Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir.
Genişləndiricifiskalsiyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir. Bu siyasət adətən böhran dövründə həyata keçirilir.
Daraldıcıfiskalsiyasət həyata keçirilirsə, dövlət gəlirlərinin yalnız bir hissəsi xərclərə yünəldilir. Qalan hissə isə dövlətin daxili və ya xarici borclarının ödənməsinə yönəldilir.
Lakin, bu təsnifat aldadıcı ola bilər. Çünki, bəzən vergi dərəcəsində və ya xərclərdə dəyişiklik edilmədiyi hallarda belə, iqtisadiyyatda biznes tsiklləri zamanı yaranan tərəddüdlər vergi gəlirlərinin və bəzi dövlət xərclərinin dəyişməsinə və büdcə kəsrinin yaranmasına səbəb ola bilər. Amma bu heç də siyasətdə dəyişiklik hesab olunmur. Buna görə də, yuxarıda qeyd etdiyimiz “dövlər gəlirləri” və “dövlət xərcləri” adətən “dövrü olaraq tənzimlənən dövlət gəlirləri” və “dövrü olaraq tənzimlənən dövlət xərcləri” adlandırılır. Nəticədə, məsələn, dövlət büdcəsi iqtisadi tsiklin böyük bir hissəsində balansdadırsa, bunu neytral fiskal siyasət hesab etmək olar.
Gəlirlərinformalaşmamənbələri: Dövlət xərcləri hərbi və polisdən tutmuş təhsil və səhiyyəyə kimi xidmətlərə eləcə də, əhalinin az gəlirli hissəsinə ödənən transfertlərə yönləndirilə bilər. Bu xərclər bir çox mənbədən maliyələşə bilər:
Vergilər;
Daxilivəxariciborclarınalınması;
Dövlət rəsmi ehtiyatlarının xərclənməsi;
Dövlətaktivlərininsatılması;
Senyoraj (ing. Seigniorage) (pul çapından əldə edilən gəlir);
Dövlət müəssisələrinin mənfəəti.
Müasirşəraitdəbanksistemininfəaliyyəti Bank sistemi dövründə bank və kredit müəssisələrinin, kredit bazarında peşəkarlıq səviyyəsində fəaliyyət göstərən təşkilatların məcmusu. Bank sistemi ümumİqtisadi prinsiplərin (iyerarxiklik, peşəkarlıq, universallıq) və bu ölkənin tarixinə, siyasi sisteminə, əhalinin mentalitetinə və s. xas olan xüsusi amillərin təsiri altında formalaşır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə bank sisteminin təşkili və formalaşmasının böyükbir tarixi vardır. Belə ki, pul tədavülünün xarakteri və pul-kredit siyasəti xeyli dərəcədə hər bir konkret ölkənin bank sisteminin institusional xüsusiyyətlərindən asılıdır ki, bu da öz növbəsində tarixi, coğrafi, milli, İqtisadi, siyasi və s. bu kimi amillər kompleksinin təsiri altında formalaşır və inkişaf edir.
Bank sistemi - ölkədə tarixən formalaşmış və qanunvericilik baxımından möhkəm ixtisaslaşdırılmış kredit müəssisələrinin fəaliyyətinin təşkili formasıdır. Bank sisteminin müasir modeli, bir qayda olaraq, ikili səviyyədən ibrətdir.
Bank sisteminin birinci səviyyəsi ölkənin Mərkəzi bankı ilə təmsil olunur. Bu emissiya bankı olmaqla dövlətin idarəetmə və İqtisadi siyasə-tinin xüsusi orqanı sayılır. Mərkəzi bank müstəqil sayılsa da dövlətin nəzarəti altında olan kredit təşkilatıdır. O, dövlətin pul-kredit siyasətinin həyata keçirilməsini və ölkənin bank sisteminin səmərəli fəaliyyətini təmin edir.
Qeyd etmək lazımdır ki, nə parlament, nə də maliyyə nazirliyi bank sisteminə aid edilməsələr də onun fəaliyyətinə müəyyən təsir göstərirlər. Banklar üzərində nəzarət idarəsi də bir qədər şərt daxilində bank sisteminə aid edilir. Məsələn, ABŞ- da bu, depozitlərin sığortası üzrə Federal korporasiya, Almaniyada banklara nəzarət üzrə Federal idarə, Fransada Milli Kredit şurası, Kredit müəssisələri və Bank komissiyası Komitəsi, Italiyada Kreditlər və əmanətlər nazirliklərarası komitədir.
Bazar İqtisadiyyatına keçidlə əlaqədar olaraq Azərbaycan dövlətinin İqtisadi siyasətinin prioritet istiqamətlərindən biri bazarın tələblərinə adekvat bank-kredit sisteminin formalaşdırılması olmuşdur. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən banklar bir və iki səviyyəli sistem şəklində təşkil oluna bilər.
Birsəviyyəli variant o vaxt real ola bilər ki, ya ölkədə Mərkəzi bank olmasın, ya da yalnız Mərkəzi bank olsun. Bu halda bank sistemi haqqında danışmaq olmaz.
Sivilizasiyalı bazar İqtisadiyyatının ünsürü kimi bank sistemi yalnız ikisəviyyəli - Milli Bank, kommersiya bankları ola bilər. Bu zaman Mərkəzi Bank ölkənin pul - kredit sisteminin başlıca həlqəsi kimi çıxış edir. Müasir dövlətin maliyyə sistemində Mərkəzi Bankın xüsusi yeri və rolu bazar münasibətlərinin inkişaf səviyyəsi və xarakteri ilə müəyyən olunur. Mərkəzi Bankın rolunun müəyyən edilməsi ikipilləli bank sisteminin formalaşdırılması üçün ilkin şərtdir.
Ikipilləli bank sisteminin yaradılması zəruriliyi bazar münasibətlərinin - ziddiyyətli xarakteri ilə şərtlənir. Bir tərəfdən, onlar azad sahibkarlığı və şəxsi maliyyə vəsaitlərinin istifadəsini tələb edir ki, bu da aşağı səviyyənin ünsürləri
- kommersiya bankları ilə təmin edilir. Digər tərəfdən, müəyyən tənzimləmə, nəzarət və
məqsədəmüvafiq təsir zəruridir ki, bu da Mərkəzi Bank şəklində xüsusi institut tələb edir. Pul - kredit münasibətlərinin tənzimlənməsini həyata keçirən Mərkəzi Bankın yaradılması azad sahibkarlığı saxlamaqla bazarın kortəbiliyinin qarşısını səmərəli şəkildə almağa imkan verir.
Qeyd etmək lazımdır ki, Milli Bankın sadalanan funksiyaları ölkənin bütün pul - kredit sisteminin və İqtisadiyyatın tənzimlənməsinə real zəmin yaradır. Belə ki, pul - kredit sisteminin tənzimlənməsi və bank nəzarəti Milli Bankın mühüm funksiyalarıdır. Bazar islahatlarının həyata keçirilməsinin ilk mərhələsində ölkənin Milli Bankının qarşısında həll edilməsindən islahatların uğuru daha çox asılı olan xüsusi vəzifələr dururdu. Bunlara birincisi, milli valyutaya inamın möhkəmləndirilməsi, ikincisi, antiinflasiya siyasətinin həyata keçirilməsi və milli valyutanın alıcılıq qabiliyyətinin təmin edilməsi aiddir. Bu məsələlərin real uğuru Milli Bankın antiinflyasiya siyasətinin ardıcıl həyata keçirilməsi imkanlarından, hazırlığından və qabiliyyətindən asılı idi. Bununla əlaqədar olaraq Milli Bankın müstəqilliyi, bankların restrukturizasiyası, onların ödəməqabliyyətliyinin bərpası və bazar şəraitində bank sisteminin tənzimlənməsi problemləri ön plana çıxır.
Qeyd etmək lazımdır ki, Milli Bank müstəqil olaraq pul-kredit siyasəti yeridən bir qurumdur. Bir çox dünya ölkələrində Milli Bank pul- kredit siyasətinin məqsədlərinin seçilməsi müstəqilliyindən məhrumdur və onlar hökumətlə birgə müəyyən edilir. Hökumətlə Milli Bankın məqsədləri
kredit siyasətinin istiqamətlərinin seçilməsi azadlığının olmaması arzu olunan nəticələrə gətirib çıxarmır.
Monetar siyasətin vasitələrinin seçilməsində Milli Bankın müstəqilliyinin səmərəli pul - kredit siyasətinin həyata keçirilməsi baxımından olduqca böyük əhəmiyyəti vardır. Mühüm problem faiz dərəcəsinin və kreditlərin səviyyəsi üzərində Milli Bankın tam nəzarətinin olmasından ibarətdir. Söhbət Milli Bankın hökuməti kreditləşdirilməsindən gedir. Faiz dərəcəsi və kreditlərin səviyyəsi üzərində Milli Bankın tam nəzarəti halında büdcə kəsirini maliyyələşdirmək üçün hökumətin pul emissiyasından istifadə ehtimalının minimum olduğunu hesab etmək olar və ondan borcların maliyyəşdirilməsi sahəsində ölçülüb-biçilmiş siyasət gözləmək olar. Bu vəziyyətdə Milli Bank pul tədavülünə tam nəzarət edir və milli valyutanın alıcılıq qabiliyyətinin saxlanmasına təminat verir.
Onu da qeyd edək ki, Milli Bankla hökumətin qarşılıqlı münasibətlərinin müxtəlif modelləri mövcuddur və onların hər birinin müəyyən üstünlüyü və nöqsanı vardır. Buna
baxmayaraq əsas məsələ ondan ibarətdir ki, Milli Bankın müstəqilliyi deklarativ xarakter daşımasın, ona pul-kredit sistemi üzərində nəzarəti real həyata keçirməyə və qəbul edilən qərarların məsuliyyətini daşımağa imkan versin.
Kommersiya bankları bank sisteminin ikinci səviyyəsini təşkil edir. Kom- mersiya bankları bank sisteminin əsas həlqəsidir. Müasir kommersiya bankları öz müştərilərinə (müəssisə və təşkilatlara, ev təsərrüfatlarına və s.) birbaşa xidmət göstərən banklardır. Bazar İqtisadiyyatı şəraitində kommersiya bankları İqtisadiyyatı pul resursları ilə etibarlı və vaxtında təmin etmək iqtidarında olmalıdır. Bu İqtisadi artımın mühüm şərtidir. Mülkiyyət formasından (dövlət, səhmdar, kooperativ) asılı olmayaraq onlar İqtisadiyyatın müstəqil subyektləridir. Müştərilərlə onların münasibəti kommersiya xarakteri daşıyır. Kommersiya banklarının fəaliyyətinin əsas məqsədi maksimum mənfəət əldə etməkdir.
Müvəqqəti sərbəst pul vəsaitlərini səfərbər etmək və onları kapitala çevir- mək funksiyasını yerinə yetirərək banklar depozit formasında əmanətləri və pul vəsaitlərini toplayır. Toplanmış əmanətlər müəssisələrə və sahibkarlara kredit vermək üçün bankların istifadə etdiyi borc kapitalına çevrilir. Borc alanlar vəsaitləri istehsalın genişləndirilməsinə, daşınmaz əmlakın və istehlak malla- rının alınmasına yönəldir. Son nəticədə bankların köməyi ilə əmanət kapitala çevrilir.
Müəssisə, dövlət və ev təsərrüfatlarının kreditləşdirilməsi funksiyasının mühüm İqtisadi əhəmiyyəti vardır. Bank kreditləri hesabına sənayenin, kənd təsərrüfatının, ticarətin, İqtisadiyyatın digər sektorlarının maliyyələşdirilməsi həyata keçirilir ki, bu da istehsalın genişlənməsi ilə nəticələnir. Kommersiya bankları istehlakçılara uzun müddət istifadə olunan mallar əldə etmək üçün borclar verir ki, bu da onların həyat səviyyəsinin yüksəldilməsinə səbəb olur. Bəzən gəlirlər dövlət xərclərini ödəmir və ona görə də banklar hökumətin maliyyə fəaliyyətini kreditləşdirir.
Bankların İqtisadiyyata təsiri çox yüksəkdir. Banklar kredit verərək İqtisadiyyata və onun inkişafına kömək edir. Lakin bazar İqtisadiyyatına keçid dövründə bankların İqtisadi davranışı düzxətli deyil, daha mürəkkəb forma kəsb edir.
Müasir dövrdə kommersiya bankları bütün tip müştərilərin maliyyə tələbatlarını təmin etmək üçün müxtəlif əməliyyatlar (depozit hesabların aparılması, müxtəlif kreditlərin verilməsi, qiymətli kağızların alqı-satqısı, etibarnamə üzrə əməliyyatları, qiymətlilərin saxlanması və s.) yerinə yetirir.
Bunların nəticəsində kommersiya bankları təkrar istehsal prosesinin praktiki olaraq bütün həlqələri ilə daimi və sıx əlaqədə olur.
Müasir şəraitdə bank xidmətlərinin çoxalması və yayılmasını, artan rəqabəti,
tənzimlənməni, maliyyələşdirmə məsrəflərinin artmasını, texnoloci təkmilləşməni və müasir elektron sistemlərin tətbiqinin genişlənməsini, bankların birləşməsini, böyüməsini və coğrafi genişlənməsini müasir bankların inkişaf meylləri kimi xarakterizə etmək olar.
Bank sisteminin ikinci səviyyəsi adətən aşağıdakı institutlardan ibarətdir:
Dövlət bankları-dövlətə məxsus (Mərkəzi Banka, hökumətə, regional hakimiyyətə məxsus) səhmdar kapitalın nəzarət paketinə malik kredit təşkilatlarıdır. Bu kredit institutları daha çox və ya daha az sərt dövlət nəzarəti altında bank fəaliyyətini həyata keçirir, lakin yüksək etibarlılıq zəmanətinə malikdirlər. Ona görə də yüksək inam səviyyəsi əldə edirlər. Bütün və ya demək olar ki, bütün bank əməliyyatlarını həyata keçirən kredit müəssisələridir. Kommersiya və investisiya fəaliyyətlərini əlaqələndirməklə onlar ixtisaslaşmış banklara nisbətən daha çox sabitdirlər. Bu cür banklar 100-dən 300-ə qədər əməliyyat növləri yerinə yetirirlər
Universal kommersiya bankları praktiki olaraq İqtisadiyyatın bütün sferaları ilə əlaqədardırlar.
Ixtisaslaşmış kommersiya bankları bir və ya bir neçə növdə bank fəaliyyətini həyata keçirirlər. Funksional, sahəvi, ərazi və texnoloci ixtisaslaşma fərqləndirilir. Bir sıra ölkələrdə son vaxtlara qədər universal banklar yox idi. Qanunvericiliklə bank ixtisaslaşması təsdiq edilən ölkələr sırasına ABŞ, Kanada və Yaponiyanı aid edirlər.
Ixtisaslaşmış banklar arasında invesitisiya bankları böyük əhəmiyyət kəsb edir ki, bunlar da qiymətli kağızların emissiyası və yerləşdirilməsinin təşkili funksiyalarını yerinə yetirirlər. Onlar öz resurslarını, öz qiymətli kağızlarını buraxmaq yolu ilə formalaşdırırlar. Investisiya bankları anderrayterlər rolunda çıxış edə bilirlər. Bunun üçün onlar firmanın qiymətli kağızlarının yerləşdirilməsinin tam və ya cüzi olmaqla müvafiq mükafata görə öz üzərlərinə götürürlər və müvafiq risklər daşıyırlar. Investisiya bankı firmalara və dövlətə kreditlər verə bilər, lakin əmanət qəbul etmirlər və hesablaşma-kredit əməliyyatları aparmırlar.
Əmanət bankları (ssuda-əmanət bankları)-əhalinin əmanətlərini toplayır və istehlak ehtiyaclarına ssuda verirlər. Bu cür banklar həm özəl, həm də dövlət bankları olurlar. Əmanət banklarının bu forması Almaniya və Fransa əmanət kassaları şəklində son dərəcə inkişaf etmişdir. Bu banklar başlıca olaraq orta siniflə və yerli əhaliyə kredit verməklə aztəminatlı əhali ilə işləyirlər.
Ipoteka bankları-daşınmaz əmlak girovu altında kreditlərin, daha doğrusu, ipoteka kreditlərinin verilməsində ixtisaslaşırlar. Bu bankların resurslarının formalaşması uzunmüddətli qiymətli kağızların-ipoteka müqaviləsinə görə qoyulmuş daşınmaz əmlak
təminatlı girov vərəqələrinin buraxılışı vasitəsilə baş verir. Girov vərəqələri öz sinfinə görə kapital bazarının təsbit olunmuş faizinə malik qiymətli kağızlara aid edilirlər. Həmin kifayət dərəcədə qiymətli kağızlar qiymətli kağızların təkrar bazarında satılır, yəni onları istənilən almaq və satmaq olar. Ipoteka bankları dövlətin himayəsi və köməyi şəraitində fəaliyyət göstərirlər ki, bu da kredit risklərini xeyli aşağı salır.
Innovasiya bankları-elmi tədqiqatla bağlı uzunmüddətli proqramları kreditləşdirir. Bu zaman bank ekspertləri innovasiya layihəsinin perspektivliyini və bunun əsasında ssudanın həcmini, verilmə şərtlərini və qaytarılma müddətini müəyyən edirlər.
Innovasiya banklarının əsas tipi vençur bankları sayılır ki, bunlar da xüsusilə də riskli elmi-texniki layihələrin kreditləşməsi üçün yaradılır. Vençur bankının kreditlə resursları xeyli dərəcədə dövlətin hesabına (xüsusilə ABŞ-da) və firma və fərdi şəxslərin sponsor köməyi ilə (Yaponiya üçün xarakterikdir) formalaşır.
Sahəvi ixtisaslaşmış banklar-İqtisadiyyatın müəyyən sahə və sferalarının inkişafını stimullaşdırmaq məqsədilə formalaşır. Bu banklar əsasən mənzil tikintisi, aqrar sektor, kiçik və orta biznes, xarici ticarət, xarici investisiyalar üçün kreditlər verirlər. Onlar da, bir qayda olaraq, hərdən kifayət qədər xeyli kömək almaqla dövlətin himayəsi altında fəaliyyət göstərirlər.
Bank olmayan kredit təşkilatları (BOKT) və ya bank tipli kredit müəssisələri bir sıra xüsusiyyətlərə malikdirlər. Həmin kredit müəssisələri məcmu bank əlamətlərinin tərkibində tam kompleksdə olmasa da bir və ya bir neçə bank əlamətlərini həyata keçirən kredit müəssisələridir. BOKT təşkilatlanmanın xüsusi forması ilə səciyyələnir, yəni o, bir qayda olaraq, kooperativ başlanğıca (həm pay iştirakı ilə, həm də pay haqqı olmadan) əsaslanır. Payçılar sırasına konkret yerin sakinləri, şəhər, müəssisə, bir-birini şəxsən tanıyan insanlar daxildir.
Dinamiklik əlamətinə malik olmaqla yanaşı, bank həm də qapalı sistemdir. Belə ki, o öz fəaliyyətinin bir çox cəhətləri haqqında sirləri qoruyub saxlayır və qanunvericiliklə nəzərdə tutulan hallardan başqa heç cür onların yayılmasına imkan vermir.
Bank sistemi özünütənzimləyən bir sistem olmaqla ölkədə qeyri-stabillik və İqtisadi böhran hallarında istehsala uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır.
Ölkədə İqtisadi sabitlik formalaşan kimi banklar yenidən risklərin azalmasını hiss edərək topladığı faizlər hesabına mənfəət əldə edir.
Azərbaycan Respublikasının müasir bank sistemi keçid dövrü sistemidir. Bu sistem bazar modeli şəklində təzahür edərək iki pilləyə ayrılmışdır. Birinci pilləyə ölkədə emissiya, yəni pulun dövriyyəyə buraxılması, manatın sabitliyini təmin etmək, onun
alıcılıq qabiliyyətini və məzənnəsini tənzimləmək, kommersiya banklarının fəaliyyətinə nəzarət etmək və s. vəzifələrini yerinə yetirən Milli Bank daxildir. Ikinci pilləyə müəssisələrə, şirkətlərə və ev təsərrüfatlarına müxtəlif növ xidmətlər - kreditləşmə, hesablaşma, kassa, valyuta və s. əməliyyatları göstərən çoxsaylı müxtəlif formalı banklar daxildir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanda çoxlu sayda kommersiya bankları yaranmış, onların sayı 1993-cü ildə 171, 1994-cü ildə 211, 1995-ci ildə 240, 1996-cı ildə 180 olmuşdur. Bu banklar iri kapitala malik olmadıqlarından İqtisadi həyatda əhəmiyyətli rol oynaya bilməmişlər. Onların çoxu həm rəqabət, həm də nizamnamə kapitalını lazımi səviyyədə toplaya bilmədikləri və digər səbəblərdən sıradan çıxmış, 2016-cı ilin əvvəlinə onların sayı 34-ə enmişdir. Bazar İqtisadiyyatında əhalinin hər 100000 nəfərinə 10-50 bankın düşməsi normal səviyyə hesab edilir.
Azərbaycanın bank sistemi keçid dövrünü yaşayır. Bu sistemdə eyni zamanda həm institusional siyasət, həm də onun özünün transformasiyası həyata keçirilir. Hal- hazırda sistemin fəaliyyətində bazar əlamətləri görünsə də, o, hələ tam inkişaf etməmişdir. Perspektivdə bank sisteminin ünsürləri və onların qarşılıqlı əlaqəsi tam şəkildə bazar İqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır.
Belə bir məsələni vurğulamaq lazımdır ki, Bank sistemi keyfiyyət baxımından qiymətləndirilərkəntəkcə onun nə
səviyyədə kapitala malik
olması deyil, onun istehsala sərmayə qoyuluşu, göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət səviyyəsi və eləcə də İqtisadi proseslərə təsir dərəcəsi nəzərə alınmalıdır.