Ad: Nahid Soyad:Tağıyev Qrup:M203 Fənn:İqtisadiyyat Mövzu: Pul-kredit sistemi
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər qorunub saxlanılması məqsədi ilə istifadə edilir.
Monetarsiyasətlikvidlik tələsində effektsizdir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır.
Monetar siyasət (ing. Monetary policy) zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə idarə edilir və tənzimlənir. Monetar siyasətdən 19-cu ərslərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu
siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki, bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzibanka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətda bundan əvvəl Bretton Woods sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksəriyyət ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-da Federal EhtiyatlarSistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya EhtiyatBankı və Yaponiya Bankı) mövcüddur. Ümumilikdə bu qurumlar mərkəzibank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsində də məsuliyyətlidirlər.