AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə10/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Гевонд (Левонд) История халифов Вардапета Гевонда, писателя VII в. СПб., 1862.

  2. Егише. О Вартане и войне армянской. Ереван, 1971.

  3. История Армении Фавстоса Бузанди. Ереван, 1953.

  4. Корюн. Житие Маштоца. Ереван, 1962.

  5. Лазарь Парбеци. История Армении и послание Лапми­верт­ци. Повествование Вардапета Ариста­кэса Лапмивертци. М., 1968.

  6. Моисей Хоренский. История Армении. М., 1893.

  7. Себеос. История епископа Себеоса. Ереван, 1939.

  8. Ширакаци А. Ашхарацуйц (Космография). Ереван, 1962.

Gürcü mənbələri


Erkən orta əsr şərq mənbələri içərisində özünəməxsus yer tutan gürcü mənbələrinin ilk nümunələri V əsrdə yaransa da, döv­rü­müzə gəlib çatmış abidələr VI-VII əsrlərə təsadüf edir. Erkən orta ərs gürcü tarixi fikri üçün iki növ mənbə: 1) müqəddəslərin (dini) və 2) şahların (dünyəvi) həyatı, xarakterikdir. Yeni dövrə qədər gürcü salnamələri demək olar ki, adsız tərtib edilirdi. Tarix üzrə yaradılan salnamələr adətən «rissə», «matiane» (salnamə), Gürcüstanın həyatı (Kartlis Sxovreba), gürcülərin həyatı (sxovreba kartvelta), Gürcüstan salnaməsi (matiane Kartlisa), Gürcüstan haq­qında rəvayət (ambavni Kartlisa), şahların həyatı, şahlar kitabı və s. kimi ümumi adlara malik idi. Tarixdə aqioqrafik ədəbiyyat kimi tanınan dini xarakterli hissələr fəsil və paraqraflara bölünürdü. Onlar əsasən şifahi xalq ədəbiyyatı bazasında yaradılmışdır. Bu mənbələrin böyük əksəriyyəti Gürcütanın xristainlaşması və müqəddəslərin həyatına həsr olunmuşdur. Bunların içərisində xüsusilə məşhurlaşmış «Müqəddəs məlikə Şuşanikinin şəhidliyi», «Müqəddəs Yevstafiy Msxetskinin əzabları» və s. göstərmək olar. Erkən orta ərs gürcü tarixi təfəkkürünün ən parlaq nümunələri isə Vaxuşti Baqrationinin adı ilə bağlıdır. Onun Gürcüstan tarixinə həsr olunmuş əsəri ölkə tarixi və coğrafiyasından başqa, xronoloji faktlar, geneoloji cədvəllər, coğrafi atlaslarla zəngindir. Dini xarak­ter daşımasına baxmayaraq, gürcü aqioqrafik abidələri mülkü tarix­lə sıx bağlı olmuş, bu əsərlərdə ölkənin ictimai-siyasi və sosial hə­ya­tı, xalqın məişəti, mədəniyyəti və mənəviyyatı haqqında dəyərli məlumatlar öz əksini tapmışdır.


Gürcüstan dünyəvi abidələrinin ən qədim nümunəsi, «Gür­cüs­tanın çevrilməsi (dininin dəyişdirilməsi) salnaməsi», IX əsrin naməlum müəllifi tərəfindən yaradılmışdır. Əsər iki hissədən iba­rət olaraq, Makedoniyalı İsgəndərin şərq yürüşündən IX əsrə qə­dər­ki dövrü əhatə edir. Əsərə qədim zamanlardan qeyd edilən döv­rə qədər Gürcüstanı idarə etmiş şahların siyahısı və katolikos­la­rın adı daxil edilmişdir. Əsərin ikici hissəsi Şərqi Gürcüstanda xris­tian­lı­ğın yayılmasına həsr edilmişdir. Əsərdə Gürcüstanın xristian­la­ş­­dı­rıl­ması məlikə Kappodo­kiyalı müqəddəs Ninanın adı ilə bağ­la­nılır. Çox güman ki, əsərin tərtib edilməsi zamanı müəllif Qafqaz tari­xi­nə həsr olunmuş əsərlərdən, erməni, suryani, fars və yunan mən­bə­lərindən istifadə etmişdir.
Erkən orta əsr dünyəvi gürcü tarixi abidələri yazılı ənənələrə daha yaxın duraraq, lakonikliyi, faktların sadə sadalanması, çoxlu sayda plaqiarizmləri ilə seçilir. Bu əsərlərdə dini abidələrdən fərqli olaraq, dini opponentlərə loyal münasibət üstünlük təşkil edir. Belə ki, müəllifləri dini problemlərdən çox siyasət və siyasi mənsubiy­yət maraqlandırırdı. Onların içərisində VII-IX əsr hadisələr salna­mə­sin­dən ibarət «Moksevay Kartlisay», Cavanşirin XI əsr tarixi hadisələrinə həsr olun­muş «Vaxtanq Qorqasalın həyatı», Leonti Mrovelinin XI-XII əsrlərə aid «Kartli şahlarının həyatı» adlı əsər­lə­rini göstərmək olar. Bu əsərlərdə erkən orta əsrlərin aktual ic­ti­mai-siyasi, sosial-iqtisadi problemləri öz əksini tapmış, Qafqaz əra­zi­sinə türkdilli tayfaların çoxsaylı basqınla­rından, həmçinin Qaf­­qaz Al­baniyasının siyasi və mülki tarixindən fraqmentlər daxil edil­miş­dir.
Sözsüz ki, gürcü tarixi məktəbinin ən parlaq nümunəsini XII əsrdən formalaşmağa başlamış və təqribən XIX əsrədək təkmilləş­dirilən və tamamlanan Kartlis Sxovreba (Gürcüs­tanın həyatı) adlı salnamələr toplusu təşkil edir. Kartlis Sxovreba ilk dəfə olaraq, əsərin XII əsrin ikinci yarısında tərtib edilmiş erməni versiyasında müqəddəs Arçilin həyatından sonra xatırlanmışdır. Kartlis Sxovre­banı mövcud olan siyahıların redaktə olunma xüsusiyyətləri, tək­mil­ləş­dirilmə yolları və tamamlanmasına görə iki qrupa bölmək olar: 1) XIV əsrədək yaradılmış Qədim Kartlis Sxovreba və 2) qə­dim Kartlis Sxovrebanın XIV-XVIII əsrlər arası redaktə olunmuş və tamamlanmış nüsxələrinin siyahısı. Gürcü tarixi təfəkkürünün ən parlaq nümunəsi olan bu salnamələr toplusu təkcə Gürcüstanın deyil, erkən orta əsr Qafqazın digər xalqlarının tarixini tədqiq etmək üçün qiymətli mənbələrdən hesab edilir.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin