Adətən /h/ samitinin auslautda gələ bilməməsini onun per­sep­tiv cəhətdən zəif olması ilə izah edirlər. Deməli, auslaut (koda-he­ca sonu samitlər) çox zəif eşidilən mövqe olduğundan zəif udlaq samiti bu mövqedə işlənmir



Yüklə 20 Kb.
səhifə2/2
tarix15.06.2022
ölçüsü20 Kb.
#61507
1   2
adu heca

ambisillabik adlandırırlar. Çünki /n/ ikinci hecaya aid edilsə, onda bu /'z) -/nə/ kimi bölünməlidir. /n/-dan əvvəl heca sərhədi olarsa, onda birinci hecada sait uzun deyil­məlidir. Qeyd edək ki, müasir linqvistik şərhlərdə, məs., N.Xomski­nin və M.Hallenin təsvirlərində, ümumiyyətlə, hecadan danışılmır, onlar ancaq fonem ardıcıllığından söhbət açırlar.12


Hecanın varlığı bu amillərlə sübut oluna bilər:
1. Heca sahə kimi. Bəzi fonoloji fenomenlər hecanı sahə kimi dəyərləndirməyə əsas verir.
2. Fonemlərin əlamətləri hecada daha aydın və qabarıq üzə çı­xır. Məs., alman dilində kar, kipləşən-partlayışlı samitlər vurğulu sait­lərdən əvvəl nəfəsli tələffüz olunurlar. Müq. et: /ph anə/ (tava) və s.
3. Bəzi fonem ardıcıllığı hecanın əvvəli və sonu baxımından daha yaxşı izah olunur. Məs., Azərbaycan türkcəsində /nt/ hecanın əvvəlində gələ bilmir. Ancaq hecanın sonunda bu fonem ardıcıllı­ğının işlənməsi mümkündür. Müq. et: /kənt/, /gənt/ və s.
4. Bəzən hecalarda əvvəlinci və sonuncu samit dəyişir və bununla da kvaziomonimlər (paraonimlər - F.V.) yaranır. Məs., /l'ək'/# /k'əl/, /da/ # /ba/ və s. Fonemlər hecalarda müəyyən yer tutur. Məs., Azərbaycan dilində /p/, /t/, /l/ samitlərilə düzələn söz­lərə nəzər yetirək. Yalnız /pəlt/ (ək), /pilt/(ə), /palt/(o), sözlərin­də bu samitlərin üçünə bir yerdə təsadüf olunur.
Göründüyü kimi, fonemlərin hecalarda işlənməsində müəy­yən qayda mövcuddur.
O.Yespersen (1860-1943) dildəki fonemləri sonorluq dərə­cə­sinə görə belə düzürdü:
az sonorludan (1) çox sonorluya (10) doğru:
1. /p/,t/,/k/- kar, kipləşən -partlayışlı samitlər
2. /f/,/s/, /j/, /y/, /x/, /pf/, /t/ - kar, novlu samitlər
3. /b/,/d/,/g/-cingiltili, kipləşən-partlayışlı samitlər.
4. /v/,/z/,/j/ -cıngiltili, novlu samitlər.
5. /m/,/n/,//-kipləşən-partlayışlı sonorlar
6. /l/-dilyanı süzülən sonor
7. /R/(r) -dilçək və ya dilönü titrək samit
8. /i:/,/ı/,/y:/,/Y/-ön sıra saitləri.
9. /o/,/ö/,/e:/, /ə/- orta sıra saitləri.
10. /u/, /u/, /o/, /a/- arxa sıra saitləri.13
Hər hecada bir sonorluq zirvəsi olur. Ondan əvvəl və sonra isə təd­ricən azalan sonorlu seqmentlər gəlir. Məs., /kəl/, /bərk/, /alt/, /sol/ və s. sözlərində /ə/, /a/ və /o/ hecanın zirvəsini təşkil edirlər. Bu saitlərin əhatəsində gələn samitlər isə az sonorlu səslər kimi işlənir.
Bəzi dillərdə saitlərlə yanaşı /l/,/m/,/n/,/r/ sonorları da heca nüvəsi yarada bilirlər. Məs., çex dilində /vl.k/ (canavar), alm. di­lin­də /li:bm./ (sevmək) və s. Azərbaycan türkcəsində isə heca nü­vəsini an­caq saitlər düzəldə bilir. Bu dildə saitlərin daşıdığı in­for­masiya yü­kü daha çoxdur.
Bəzən fonemlər güzgüdəki əks kimi işlənə bilirlər. Məs., /kəl/-/lək/, /kələm/-/mələk'/, alm.d./ kra:m/ (xırdavat)-/mark/ (pul vahidi) və s.
Dünyada elə dillər var ki, onlarda bütün fonemlər heca zirvəsi yarada bilirlər. Məs. taşlhiyit-berber dilində. Müq. et:/ «tldi»-/tdl/(çəkmək), /«trba»- /tRb/ (belində daşımaq) və s.14
Heca strukturu əyani olaraq belə göstərilə bilər:






heca




əvvəli


ritmik zirvə


son


Hər bir heca mütləq heca zirvəsinə malik olmalıdır. Dünya dil­lərində açıq hecalar daha çox yayılıb. Bunu bir növ universal he­sab etmək olar. Örtülü olmayan heca ikinci yerdə gəlir. Sonra sonu iki və daha artıq samitlə bitən hecalar gəlir. Birinci heca tipini əla­mət­siz (nişansız), ikincini isə əlamətli (nişanlı) kimi müəyyən­ləş­di­rir­lər.
Dil fonemləri kontrastda olmalıdırlar, onlar fərqlənərək fərq­lən­dirsinlər. Nunqqubuyu, hayola, totonak, yaqaru, qrenland dillə­rin­də /i/,/u/, /a/ saitləri var, alabama, amuşa dillərində /e/,/o/,/a/ sait­lə­ri , shilha dilində isə /i/, /u/, /əe/ saitləri vardır. Ancaq heç bir dil­də /i, e, / və ya /u, o, ə/ üçlüklərindən ibarət fonem sistemi yox­dur. Belə dillər olsaydı, fonemləri akustik cəhətdən fərqləndirmək qeyri-müm­kün olardı.15 Mandarin (Çində) və tay dillərində müxtəlif heca­la­rın məhdud sayı vardır, özü də bu dillərdə sözlərin əksəriyyəti bir­he­calıdır. Ona görə burada omofoniya geniş yayılıb. Deməli, bu dil­lər­də sözlərin fərqlənməsi təkcə fonemlərlə deyil, həm də kon­trast ya­radan tonlarla həyata keçir. Kontrastın nəzərə çatdırılması bir tə­rəf­dən bəzi strukturların başqalarına nisbətən daha tez-tez işlən­mə­si­lə izah olunur. Burada artikulyator baxımdan asan başa gəlmə mə­sə­ləsini də nəzərə almaq lazımdır. Az artikulyator gərginlik tələb edən seqmentləri öyrənmək daha da asan olur.
Aşağıdakı ümumiləşməlar maraqlıdır:
1) Bütün dillərdə açıq hecalar var (/KV/), ancaq heç də bü­tün dillərdə qapalı hecalar mövcud deyildir; 2) Bütün dillərdə örtülü heca var (/KV/), ancaq heç də bütün dillərdə /KKV/ struk­turlu heca yoxdur; 3) Bütün dillərdə VKK-nin VKV-yə çevrilməsi var, ancaq VKK-yə çevrilməsi yoxdur, çünki bu zaman morfem sərhədi yara­nır. 4) Vurğu güclü, yəni uzun saitli hecaya meyillidir. Ancaq o, açıq hecaya az meyillidir; 5) Bütün dillərdə kar küylü samitlər var, ancaq heç də bütün dillərdə cingiltili-küylü samitlər olmur; 6) /i/ və /e/ saitləri daha yüksək işlənmə tezliyinə malikdirlər, nəinki /ö/ və /ü/; 7) Ağız saitləri burun saitlərindən daha yüksək işlənmə tezliyinə malikdirlər.
Bu cür universalilər dillərin tipoloji bölgüsü üçün çox maraqlı və dəqiq material verir.
8.14. Fəslin ədəbiyyatı və qeydlər
Yüklə 20 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin