Ad: Fidan Soyad:Əsgərova Qrup: M203 Fənn:İqtisadiyyat Mövzu: İqtisad sisteminin tipleri



Yüklə 71,84 Kb.
səhifə1/2
tarix24.12.2023
ölçüsü71,84 Kb.
#193075
  1   2
Fidan2İqtisadiyyyat





Ad: Fidan
Soyad:Əsgərova
Qrup:M203
Fənn:İqtisadiyyat
Mövzu: İqtisad sisteminin tipleri
İ qtisadiyyat nədir? Bu sualın cavabını tarixin müxtəlif inkişaf mərhələlərində yaşamış alimlər, ədəbiyyatçılar, müxtəlif iqtisadi məktəblərin nümayəndələri müxtəlif formada vermişlər. İlk tərifi elmi ədəbiyyata böyük yunan alimi Aristotel gətirmişdir. Ksenofont “Oykonomiya” yunanca “oykos-ev təsərrüfatı, nomosqayda-qanun, təlim mənasında iqtisadiyyat sözünü izah etmişdir.
İqtisadiyyat nədir?
1. İqtisadiyyat ev təsərrüfatını idarə etmək qabiliyyətidir, qayda-qanunların məcmusudur.
2. İqtisadiyyat məhdud resurslar və artan (sonsuz) tələbatlar şəraitində istehsal etmək qabiliyyətidir.
3. İqtisadiyyat ictimai istehsalın –istehsal, bölgü, mübadilə və istehlak kimi mərhələlərini əhatə edən fəaliyyət sferasıdır.
4. İqtisadiyyat-istehsal münasibətləridir. İqtisadi maraqların reallaşdırılması üçün iqtisadi fəaliyyətdir.
5. İqtisadiyyat – axtarış və fəaliyyətin seçim üsuludur.
Beləliklə, iqtisadiyyat – cəmiyyətin, iqtisadi sistemini, ictimai quruluşunu,
ictimai təşkilini və onu idarə edən iqtisadi qanunları öyrənir. İqtisadi nəzəriyyə iqtisad elminin nəzəri və metodoloji əsasını təşkil edir. Peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hər kəs iqtisadi biliklərə yiyələnməlidir. ABŞ iqtisadçısı Q.Mənkyunun qeyd etdiyi kimi sadə işçilərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “İqtisad elminin sərt qayda qanunlarına
bələd almaq” həmişə yardımçı və köməkçi rolunu oynayacaqdır.
Həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdikcə, elmi-texniki
yeniliklər çoxaldıqca daha mükəmməl materiallar və resurslar meydana çıxır, insanların və istehsalın tələbatları, zövqləri dəyişir. Nəticədə isə iqtisad elminin – (iqtisadi nəzəriyyənin qarşısında duran problemlər də dəyişir, yeniləşir. İqtisadiyyatın əsas vəzifəsi – insanların müxtəlif təyinatlı, tələbatlarını ödəmək üçün maddi (mənəvi) məhsullar istehsal etmək və müxtəlif təyinatlı xidmətlər göstərməkdir. Bunun üçün isə iqtisadiyyat elə təşkil və idarə olunmalıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun. İnsan cəmiyyəti yarandıqdan bu günə qədər insanlar həmişə bilavasitə iqtisadiyyatla üzvi surətdə bağlı
olmuşdur. Din, elm, incəsənət, siyasət, səyahət, turizm və s. fəaliyyət növləri onun üzərində yaranmışdır. İqtisadiyyat keçmişdə də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin həyatına daxil olmuş və insanlar onun mahiyyətini, onu idarə edən iqtisadi qanunları dərk etməyə çalışmışlar. İqtisadiyyat elmi məhz cəmiyyətin iqtisadi bazisini təşkil edən iqtisadi münasibətləri öyrənir. İqtisadi bazis isə insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində mühüm rol oynayan maddi nemətlər və xidmətlər istehsalının, onların bölgüsünün, mübadiləsinin və istehlakının məcmusu başa düşülür.
Qeyd edək ki, insan həyatında əsas yeri hər şeydən (elm, incəsənət, səyahət vəs. mənəvi nemətlər) əvvəl zəruri yaşayış vasitələri (yaşayış yeri, geyim və qida) ilətəmin olunması tutur. Bu nöqteyi nəzərdən isə istehsal (hasil etmək, əldə etmək) ən mühüm iqtisadi hadisədir, daim təkrar olunmalı olan iqtisadi prosesdir. Məhz ondan sonra digər məsələlər – bölgü, mübadilə və istehlak baş verir. Bölgü –dedikdə istehsal olunmuş məhsulun ilk öncə istehsalda iştirak edən amillər arasında birbaşa və cəmiyyət üzvləri arasında bilavasitə (mübadilə prosesi vasitəsilə) bölgü-sü başa düşülür. Bu məsələni “istehsal amilləri”, “kapitalın dövranı və dövriyyəsi” mövzularında geniş öyrəncəksiniz. Qeyd edək ki, bu məsələdə ziddiyyətli fikirlər mövcuddur. Mübadilə - bölgünün reallaşdırılması prosesidir. Belə ki, məhsul satıldıqdan sonra, hər şeydən əvvəl əsas fondların payı, yəni amortizasiya (aşınma, köhnəlmə dəyəri) ayırmaları, sonra isə istehsalda iştirak edib yeni məhsulun üzərinə öz dəyərini bütövlükdə keçirən dövriyyə fondlarının (əmək cismi, enerji resursları və iş qüvvəsi) payı ayrılır ki, təkrar istehsal prosesi baş
verməsi üçün onlar alınsın və bərpa olunsun. Axırda vergilər və zəruri
ödənişlərdən sonra mənfəətin qalan hissəsi sahibkar tərəfindən yığım və istehlak formasında bölünür. İstehlak – istehsal, bölgü və mübadilənin məntiqi nəticəsi olaraq, əldə olunmuş payın təyinatı üzrə istifadəsi prosesidir. İstehlak prosesi işlənmiş, istifadə olunmuş bir çox istehsal və istehlak təyinatlı amillərin yerinin dolduruması, təkrar istehsal olunmalı olduğunu göstərir. Həm də bu istehlak prosesi fasiləsiz olduğuna görə istehsal da fasiləsiz olmalıdır. İstehsal-bölgü-mübadilə-istehlak prosesləri həmişə səbəb-nəticə əlaqəliliyində, bütöv və vahid proses kimi öyrənir.

Dünya iqtisadiyyatının inkişafında əsas proseslər, müasirliyin aparıcı


vektorları qloballaşmdırma və regionlallaşdırmadır. Təsərrüfat fəliyyətinin beynəlləşdirilməsi prosesi artıq neçə illərdir davam edir, lakin son illər məhz qloballaçmdırma və regionlallaşdırma proseslərində uzun müddət toplanılmış keyfiyyət və kəmiyyət dəyişiklikləri bütünlükdə iqtisadi həyatı yeni statusa, beynəlxalq iqtisadi münasibətləri yeni məzmuna gətirib çıxardı. Bir tərəfdən, regional iqtisadi sahələr yaratmaqla dünya çapında daha çox iqtisadi birliklər və qruplar yaranır. Digər tərəfdən inteqrasiya əmtəələrin, xidmətlərin, kapitalın və tenologiyaların beynəlxalq mübadiləsi yolu ilə öz aralarında qarşılqlı təsirdə olan ölkələr və regional birliklər arasında sərhədləri qlobal səviyyədə silir. Brlə bir dövrdə iqtisadi dinamika nəzəriyyəsinin əsas
problemi iqtisadiyyatın bütün inkişaf amillərini daha səmərəli istifadəyə imkan verən mexanizmlərin əsaslandırılmasından ibarətdir.
Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası qeyri-iqtisadi
amillərin əhəmiyyətinin artımasına səbəb olur. Müxtəlif amillərin iqtisadiyyatın
inkişafına uzunmüddətdətli dövrdə təsiri iqtisad elminin aktual problemdir. Müasir tədqiqatlarda müəlliflər institutların, mədəni ənənələrin əhəmiyyətini, ekoloji, siyasi və sosial amillərin yüksə
k rolunu nəzərə almayan iqtisadi artıma artıq ənənəvi yanaşmadan imtina edirlər.
Ölkə iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiya edilməsi yalnız inkişafın iqtisadi amillərinin deyil, həmçinin qeyri-iqtisadi amillərinin də əhəmiyyətini artırır. İqtisadi inkişafa potensial təsir edən amillərin sayı ənənəvi çərçivədən kənara çıxır və uzun müddət iqtisadçıların maraqlarından kənarda qalan sahələri əhatə edir. Standart istehsal funksiyasından istifadə edərək iqtisadi inkişafın mənbələrinin emprik tədqiqi "fiziki kapital" yığımının həlledici rolu haqqında tezisini təsdiqini hələ tapmayıb. Bununla əlaqədar iqtisadi inkişaf probleminin araşdırılması sahəsinə tədricən yalnız iqtisadi deyil həmçinin geniş əhatəli sosialiqtisadi əlaqələr də cəlb edilir. Bu baxımdan qeyd edilən problemlərin nəzərimetodoloji əsaslarının öyrənilməsi, azərbaycanın dünya iqtisadiyyatında yeri və rolu, Azərbaycanın inkişaf siyasəti və digər bu kimi mühüm məsələlərin araşdırılmasının əhəmiyyəti olduqca yüksəkdir. Yuxarıda sadalanan hallar dissertasiya işinın mövzusunun seçilməsi, onun aktuallığı və tədqiqatın əsas istiqamətlərini müəyyən edir.

Yüklə 71,84 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin