Ad: Fidan Soyad:Əsgərova Qrup: M203 Fənn:İqtisadiyyat Mövzu: İqtisad sisteminin tipleri



Yüklə 71,84 Kb.
səhifə2/2
tarix24.12.2023
ölçüsü71,84 Kb.
#193075
1   2
Fidan2İqtisadiyyyat

İqtisadi sistemin tipləri.
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir.
Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür.
Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir. Hər bir iqtisadi sistem müəyyən maddi-texniki baza üzərində formalaşır.
İqtisadi sistemin məzmunu
İqtisadi sistemlər müxtəlif məzmunlu və səviyyəli olsalar da onların hamısı üç mühüm vəzifəni yerinə yetirməlidir. Bu məhdud resursların olduğu şəraitdə nə istehsal etmək, necə istehsal etmək və kimin üçün istehsal etməkdən ibarət olan üç vəzifədir.


Birinci vəzifə – nə istehsal etməkdir. Burada belə bir qərar qəbul olunmalıdır ki, məhz hansı nemət, hansı keyfiyyətdə və miqdarda istehsal olunmalıdır.
İkinci vəzifə – necə istehsal etməkdir. Burada belə bir qərar verilməlidir ki, nemət (məhsul) hansı məhdud resürslar, onların kombinasiyası və hansı texnikanın köməyi ilə istehsal olunmalıdır.
Üçüncü vəzifə – kim üçün istehsal etməkdir. Bu problem nemətlərin bölgüsü ilə bağlıdır: istehsal olunmuş nemət kimə çatacaq və iqtisadi subyekt hansı məbləğdə ona sahib (malik) olacaqdır.
İqtisadi sistem müxtəlif quruluşlu olur. Bu quruluşu təşkil edən hər bir hissə yarımsistem kimi çıxış edir. Məsələn, məlumdur ki, müasir istehsal iki yarımsistemdən ibarətdir: maddi istehsal sferası və qeryi-maddi istehsal sferası. Bazar sisteminə də bir çox nisbi müstəqil bazarlar daxildir. Müəssisələr müxtəlif sexlərdən, müəssisədaxili idarə sistemlərindən, təchizat və məhsulun satışı və s. şöbələrdən ibarət yarımsistemlərə malikdir. Milli iqtisadiyyat xalq təsərrüfatı komplekslərini; pul, kredit və maliyyə sistemlərini; ümummilli iqtisadi idarəetmə sistemlərini və s. özündə birləşdirir.
İqtisadi sistemin məqsədi


Beləliklə, iqtisadi sistem – maddi və qeyri-maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı zamanı yaranmış, bir-birilə möhkəm tellərlə bağlı olan təsərrüfat münasibətlərinin məcmusudur (Y. F. Borisov). C. Helbreytin fikrincə "Ən yaxşı iqtisadi sistem insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir". Bunun üçün iqtisadi sistem aşağıdakı məsələlərin həllinə nail olmalıdır:

  • İqtisadiyyatın optimal strukturu formalaşdırılmalıdır;

  • İqtisadi fəaliyyətin bütün növlərinin əlaqəsini təmin etməlidir;

  • Sosial məqsədlərin həyata keçirilməsini təmin etməlidir.

Dünyanın ayrı-ayrı ölkələrində, dövlətlərində həmişə müxtəlif iqtisadi sistemlər formalaşmış, inkişaf etmiş, yüksəl-miş,nəhayət, bütün daxili imkanlarını itirərək arada çıxıb getmişdir. İqtisadi sistemin tipləri:
1. İnzibati mərkəzləşdirilmiş təsərrüfat sistemi. Burada iqtisadi problemlər üzrəbütün qərarları dövlət qəbul edir, istehsal vasitələri, torpaq dövlət mülkiyyətindədir. Resurslar dövlət planı əsasında bölünür. Bu sistemdə ölkənin yuxarı orqanlarının zəruri hesab etdiyi əmtəə
v ə xidmətlər istehsal olunur. Belə sistemdə əmtəə və xidmətlərin necə istehsal edil-məsini dövlət plan orqanları müəyyən edir. Burada əmtəə və xidmətlərin kim tərəfindən istifadə olunmasını dövlət plan orqanları müəyyən edir. Yəni, bu sistemdə nə istehsal olunursa o da alınır. İnzibati
mərkəzləşdirilmiş təsərrüfat sistemi aşağıdakı xüsusiyyətləri ilə seçilir:
a) İstehsal vasitələri (resurslar) üzərində ictimai mülkiyyət mövcuddur;
b) Müəssisələrin resurslarının dövlət planlarını yerinə yetirilməsi üçün
mərkəzləşdirilməsi;
c) İstehlak məhsullarının bölgüsü mərkəzləşdirilimişdir;
d)İstehsalçının istehlakçı üzərində hökmranlığı;
e)Maddi nemətlərin və xidmətlərin ictimai tələbatdan geri qalması.
2. İqtisadi sistemin ikinci tipi bazar iqtisadiyyatıdır. Bu sistemdə əsas iqtisadi sualları (Nə? Necə? Kim üçün?) bazar həll edir: qiymət, mənfəət və zərər də həmçinin. Burada isteh-sal vasitələri xüsusi mülkiyyətdədir. Resurslar tələb və təklifə uyğun istifadə olunur. Bu
sistemdə nə? Sualını pulla ifadə olunan tədiyyə qabiliyyətli tələb həll edir. Xüsusi mülkiyyət, yüksək mənfəət əldə etmək məqsədi istehsalçıları sistemin tələbi olan məhsullar istehsalına məcbur edir. Məhsulun necə istehsal olunması sualını yüksək mənfəət əldə etməyə çalışan
istehsalçı həll edir, yəni rəqabət şəraitində öz məqsədlərinə çatmaq üçün istehsalçı rəqibinə nisbətən az xərclə daha çox və keyfiyyətli məhsul istehsal etməyə məcburdur. Burada həm-çinin “kimin üçün?” sualı da müxtəlif maddi imkanlara malik alıcı qrupları nəzərə alınmaqla həll olunur. Bu sistemi aşağı-dakı kimi xarakterizə etmək olar:
a) İstehsal vasitələri üzərində xüsusi mülkiyyətdir.
b) İnsanların təsərrüfat fəaliyyətinin idarə edilməsinin koordinasiyasının bazar sistemi mövcuddur;
c) Azad sahibkarlıq və seçim prinsipinə əməl olunmalıdır.
d) Hər bir təsərrüfat subyekti maksimum mənfəət götür-məyə çalışır;
e) Resurslardan səmərəli qənaətli istifadəyə və nəticədə daha çox mənfəət götürməyə
çalışırlar;
f) Burada istehlakçılar hökmrandır, suverendir. Nə alınırsa onu da istehsal etmək tələb olunur.
3. Ənənəvi iqtisadi sistem – zəif inkişaf etmiş ölkələrə xarakterikdir. Belə ki, müəyyən dövrün adətlərinə uyğun olaraq resursların bölgüsü, istehsal texnologiyası, maddi nemətlərin siyahısı müəyyənləşdirilir. Texniki tərəqqi bu sistemə çətin da-xil ola bilir. Bu sistemdə istehsal, bölgü, mübadilə adət-ənənələrə, iqtisadiyyat isə vərəsəlik prinsipinə əsaslanır.Bu sistemdə insanlar özlərinin yaşaması üçün nə əldə edirlərsə onu da istifadə edirlər.Bu sistemin aşağıdakı xarakterik xüsusiyyətləri vardır:
a) Sosial-qtisadi inkişaf səviyyəsinin aşağı olması və onun asılılıq xarakteri;
b) İqtisadiyyatın çoxukladlılığı;
c) Bazis münasibətlərinə nisbətən üstqurum münasibət-lərinin sürətli inkişafı.
4. Qarışıq iqtisadi sistem. Onun səciyyəvi cəhəti ondan ibarətdir ki, burada iqtisadiyyatın dövlət bölməsi mövcuddur. Dövlət burada iqtisadi fəaliyyətin tənzim edilməsindəfəal rol oynayır. Qarışıq iqtisadi sistem ideyasını A.Vagner irəli sürmüş, XX əsrin 30-cu illərində
Amerika iqtisadçısı C.Ceyz tədqiq edərək inkişaf etdirmişdir. Bu sistem iqtisadi resursların seçilməsi və istifadə olunmasında, insanların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlərinin vəhdətidir. Burada təsərrüfat fəaliyyətini menecerlər əlaqələndirir. Bu
sistemin aşağıdakı xarakterik
xüsusiyyətləri vardır:
a) Xüsusi mülkiyyət;
b) İctimai təsərrüfat sistemi;
c) Rəqabət mühitinin yaradılması;
d) Qarışıq müəssisələr və onların fəaliyyətinin genişlən-dirilməsi üçün şəraitin yaradılması;
e) Onun əsasını azad sahibkarlıq sistemi təşkil edir;
f) Maksimum mənfəət və s.
5. Keçid iqtisadiyyatı – bir iqtisadi sistemdən digər iqtisa-di sistemə keçid
prosesində olan iqtisadiyyatdır. Bu sistemin xarakterik (səciyyəvi) cəhəti onda eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn iqtisadi münasibətlər mövcud olur. Burada həmçinin xarakterik cəhət eyni zamanda ondan ibarətdir ki, buraya sosialiqtisadi münasibətlərin kəskinləşməsi xasdır.
İqtisadi sistemin mahiyyəti və formalaşması məsələlərinə müxtəlif elmi yanaşmalar mövcud olmuşdur. İqtisadi sistemin formalaşmasında iki mühüm amillər qrupu nəzərdən keçirilir. Bunlardan birincisi mövcud mühiti, ikincisi isə iqtisadi sistemi təşkil edən elementlərin struktur əlaqələrinin xüsusiyyətlərini əks etdirir. Məhz ikinci qrup elementlərin t əsnifatını əvvəlki sualda ətraflı vemşik. Onlardan biri olan sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı inkişafın iki mühüm və bir birindən fərqli Qərb və Şərq istiqamətləri meydana gəlmişdir. Onların hər ikisinin spesifik inkişaf qanunauyğunluqları vardır. Qərb inkişaf yolu sərbəstliyə, demokratiya prinsiplərinə, Şərq inkişaf yolu ciddi nəzarətə, milli mənafe üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır. Məhz fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı ola-raq müəyyən iqtisadi sistem inkişaf edir. Məsələn, bazar iqtisadiyyatının İsveç, Amerikan, Yunan, Alman və s. modelləri.Burada əsas səbəblərdən biri də müxtəlif tarixi dövrlərdə cəmiyyətin ehtiyacları vəinsanların tələbatlarını hərtərəfli təmin etmək üçün real imkanların və konkret şəraitin müxtəlifliyidir. Hər hansı bir iqtisadi sistemin ümumi momentlərini akademik Q.P.Juravlyova göstərmişdir:
1. İstehsal (məhsuldar) qüvvələri:
a) Təbii resurslar, insanların imkanları və s.
b) İctimai qüvvələri (istehsal vasitələri, əmək bölgüsü) və s. ümumi qüvvələr (elm,
təhsil, mədəniyyət) və s.
2. İqtisadi münasibətlər:
a) Sosial-iqtisadi münasibətlər (mülkiyyət münasibətləri);
b) Təşkilati-iqtisadi münasibətlər (təcrübə mübadiləsi, marketinq, menecment)
c) Texniki-iqtisadi münasibətlər
Bundan başqa iqtisadi sistemə formasiyalı, sivilizasiyalı və s. baxışlar da mövcuddur. İnsan cəmiyyəti və onun inkişafı üçün lazım olan bütün amillər, həmçinin iqtisadi sistemlər daim
hərəkətdə və inkişafdadır, daim bir iqtisadi sistem digəri ilə əvəz olunur, təbii tarixi inkişaf baş verir.
Bəşər cəmiyyətinin inkişaf tarixində həmişə bir iqtisadi sistemi digəri əvəz etmişdir. Yəni, iqtisadi sistemlər daim hərəkətdə və inkişafdadır. Cəmiyyətin təbii tarixi inkişafının sivilizasiyalı tərəqqisi baxımından müxtəlif alimlər fərqli bölgü prinsiplərindən istifadə etmişlər.
məsələn, ilk dəfə Şotland filosofu Adam Ferqyusson (1723-1816), Jyuns Henri Morqan (1818-1881), amerikalı U.Rostou və s. göstərmək olar.
Qeyd edək ki, Qərb mütəfəkkirlərindən xeyli əvvəl Şərqdə tanınmış ərəb alimi İbn Xəldun (1332-1406) cəmiyyətin bölgüsünə xüsusi yanaşmışdır. O, cəmiyyətin üç inkişaf mərhə-ləsini
göstərmişdir:
1. Vəhşilik
2. Kənd yerlərində yaşayış
3. Şəhərlərin meydana gəlməsi
Bu haqda və digər Şərq mütəfəkkirlərinin fikirləri haqqında da dərin bilik almaq üçün “İqtisadi təlimlər tarixi (2005), T.Vəliyev və A.Həsənovun yazdıqları “Azərbaycan iqtisadi fikir tarixi” (1996) kimi çox dəyərli kitablara müraciət etmək tövsiyyə olunur.Amerika alimi U.Rostou cəmiyyətin iqtisadi inkişafını sənaye-ləşdirməyə görəfərqləndirmişdir. O, iqtisadi sistemin beş mərhələsini fərqləndirmişdir:
1. ənənəvi cəmiyyət;
2. keçid mərhələsinə şərait yaradan dövr ;
3. sənayeləşmiş inkişafla irəliləyən və keçən mərhələ;
4. sənayeləşmədən sonrakı yetkin cəmiyyət;
5. kütləvi istehlak cəmiyyəti.
Göründüyü kimi tarixi inkişafın dövrləşdirilməsində elm adamlarının müxtəlif mövqeləri olmuşdur. Müasir iqtisadi nəzəriyyədə iqtisadi sistemlər belə təsnifləşdirilir: formasiyalı, mərhələli, sivilizasiyalı və informasiyalı baxışlar.İctimai-iqtisadi formasiya istehsal üsulunun müəyyən for-ması əsasında inkişaf edən cəmiyyətin tarixi tipi deməkdir. İqtisad elminə bu anlayışı K.Marks gətirmişdir. Cəmiyyətin
inkişaf tarixi, beş ictimai-iqtisadi formasiyadan ibarət öyrənil-mişdir: ibtidai-icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm. Kommunizm isə iki pillədən ibarət-sosializm və kommunizm bir formasiya kimi öyrənilmişdir.“Mərhələli” yanaşma (baxış) nəzəriyyəsinin banisi amerikalı alim Uolter Rostoudur. O, ictimai inkişafı beş mərhələyə bölmüşdür. (yuxarıda adları çəkilmişdir)Sivilizasiyalı (vətəndaşlıq) yanaşma. Burada əsas mahiy-yət ondan ibarətdir ki, cəmiyyətin tarixi hərəkəti sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyələndirilir.
U.Rostou məhz yeddi sivilizasiya dövrünü göstərmişdir: 1) neolit – 30,35 əsr; 2) Şərqi
quldarlıq sivilizasiyası – 20-30 əsr 3) antik sivilizasiya – 12-13 əsr; 4) ilkin feodal sivili-zasiyası – 7 əsr; 5) sənayeləşmədən sonrakı – 1,3 əsr.
Hazırda elmin, texnikanın ən yüksək səviyyəsi, məlumat texnologiyasının tətbiqi imkan verir ki, iqtisadi artım, qiymət-lərin sabitliyi, əhalinin müdafiəsinin səmərəliliyi, ekoloji təhlü-kəsizlik və s. təmin olunmuş olsun.İqtisadi sistemin əsasını istehsal münasibətləri və məh-suldar qüvvələr təşkil edir. Hər bir iqtisadi sistemdə məhsuldar qüvvələr dedikdə, oradakı istehsal vasitələri və onları idarə edəbilən, yəni, həmin sahə üzrə ixtisasa və əmək vərdişlərinə malik olan insanlar başa düşülür.
İstehsal vasitələri-əmək aləti və əmək cisimlərinin vəhdətidir. İstehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi bazisini təşkil edir, cəmiyyətdə maddi ne-mətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı proseslərini əhatə edir. İqtisadi bazis isə siyasi, hüquqi üst qurumu, ictimai təfəkkürün formasını və cəmiyyətin ictimai quruluşunu təşkil edir.
Müasir iqtisadçılardan Q.R.Juravlyova iqtisadi sistemi aşağıdakı kimi ümumiləşdirmişdir:
1. İstehsal qüvvələri – məhsuldar qüvvələr.
I.Təbii resurslar, insanların imkanları və s.
II. İctimai qüvvələr (istehsal vasitələri, əmək bölgüsü və s.), ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.
2. İqtisadi münasibətlər: 1) sosial iqtisadi münasibətlər (mülkiyyət münasibətləri), 2) təşkilati iqtisadi münasibətlər (təcrübə mübadiləsi, menecment, marketinq və s.), 3) texniki iqtisadi münasibətlər.Q.P.Juravlyovaya görə iqtisadi sistemin-istehsalçılarla is-tehlakçılar arasında maddi nemətlərin istehsalı sahələri və xid-mət sferası arasında əlaqələrin qaydaya düşmüş müvazinətli
sistemidir.C.Helbreytə görə “Ən yaxşı iqtisadi sistem, insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödə-məyə qadir olan sistemdir”. Beləliklə, iqtisadi sistem konkret hər hansı bir cəmiyyətdə olan istehsal imkanlarına,
ölkənin və əhalinin maddi və mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə uyğun olmalıdır. Çünki istər təbiətdə istərsə də, cəmiyyətdə baş verən bütün ha-disə və proseslər qarşılıqlı əlaqədəvə asılılıqda olur. Buradakı bütün komponentlərin özləri də daxili quruluşa, sistemə malikdir. Hər bir sistem özü də yarımsistemlərə malikdir. Bütün komponentlər bir-biri ilə bağlıdır, onların mövcudluğu qarşılıq-lı əlaqə, vəhdət və asılılıq prinsiplərinə əsaslanır.İqtisadi sistemin xarakterik cəhətləri (xüsusiyyətləri):
1. İqtisadi sistemin bütün tərkib hissələrinin vəhdətliliyi və bütövlüyüdür, yəni , istehsal, bölgü, mübadilə, istehlak.
2. Təsərrüfatçılığın maddi və ictimai tərəflərinin qarşılıqlı əlaqəliliyi. (subyekt-əşya; əşya-subyekt)
3. Strukturunun mürəkkəbliyi, iqtisadiyyatın hər elementi ayrılıqda iqtisadi sistemin bir hissəsidir, yaxud yarımsistemdir. Məsələn, əməyin ödənilməsində tarif sistemi yarımsistemdir. İqtisadi sistemin formalaşmasına bir sıra amillər, o cümlədən, təbii-iqlim,
istehsal-iqtisadi, mənəvi, hüquqi, sosial-mədəni, dini, əxlaqi və s. təsir göstərir. Onların əksəriyyəti iqtisadi inki-şaf səviyyəsindən asılı olaraq formalaşır, dəyişir.İqtisadi sistemin formalaşmasında maddi-texniki baza mühüm rol oynayır. Belə ki, həmin maddi-texniki baza özünün inkişaf səviyyəsinə görə eyni və müxtəlif olur. Bu isə iqtisadi sistemlərin məzmununa inkişaf səviyyəsinə və s. ciddi təsir göstərir.
Bir sıra iqtisadi məsələlər, o cümlədən iqtisadiyyatın təşkili, nə istehsal etməli, nə qədər istehsal etməli kimi məsələlər bütün sistemlərdə eyni olmuşdur. Necə istehsal etmək (hansı əmək alətləri və s.) məsələsində dövrlər bir-birindən əsaslı şəkildə fərqlənmişdir. İqtisadi sistemlər “nə
istehsal etməklə yox, necə istehsal etməklə” fərqləndirilmişdir.
Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı formasına görə fərqlənir, yəni iqtisadi sistem təsərrüfat sis-temi kimi xarakterizə olunur. Təsərrüfat sistemi maddi və qeyrimaddi nemətlərin istehsalçısı və istehlakçısı arasındakı əlaqələrin qaydaya salınmış sistemidir.
Məsələn, ibtidai-icma təsərrüfati, quldar latifafundasiyası, feodal malikanəsi, kapitalizmdə (bazar iqtisadiyyatında) sahibkar müəssisəsi, sosialist müəssisəsi və s. bunların hamısı məhdud resurslar
şəraitində fəaliyyət göstərmişlər, müəyyən maddi-texniki bazaya, iqtisadi münasibətlər sisteminə, təşkilati-təsərrüfatçılıq metodlarına və idarəetmə formalarına malik olmuşlar.
Yüklə 71,84 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin