üzəngi və s. isə sifariĢlə dəmirçiyə düzəltdirilirdi. TikiĢ məqsədilə iĢlənən iplik,
kəndir, ip, keci sap, o cümlədən mum satınalma yolla əldə olunurdu.
Sərraclıq sənətində iĢlənən istehsal alət və ləvazimatı: dəzgə, cəldə, çərməki, gazan,
pərgar, sünbə, şaxək, biz, iynə, çəkic, kəlbətin və s. sifariĢlə yerli ustalara düzəltdirilirdi.
Yəhər quĢqunu, bir qayda olaraq, dünkah və yan qayıĢlarından ibarət düzəldilirdi.
Bundan əlavə yəhərə tapqır, qıçaltı, üzəngi qayışı və s. düzəldilib əlavə olunurdu.
Minik yəhərinin əlavə ləvazimatı arasında baĢlıca yeri yüyən tuturdu. Yerli
yüyənlər çoxtoqqalı olması ilə səciyyələnirdi. Ġkitoqqalı kazak və ingilis yüyənlərindən
fərqli olaraq, yerli yəhərlərin yüyənində 6 toqqa iĢlənirdi. Bunlardan ikisi cilov, ikisi
kəlləlik, biri qulaqardı, biri isə boğazaltı üçün nəzərdə tutulurdu. Yüyən qayıĢları, bir
qayda olaraq, aĢılanmıĢ göndən düzəldilirdi.
Yüyənin metal hissələri (toqqa, gəm, qaytarğan və s.) sifariĢlə dəmirçiyə düzəlt-
dirilirdi. Hakim zümrələrə məxsus sifariĢlər əsasında hazırlanan yəhər dəstinin metal
hissələri çox vaxt gümüĢbənd tərəfindən hazırlanırdı.
Yəhər quĢqunu bir qayda olaraq, toqqa vasitəsilə qaltağa birləĢdirilirdi.
Sinəbənd bir cüt döĢ qayıĢından və onları atın sinəsinin tən ortasında birləĢ-
dirən paxlavaĢəkilli "gül"dən ibarət hazırlanırdı.
Atın belinə qalxmaq üçün yəhər dəstinə bir cüt üzəngi qayışı düzəldilib əlavə edi-
lirdi. Yarım arĢın uzununda olan bu qayıĢların bir ucu üzəngiyə, digər ucu toqqalı qayıĢ
vasitəsilə yəhərin qaltağına bənd edilirdi.
Yerli yəhərlərin tapqırı bel qayıĢından və bir cüt qarınaltından ibarət hazırla-
nırdı. Tapqırı çəkib bərkitmək üçün bel qayıĢının ucuna toqqa tikilirdi.
Sərrac minik yəhərinin hər iki yanına qıçaltı (tərlik) düzəldirdi. Düzbucaqlı
formada biçilib hazırlanan qıçaltının sağ və sol taylarının hər biri ayrılıqda toqqa vasi-
təsilə qaltağa bərkidilirdi.
Müsəlman yəhərlərində yastıq əvəzinə qaltağın üstündən yəhəriçi salınırdı. Tu-
macdan biçilib tikilən yəhəriçinin qabaq tərəfi qaltağın qaĢına keçirilirdi. Buna görə
də onun ön tərəfində qaĢın ölçüsünə müvafiq yarıq düzəldilirdi. YaraĢıqlı olsun deyə,
qaltağın qaĢına aĢılanmıĢ göndən qaşlıq çəkilirdi. Onun ətrafına tumacdan köbə tutulur
və gülmıx ilə dövrələmə qaltağın qaĢına mıxlanırdı.
Bütün bunlardan əlavə, zadəgan zümrəsi üçün minik yəhərinin üstünə "zimpuĢ"
və "qacarı" salınırdı.
Yəhər dəstinin əlavə ləvazimatının hazırlanması müxtəlif istehsal proseslərini
əhatə edirdi.
QurumuĢ aĢılı gönü doğrayıb müvafiq formaya salmaq üçün sərrac əvvəlcə onu
425
islağa qoyub yumĢaldırdı. YumĢalmıĢ gön dəzgə üzərində çərməki vasitəsilə döyəc-
ləndikdən sonra gazan ilə doğranıb bir çərək enində boya-boy uzun zol halına salınırdı.
"Zollama" adlanan bu əməliyyatı usta gözəyarı görürdü. Bu iĢ kargərə həvalə olunduqda
əvvəlcə o, pərgar vasitəsilə gönü cızlayır, sonra zollayırdı.
Gön zollarının astar üzündəki lət qalığı dəzgə üzərində gazan ilə yonqarlanıb
təmizlənirdi. "ġüfrələmə" adlanan bu əməliyyat sayəsində lət qalıqlarından təmiz-
lənmiĢ gön Ģumal hala düĢürdü. Sərraclıq məmulatının keyfıyyəti üz gönünün yaxĢı
iĢlənməsindən asılı idi. ġüfrələnmiĢ material qıĢda 1-2 gün, yayda isə 2-3 saat
ərzində təpiyib yumĢaq hala düĢəndən sonra doğranırdı.
Yəhər ləvazimatının müvafiq hissələrinin biçilməsi, sərraclıq sənətində "pəstaha
vurma" adlanırdı. Adətən, pəstahanı usta özü vururdu. Ləvazimatın güc düĢən hissələri
gönün möhkəm yerindən biçilirdi. Gönün sağrı hissəsi tapqır, quĢqun, üzəngi qayıĢı və
s. düzəltmək məqsədilə iĢlənirdi. Kəfəl bir qədər mafraq olduğundan astara, yaxud zor
düĢməyən hissələrə (qıçaltı, cilov və s.) sərf olunurdu. Bu hissələrə, həmçinin,
boyun, qol və bel gönü də yarayırdı.
Usta əvvəlcə gön materialını biçib kargər və Ģagirdlərə paylayandan sonra
məmulatın tumac, müĢkü və keçədən hazırlanacaq hissələrini ülgü əsasında biçib
tamamlayırdı.
Sərraclıq sənətində ən məsul və çox vaxt tələb edən iĢ prosesi məmulatın ayrı-
ayrı hissələrinin tikilməsindən ibarət idi. Yəhər ləvazimatının tikilməsində cəldə, iynə,
biz, sap və mumdan istifadə olunurdu. Ləvazimatın ayrı-ayrı hissələrinin calanıb
quraĢdırılması "quraqetmə", yaxud "quraq" adlanırdı. Adətən, quraq tikiĢini ya kargər, ya
da usta özü görürdü. Astar tikiĢləri çox vaxt Ģagirdə həvalə edilirdi.
Tikmə əməliyyatı mərhələ-mərhələ (calaqları bitiĢdirmə, astarçəkmə, hazır
hissələri birləĢdirmə, gülsalma, köbətutma) görülürdü.
Qaltaqla əlaqədar hissələr (yəhəriçi, keçə döĢəkcə, üzlük) hazırlanandan sonra
qaltağın üzərinə bərkidilirdi. Bunun üçün əvvəlcə qaltağın üstünə yəhəriçi, onun
üzərindən keçə döĢəkcə saldıqdan sonra onların üstündən müĢkü üzlük çəkilirdi. Bir
qayda olaraq, üzlüyün ətrafı qaltağın kənarlarına qadaqlanırdı. Bu əməliyyat
"axtalama" adlanırdı. Əvvəlcə qaltağın kənarları, sonra qaĢı axtalanırdı. Bu məqsədlə
xüsusi köbə və qaĢ gönü biçilirdi. Onu yəhərin qaĢına çəkəndən sonra ətrafına ətvindən
köbə tutub gülmıx ilə qaĢa mıxlayırdılar.
Yəhər dəstinin hissələri tamam hazır olandan sonra onlar quraĢdırılıb bir-birinə
qoĢulurdu. Bu əməliyyat nəticəsində quĢqun, üzəngi qayıĢı, qıçaltı, qançığa bağı
yəhərin qaltağına birləĢdirilir, yüyənin qayıĢ və metal hissələri (toqqa, gəm) yerbəyer
edilirdi.
Azərbaycanın sərrac dükanlarında hazırlanmıĢ məmulatın, demək olar ki, hamısı
yerli istehlaka sərf olunurdu. Sərraclıq məmulatına məhz yerli tələbatın böyük olması
üzündən həmin məhsullar ölkə hüdudundan kənara çıxarılmır, daxili bazarlarda yerli
alıcıların ehtiyacına sərf olunurdu. Nadir hallarda təkəlduz və gümüĢbəndlik üsulları ilə
bəzədilmiĢ yəhər dəsti əcnəbi at həvəskarlarının əlinə düĢürdü.
426
Atın hərbi, təsərrüfat və nəqliyyat əhəmiyyətinin azalması ilə əlaqədar olaraq,
sərraclıq məmulatına tələbat da azalmıĢdır. Əl əməyinə əsaslanan kustar sərraclıq
sənətinin aradan çıxmasında ucuz baĢa gələn fabrik məhsullarının satıĢının geniĢlənməsi
xüsusilə mühüm rol oynamıĢdır.
Dostları ilə paylaş: |