini  xəbər  verir  [188].  Azərbaycanda  xalça  istehsalı  era-

mızdan  xeyli  əvvəllər  meydana  gəlsə  də,  xalçaçılığın  müstəqil  sənət  sahəsi  kimi 

inkiĢafı  ilk  orta  əsrlərə  təsadüf  edir.  [189]  Mingəçevir  ərazisindən  tapılmıĢ  hana 

hissələri,  xalça  və  palaz qalıqları  ilk  orta əsrlərdə  Azərbaycan  əhalisinin  məiĢətində 

xalçaçılığın mühüm yer tutduğunu göstərir [190]. 

Ġstehsal texnikasına və bədii tərtibatının zənginliyinə görə Azərbaycan xalça-

çılığı hələ orta əsrlərdə öz inkiĢafının yüksək mərhələsinə çatmıĢdı. Ərəb müəlliflərinin 

verdiyi  məlumata  görə  Bərdədə  toxunan  xalçaların  misli  bərabəri  yox  idi  [191].  X  əsrdə 

Naxçıvan, Xoy, Ərdəbil və Muğan özünün xalça məmulatı ilə geniĢ Ģöhrət qazanmıĢdı 

[192]. 



 

 

446 



Monqol hücumlarından əvvəl Azərbaycan Ģəhərlərində geniĢ çeĢiddə xalça-

palaz məmulatı toxunmuĢdur [193]. 

Xalça-palaz toxuculuğu spesifik istehsal texnikasına malik olub ənənəvi yun 

toxuculuğunda ilk bəsit əmək bölgüsünü əks etdirirdi. Orta əsrlərdə Azərbaycanda xalça 

istehsalı artıq kütləvi Ģəkil almıĢdı. Monqollar Azərbaycandan minlərlə xalça qarət edib 

aparmıĢdılar [194]. 

Orta əsr xalçaçılıq sənətində süjetli xalçaların yaranması yeni mərhələ təĢkil 

edirdi [195]. Süjetli xalça sənəti xüsusən Təbriz Ģəhərində daha yüksək inkiĢaf səviyyəsinə 

çatmıĢdı. Süjetli xalçaçılığın çiçəklənməsi xüsusilə XVI əsrə, Təbriz miniatür məktəbinin 

fəaliyyəti  dövrünə  təsadüf  edirdi.  O  dövrün  mahir  xalça  ustaları  Təbriz  rəssamlarının 

miniatürləri əsasında süjetli bədii xalçalar toxuyurdular. Üzərində motivlər, müxtəlif 

məiĢət  və  ov  səhnələri  təsvir  olunan  süjetli  xalçalar,  həmçinin,  ġirvan,  Gəncə  və 

Qarabağda  da  istehsal  olunurdu.  Süjetli  xalçalarda  orta  əsr  məiĢət  səhnələri ilə yanaĢı, 

klassik ədəbiyyatdan götürülmüĢ kompozisiya motivləri mühüm yer tuturdu. 

Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən güclü və zəngin sahəsi olmaq etibarilə 

özünün əməli əhəmiyyətini sonralar da itirməmiĢdir. 

Ev məiĢətinin zəruri ünsürünə çevrilmiĢ xalça-palaz məmulatı təkcə yaĢayıĢ 

binalarının daxili sahmanında deyil, habelə feodal sarayları, məscid, mədrəsə, xanəgah, 

ibadətgah, zorxana, karvansara və digər ictimai binaların döĢəmə və divarlarının bədii 

tərtibatında əsrlər boyu baĢlıca yer tutmuĢdur. 

Yüksək dəyərə malik sənət məhsulu olmaq etibarilə evdə xalça məmulatının 

çoxluğu ailənin maddi imkanını əks etdirən mühüm sosial-iqtisadi göstəricilərdən birinə 

çevrilmiĢdi. Əməli məiĢət əhəmiyyətini və istehlak dəyərini uzun müddət saxlayan xalça 

məmulatı  ailə-kəbin  münasibətləri  (cehiz),  vergi  ödəncləri,  hədiyyə  və  digər  sosial 

məsələlərin həllində mühüm rol oynamıĢdır. 

Yüksək dekorativ məziyyəti və texniki keyfiyyəti ilə seçilən Azərbaycan xal-

çaları təkcə ölkə daxilində deyil,  habelə beynəlxalq  ticarətdə  ən rəvac  sənət  məhsulu 

kimi yüksək tutulurdu. Məhz bu səbəbdən də keçmiĢdə Azərbaycanda xalça toxunmayan 

nəinki kənd və ya Ģəhər, hətta ailə tapmaq çətin idi. Azərbaycan qadını üçün xalça-palaz 

toxumaq ən adi məĢğuliyyət növü, keçmiĢ ailə məiĢətinin zəruri tələblərindən biri idi. 

Xüsusilə xalçaçılığın geniĢ inkiĢaf etdiyi maldar elatlar arasında vaxtilə mövcud olmuĢ 

kəbin münasibətlərində gələcək gəlinin ev iĢləri arasında onun toxuculuq sahəsindəki 

məharətinə  ciddi  əhəmiyyət  verilirdi.  Bununla  belə,  xalçaçılıq  təkcə  qoyunçuluqla 

məĢğul  olan  kənd  əhalisi  arasında  yayılmamıĢ,  habelə  Ģəhər  əhalisinin  istehsal 

məiĢətinə də möhkəm sirayət etmiĢdi. 

XIX əsrin ikinci yarısında Cənubi Qafqazda xalçaçılığın güclü inkiĢaf etmiĢ mər-

kəzləri  arasında  Quba,  Bakı,  ġamaxı,  Göyçay,  Qazax,  ġuĢa,  Zəngəzur,  Cəbrayıl, 

Yelizavetpol qəzaları və Zaqatala dairəsi xüsusi yer tuturdu [196]. 

ƏriĢ düzümləri arasından çal-çarpaz keçirilən arğac ötürmələri və əriĢ taylarına 

müəyyən qaydada dolanıb bəndlənən bəzək ipi (ilmə) vasitəsi ilə toxunan xalça-palaz 

məmulatı istehsal texnikasına görə xovlu (ilməli) və xovsuz (ilməsiz) olmaqla iki qrupa 



 

 

447 



ayrılır.  Forma,  ölçü,  bəzək-naxıĢ  xüsusiyyəti  və  istifadə  məramından  asılı  olaraq, 

bunların hər birinin müxtəlif növ və çeĢniləri yaranmıĢdı. 

Xovlu xalçalar bəzək-nəqĢ xüsusiyyətinə, baĢqa sözlə, bədii kompozisiya tərti-

batına görə, ornamental və süjetli xalça qrupuna ayrılırlar. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin