A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə76/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   72   73   74   75   76   77   78   79   ...   102
 


 

 

431 



ġALBAFLIQ 

 

Yun məmulatı istehsalı. Azərbaycanda yun ehtiyatının bolluğu barədə aydın 

təsəvvür əldə etmək üçün belə bir faktı xatırlatmaq kifayətdir ki, XIX əsrin sonlarında 

yalnız Bakı quberniyasında 2 milyon qoyun saxlanılır və hər il bundan 250 min pud yun 

hasil  olunurdu  [166].  Buraya  Yelizavetpol  quberniyasındakı  bir  milyon  və  Naxçıvan 

qəzasındakı  80  min  baĢ  qoyun  [167]  da  əlavə  olunarsa,  XIX  əsrin  sonralarında 

Azərbaycanın yun ehtiyatının miqdarı barədə aydın təsəvvür yaranar. 

Təsdiq olunan dövrdə fərdi qoyunçuluq təsərrüfatlarından əldə edilən yunun 

bir hissəsi beynəlxalq ticarət  məhsulu kimi xaricə ixrac edilir, [168] qalan hissəsi isə 

yerli  istehsala:  hörmə,  basma  (həllaclıq)  və  toxuma  (şalbaflıq,  xalçaçılıq)  və  s. 

məqsədlərə sərf olunurdu. 

Qoyun cinslərindən və onların bəslənmə Ģəraitindən və qırxım mövsümündən 

asılı  olaraq  yun  lifləri  cod  və  ya  yumĢaq,  qaba,  yaxud  zərif,  uzun  və  ya  qısa  olması, 

habelə rəng çalan etibarilə fərqlənirdi. Ona görə də hələ qırxım vaxtı qoyun yunu seçilib 

çeĢidlənirdi. 

Toxuculuq sənətində və ev məiĢətində yun çeĢidlərinin hər birinin öz yeri ol-

duğundan tədarük zamanı yun liflərinin uzun və qısa olmasına, onun rənginə xüsusi diqqət 

yetirilirdi. 

Yunun istehsal xüsusiyyətləri arasında onun liflərinin boyu həlledici əhəmiy-

yət  kəsb  edir.  Bu  isə  yunun  hansı  üsulla  ("yolma"  və  ya  "qırxma",  nə  vaxt:  payız 

("güzəm") və ya yaz mövsümündə ("yapağı") əldə olunmasından asılı idi. 

Yolma yun dibdən qopduğundan onun lifləri qırxma yuna nisbətən daha uzun, 

çöpük (kilkə) çıxarı isə az olurdu. Bununla belə, yolma yunun ipi boĢalıb uzandığından, 

toxuculuq sənətində o, əriĢ üçün yaramırdı. Həmçinin, uzun və cod lifli yapağı yun, əsasən 

ilmə və arğac ipi, yaxud hörmə məmulatı üçün iĢlənirdi. 

Qoyun sürüsü yataq Ģəraitində qıĢ mövsümünün çamırını keçirdiyindən yapağı 

yun güzəmə nisbətən xeyli çirkli və yağlasov (kirov) olurdu. Yunun emalı prosesində 

(yuma, darama, əyirmə, boyama) bütün bu xüsusiyyətlər nəzərə alınırdı. 

Payız yunu, həmçinin, qoyun və quzu güzəmi olmaqla iki qrupa ayrılırdı. Quzu 

güzəminin  lifləri  qoyun  güzəminə  nisbətən  gödək,  zərif  və  yumĢaq  olduğundan 

Ģalbaflıqda, xüsusilə mahud toxuculuğunda daha çox iĢlənirdi. Qoyun güzəmi əriĢ ipinə 

daha çox yaradığından arğac və ilmə üçün qıyılmırdı. Qoyun güzəmi, bundan əlavə keçə 

istehsalının baĢlıca xammalı sayılırdı. 

Yerli qoyun cinslərindən (bozax, herik, dönmə, mazıx, balbas, qaradolaq, şah-

sevən,  ləzgi,  kürd,  qala  və  s.)  asılı  olaraq  onların  yunu  zərifliyinə  görə  fərqlənirdi. 

Yunun  zərifliyinə  qoyun  sürüsünün  hansı  Ģəraitdə  (dağlıq,  dağətəyi,  aran)  bəslən-

məsinin ciddi təsiri olduğundan tədarük zamanı bu cəhətə də xüsusi fikir verilirdi. Təmiz 

və  sərin  dağ  havasında,  alp  çəmənliklərində  bəslənmiĢ  qoyunların  "dağ  yunu"  aran 

qoyunlarının  yununa  nisbətən  zərif  olduğundan  toxuculuq  sənətində  daha  yüksək 

tutulurdu. 




 

 

432 



Qoyun yunu rənginə görə (ağ, qara, boz, çal, qonur, qumral və s. olmaqla) müx-

təlif  çeĢidlərə  ayrılırdı.  Yunun  boya  götürmə  xüsusiyyəti  onun  rəng  çalarından  xeyli 

dərəcədə asılı idi. Ağ yun hər cür boyanı yaxĢı götürdüyündən daha üstün tutulurdu. Quzu 

güzəmi həddən artıq zərif olduğundan xüsusilə qara rəngi yaxĢı götürür və Ģəvə parıltısı 

verirdi.  Xalça  və  Ģal  toxuculuğunda  əriĢ  ipini  boyamaq  lazım  gəlmədiyindən  o, 

bilavasitə boz və ya çal yundan əyrilirdi. 

Yun növlərindən hər birinin özünə məxsus ənənəvi tətbiq sahəsi yaranmıĢdı. 

Quzu  güzəmi  büsbütün  Ģal  toxuculuğuna,  subay  davar  güzəmi  keçə,  yapağı  yun  isə 

xalça-palaz istehsalına, xüsusilə arğac və ilmə üçün sərf olunurdu. 

Toxuma sənəti üçün xam yun müxtəlif texnoloji emal prosesindən keçirilirdi. 

Xam  yun  ilk  növbədə  su  ilə  yuyularaq  tərdən  əmələ  gəlmiĢ  mineral  duzlardan  və 

kirdən  təmizlənirdi.  Yun  çox  çirkli  olduqda  əvvəlcə  isti  su  ilə  yuyulur,  sonra  soyuq 

suda  yaxalanırdı.  Boyaq  yunu  mineral  duzlardan  təmizlənmək  üçün  qabaqca  sığır 

sidiyində islağa qoyulur, sonra üzərinə soyuq su səpilərək sırpıçlama üsulu ilə yuyulurdu. 

Bunun  əksinə,  yumĢaqlıq  və  zəriflik  keyfiyyətini  itirməsin  deyə  çox  vaxt  quzu  güzəmi 

qələvi təsiri olmayan yağıĢ və ya qar suyu ilə yuyulurdu [169]. 

Sərgidə  qurudulmuĢ  yun  didiĢdirmə  üsulu  ilə  bıtraq  və  digər  iliĢkələrdən 

təmizləndikdən sonra elastik çubuq və yaxud "yay" vasitəsilə atılırdı. Yunun yay vasitə-

silə atılması ilə, adətəm, peĢəkar həllaclar və Ģalbaflar məĢğul olurdu. 

Toxuma məqsədilə, adətən, yun iki dəfə daranır. Bu məqsədlə oturacaq taxtası 

üzərində üçbucaq Ģəklində quraĢdırılmıĢ dəmir diĢli daraqdan istifadə olunmuĢdur. Ġlk 

darama  nəticəsində  yunun  "qılan"  adlanan  kilkəsi  qismən  təmizlənməklə  "piltə"  əldə 

olunurdu. Sonra o, oxlovla burulub "sümək" ("buruq") halına salınırdı. Bilavasitə əyirmə 

prosesinə  baĢlamazdan  əvvəl  sümək  açılıb  yenidən  daraqdan  keçirilərək  xalis  "əlçim" 

çəkilirdi. Darama əməliyyatı (piltəçəkmə və əlçimləmə) xeyli iĢçi qüvvəsi tələb etdiyindən, 

adətən, bu məqsədlə qohum-qonĢular iməciliyə dəvət olunurdu. 

Piltədən sonra daraqda iliĢib qalmıĢ "acı kilkə" ("çöpük") çatı, sicim və s. hör-

mək üçün iĢlənir, "əlçim kilkəsi" isə istehsal xassəsini qismən saxladığından əyrilərək 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin