AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI


Dövrü mətbuatın janrları, strukturu, təhlil metodları



Yüklə 440,25 Kb.
səhifə23/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Dövrü mətbuatın janrları, strukturu, təhlil metodları. XIX əsrdən etibarən mətbuatın Rusiyada inkişafı dövrü başlanır və o getdikcə daha kütləvi şəkil alır. Müxtəlif istiqamətli, ixtisaslaşdırılmış nəşrlər yaranır, xüsusi qəzetlər meydana çıxır. Mətbuat orqanları təkcə paytaxtda deyil, həmçinin əyalatlərdə yaranır, mətbuatın janrları formalaşmağa başlayır.
Dövrü mətbuat xarakter etibarilə ən müxtəlif materialların toplusudur. Bu materiallar həm bütövlükdə tarixi prosesi əks etdirir, həm də ayrı-ayrı hadisələri və təzahürləri açıb göstərir.
Mətbuatı tarixi mənbə kimi öyrənən zaman həm bütövlükdə tarixi mənbələrə tətbiq olunan təhlil üsulları, həm də mətbuatın öyrənilməsinin spesifik təhlil üsulları tətbiq olunur. Hər şeydən əvvəl, mətbuatın yarandığı və inkişaf etdiyi tarixi şəraiti bilmək zəruridir. Zəruri şərtlərdən biri hökumətin ümumi siyasətinin və o cümlədən onun senzura siyasətinin öyrənilməsidir.
Azərbaycan XIX əsrin əvvəllərindən etibarın Rusiya tərəfindən işğal olunmuş və o vaxtdan etibarən onun ictimai, siyasi, iqtisadi və mədəni həyatına qovuşmuşdur. Odur ki, Azərbaycan mətbuatını öyrənən zaman ilk əvvəl Rusiya hökumətinin ümumi siyasəti, onun mətbuat və sensura sahəsindəki siyasəti, o cümlədən çar hökumətinin ucqarlarda yeritdiyi milli-müstəmləkə siyasəti vəhdət halında öyrənilməlidir. Yalnız bu cəhətlərin hərtərəfli öyrənilməsi yolu ilə biz mətbuatın materialları üzərində düzgün işləmək və nəticə çıxarmaq imkanı əldə edə blərik.
Rusiyada sensura digər ölkələrin senzurasından xeyli fərqlənirdi. Burada çoxmilli senzura mövcud idi – ümumi senzura nizamnamələri, idarə senzurası, müstəqil senzura, Daxili İşlər Nazirliyinin senzurası, Xalq Maarif Nazirliyinin senzurası, ruhani senzurası, hərbi senzura, Xarici İşlər Nazirliyinin senzurası, poçt departamenti nəzdində qəzet senzurası və s. Bütövlükdə isə10-a qədər senzura var idi. Dekabristlər üsyanından sonra I Nikolayın hakimiyyəti illərində mövcud olan senzura o qədər kəskin xarakter daşıyırdı ki, onun nizamnaməsini «çuqun nizamnamə» adlandırırdılar. Hər hansı bir nəşrin üzərində onun senzuradan keçməsini göstərən ştamp vurulurdu. Senzorun tələbi ilə müəllif məqalələrinə əlavələr edilir, bu dəyişikliklər təkcə məzmununa görə deyil, bəzən mətnin dilinə, stilistikasına və s. görə aid edilir, bütöv hissələr isə senzorun tələbi ilə çıxarıla bilərdi. Odur ki, tədqiqatçı bu cəhətləri bilməli və senzura müdaxiləsini mətndən çıxarmalıdır.
Ölkədə ümumi və siyasi vəziyyətdən asılı olaraq senzura ya zəifləyir, ya da daha da kəskinləşir. Odur ki, müəlliflər, jurnalistlər, redaktorlar, yazıçılar, alimlər, tənqidçilər, min bir gizli üsullar tapırdılar ki, onu senzuradan keçirsinlər və oxuculara öz fikirlərini çatdıra bilsinlər. Bir çox hallarda çox mənalı üç nöqtələrdən, özgə ölkələrin həyatına aid olan misallardan, eyhamlardan və s. istifadə etməklə oxucuya mətni anlamağa kömək edirdilər. Ezop dilindən istifadə ustalığı çox yüksək idi. Hökumət çox zaman senzura vasitəsilə məqsədinə nail ola bilmədikdə, sadəcə olaraq, bir çox məlumatların – xalq kütlələrinin vəziyyəti haqqında, tətillər haqqında və s. nəşr edilməsini qadağan edir, nəşrləri bağlayırdı. Lakin elə olurdu ki, bu və ya digər orqan təqibə məruz qaldıqda, onun xalq kütlələri içərisində əksinə, nüfuzu artırdı. Eyni zamanda əhali arasında savadlılığın artması, əhalinin informasiya almağa meylinin çoxalması hökuməti qorxurdurdu. Odur ki, hökumət azsavadlı əhalinin zövqünə uyğun gələn nəşrləri və yaxud yalnız kommersiya məqsədləri güdən nəşrləri himayə edir və onların nəşrinə kömək göstərirdi ki, nəticədə onları da öz tərəfinə çəkə bilsin.
Qeyd etmək lazımdır ki, dövrü mətbuat çox zaman siyasi aləmdəki vəziyyətə dərhal uyğunlaşa bilirdi. Məsələn: XVIII əsrin Fransa rəsmi nəşrlərindən olan «Montiyer universal» özünün hökumətə yaxın olan mövqeyini saxlamışdı. Dövrü mətbuatın siyasi vəziyyətə uyğunlaşmasının parlaq nümunəsi bu qəzetin timsalında aydın görünür. Bu mətbuat orqanı Napoleonun 1815-ci ildə Elba adasından qaçması ilə əlaqədar yazırdı: “Martın 9-da – Əjdaha öz yuvasından çıxmışdır. 10-da – Korsika adamyeyəni Juan buxtasında sahilə çıxmışdır. 11-də – Pələng Kannaya gəlmişdir. 13-də – Tiran Liondan keçmişdir və s.”
Bu misal göstərir ki, konkret mənbə başqa hadisələrlə əlaqəli şəkildə bütövlükdə öyrənilməlidir, mənbəni təcrid edilmiş şəkildə öyrənmək olmaz. Hadisələrin sürətli inkişafı və onun mətbuat orqanının səhifələrində müəyyən dövr əzrində işıqlandırılması bütövlükdə ölkədəki siyasi vəziyyətin necə dəyişdiyini izləməyə imkan verir və həmin orqanın özünün qiymətləndirilməsinə təsir göstərir.
Qafqazda dövrü mətbutatla tanış olmazdan qabaq ümumiyyətlə dövrü mətbuatın özünü tarixi mənbə kimi nəzərdən keçirmək və ona tətbiq edilən iş üsulları, elmi təhlil üsulları ilə tanış olmaq lazımdır. Dövrü mətbuat qəzet və jurnallara bölünür. Qəzetlər daha operativ və informativ məlumatlıdır, dövrüliyi həftədə bir dəfədən az olmayaraq, həcmi bir neçə səhifə, bəzən əlavələrlə nəşr olunur. Jurnalların dövriliyi daha gecdir, həcmi daha çox olur. Azərbaycanda jurnalların sayı az idi, onların içərisində ən əhəmiyyətlisi «Molla Nəsrəddin» jurnalı olub. (1906, 7 aprel.)
Dövri nəşr haqqında ilkin məlumatlar onun titul vərəqində, əgər qəzetdirsə, son səhifəsində yerləşir. Burada onun dövriliyi, naşir, redaktor, nəşr yeri, istiqaməti göstərilir. Bu məlumatlar bir qayda olaraq qəzet və jurnalın ən 1-ci nömrəsindəki məlumatlarla daha da dolğunlaşdırılır. 1-ci nömrələrdə adətən redaksiya adından oxuculara «Müraciət» dərc edilir. Üz qabığında və ya 1-ci səhifədə müəlliflər, orqanın strukturu, onun janrları haqqında məlumat verilir. Yadda saxlamaq lazımdır ki, qalın nəşrlər – “Vestnik Baku”, “Kavkazskiy kalendar” kimi nəşrlər ayrı-ayrı şöbələr üzrə nömrələnirdi.
