ambisillabik adlandırırlar. Çünki /n/ ikinci hecaya aid edilsə, onda bu /'z) -/nə/ kimi bölünməlidir. /n/-dan əvvəl heca sərhədi olarsa, onda birinci hecada sait uzun deyilməlidir. Qeyd edək ki, müasir linqvistik şərhlərdə, məs., N.Xomskinin və M.Hallenin təsvirlərində, ümumiyyətlə, hecadan danışılmır, onlar ancaq fonem ardıcıllığından söhbət açırlar.12
Hecanın varlığı bu amillərlə sübut oluna bilər:
1. Heca sahə kimi. Bəzi fonoloji fenomenlər hecanı sahə kimi dəyərləndirməyə əsas verir.
2. Fonemlərin əlamətləri hecada daha aydın və qabarıq üzə çıxır. Məs., alman dilində kar, kipləşən-partlayışlı samitlər vurğulu saitlərdən əvvəl nəfəsli tələffüz olunurlar. Müq. et: /ph anə/ (tava) və s.
3. Bəzi fonem ardıcıllığı hecanın əvvəli və sonu baxımından daha yaxşı izah olunur. Məs., Azərbaycan türkcəsində /nt/ hecanın əvvəlində gələ bilmir. Ancaq hecanın sonunda bu fonem ardıcıllığının işlənməsi mümkündür. Müq. et: /kənt/, /gənt/ və s.
4. Bəzən hecalarda əvvəlinci və sonuncu samit dəyişir və bununla da kvaziomonimlər (paraonimlər - F.V.) yaranır. Məs., /l'ək'/# /k'əl/, /da/ # /ba/ və s. Fonemlər hecalarda müəyyən yer tutur. Məs., Azərbaycan dilində /p/, /t/, /l/ samitlərilə düzələn sözlərə nəzər yetirək. Yalnız /pəlt/ (ək), /pilt/(ə), /palt/(o), sözlərində bu samitlərin üçünə bir yerdə təsadüf olunur.
Göründüyü kimi, fonemlərin hecalarda işlənməsində müəyyən qayda mövcuddur.
O.Yespersen (1860-1943) dildəki fonemləri sonorluq dərəcəsinə görə belə düzürdü:
az sonorludan (1) çox sonorluya (10) doğru:
1. /p/,t/,/k/- kar, kipləşən -partlayışlı samitlər
2. /f/,/s/, /j/, /y/, /x/, /pf/, /t/ - kar, novlu samitlər
3. /b/,/d/,/g/-cingiltili, kipləşən-partlayışlı samitlər.
4. /v/,/z/,/j/ -cıngiltili, novlu samitlər.
5. /m/,/n/,//-kipləşən-partlayışlı sonorlar
6. /l/-dilyanı süzülən sonor
7. /R/(r) -dilçək və ya dilönü titrək samit
8. /i:/,/ı/,/y:/,/Y/-ön sıra saitləri.
9. /o/,/ö/,/e:/, /ə/- orta sıra saitləri.
10. /u/, /u/, /o/, /a/- arxa sıra saitləri.13
Hər hecada bir sonorluq zirvəsi olur. Ondan əvvəl və sonra isə tədricən azalan sonorlu seqmentlər gəlir. Məs., /kəl/, /bərk/, /alt/, /sol/ və s. sözlərində /ə/, /a/ və /o/ hecanın zirvəsini təşkil edirlər. Bu saitlərin əhatəsində gələn samitlər isə az sonorlu səslər kimi işlənir.
Bəzi dillərdə saitlərlə yanaşı /l/,/m/,/n/,/r/ sonorları da heca nüvəsi yarada bilirlər. Məs., çex dilində /vl.k/ (canavar), alm. dilində /li:bm./ (sevmək) və s. Azərbaycan türkcəsində isə heca nüvəsini ancaq saitlər düzəldə bilir. Bu dildə saitlərin daşıdığı informasiya yükü daha çoxdur.
Bəzən fonemlər güzgüdəki əks kimi işlənə bilirlər. Məs., /kəl/-/lək/, /kələm/-/mələk'/, alm.d./ kra:m/ (xırdavat)-/mark/ (pul vahidi) və s.
Dünyada elə dillər var ki, onlarda bütün fonemlər heca zirvəsi yarada bilirlər. Məs. taşlhiyit-berber dilində. Müq. et:/ «tldi»-/tdl/(çəkmək), /«trba»- /tRb/ (belində daşımaq) və s.14
Heca strukturu əyani olaraq belə göstərilə bilər:
|
heca
|
|
əvvəli
|
ritmik zirvə
▲
|
son
|
Hər bir heca mütləq heca zirvəsinə malik olmalıdır. Dünya dillərində açıq hecalar daha çox yayılıb. Bunu bir növ universal hesab etmək olar. Örtülü olmayan heca ikinci yerdə gəlir. Sonra sonu iki və daha artıq samitlə bitən hecalar gəlir. Birinci heca tipini əlamətsiz (nişansız), ikincini isə əlamətli (nişanlı) kimi müəyyənləşdirirlər.
Dil fonemləri kontrastda olmalıdırlar, onlar fərqlənərək fərqləndirsinlər. Nunqqubuyu, hayola, totonak, yaqaru, qrenland dillərində /i/,/u/, /a/ saitləri var, alabama, amuşa dillərində /e/,/o/,/a/ saitləri , shilha dilində isə /i/, /u/, /əe/ saitləri vardır. Ancaq heç bir dildə /i, e, / və ya /u, o, ə/ üçlüklərindən ibarət fonem sistemi yoxdur. Belə dillər olsaydı, fonemləri akustik cəhətdən fərqləndirmək qeyri-mümkün olardı.15 Mandarin (Çində) və tay dillərində müxtəlif hecaların məhdud sayı vardır, özü də bu dillərdə sözlərin əksəriyyəti birhecalıdır. Ona görə burada omofoniya geniş yayılıb. Deməli, bu dillərdə sözlərin fərqlənməsi təkcə fonemlərlə deyil, həm də kontrast yaradan tonlarla həyata keçir. Kontrastın nəzərə çatdırılması bir tərəfdən bəzi strukturların başqalarına nisbətən daha tez-tez işlənməsilə izah olunur. Burada artikulyator baxımdan asan başa gəlmə məsələsini də nəzərə almaq lazımdır. Az artikulyator gərginlik tələb edən seqmentləri öyrənmək daha da asan olur.
Aşağıdakı ümumiləşməlar maraqlıdır:
1) Bütün dillərdə açıq hecalar var (/KV/), ancaq heç də bütün dillərdə qapalı hecalar mövcud deyildir; 2) Bütün dillərdə örtülü heca var (/KV/), ancaq heç də bütün dillərdə /KKV/ strukturlu heca yoxdur; 3) Bütün dillərdə VKK-nin VKV-yə çevrilməsi var, ancaq VKK-yə çevrilməsi yoxdur, çünki bu zaman morfem sərhədi yaranır. 4) Vurğu güclü, yəni uzun saitli hecaya meyillidir. Ancaq o, açıq hecaya az meyillidir; 5) Bütün dillərdə kar küylü samitlər var, ancaq heç də bütün dillərdə cingiltili-küylü samitlər olmur; 6) /i/ və /e/ saitləri daha yüksək işlənmə tezliyinə malikdirlər, nəinki /ö/ və /ü/; 7) Ağız saitləri burun saitlərindən daha yüksək işlənmə tezliyinə malikdirlər.
Bu cür universalilər dillərin tipoloji bölgüsü üçün çox maraqlı və dəqiq material verir.
8.14. Fəslin ədəbiyyatı və qeydlər
Dostları ilə paylaş: |