AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə21/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

DAXİLİ SİYASƏT AKTLARI. Qafqazın Rusiya tərəfindən işğalından sonra bu ərazinin formal olaraq Rusiya tərkibinə qatılması üçün rus çarizmi daxili siyasət sahəsində bir sıra tədbirlər həyata keçirdi. Komendant idarə üsulu xalqı ağır istismara, zülm və özbaşınalığa məruz qoyurdu. Bu məqsədlə 1829-1830-cu illərdə senatorlar P.İ.Kutaysov və Y.İ.Meçnikov Cənubi Qafqazı təftiş etmiş və hökumətə təqdim etdikləri layihədə Azərbaycanda titul feodal torpaqlarının ləğv edilməsini təklif etmişdilər. Senatorlar müsəlman əyalətlərində maliyyə-vergi sistemində saysız-hesabsız qanunsuzluqlar aşkar etmişlər. Bu məqsədlə I Nikolay fərman verməklə feodalların torpaqlarını özlərinə qaytardı. Belə bir təkliflə baş komandan Paskeviç də müraciət etmişdi. Lakin I Nikolay bu ərazilərdə öz hakimiyyətini və nüfuzunü möhkəmləndirmək, həmçinin titul torpaqları ilə əlaqədar olan siyasi çəkişmələrə son qoymaq üçün 13 iyul – 1830-cu ildə ədəbiyyatda «Əlahəzrət buyuruğu» adlandırılan qanunu verdi. Qanuna görə bu və ya digər günahı üzündən sürgün edilən feodalların titul torpaqları özlərinə, əgər özü sağ deyilsə onların vərəsələrinə qanuni olaraq qaytarıldı. Bu titul torpaqlarının irsən atadan oğula, qardaşa və başqasına keçməsinə çar ğökuməti tərəfindən etiraf edildiyini göstərirdi. Lakin bu qanunu axıradək davam etdirmədi.
Çünki bu qanun da siyasi çəkişmələrə son qoya bilmədi. 10 aprel 1840-da verilmiş qanunla çar hökuməti Cənubi Qafqazda xan və bəyləri dövlət qulluğundan kənar etdi.
Çarizm müstəmləkəçilik əleyhinə üsyanları (1830-cu il Çar-Balakən üsyanı, 1831-ci il Talış üsyanı, 1837-ci il Quba üsyanı və 1838-ci il Şəki üsyanı) yatırsa da, ölkədə ümumxalq qəzəbini söndürə bilmədi. Komendant idarə üsulu çarizmin iqtisadi mənafeyinə daha çox ziyan vururdu.
Komendant idarə üsulunun ləğv edilməsi və burada inzibati-məhkəmə sistemində, islahat keçirilməsinin zəruriliyi barədə təkliflər İ.F.Paşkeviç tərəfindən irəli sürülmüş və qraf İ.İ.Vasilçikov, P.B.Qan Cənubi Qafqazda islahatlar keçirilməsinə dair layihələr hazırlayıb Dövlət Şurasına təqdim etdilər. Bu layihə və təkliflərdə çarizmin müstəmləkəçi məqsədi əks olunurdu.
Uzun müzakirələrin nəticəsi olaraq çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Qanun 1841-ci il yanvarın 1-də qüvvəyə mindi və bununla da komendant idarə üsulu ləğv edildi. Cənubi Qafqazın inzibati quruluşunda dəyişiklik edildi və o, Ümumimperiya inzibati-ərazi bölgüsünə uyğunlaşdırıldı. Cənubi Qafqaz diyarı mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə bölündü. Torpaqlarımız yenidən bölündü.
40-cı illərdə keçirilən inzibati məhkəmə islahatları gözlənilən nəticəni vermədiyinə görə yenidən tədbirlərə əl atdı və 1844-cü ildə Qafqazda canişinlik yaratdı (ilk canişin qraf S.M.Vorontsov oldu).
I Nikolayın Qafqazın idarə olunmasına dair verdiyi proqramda «ali müsəlman silkinin» sahibkarlıq hüquqları üzrə yeni siyasi xətti həyata keçirmək mühüm yer tuturdu. 1846-cüı il dekabrın 14-də çarın fərmanı 40-cı il fərmanını ləğv etdi və onların əvəzinə 4 quberniya – Tiflis, Kutaisi, Dərbənd, Şamaxı quberniyaları yaradıldı.
1849-cu ildə İrəvan quberniyası təşkil olundu. Quberniyaları çar tərəfindən təyin edilən hərbi qubernatorlar idarə edirdilər.
1840-cı il 10 aprel qanununun həyata keçirilməsi ilə yanaşı, yerli hakim zümrənin torpaqlarının müsadirə edilməsi planı da reallaşdı.
1841-ci il 25 aprel tarixli qanunu ilə Qazax, Şəmşəddil və Borçalı nahiyələrində yaşayan ağalar torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərindəki hüquqlarından məhrum edirdilər.
1841-ci il 28 may tarixli qanunla Xəzər vilayətinin bəylərinin də tiyul torpaqları müsadirə olunub, bəylər kənd idarəçiliyindən uzaqlaşdırıldı.
Bu qanunun icrası onların verilməsindən az sonra dayandırıldı. Çünki Cənubi Qafqazda yeni idarə sisteminə keçid bəy və ağaların narazılığına səbəb olmuşdu.
İmperator I Nikolay qət etdi ki, torpağın ağaların və bəylərin əlindən alınması yanlış addımdır və onları öz sahiblərinə qaytarmaq lazımdır. Bununla da Vorontsov bu işin icrasına başladı. I Nikolay 1846-cı il dekabrın 6-da bəy və ağaların hüquqları haqqında reskript (sərəncam) imzaladı.
Bu reskriptlə ilk dəfə olaraq bəy və ağalara məxsus olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq edilirdi. Lakin bu onların hüququnun təsdiqi kimi deyil, «monarxın mərhəməti» kimi təqdim edilirdi.
Azərbaycanda mülk, mülki-xalisə torpaqları ilə bərabər tiyul da rəsmi olaraq bəy və ağaların mülkiyyəti elan olunurdu.
Bu reskript torpaq sahibinə kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ da verirdi. Bununla çar yerli feodallarla ittifaqa doğru bir addım atdı.
Azərbaycanda mövcud olmuş bəy-kəndli münasibətlərini qanuni şəklə salmaq üçün 1847-ci il aprelin 20-də və dekabrın 28-də «Kəndli əsasnamələri» adlı sənəd qəbul edildi.
Çar Şimali Azərbaycan iqtisadiyyatını müstəmləkə istismarı şəraitinə uyğunlaşdırmaq üçün Cənubi Qafqazda da kəndli islahatı keçirmək məcburiyyətində qaldı. Bu məqsədlə 1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi yaradıldı və Cənubi Qafqaz diyarının mərzləşdirilməsi (torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi) haqqında Əsasnamə» verdi. 1866-cı ildə Bakı, Şuşa, Tiflis, İrəvan bəy komissiyaları yaradıldı. Nəticədə 1870-ci il mayın 14-də imperator II Aleksandr Cənubi Qafqaz quberniyaları: Yelisavetpol, Bakı, İrəvan, qismən Tiflis quberniyaları «ali müsəlman silki»ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında Əsasnamə»ni imzaladı. «Əsasnamədə» kəndlilərin feodal asılılığının ləğvi, torpaq və vergilər məsələsinə toxunulurdu. Əsasnaməyə görə Şimali Azərbaycanda kəndlilər feodal asılılığından azad edilirdilər.
Bu islahat 1) dövlət kəndlilərinə aid edilmədi; 2) kəndlilərə verilən torpaq onun mülkiyyətinə keçmirdi; 3) kəndli öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq sahibinə verirdi.
Bu islahat Quba qəzasına, Zaqatala dairəsinə aid edilmirdi.
Yalnız 1877-ci ildə Qubaya, 1913-cü ildə Zaqatala dairəsinə aid edildi. Bu islahat məhdud, yarımçıq, milli müstəmləkə səciyyəsi daşısa da mahiyyət etibarilə burjua islahatı idi.
İdarəçilikdə də dəyişiklik edildi. 1883-cü ildə Qafqaz canişinliyi ləğv edilib. Qafqazın idarəsi mülki hissə üzrə rəisə verilirdi.
Daxili siyasət aktlarını öyrənərkən müqayisə üsuluna xüsusi diqqət yetirmək gərəkdir. Bunsuz verilən qanunların mahiyyətini başa düşmək və onun həqiqiliyini müəyyən etmək mümkün deyil.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin