AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə11/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Анчабадзе З.В. Кыпчаки Северного Кавказа по дан­ным грузинских летописей XI-XIV вв. Нальчик, 1960.

  2. Источники по истории Грузии. Тбилиси, 1985.

  3. Мровели Л. Жизнь Картлийских царей. Тбилиси, 1979.

  4. Сабанидзе Иоанн. Мученичество Або Тбилели. Тби­ли­си, 1956.

  5. Джанашвили М.Г. Картлис Цховреба. Жизнь Грузии. Сб. материалов для описания местностей и племен Кавказа. Тифлис, 1905, вып. 35.

Suryani mənbələr




Aramey dilinin xüsusi dialekti olan suriya dili eramızın ilk əsrlərində Yaxın, Orta və Uzaq Şərqin beynəlxalq dilinə çevril­miş­dir. Bu, ilk növbədə suriyalıların iki imperiyanın, Şərqi Roma im­pe­riyasının şərq sərhədləri ilə Sasani impe­riyasının qərb əyalətləri arasında yerləşən ərazilərdə məskun­laşmaları və iqtisadi proses­lər­lə izah olunmalıdır. Olduqca mahir tacir olan suriyalılar dəniz tica­rət­i ilə məşğul olmuş və bununla da öz dil və mədəniy­yətlə­rinin ge­niş ərazilərə yayıl­masına təkan vermişlər. Suriya dili erkən əsrlərdə monofizit və nestorian kilsələrinin rəsmi dili, VII əsrin sonlarına kimi isə Əməvilər xilafatında dövlət dili statusuna malik bir dil olmuşdur. Erkən orta əsrlərdə Suriyalı alimlər özlərinə qədər yaradılmış zəngin elmi irsi öz dillərinə tərcümə etmiş və bu irsin dünya xalqları içərisində yayılmasına təkan vermişdilər. Artıq II-III əsrlərdə Suriyalılar yunan elmi və ədəbi nümu­nələrinin böyük əksəriyyətini öz dillərinə çevirmiş, bununla kifayətlənmə­yə­rək, bu əsərləri elmin yeni nailiyyətləri ilə zənginləşdirmişdilər. Suriya yazısı, estrangela, qədim türk­dilli tayfalar arasında da yayıl­mış­dı. Suryani mənbələrin form­a­laş­ması eramızın II-III əsrləri­nə təsadüf edir. Məhz bu dövrdə suriyalılar ilk məktəb və akade­mi­ya­la­rını yaratmış, elmi biliklərini nizamlamağa, suriya dili qrammati­ka­sını tək­milləşdirməyə cəhd göstərmişlər. Bu dövrdə Suriyada Bardesan, Avropada Afraat adı ilə tanınmış Fərhad, Suri­yalı Yef­rem, Reşaynlı Serqiy kimi alimlər yaşayıb yarat­mışlar. Onların əsər­lərinin böyük əksəriyyəti dini mövzuda olsa da, tarixin müxtəlif mərhələləri və problemlərinin bər­pası üçün əvəzedilməz əhəmiyyətə malikdirlər. Bütövlükdə Suriya tarixi fikri və məktə­binin fıormalaşması beş mərhə­lədən keçmişdir. Birinci mərhələ II-V əsrləri əhatə edir və bu dövr üçün dini xarakterli yazıların, yəni apokrif və martiro­loqların yaradılması xarakterikdir. Bu yazılar xristianlığın müqəddəs kitabının müxtəlif müddəalarının şərhi, mü­qəd­­dəslərin həyatı, xristianlığını təriqətləri və s. məsələləri işıq­landırır. Bu dövr Suriya elmi məktəbinin ən görkəmli nüma­yən­də­ləri II əsr alimi Bardesan, IV əsrdə yaşamış Fərhad və suriyalıların pey­ğəmbəri sayılan Yefrim Sirin olmuşdur. Bardesan Suriya dilin­də erməni şahlarının tarixini yazmış ilk alimdir. Onun «Ölkələrin qa­nunu» kitabı fəlsəfə sahəsində yazılmış ən müdrik əsərlərdən sa­yı­lır.
Fars mənşəli müdrik filosof Fərhadın yaradıcılığı əsa­sən dini mövzularda yaradılmış əsərlərdən ibarətdir. Bun­ların ən məşhuru və dövrümüzə qədər gəlib çatmışı xristian dininin müxtəlif məsə­lə­lə­ri üzrə şərhlərə həsr olunmuş əsərdir. Mar Afrem (Yefrem Sirin) isə özünün Şöhrətlənmə, Vəsiyyətnamə, Şərh və Əhdi-vədid adlı dini kitabları ilə şöh­rət tapmışdır.
Suriya tarixi fikrinin ikinci mərhələsini təşkil edən V-VI əsr­lər tarixi şərhlərdən ibarət ilk kitabların işıq üzü görməsi ilə xa­rak­te­rizə olunur. Bu dövrün ilk tarixi əsərinin müəllifi Efesli İoan olmuşdur. Onun əsərində ilk dəfə olaraq, şə­hər­lər, vergi sistemi, feodal mükəlləfiyyəti, kəndli iğtişaşları haq­qın­da məlumatlar ve­ri­lir. Suriyanın ən görkəmli təbibi, na­turfilosofu Reşaynlı Sirin də məhz bu dövrdə yazıb ya­rat­mışdır. Bu dövrün ən tamamlanmış ta­ri­­xi əsəri isə Mitilenli Zaxari Ritora məxsusdur. Onun «Salnamə» ad­lı tarixi əsəri mülki tarixin gözəl nümunələrindən hesab edil­mə­li­dir. Əsərdə daxili və xarici proseslər, Sasani imperiyası ilə türk­dil­li tayfa­la­rın toqquşması (Firuzla hunların müharibəsi) təsvir edi­lir.
Suriya tarixi məktəbinin formalaşmasının üçüncü mərhələsi VII-X əsrlərə təsadüf edir. Bu dövrdə Suriya dili­nin qrammati­ka­sı­nın formalaşması başa çatmış, tarixi hadisələrlə zəngin əsərlər ya­radıl­mışdır. VII əsr müəllifi Efesli Yakovun «Salnamə»si Yaxın Şərqdə baş vermiş hadisələrə həsr olunmuşdur, Bar Penkayın «Ümumi tarix» üzrə kitabında ərəblərin tarixi xəlifə Muaviyyənin dövrünə qədər təsvir edilmişdir. Həmin dövrdə ərəblərə həsr olunmuş daha bir anonim salnamə və Makedoniyalı İsgəndərin tarixinə həsr olunmuş əfsanə yaradılmışdı. Son illərdə yaradılmış əsərlərdə isə səlcuq və monqol işğalları dövrünün şərhi geniş yer almışdır.
Suriya tarixi təfəkkürünün formalaşmasında dördüncü mərhə­lə hesab edilən XI-XIII əsrlər Suriya elminini çiçək­lənməsi dövrü sayılır. Bu dövrün ən görkəmli alim­ləri Suriyalı Mixayıl və Əbül Fərəc İoan Qriqori Bar Ebrey olmuşlar. Meliten şəhərindən olan Suriyalı Mixayıl XII əsrin görkəmli din xadimi, şərqin monofizit patriarxı olmuşdur. Çox güman ki, yəhudi mənşəli olan bu alim özündən sonra zəngin bir irs qoymuşdur. Onun «Salnamə» adlı tarixi əsəri qədim dövrdən XI əsrin 40-cı illərinə qədər baş vermiş hadisələrə həsr olunmuşdur. Suriyalı Mixayılın əsərinin ən erkən redaksiyası 1598-ci ilə təsadüf edir. Əsərin ən erkən tərcüməsi isə 1248-ci ildə erməni alimləri tərəfindən həyata keçirilmişdir. Əsər giriş və 21 kitabdan ibarətdir. Əsərin giriş hissəsində müəllif informasiya mənbələri haqqında məlumat verir. Əsərdə erkən orta əsrlər dövrünün tarixi hadisələri, erkən türklər, kilsə tarixi, ərəblər və səlcuqlar haqqında geniş məlumatlar verilir. «Salnamə»də veri­lən son tarixi hadisə 1199-cu ili əhatə edir. 1195-ci ildən 1199-cu ilə qədər olan hadisələr isə Suriyalı Mixayılın qardaşı tərəfindən əlavə edilmişdir.
Qeyd olunan dövrün ikinci böyük alimi Əbül Fərəc İoan Qriqori Bar Ebrey olmuşdur. XIII əsr alimi Əbül Fərəc ensiklo­pe­dik biliyə və dövrünün məşhur elm və siyasi xadimləri arasında böyük nüfuza malik bir şəxs olmuşdur. Marağada yerləşən Yeni Yakovit monastrında Evklid haqqında mühazirələr oxuyan Əbül Fərəc dövrünün bir sıra görkəmli siyasi xadimləri Abaqa xan, Əhməd Tokudar və s. şəxsən tanış olmuşdur. Alim özündən sonra zəngin elmi irs qoymuşdur. Onun yaradıcılığı tarixi, dini, fəlsəfi, tibbi, astroloji və bədii əsərlərdən ibarət olmuşdur. Əbül Fərəcin tarixə həsr olunmuş «Ümumi tarix» adlı əsəri iki hissədən ibarətdir: 1) «Dünyəvi tarix», 2) «Kilsə tarixi». Birinci hissədə ən qədim dövrdən 1285-ci ilə qədər baş vermiş tarixi hadisələrin təsviri verilir. Əsərin 1286-1297-ci illər tarixinə həsr olunmuş hissəsi Əbül Fərəcin qardaşı Bar Sauma tərəfindən yazılmışdır. «Kilsə tarixi» adlı ikinci hissədə isə Əbül Fərəc avtobioqrafiyası və yaradıcılığı haqqında məlumatı və xristian kilsəsinin tarixini təq­dim edir. Kilsə tarixi Antioxiya patriarxlarının fəaliyyətini əha­tə edən V əsrdən 1285-ci ilədək olan dövrü əhatə edir. Burada eyni za­manda Suriya kilsəsinin şərq qolunun (nestorian) tarixi də təsvir olunur. Bar Sauma bu tarixi 1286-cı ilə qədər davam etdir­mişdir.
Suriya elmi fikri inkişafının son mərhələsi, XIV-XVII əsrlər, həm də onun tənəzzül dövrü hesab edilməlidir. Bu dövrdə yara­dıl­mış ən maraqlı əsər XIII-XIV əsrlərin hadisə­lərinə həsr olunmuş uyğur mənşəli patriarx III Yabalaxa və Rabban Saumanın həyatına həsr olunmuş əsərdir.
Beləliklə, suryani mənbələr erkən orta əsr tarixi fikrinin for­ma­laşması və inkişafında mühüm əhəmiyyət kəsb edərək, antik dövr elmi və mədəniyyəti ilə orta əsr şərq və qərb dünyası elmi ic­ti­maiyyəti arasında körpü rolunu oynamışdı. Onların qoruduqları və zən­ginləşdirdikləri antik yunan elmi müdrüklüyü və mədəniy­yə­ti nü­munələri ərəblər vasitəsilə qərbə ötürülmüş, sonradan bu nai­liy­yət­lər gələcək elmi araş­dırmalarda mühüm rol oynamışlar. Sur­ya­ni tarixi mənbələr həmçinin Şərq dünyası tarixinin müxtəlif mər­hə­lələri haqında əvəzedilməz məlumatlar bazası rolunu oy­na­yır­lar.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin