-cu ildəQacarların qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəliləyib Qarğabazarı adlı yerdə və Mehridə möhkəmlənsələr də Süngü döyüşündə məğlub olaraq Qarabağdan çəkilməyə məcbur oldular
1810-cu ildəQacarların qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəliləyib Qarğabazarı adlı yerdə və Mehridə möhkəmlənsələr də Süngü döyüşündə məğlub olaraq Qarabağdan çəkilməyə məcbur oldular.
1812-ci ilin əvvəllərində Qacarların Sultanbud döyüşündə qələbə qazanması qacar əsgərlərinin döyüş ruhunu yüksəltdi.
Gülüstan sülhünün bağlanması
1812-ci il dekabrın 21-də ruslar Lənkaran qalasını mühasirəyə aldı. 1812-ci il dekabrın 31-də həlledici hücuma başlayan ruslar 1813-cu il yanvarın 1-də Lənkaranı işğal etti. Aslandüz və Lənkaran qələbələri müharibənin taleyini həll etti.
Lənkaranın işğalından sonra sülh danışıqları yenidən bərpa olundu. İrandakı ingilis səfiri ser Qor Ousli Rusiya və Qacarlar arasındaki müharibənin dayandırılması zəruri olması haqqında Londondan göstəriş aldı.
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Qacarlar dövləti ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Müqaviləni Qacarlar nümayəndə heyyətinin başçısı Mirzə Əbülhəsən və Rusiyanın Qafqazda hərbi və mülki işlər üzrə canişini general Rtışşev imzaladılar.
Gülüstan müqaviləsinin şərtləri (11 maddə və Separat aktdan ibarət idi):
Gülüstan müqaviləsinin şərtləri (11 maddə və Separat aktdan ibarət idi):
Qacarlar Gəncə, Qarabağ, Şəki, Şamaxı (Şirvan), Quba, Bakı, Dərbənd və Lənkaran (Talış) xanlıqlarının, Şərqi Gürcüstanın, Dağıstanın Rusiya tərəfindən işğalını və Rusiya hakimiyyəti altına keçməsini qəbul etdi.
İrəvan və Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qaldı.
Yalnız Rusiyaya Xəzər dənizində donamma saxlamaq hüququ verildi. Qacarlar isə Rusiyanın Xəzər dənizində hərbi donamma saxlamaq hüququnu tanıdı.
Qacarlar dövlətinin ərazisində rus tacirləri daxili gömrük rüsumu ödəməkdən azad olundu.