A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə81/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   77   78   79   80   81   82   83   84   ...   102
Yük keçəsi elatlar arasında geniĢ yayılmıĢdı. Belə ki, arandan-dağa, dağdan-

arana  köçən  elatlar  yağmur  və  toz-torpaqdan  qorumaq  məqsədilə  yük  məiĢət  ləva-

zimatlannın üstünü keçəsi vasitəsilə örtürdülər. 

Yəhər keçəsi yəhərin altına keçirilərək atın sağrısmı örtürdü. 

Dolaq keçəsi soyuq havada ayaqlara dolanırdı. 

At keçəsi çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirirdi. Həm də 

yəhərin altında yerləĢdirilirdi. 



Qapı keçəsindən, adından göründüyü kimi alaçıq və dəyələrin qapılarının örtül-

məsində, namazlıq keçədən isə namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı 

keçəsi və namazlıq keçə əksərən naxıĢlı keçədən hazırlanırdı. 

Qundaq  keçəsindən  körpə  uĢaqların  bələnməsində  istifadə  olunurdu.  Onu 

da bəzəkli keçədən hazırlayırdılar. 

Təpmə  keçədən  yapıncı  kiĢi  geyimi  də  hazırlanmıĢdır.  Maldar  əhali  və 

çobanlar arasında geniĢ yayılmıĢ yapıncının saçaqlı və saçaqsız, ağ və qara rəngli növləri 




 

 

442 



olmuĢdur. Yapıncı tikiĢli və tikiĢsiz növlərə ayrılırdı. TikiĢsiz yapıncılar daha qiymətli 

hesab  edilirdi.  Ağ  rəngli,  saçaqlı  və  tikiĢsiz  yapıncılardan  əsasən  yüksək  zümrə  istifadə 

edirdi. Saçaqsız, həmçinin tikiĢli yapıncılar elatlar, çobanlar, yoxsul əhali arasında geniĢ 

yayılmıĢ  və  bu  geyim  növü  "çoban  yapıncısı"  adlanmıĢdır.  BaĢı  yağmur  və  soyuqdan 

qorumaq məqsədilə çox zaman yapıncınm arxasına yenə də keçədən hazırlanmıĢ baĢlıq 

(külah) tikirdilər. 

 

 

 



 

 

 



 

 

 



Keçə qəlibini hazırlamaq üçün payız - "güzəm" yunundan istifadə edilirdi. 

Güzəm yununu əldə etməmiĢdən əvvəl xüsusi gölməçələr düzəldir və qoyunları bir 

neçə  gün  ardıcıl  həmin  suya  salırdılar.  Beləliklə  qoyunlar  orada  yuyunur,  yunu 

təmizlənirdi. Bundan sonra qoyunun qırxılmasına baĢlanırdı. 

Atıcının (həllacın) əsas aləti yay və ağac toxmaqdan ibarətdi. Ağac toxmağın 

baĢ hissəsi göbələk Ģəklində düzəldilir, çəkisi 2 kq-a çatırdı. Atıcı yunu sadə quruluĢlu 

yay  vasitəsilə  atırdı.  Yayın  hər  iki  ucu  "kiriĢ"lə  bərkidilirdi.  KiriĢ  əsasən  qoyun 

bağırsağından hazırlanırdı. 

KiriĢi hazırlamaq üçün qoyunun "acı" bağırsağını bir müddət duzlu suda saxla-

yır, sonra çubuğun üstünə buruq Ģəklində sarıyırdılar. Acı bağırsağı dartdıqca uzanırdı. Acı 

bağırsaq çubuğun üzərində quruyandan sonra qatıq və ya süddə yumĢaldılırdı. 

Yayın uzunluğu 1,5 m-ə çatırdı. KiriĢ yayın hər iki ucuna bağlanırdı. 

Keçənin hazırlanmasında ilkin proses yunu kiriĢlə atmaq idi. Bunun üçün atıcı 

yayın ucunu yunun içinə qoyur, taxtasının üstünü əski parçası ilə büküb qolunun altında 

saxlayır,  toxmaqla  kiriĢi  vururdu. Toxmağın  hər zərbəsindən  sonra  tarım  çəkilmiĢ kiriĢ 

silkələnərək yunu qom-qom atırdı. Bu proses yunun didilməsi adlanırdı. 

Yun atıldıqdan sonra yerə salınmıĢ Ģəddə və ya palazın üzərinə bərabər səviy-

yədə döĢənir və üstünə isti su səpilirdi. Ġsti su yunun tez bitiĢməsinə kömək edirdi. 2-3 

nəfər yoğun, hamar yonulmuĢ, "ox" adlanan düz ağacı yunun arasına qoyub bir ucundan 

lülə  Ģəklində  bükərək  örkənlə  bərk  sarıyırdı.  Yunu  bükərkən  həm  də  ayaqları  ilə 

döĢəməyə bərk sıxırdılar. Keçənin təpilməsi üçün təmiz, düz meydan seçilirdi. 

Sonra bükülmüĢ yunun təpilməsi iĢinə baĢlanırdı. Bu iĢ ağır zəhmət tələb 

etdiyindən  çox  zaman  iməcilik  vasitəsilə  həyata  keçirilirdi.  ĠĢtirakçılar  həllacın 

göstəriĢi ilə iki qrupa bölünərək yunu növbə ilə tapdalayırdılar. Onlar bir-birlərinin 

çiynindən  tutaraq  bərabər  addımlarla  hərəkət  edir,  yunu  təpikləyə-təpikləyə  mey-

danın o biri baĢına aparır, sonra isə yun bükülmüĢ Ģəddəni meydanın baĢından bu  




 

 

443 



 

 

 



dəfə geriyə doğru təpikləyib gətirirdilər. Artıq meydanın bu biri baĢına qaytarılan 

yun  bükülmüĢ  Ģəddənin  o  biri  üzü  də  təpiklənərək  döyülürdü.  Buna  görə  də  bu 

proses "keçənin təpilməsi" adlandırılırdı. 

Təpmə  keçə  döyüldükcə  sarıq  boĢalmağa  baĢlayırdı.  Onu  açıb  yenidən 

yunun  üstünə  isti  su  səpir  və  əvvəlki  qaydada  sarıyırdılar.  Yun  bitiĢib  tam  keçə 

halına gələnə qədər bu iĢ davam etdirilirdi. Hazırlanan məhsul "qəlib" adlanırdı. 

Qəlibin "baĢ qəlib", "yan qəlib", "qənĢər qəlib" kimi növləri olmuĢdur. Bir 

alaçığın üstünü örtmək üçün baĢ-baĢa tikilmiĢ 6 qəlibdən istifadə edilir və o, "baĢ 

qəlib"  adlanırdı.  "Yan  qəlib"lər  alaçığın  yanlarına  çəkilirdi.  "QənĢər  qəlib"  isə 

alaçığın  qarĢısına  vurulurdu.  Beləliklə,  bir  alaçıq  üçün  12-13  qəlib  hazırlamaq 

lazım gəlirdi. 

Evlərin  bəzədilməsi  və  döĢənməsi  üçün  "nəmənd"  adlanan  naxıĢlı 

keçədən  istifadə  edilmiĢdir.  Bu  məqsədlə  əvvəlcədən  yunu  yuyur  və  boyayırdılar 

(XXXI tablo). 

NaxıĢlı keçəni (nəmənd) hazırlamaq üçün onu bükməmiĢdən əvvəl üstünə 

rənglənmiĢ yundan istənilən naxıĢı qoyurdular. Qəlib hazır olanda naxıĢ onun orta-

sında alınırdı. 

Xalq arasında keçənin istehsalı, məiĢətdə əhəmiyyəti ilə bağlı bayatılar və  




 

 

444 



 

 

 




 

 

445 



rəvayətlər yaranmıĢdır. Bir bayatıda deyilir: 

 

Atıcıyam, yayım var,  



Çaxmağım var, qovum var.  

Yunu yığın, gətirin,  

Burda mənim ovum var. 

 

Rəvayətə  görə  Əbu  Səid  Libabid  uzun  müddət  yunu  ayaqlarıyla  təpmiĢ 



(döymüĢ),  lakin  yun  bitiĢməmiĢdir.  Bundan  mütəəssir  olan  Əbu  Səid  Libabid 

ağlamıĢ  və  göz  yaĢlarının  düĢdüyü  hissənin  bitiĢdiyini  görmüĢdür.  Bu  zaman  o, 

keçə təpmə iĢini su çiləməklə davam etdirmiĢ, son nəticədə keçə əmələ gəlmiĢdir. 

Göründüyü  kimi,  qədim  tarixə  və  xüsusi  əhəmiyyətə  malik  keçəçilik 

sənəti xalqımızın məiĢəti və mədəniyyətində yetərli rol oynamıĢdır. 

 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin