Boyaq kökü bitkisi (Pubia tinetorum L). Heç Ģübhəsiz, Azərbaycanda
qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri
də boyaq kökü bitkisi olmuĢdur. Boyaq kökü adı ilə tanınan bu bitkidən
toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının
verilməsi də təsadüfi deyildir.
Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniĢ
istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl
becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda
geniĢ becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin
təĢəkkülü, Ģəhərlərin yaranması və inkiĢafı bu Ģəhərlərdə toxuculuğun geniĢ miqyas
alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol
istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaq bitkisinin əkin sahəsi də artırdı.
X əsr ərəb müəllifi Ġbn Hövqal Varsan, Bərdə, Bab əl-Abvab vilayətində,
Xəzər dənizi adalarında, Kür və Araz hövzələrində çoxlu miqdarda mədəni boyaq
kökü bitkisi becərildiyini göstərir [22]. Göründüyü kimi, bu texniki bitki orta
əsrlərdə Azərbaycan ərazisinin xeyli hissəsində becərilmiĢ və bol məhsul
götürülmüĢdür. X-XII əsrlərdə Azərbaycanda becərilən boyaq kökü bitkisi təkcə daxili
tələbatı deyil, həm də xarici ölkələrə ixrac edilirdi [23]. Bu bitki Azərbaycanda
sonrakı əsrlərdə də geniĢ becərilmiĢdir. Onun məhsulu həm ölkənin daxili tələbatını
ödəmiĢ və həm də xarici bazarlara göndərilmiĢdir.
XVII əsrdə nəinki təkcə ġərq aləmində, ümumiyyətlə, dünya miqyasında ən
çox boyaq kökü istehsal edən ərazi Araz çayının sol sahilində, indiki Naxçıvan
ərazisində Azadabad dairəsi olmuĢdur [24].
Lakin boyaq kökü bitkisi sonrakı dövrlərdə Quba və ġirvan əyalətlərinin mün-
bit torpaqlarında daha geniĢ sahələrdə becərilmiĢdir. Yan Streysin yazdığına görə
ġirvan əyaləti özünün boyaq kökü ilə məĢhur idi. Bu ərazidə boyaq kökü bitkisi
həddindən artıq idi [25]. Bu təsərrüfat gəlirli bir sahə kimi, yerli əhalinin iqtisadi
həyatında və onun dolanacağı üçün nəzərə çarpacaq dərəcədə əhəmiyyət kəsb
etmiĢdir. Orta əsrlərdə toxuculuğun geniĢ yayıldığı ġərq ölkələrində qırmızı rəngə olan
ehtiyacla əlaqədar olaraq, boyaq kökü bitkisinə çox böyük tələbat olmuĢdur. Boyaq
kökündən alınan, ürəkaçan qırmızı rəng həmiĢə hər yerdə yüksək qiymət-
198
ləndirilmiĢdir. Hindistan və bir sıra ġərq ölkələrində toxunan yüksək keyfiyyətli
parçaların rənglənməsində qızıl (qırmızı) boya daha geniĢ istifadə edilmiĢdir. Ona görə
də boyaq kökündən alınan rəngə nəinki ġərq ölkələrində, habelə Hindistan və baĢqa
ölkələrdə də böyük tələbat olmuĢdur.
XVIII əsrin birinci yarısında AbĢeronun bir sıra kəndlərində boyaq kökü bitkisi
becərilmiĢdir [26]. XVIII əsrin sonlarında isə rus tacirləri Azərbaycandan bir çox
qiymətli Ģeylərlə yanaĢı, boyaq kökü də alıb aparırdılar [27]. 1814-cü ildə Bakıdan
HəĢtərxana 512 pud qızıl boya göndərilmiĢdir [28].
Azərbaycanda boyaq kökünün ən qədim və geniĢ yayılan ərazisi xəzərsahili
vilayətlər olmuĢdur. Ona görə də XIX əsrin əvvəllərində Quba, Dərbənd və Lənkəran
ərazilərində bu qiymətli bitkinin əkin sahəsinin geniĢləndirilməsinə xüsusi diqqət
verilmiĢ və bundan xeyli gəlir əldə edilmiĢdir.
Bu dövrdə boyağın əsas məskənlərindən biri Dərbənd Ģəhərinin ətraf ərazisi
idi. Mənbənin göstərdiyi kimi, qubalılar qonĢuları dərbəndlilərin boyaq becəril-
məsindəki müvəffəqiyyətlərini və onun xeyli faydalı olduğunu görərək, özləri də boyaq
becərilməsi ilə məĢğul olmuĢdular. Bu bitki indi MüĢkür, ġabran, ġeĢparə mahallarında
da geniĢ becərilir və ildə on min pudlarla boyaq yığılır [29]. Yüksək keyfiyyətli boyaq
kökü Quba qəzasının, əsasən Xəzər sahili ərazisini əhatə edən MüĢkür düzənliyində
yetiĢdirilirdi.
Boyaq kökünün geniĢ istehsalı XIX əsrin 40-cı illərindən etibarən daha da artır,
bu da Rusiya toxuculuğunun rəngə olan böyük tələbatı ilə əlaqədar idi.
Azərbaycan boyağı öz keyfiyyətinə görə Rusiyada və hətta xarici bazarlarda
yüksək qiymətləndirilir və əla növ hesab edilirdi. Xarici bazarlarda holland, fransız
boyağından üstün tutulan Azərbaycan boyağının həm də ucuz baĢa gəlməsinə görə
rus fabrikantları bu bitkinin əkilib-becərilməsinə xüsusi maraq göstərirdilər.
XIX əsrin birinci yarısında toxuculuq fabriki sahiblərindən bəziləri
Dərbənd və Quba əyalətlərində becərilən boyaq kökü bitkisinin yüksək
keyfiyyətini nəzərə alaraq bu ərazidə həmin bitkinin əkin sahəsinin
geniĢləndirilməsinə təĢəbbüs göstərmiĢdilər. Artıq XIX əsrin ortalarında
Azərbaycandan Rusiyaya 140 min pud yüksək keyfiyyətli boyaq ixrac edilmiĢdir
[30].
MüĢkürdə kəndli ailələrinin çoxu boyaq kökü bitkisini əkməklə məĢğul
olurdu. Bununla əlaqədar olaraq, XIX əsrin ortalarında "Qafqaz" qəzetində
yazılmıĢdı: "Burada həyat qaynayır, böyükdən-kiçiyədək hamı boyaq becərir" [31].
XIX əsrin 60-70-ci illərində Azərbaycanda boyaq kökünün istehsalı xeyli
artaraq onun səviyyəsi 1860-cı ilə nisbətən 1869-cu ildə üç dəfə çoxalır.
Azərbaycandan Rusiyanın mərkəzi quberniyalarına, Nijni-Novqorod
yarmarkasına və Moskvaya göndərilən boyaq kökünün miqdarı ildən-ilə artırdı.
Təkcə 1861-ci ildə Dərbənd vasitəsilə cəmisi 197430 pud boyaq kökü aparılmıĢdı.
1861-ci ildə Bakıdan 930 pud, Niyazabaddan isə 8380 pud boyaq kökü yola
salınmıĢdı. Boyaq kökünün baha qiymətə satılması onun istehsalının artmasına
199
təkan verirdi.
Boyaq kökü bitkisinin becərilməsində geniĢ miqyasda muzdlu əmək tətbiq
olunurdu. Plantasiyalarda hər il əsas etibarilə Cənubi Azərbaycandan, habelə
Dağıstandan gələn çoxlu muzdlu fəhlə
çalıĢırdı. 1867-ci ildə Quba qəzasının
əsasən boyaq kökü becərilən tarlalarında
çalıĢan Ġran təbəələrinin sayı doqquz
minə çatırdı. Muzdlu fəhlələr yalnız
kiĢilərdən deyil, həm də qadınlardan
ibarət idi [32]. XIX əsrin ikinci yarısında
boyaq kökü bitkisinin becərilməsi ilə
məĢğul olan kənd-lilərin bəziləri öz
keyfiyyətli məhsullarına görə Cənubi
Qafqaz və beynəlxalq sərgilərdə iĢtirak
edərək sərginin
mükafatına layiq
görülmüĢlər. 1862-ci ildə Beynəlxalq
London sərgisinə yüksək keyfiyyətli
boyaq kökü təqdim etdiklərinə görə
Quba qəzasından Qazıxan Mustafa oğlu
və Mustafa Qaramirzə oğlu fəxri
fərman, Hacı Cənnətbəy Əlibəy oğlu isə
medalla təltif olunmuĢlar [33].
XIX
əsrin 70-ci illərindən
etibarən boyaq kökü bitkisinin əkin
sahələri azalır və onun tənəzzül dövrü
baĢlanır ki, bu da 1869-cu ildə qızıl boyanı
əvəz edən alizarinin süni qaydada alınması
ilə əlaqədar olmuĢdur. Lakin boyaq kökü
tamamilə aradan çıxmamıĢ və az da olsa
Azərbaycanın bəzi rayonlarında becərilmiĢ
və yerli əhali tərəfmdən istifadə edilmiĢdir.
Əsrlər boyu boyaq kökü bitkisinin becərilməsində elə bir əsaslı dəyiĢiklik olma-
mıĢdır. BaĢqa bitkilər kimi, boyaq kökü bitkisi xam torpaqda daha çox məhsul verir. Bir
qayda olaraq boyaq kökü bitkisi əkiləcək sahə əvvəlcədən Ģumlanaraq vərlərə ayrılırdı.
Boyaq bitkisinin toxumu qıĢda ləklərə səpilir və bir neçə il qulluq edilirdi. Bu bitki o
qədər də su tələb etmirdi.
Müxtəlif alətlər-bel, balta və s. vasitəsilə bu bitkinin kökü çıxarılır və
toplanan məhsul günün altında və ya iri peçlərdə qurudulurdu. Qurudulan boyaq kökü
qablara -kisələrə doldurulub istifadə və ya satıĢ üçün xüsusi talvar və ya otaqlarda saxlanılırdı.
Dostları ilə paylaş: |