MALDARLIQ
Maldarlıq təsərrüfatının meydana çıxması və inkiĢafı daha çox qədim
ġərq ölkələrinin adı ilə bağlıdır. Bu mühüm sahənin təĢəkkülü və sonrakı
inkiĢafında Azərbaycanın da Qafqazla birlikdə öz yeri və töhfəsi vardır. Bir sıra
təkzibedilməz dəlillərdən aydın olur ki, Qafqaz maldarlığın yaranmasının ilk
vətənlərindən biridir. Maldarlığın ən mühüm həyati problem kimi inkiĢafı üçün
Qafqaz regionunda daha əlveriĢli Ģərait olmuĢdur.
Artıq Üst Paleolitin son mərhələsindən etibarən tədricən buzlaĢmalar sona
çatır və iqlim yenidən tədricən istiləĢir. Ġqlimin dəyiĢməsi ilə əlaqədar heyvanat və
nəbatat aləmi də dəyiĢərək təxminən müasir iqlim Ģəraitinə uyğun gəlir. Bu dövrdə
ilk dəfə olaraq ən mühüm ixtira kimi ox və kaman meydana çıxır. F.Engels bu
münasibətlə yazır: "Barbarlıq üçün dəmir qılınc və sivilizasiya üçün odlu silah nə
idisə, vəhĢilik dövrü üçün də yay və ox, eyni Ģey idi, yəni həlledici silah idi" [1].
Bu qiymətli silahlar vasitəsilə vəhĢi heyvanları ovlamağa daha geniĢ imkan
yaranır. Ovçuluğun inkiĢafı heyvanların əhliləĢməsinə gətirib çıxarır. Ona görə də
heyvanların əhliləĢməsi tədricən yeni bir təsərrüfat sahəsinin - maldarlığın
yaranmasına səbəb olur.
K.Marks yazır: "BəĢər tarixinin ilk pillələrində daĢ, ağac, sümük və balıq-
qulağından qayrılmıĢ alətlərlə bərabər, insanın əhliləĢdirdiyi, deməli, əmək sərf
edib dəyiĢdirdiyi, bəsləyib yetiĢdirdiyi heyvanlar da əmək vasitəsi olaraq əsas rol
oynayır" [2].
Bir sıra mühüm amilləri nəzərə alaraq maldarlığın əkinçilikdən bir qədər
əvvəl yaranması ehtimalını irəli sürmək olar. Görünür, bu cəhət həm də
heyvanların tutulub öyrədilməsinin nisbətən asan olması, onun saxlanılması üçün
az yem və zəhmət tələb etməsi, daha çox məhsul əldə edilməsi ilə də əlaqədar
olmuĢdur. Bu baxımdan F.Engelsin müddəası daha böyük maraq doğurur: "Ət
yeyilməsi həlledici əhəmiyyəti olan iki yeni nailiyyətə: oddan istifadə edilməsinə
və heyvanların əhliləĢdirilməsinə gətirib çıxardı" [3].
Azərbaycanda baĢqa təsərrüfat sahələrilə yanaĢı maldarlığın da inkiĢafı
təbii-coğrafı Ģəraitlə üzvi surətdə bağlı olmuĢdur.
Coğrafi Ģərait insan cəmiyyətinin tarixi inkiĢaf prosesində həlledici rola
malik olmasa da, mühüm amillərdən biri kimi qiymətləndirilir. Azərbaycanda hələ
ibtidai icma quruluĢu dövründə coğrafi Ģərait əhalinin oturaq həyata keçməsinə və
müxtəlif təsərrüfat və peĢə sahələrilə məĢğul olmağa daha çox təsir göstərmiĢdir.
Bu da tamamilə qanunauyğun bir haldır. Məhsuldar qüvvələrin aĢağı səviyyədə
olması üzündən bu dövrdə insanlar təbiət qüvvələrindən daha çox asılı vəziyyətdə
olmuĢlar. Məhz buna görə də yerli tayfalar öz yaĢayıĢ məskənlərini, yaĢayıĢ və güzə-
ranlarını coğrafi Ģəraitə daha uyğun və münasib olan yerlərdə inkiĢaf etdirməyi üstün
tutmuĢlar.
Mezolit dövründə ilkin izlərini açan maldarlıq Neolit dövründən yerli əhalinin
220
təsərrüfat məĢğuliyyətində və güzəranında daha möhkəm yer tutmağa baĢlayır.
F.Engelsin təbirincə... ev heyvanlarının əhliləĢdirilməsi və sürülərin saxlanılması o
vaxtda eĢidilməmiĢ sərvət mənbələri yaratmıĢ və tamamilə yeni ictimai münasibətlər
meydana gətirmiĢdi [4].
Maldarlıq təsərrüfatı Mis və Tunc dövrlərində daha da inkiĢaf etmiĢdir. Bu dövr-
lərdə Azərbaycanda əhalinin sayı əvvəlki dövrlərə nisbətən xeyli artmıĢdı. Əhali
təsərrüfatla daha əhatəli Ģəkildə məĢğul olmuĢdur. Adətən, maldarlığın meydana
çıxması və inkiĢafı kiĢi əməyinin məhsulu kimi qiymətləndirilir. Heç Ģübhəsiz, bu hal
kiĢinin ictimai rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuĢdur. Tunc dövründə
köçmə maldarlıq formasının geniĢ miqyas alması, cüt əkinçiliyilə əlaqədar qaramaldan
qoĢqu qüvvəsi kimi istifadə edilməsi, xırdabuynuzlu heyvanların maldarlıqda üstün rolu
və bir sıra baĢqa amillər qadın əməyi rolunun nəzərə çarpacaq dərəcədə azalmasına
səbəb olmuĢdur.
Təsərrüfat sahələrində baĢ verən irəliləyiĢ nəticədə maldarlığın əkinçilikdən
ayrılmasını labüd etmiĢ, kiĢilərin ictimai həyatdakı rolunu ön plana çəkmiĢdir. KiĢilərin
təsərrüfat və ictimai həyatda mövqeyi xeyli yüksəlmiĢdir.
Engels qeyd edir ki, "Birinci böyük ictimai əmək bölgüsündən cəmiyyətin də
iki sinfə birinci böyük bölgüsü, ağalarla qullara, istismarçılarla istismar olunanlara
bölgüsü meydana gəldi [5].
Maldar tayfalarda müəyyən miqdarda mal-qara, süd, ət, yun, dəri və gön məh-
sulları artığı əmələ gəldi. "Əvvəllər mübadilə tayfalar arasında qəbilə ağsaqqalları
vasitəsilə edilirdi; sürülər ayrıca bir mülkiyyətə çevrilməyə baĢladıqda isə, ayrı-ayrı
Ģəxslər arasındakı mübadilə getdikcə daha üstün yer tutdu..." [6].
Azərbaycanda tayfa birləĢmələri nəticəsində tədricən bir sıra qüdrətli dövlət-
lər yarandı və inkiĢafa baĢladı. Cənubi Azərbaycan ərazisində Manna, Midiya, Atropatena
və ġimali Azərbaycanda Albaniya kimi zəngin ərazisi olan dövlətlərdə baĢqa təsərrüfat
sahələrilə yanaĢı, maldarlıq daha geniĢ miqyas aldı. Çoxlu qaramal naxırları, qoyun
sürüləri ilə yanaĢı, atçılıq və dəvəçilik ayrıca bir sahə kimi inkiĢaf etdi.
Eramızın əvvəllərindən etibarən Azərbaycan xalqının ictimai-siyasi və
mədəni həyatında bir sıra mühüm dəyiĢikliklər baĢ verdi. Məhsuldar qüvvələrin inkiĢafı
nəticəsində yeni, daha mütərəqqi feodal istehsal münasibətləri meydana çıxır və for-
malaĢırdı. Bu inkiĢaf özünü maldarlıq təsərrüfatında açıq-aĢkar büruzə verirdi.
Azərbaycanın geniĢ düzlərində, səfalı yaylaqlarında çoxlu qoyun sürüləri, naxırlar,
ilxılar iri feodalların əlində cəmləĢirdi.
ĠnkiĢaf etmiĢ feodalizm dövründə Atabəylər, ġirvanĢahlar və Səfəvilər dövlət-
lərinin saysız-hesabsız mal-qarası, cins atları və dəvələri geniĢ əraziyə yayılmıĢ və Ģöhrət
tapmıĢdır. Maldarlıq təsərrüfatı əhalinin iqtisadi həyatında mühüm rol oynayaraq, əsas
gəlir mənbəyindən biri kimi üstün mövqeyə malik olmuĢdur. Eyni vəziyyəti XVIII-XIX
əsrlərə də Ģamil etmək olar.
Dostları ilə paylaş: |