Abş-da multikulturalizm siyasətinin xüsusiyyəti



Yüklə 18,26 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü18,26 Kb.
#42122
1   2   3   4
ABŞ-da multikulturalizm siyasətinin xüsusiyyətləri

ABŞ nümunəsində: ABŞ-da belə təcrübə mövcud deyil. Miqrantlar, et-nik təşkilatlar və icmalarla bağlı bu kimi məsələlərdə hökumət neytral mövqe nümayiş etdirir.

  • Bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən mali-yyələşdirilməsi; ABŞ nümunəsində: Ştatların dil siyasətindən asılı olaraq dəyişir. İkidillitəhsil sistemi ilə bağlı siyasət daha çox ispandilli ştatlarda tətbiq olunur. Mul-tikulturalizmin əleyhdarı olan ştatlarda isə təhsil ancaq ingilis dilində aparılır.

  • Əlverişsiz vəziyyətdə olan immiqrantlara dövlət tərəfindən ünvanlanmış güzəştlərin olması; ABŞ nümunəsində: Amerikada miqrantlarla bağlı belə təcrübə mövcud-dur. Belə ki, işə qəbul zamanı işəgötürənlərin qarşısına qoyulan tələblərdən biri də qadınlara, əlil insanlara və ixtisaslı azlıqlara üstünlüyün verilməsidir. 1964-cü ildə qəbul edilmiş Mülki Hüquqlar Aktında işəgötürənlər tərəfindən irqinə, cinsinə, rənginə, dininə və milli mənsubiyyətinə əsasən ayrı-seçkilik qoyulursa, işəgötürən bu hərəkətinə görə məsuliyyət daşıyır. Belə hal baş verdikdə müvafiq Komissiya tərəfindən istintaq tədbiri həyata keçirilir.

    Beləliklə, qeyd olunan “İmmiqrant azlıqlar üzrə MKS indeksi”nin parametrlərinə uyğun olaraq ABŞ təcrübəsinə nəzər saldıqda görürük ki, aparılan multikulturalizm siyasətinin əsas hədəfi vahid amerikalı kimliyi yaratmaq idi. Bunu istər dil sahəsində aparılan siyasət, istərsə miqrantlara münasibətin müxtəlif ştatlarda fərqli təzahür etməsini göstərə bilərik. Hesab olunur ki, bu gün Amerika siyasi arenasında səsləndirilən millətçi ritorikalar, miqrantlara qarşı məhdudiyyətlərin artması və bu kimi digər məsələlər mədəniyyətlər arasında gərginliyə əsas səbəb aparılan uğursuz assimilyasiya siyasətinin nəticəsidir.
    Yüklə 18,26 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin