Ad: Nahid Soyad: Tağıyev Qrup: M203 Fənn:İqtisadiyyat Mövzu: Pul-kredit sistemi Makroiqtisadi siyasət


Azərbaycanda pul-kredit sisteminin tənzimlənməsi istiqamətləri



Yüklə 320,31 Kb.
səhifə4/4
tarix25.12.2023
ölçüsü320,31 Kb.
#194237
1   2   3   4
Nahidİqtisadiyyat

Azərbaycanda pul-kredit sisteminin tənzimlənməsi istiqamətləri


Bazar İqtisadiyyatına keçid şəraitində ölkənin Milli Bankı düzgün monitar siyasətin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir. Dünya təcrübəsi göstərir ki, Milli Bank monetar siyasəti öç
istiqamətdə aparır. Belə ki, pul təklifinə nəzarət, faiz dərəcəsinə nəzarət bank krediti həcmlərinin səmərələşdirilməsi istiqamətlərində həyata keçirilir.
Qeyd etmək lazımdır ki, ölkədə aparılan bank sisteminin islahatlarına uyğun olaraq daha yüksək uzunmüddətli faiz dərəcələrindən başqa hökumət daha hansı yolla bankları kreditləşmə həcmlərini artırmaqdan və müvafiq olaraq daha aşağı likvidlik əmsalını yerinə yetirməkdən saxlaya bilər. Bunun üçün pula uzunmüddətli tələbin qarşısı alınmalıdır. Ona görə ki, tələb adətən uzunmüddətli faiz dərəcələrinin yüksək səviyyədə saxlanmasına səbəb olur. Lakin bu tədbir də öz növbəsində valyuta məzənnəsini yuxarı qaldırmaqla firmaların ixrac fəallığını çətinləşdirər.
Xaricdən vəsaitlərin axını yalnız o halda meydana çıxa bilər ki, hökumət dünya valyuta bazarında milli valyutanı satmağa davam etməklə valyuta məzənnəsini tarazlıq səviyyəsindən aşağı saxlamış olsun. Hökumət bunu uçun müddət ərzində edə bilmədiyindən bu, pul kütləsinin həddən artıq artımının uzunmüddətli mənbəyi ola bilməz.
Bir qayda olaraq hökumət borclanmaları pul təklifinin artmasına gətirib çıxarma meylinə malikdir. Bunu aradan qaldırmaq üçün dövlət sektorunun vəsaitlərə xalis
tələbatı(PSNCR) istiqrazların satışıhesabına maliyyələşdirilməlidir. Bu, bank sektoru tərəfindən aktiv olaraq alına bilən və pul təklifinin artmasına kömək edən veksellərə qarşı yönəlmişdir. Lakin əlavə istiqrazları satmaq üçün hökumət daha yüksək faiz dərəcələri təklif edə biləcəklər. Bu, özəl sektorda faiz dərəcələri üçün sarsıdıcı nəticələrə malik olacaqdır. Beləliklə, dövlət borclanmaları özəl sektorun borclanmalarını və investisiyalarını sıxışdıracaqdır. Əgər hökumət pul kütləsinin artımını azaltmaq və bununla da maliyyə sıxışdırılmasının effektindən qaçanmaq istəsə, onda o, buna müvafiq olaraq PSNCR-in səviyyəsini azaltmalıdır. Ingiltərədə 1980-ci ildə öz yüksək nüfuzunun zirvəsinə çatmış monetaristlər təsdiq edirlər ki, hökumətə öz ortamüddətli və uzunmüddətli pul-kredit strategiyasının mərkəzi hissəsində PSNCR-də ixtisarlar aparılması vacibdir. Bu yalnız dövlət xərclərinin ixtisarına (vergilərin artmasının əksinə) səbəb olduğuna görə deyil, həm də İqtisadiyyatın ictimai sektoruna nisbətən özəl sektorun payını artırmaq baxımından pul təklifi artımının məhdudlaşdırılması vasitəsi olduğuna görə arzuolunan təklifdir.
Qeyd etmək lazımdır ki, monetaristlər məhz özəl sektora istehsalın və məşğulluğun uzunmüddətli artımının başlıca mənbəyi kimi baxırlar. Böyük Britaniyada 1980-ci ildə mühafizəkarların hökuməti tərəfindən qəbul edilən ortamüddətli maliyyə strategiyası məhz yuxarıda qeyd edilən tədbiri həyata keçirməyə cəhd etdi. Pul kütləsi artımı üçün məqsədli oriyentirlər müəyyən etməklə o, həm də PSNCR ÜDM-dən faizlərlə kontral rəqəmlər verdi.
Dünya təcrübəsində pul təklifi üzərində nəzarətə aşağıdakı iki yanaşma
mövcuddur. Birincisi, bank sistemində likvidlik səviyyəsini dəyişməkdən ibarətdir ki, bunun da əsasında kredit yaradılır. Məsələn, tutaq ki, banklar 10%- lik sərt nəğdlik əmsalı ilə fəaliyyət göstərir və yalnız iki aktiv növünə: nəğd pul və kreditə malikdirlər. Həmçinin fərz edək ki, hakimiyyət banklarda nəğd pulun həcmini 1 mln. manat azaltmaq iqtidarındadır. Belə ki, bank multiplikatoru 10-a (=1/nağd vəsaitlərin əmsalı) bərabərdir, kreditlər 9 mln. manata qədər, pul təklifi isə müvafiq olaraq 10 mln. manata qədər ixtisar olunmalıdır.
Ikinci yanaşma ehtiyatların həcminin depozitlərə nisbətini dəyişməklə bank multiplikatorunun kəmiyyətini dəyişdirməkdən ibarətdir. Beləliklə, əgər bank multiplikatorunu azaltmaq mümkün olarsa, onda istənilən bu ehtiyat bazasında kreditin həcmi də ixtisar olunmalıdır.
Qeyd etmək lazımdır ki, bankların etibarlı və sağlam fəaliyyətinin təmin edilməsinə nail olmaq üçün onların zəruri həcmdə resurslara malik olması son dərəcə vacibdir. Etibarlı bank sisteminin formalaşması zəruriliyi isə manatın sabitliyinin təmin olunması, rəsmi qızıl-valyuta ehtiyatlarının azalmasına imkan verilməməsi, bank əmanətçilərinin maraqlarının müdaifə olunması, eləcə də etibarlı hesablaşma sisteminin və kassa xidmətinin təşkili ilə şərtlənir.
Ölkədə pul tədavülü mexanizmini formalaşdırarkən əsas məsələ İqtisadi artımın təmin edilməsi üçün ölkə İqtisadiyyatına nə qədər və hansı pulların lazım olmasını müəyyən etməkdən ibarətdir. Bu zaman pul kütləsi artımının tənzimlənməsinin və maliyyə-pul sisteminin fəaliyyətinin məqsədli istiqamət- lərinin seçilməsi əsas xətt kimi götürülməlidir. Son illərin əsas makroİqtisadi göstəricilərinin dinamikasının təhlili göstərir ki, pul kütləsi həcminin İqtisadiyyatın tələbatına uyğunluğu problemini həll etmədən İqtisadi artımın dayanıqlı olması problemini də sona qədər həll etmək mümkün deyildir. Lakin belə bir arqument gətirmək olar ki, əmtəə-pul tarazlığının təmin edilməsi üçün pul kütləsinin həcmi bütün əmtəə və xidmətlərin dəyərinə uyğun olmalıdır, yəni dövriyyədə əmtəə və xidmətlərin dəyəri həcmində pul olmalıdır. Elə bu müddəadan da başlıca paradoks yaranır. Əgər pul kütləsi qiymətlərin artım sürətinə uyğun nisbətlərdə artırılarsa, onda İqtisadi mexanizm sürətlə hiperinflyasiya spiralına daxil olacaqdır. Lakin dövriyyədəki pulun həcmi artırılmazsa, onda aşağı inflyasiya şəraitində istehsalın uzunmüddətli və dərin tənəzzülü baş verəcəkdir. Milli bank tədavül üçün zəruri olan pul kütləsinin (miqdarının) düzgün müəyyən edilməsinə xüsusi əhəmiyət verilir.
Tədavül üçün zəruri olan pul kütləsinin (miqdarının) pul tarazlığı düsturu aşağıdakı kimidir:
MV=PY
burada P- qiymət indeksi, Y- məhsul həcmi; V- dövriyyə sürəti.
Pulun miqdar nəzəriyyəsinə, daha dəqiq desək, mübadilə tənliyinə görə pul kütləsi pulun dövriyyəsi sürətindən asılıdır: bütun digər bərabər şəraitlərdə
(qiymətlərin səviyyəsi və ÜDM-in real həcmi) pulun dövriyyə sürəti nə qədər yüksək olarsa, illik ÜDM istehsalına xidmət üçün bir o qədər az pul kütləsi lazım olacaqdır.
Dövriyyə sürəti özündə il ərzində pul kütləsi dövrlərinin sayını əks etdirir və hər bir dövr gəlirlərinin xərclənməsinə xidmət edir. Ona görə də P. Samuelson belə hesab edir ki, pulun dövretmə sürəti gəlirin dövretmə sürətini göstərir. Pulun dövriyyə sürəti maliyyə sistemindəki fasilələrdən, gələcək vərdiş, mülahizə və məqsədlərdən, eləcə də müxtəlif təşkilat növləri və müxtəlif gəlirli əhali qrupları arasında pul kütləsinin bölüşdürülməsindən asılı olaraq dəyişir.
Pulun dövriyyə sürəti amillərinin çoxluğu və onların qarşılıqlı asılılığı haqqında İqtisadi ədəbiyyatda çoxlu mübahisələrə rast gəlinsə də qeyd etməliyik ki, bu göstəricinin dinamikasına xeyli sayda təkcə obyektiv deyil, həm də subyektiv amillər təsir göstərir. Beynəlxalq müqayisələrdə pulun dövriyyə sürəti müəyyən vaxt, məsələn, il ərzində pul vahidi ilə xidmət göstərilən transaksiyanın miqdarı (daha dəqiq desək, ÜDM vahidinin miqdarı) kimi müəyyən edilir.
P. Samuelson ABŞ-ın statistik məlumatları əsasında pulun dövriyyə sürətinin dinamikasını tədqiq edərək aşağıdakı nəticəyə gəlmişdir: “Tarixən müşahidə olunur ki, uzun müddət ərzində V, yəni pulun dövriyyə sürəti real gəlirin artımı həddində bir qədər aşağı düşməklə azaldıcı amil kimi çıxış edir. Qısamüddətli dövri tərəddüdlər ziddiyətli xarakterə malikdir. Belə ki, istehsal və real gəlirlər artdıqca bir qayda olaraq, V də qısa müddət ərzində qalxır; istehsal azaldıqda isə V də enir”.
M. Fridmen öz tədqiqatlarında ABŞ üçün daha qəbul edilən pul kütləsinin artım templərinə pul dövriyyəsi sürətinin bir qədər aşağı salınması nöqteyi-nəzəri meylindən yanaşmışdır. Onun fikrincə, ABŞ və bəzi Qərbi Avropa ölkələri üçün pul kütləsinin orta illik artım tempi 4- 5% cuvarında götürülməlidir. İqtisadçı alim konkret olaraq ABŞ üçün real ÜDM artımını 3% və pul kütləsinin dövretmə sürətinin bir qədər azaldılmasını təklif etmişdir.
Qeyd etmək lazımdır ki, respublikamızda monetizasiya səviyyəsi (0,7%) İqtisadi təhlükəsizliyin beynəlxalq səviyyədə qəbul edilən astana kəmiyyətindən (50%) xeyli (43,3 faiz bəndi) geri qalır. Inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, pul kütləsinin ÜDM- ə nsibətinin müvafiq təhlükəsizlik indikatorundan xeyli aşağı olması İqtisadi
proseslərin gedişində xoşagəlməz halların formalaşması mənbəyi kimi çıxış edir.
2016-ci ildə isə pul gəlirləri 45395.1 mln man olmaqla 2015-ci illə (41744.8) Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata
keçirilmişdir ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır. Eyni zamanda xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (+4%) də 12 yanvar 2017-ci il tarixindən götürülmüşdür.
Bununla yanaşı, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin müəyyənləşdirilməsi mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin görulməsi, habelə, əhalinin mənzil şəraitini yaxşılaşdırmaq və sərbəst pul kütləsini daşınmaz əmlak bazarına yönəltmək məqsədilə ipoteka kreditinin yaradılması və inkişafı üzrə dövlət proqramının işlənib hazırlanması nəzərdə tutulmuşdur. Bundan əlavə, ölkədə həyata keçirilən alqı-satqı əməliyyatlarında, o cümlədən ticarət şəbəkələrində xarici valyutalarla hesablaşmaların qarşısını almaq məqsədilə hüquqi, inzibati və təşkilati tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi zərurəti əsaslandırılmışdır.
Beləliklə, yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ölkədə İqtisadi artım sürətinin dayanıqlı olmasını təmin etməyin əsası ÜDM- in pul kütləsinin həcminə uyğunluğunun tənzimlənməsindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, dövriyyədəki pul kütləsi həcminin dəyişməsinə ani müddətdə reaksiya verən qiymətlərin nəzarətsiz yüksəlişi şəraitində pulun dövretmə sürətinin nizamlanması tədbirləri yalnız qısamüddətli səmərə verə bilər. Yaddan çıxarmaq olmaz ki, İqtisadi artım yalnız tədiyəqabiliyyətli tələbin səviyyəsinin əmtəə təklifinə uyğunluğu şəraitində mümkündür. Əgər tələb davamlı olaraq təklifdən geri qalarsa, onda bizim son vaxtlar şahidi olduğumuz əmtəə təklifi də ixtisar olunacaqdır.
Odur ki, ölkədə pul kütləsinin tənzimlənməsi və dövlətin maliyyə-pul sisteminin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün pul tədavülünün normallaşdırılması, ölkədaxili qarşılıqlı ödəməmələrin “bağlanması”, mərkəzdə və yerlərdə səmərəli və dayanıqlı fəaliyyət göstərən kredit- hesablaşma bazasının yaradılması və İqtisadiyyatın monetizasiyası sahəsində tədbirlərin həyata keçirilməsi zəruridir.
Yüklə 320,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin