daha məhsuldar əmək aləti sayılırdı. KeçmiĢ məiĢətin ən zəruri istehsal ləvazimatı kimi
ona, demək olar ki, hər bir evdə rast gəlmək mümkün idi. Azərbaycanda cəhrənin
çarxında yonulub hazırlanan bütöv toplu cəhrə nisbətən baha baĢa gəlsə də, onların iĢ
tətbiq sahəsindən asılı olaraq ipin əyirmə və bükdərmə texnikasında fərq nəzərə
hazırlanması Azərbaycanın bəzi etnoqrafik bölgələrində "əyirmə" deyil, "üĢələmə"
434
Ġlmə istisna olmaqla ipin qalan növləri (əriĢ, arğac, hörmə ipi) həm də cəhrə
vasitəsilə bükdərilirdi. ĠĢin tələbindən asılı olaraq cəhrənin iydən çıxarılmıĢ "dükcə" ipi
bükdərilmək üçün əvvəlcə ikiĢər, üçəm və dördqatın edilərək yumaq halına salınırdı.
Adətən bükdərmə əməliyyatından sonra ip "qırtız" adlanan dəmir mil vasitəsilə
qırtızlanmaqla, düyündən təmizlənir və hamar hala salınırdı.
Boyaq ipi bundan əlavə həm də kələflənirdi. Kələf boyağın yaxĢı götürməsini
təmin etməklə yanaĢı, eyni zamanda ipin dolaĢmasına yol vermirdi.
Ġstehsal üsuluna görə Azərbaycanın ənənəvi yun məmulatı hörmə, basma və
toxuma olmaqla üç sahəyə ayrılır.
Hörmə məmulatı istehsalı əsrlər boyu ev peĢəsi səciyyəsi daĢımıĢdır. Hörmə
sənətindən fərqli olaraq, toxuma iĢində ev peşəsi, kustar sənət və xırda əmtəə istehsalı
səciyyəsi daĢıyan müxtəlif istehsal formalarına təsadüf olunur.
Azərbaycan yun toxuculuğu parça və xalça-palaz istehsalı üzrə olmaqla iki
istiqamətdə inkiĢaf etmiĢdir.
Yun parça toxuculuğunda tarixən ev peĢəsi və xırda əmtəə səciyyəsi daĢıyan
iki baĢlıca istehsal forması mövcud olmuĢdur. Karxana toxuculuğu Ģalbaflığın yüksək
inkiĢaf mərhələsini əks etdirməklə nisbətən sonralar meydana çıxmıĢdır.
XIX əsrdə Azərbaycanda şal istehsalı xüsusilə Qazax, Naxçıvan, Zəngəzur, ġuĢa,
Quba, ġamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində geniĢ yayılmıĢdı. ġamaxı
qəzası və Zaqatala dairəsi isə təkcə Azərbaycanda deyil, ümumən Cənubi Qafqazda
Ģal istehsalının yüksək inkiĢaf mərhələsinə çatmıĢ mərkəzləri arasında xüsusi yer
tuturdu [170].
ġal məmulatının müxtəlif növləri hazırlanma üsuluna (təpmə şal, cecim), texniki
keyfiyyətinə (yer şalı, Culfa şalı), xammal növünə (dəvəyunu şalı, keciqarışıq şal,
güzəm şalı), habelə istehsal mərkəzlərinə (ləzgi Ģalı, Əlvənd Ģalı, Xınalıq Ģalı) görə də
bir-birindən seçilirdi.
Quzu güzəmi, yaxud keci qarıĢığı ilə toxunan "yer Ģalı" qoyun yunundan hazır-
lanan "culfa Ģalı‖ndan üstün tutulurdu [171].
Vaxtilə Azərbaycanda geniĢ çeĢiddə istehsal edilən yun parçaların bəzi
növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) zəmanəmizədək gəlib
çatmıĢdır.
Dostları ilə paylaş: