BƏHANƏLƏRİNDƏN QURTUL Kİ
RİYAZİYYATDA ZİRVƏ ET
“Bir riyaziyyatçı təxmin etməz ama bilər, inandırmağa
çalışmaz çünki isbat edər.”
Henri Poincare
Bəzi şagirdlərin Riyaziyyat imtahanına girməzdən əvvəl uğursuz olma səbəbləri əvvəlcədən
bəllidir. Bəzi şagirdlərin sınaq imtahanlarında Riyaziyyatdan topladıqları balın az olmasının
səbəbləri imtahandan əvvəl bəllidir. Bəzi şagirdlərin Riyaziyyat müəllimini görmədən, heç
Riyaziyyat fənni ilə məşğul olmadan az bal yığmaqlarının səbəbi bəllidir. Bəli, belə şagirdlərə
“bəhanə ustası şagird” deyilir.
Bəhanə ustası şagirdlər dərslə məşğul olmazlar, çünki məşğul olmamalarının səbəbi bəllidir.
Çalışsalar da alınmaz.
Bəhanə ustası şagirdlər sınaq imtahanlarında Riyaziyyat suallarına baxmazlar yaxud baxsalar
da, həll etməyə cəsarət etməzlər. Çünki səbəbi bəllidir. Nə qədər çalışsalar da, həll edə
bilməzlər.
Bəhanə ustası şagirdlər heç vaxt düstur öyrənmirlər. Çünki öyrənsələr də anlamazlar.
Bəhanə ustası şagirdlər məktəb həyatı bitdikdə ən çox “kaş ki” sözünü istifadə edirlər. “Kaş
Riyaziyyat fənninə daha çox çalışardım”, “Kaş daha çox məsələ həll edərdim”, “Kaş daha
müntəzəm çalışardım”, “Kaş kitabdakı üsulları istifadə edərdim”... Və beləliklə kaşki’lər
çoxalaraq davam edər.
Kiçik bir məktəbdə şagirdləri 4 sinifə ayırmışlar.
Birinci sinifdə “bəli amma” şagirdləri təhsil alırmış. Bu şagirdlər Riyaziyyatda uğurlu olmaq
üçün nə etmək lazım olduğunu bildiklərini düşünürlərmiş. Amma işi tətbiq etməyə gəldikdə isə
“bəli amma” deyə başlayan cümlələr qurarlarmış. Uğursuz olduqları zaman isə günah
başqalarındadır.
İkinci sinifdə “edəcəyəm” şagirdləri təhsil alırmış. Bu şagirdlər uğurlu olmaq üçün nə
edəcəklərini bilirlərmiş və bunu etmək üçün tam başlayacaqları anda vaz keçərlərmiş. Bu
şagirdlərin dizləri döyülməkdən yara içindəymiş. Döyən isə ana-ataları deyil, özləri imiş. Çünki
verdikləri qərarları həmişə təxirə salarlarmış.
Üçüncü sinifdəki şagirdlər isə həmişə “kaş” deyənlərdir. Bu şagirdlər nəyi necə və nə zaman
edəcəklərini bilirlərmiş. Amma iş-işdən keçdikdən sonra bunun fərqinə vararlarmış. Məsələn,
Riyaziyyat imtahanı olub bitdiyində və az bal topladıqlarında bu sinifdəki bütün şagirdlər “kaş
çalışardım” kimi cümlələr qurarlarmış. “Kaş” deyənləri başlarındakı şişlərdən tanıya bilərsiniz
çünki onlar başlarını həmişə divara vururlar.
Dördüncü sinifdəki şagirdlərin hamsının dərsləri çox yaxşı imiş. Sınaq imatahanlarında ən
yüksək balı toplayan, məktəb birincilərinin olduğu sinif imiş. Bu sinifdə “yaxşı ki, etdim”
şagirdləri təhsil alırmış.
Bir gün məktəbdə, “məktəb üzrə Riyaziyyat sınaq imtahanı” təşkil edilir. Nəticələr açıqlanır və
hər sinif nəticələrə fərqli reaksiya verir.
Birinci sinif: “Bəli amma hazırlanmaq üçün vaxt az idi.”
İkinci sinif: “Digər sınaqda daha çox çalışıb etməyimiz lazım olanı edəcəyik.”
Üçüncü sinif: “Kaş daha müntəzəm və sistemli çalışsaydıq.”
Dördüncü sinif: “Müntəzəm, planlı və qorxmadan çalışaraq etməm lazım olanı yaxşı ki, etdim.”
Hansı sinifdə oxumaq istəyirsənsə, o sinifin qapılarını arala və içəri gir. Necə mi?
Tələsmə, Hər şeyin bir çarəsi vardır. Bəhanələrdən qurtulmanın da çarəsi vardır. Bəli, özgüvəni