Mətbuat haqqında senzura orqanlarında da məlumat olur. Müəlliflərdən danışanda onların təxəllüslərini bilmək lazımdır. Mətn üzərində işlərkən tədqiqatçı bir sıra vəzifələri yerinə yetirməlidir: mətnin yaranması tarixi (yəni müəllifi, dolğunluğunun müəyyən edilməsi, əlyazma ilə mətnin arasındakı fərqlər, senzura müdaxiləsi və s.). Orqanın istiqaməti ilə çap olunmuş məlumatların istiqamətləri bir çox hallarda üst-üstə düşmür, bunu da aydınlaşdırmaq və qiymət vermək lazımdır, çünki bu da öz növbəsində ölkədəki siyasi vəziyyətlə bağlı olur.
Dövrü mətbuatın mövcud olduğu vaxt ərzində qəzet və jurnal materiallarının müxtəlif formaları – janrları meydana gəlmişdir. Məqalə XIX və XX əsrin əvvəllərində Azərbaycan mətubatında geniş yayılmış janr idi. Məqalələrdən başqa ümumi sərlövhə altında dərc edilən xırda məqalələr (podborka adlanır) verilirdi ki, bunlarda müəyyən baxışların, nöqteyi-nəzərlərin şərhi verilir, ayrı-ayrı qəzetlərdən materiallar dərc olunur, mətbuat xülasəsi verilir, çox zaman nomenklaturası, başqa nəşrlərdən materialların xulasəsi dərc olunurdu. Məsələn, «Kaspi» qəzeti azərbaycan dilində çıxan qəzetlərdən - «Açıq söz», «İttifaq» və s. qəzetlərdən xırda məqalələr (podborkalar) dərc edirdi. Felyetonlar – bəzən buna podval deyirdilər (ilk dəfə Fransa inqilabı zamanı meydana çıxıb), qəzet satirasıdır. Bu janr vasitəsilə çox zaman cəmiyyətdəki eybəcərliklər, əhalinin nadanlığı, cəhaləti və s. tənqid edilirdi. «Molla Nəsrəddin» jurnalı bu janrdan tez-tez istifadə edirdi. Resenziyalar (rəylər), bədii və publisistik oçerklər, xatirələr, xronikalar, müsahibələr, reportajlar, hesabatlar və s. Bu janrların hər birindən ayrı-ayrı orqanlar və müxtəlif ölçüdə istifadə edirlər.
Qəzet materiallarının başlıqlarının çox böyük əhəmiyyəti var. Bunlar çox zaman sensassiya yaratmaq məqsədi güdürdü. Qəzet və jurnalların müəyyən bir strukturu var idi (yəni materialların yerləşdirilməsində (dizayn). Buna da xüsusi diqqət yetirmək gərəkdir. 1-ci səhifədə hökumət məlumatları, baş məqalə, günün tələbləri ilə səsləşən yazılar, sonuncu səhifədə isə elanlar dərc olunurdu. Xüsusi şöhbələr var idi: Xəbərlər, beynəlxalq həyat, ordan-burdan, cəmiyyət və ittifaqların həyatı, Bakı həyatı, alqı-satqı haqqında elanlar. Bu elanlar çox vaxt qəzet və jurnalın fəaliyyəti üçün vəsait verirdi.
Mətbuatın elmi təhlili zamanı informasiya mənbəyinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məlumatı toplayan və yayan informasiya mərkəzləri, agentliklər, mətbuat büroları informasiyanın keyfiyyətinə və mötəbərliliyinə böyük təsir göstərir.
Artıq XIX əsrdə Avropada teleqraf agentlikləri və mətbuat büroları yaradılmağa başlanılmışdı (Assoşieyted press – AP), hökumət səndələrindən istifadə etmək icazəsi alırdılar.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin