Fətəli şah Qacar Cavad xanı müdafiə etməkdə ləngiməsi ilə böyük səhfə yol verdiyini yalnız Gəncə xanlığının işğalından sonra anladı. Bununla barışmaq istəməyən Fətəli şah 1804-cü ilin mayında Çar Rusiyasına Cənubi Qafqazda işğal etdikləri ərazilərdən çıxmagı tələb edən ultimatum göndərsə də rədd cavabı aldığı üçün 1804-cü il iyulun 10-da Rusiya ilə diplomatik münasibətləri kəsərək ona müharibə elan etti.

Beləliklə 1804-cü ilin iyulunda I Rusiya-Qacarlar müharibəsi (1804-1813) başladı. Müharibə başlayan zaman Qacarlar qoşununa şəhzadə Abbas Mirzə, rus qoşununa isə Sisianov başçılıq edirdi.
Car-Balakən və Gəncədən sonra esas hədəf strateji əhəmiyyətli İrəvan xanlığı idi. Qalanın müdafiəsinə İrəvan xanı Məhəmməd Hüseyn xan Qacar başçılıq edirdi. Gümrüdə möhkəmlənən rus qoşunları iyulun 2-də oradan Üçkilsəyə (Üçmüəzzin) doğru hərəkət etti.
1804-cü il iyulunda 5 gündən artıq davam edən Üçkilsə döyüşündə: İlk vaxtlar rus qoşunları üstünlük qazandılar. Lakin sonra ruslar xeyli itki verərək geri çəkildilər.
Sisianovun başçılıq ettiyi rus qoşunları Zəngi çayı uzərində yerləşən Qəmərli kəndini ələ keçirməyə can atırdı.
1804-cü ilin iyulunda Qəmərli döyüşündə İrəvan xanı və koməyə gəlmiş Abbas Mirzənin qoşunu rusları məğlub etti. Sisianov iki dəfə məktubla İrəvan xanına müraciət edərək məsələni diplomatik yolla həll etməyə çalışırdı. Amma Məhəmməd xan qalanın müdafiəsinə tam arxayın olduğuna gorə və havanın getdikcə soyuduğunu nəzərə alaraq Sisianovun təklifini qəbul etmədi.
Sisianov sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi barədə əmr verdi.Beləliklə, İrəvanın birinci mühasirəsi Rusiya üçün uğursuzluqla nəticələndi.