ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   10   11   12   13   14   15   16   17   18

SƏNƏT  [alm.  Kunst;  fr.=ing.  Art;  lat.  Ars;  ər.   ٌٍف]  -  yun. 
Tekhne ilə eyni mənalı yunan dilində tekhne kəlməsi, məqsədi bir 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
171 
şey  ortaya  qoyma  olan,  yaratma  olan,  doğru  bir  plana  görə 
istiqamətləndirilmiş  bir  davranış  məqsədinə  gəlir.  Sənətin  əsas 
növləri: memarlıq, rəsm, plastik sənətlər, musiqi, söz-yazı sənəti, 
teatr, kino və s.  
SƏNƏT  fəlsəfəsi  [alm.  Kunstphilosophie;  fr.  Philosophie 
del`art;  ing.  Philosophy  of  art;  osm.  tr.  felsefe-i  sanat]  –  sənəti, 
sənət incilərini və mənasını fəlsəfi yöndən problem kimi qarşısına 
qoyan fəlsəfi təlim. Estetikadan fərqi odur ki, sənət fəlsəfəsi daha 
geniş miqyaslıdır.  
SƏBƏBĠYYƏT [ər. خٍججش] –biri [səbəb] digərinin [nəticə və ya 
təsir]  şərti  olan  hadisələrin  zəruri  genetik  əlaqəsini  ifadə  edən 
fəlsəfi kateqoriya. 
SKEPTĠSĠZM  [alm.  Skeptizismus;  fr.  Scepticisme;  ing. 
Scepticism;  yun.  Skeptesthal  –  gözləmək,  incələmək;  osm.  tr. 
hisbaniye,  reybiye;  ər.  خ
ٍّجٌس]  –  dəqiq  bir  vəziyyətdə  olmamaq, 
qərar verməmək, qərarsız davranmaq.  
SKOLASTĠK  [scolastique]:  Birsifət  olaraq,  xüsusilə  ruhani 
məktəblərində və Avropa universitetlərində təxminən XIII-XVII – 
illər arası oxunan xristian fəlsəfəsinə verilən ad. 
SPEKÜLATĠF  [speculatif]  –  Nəzəri  olan:  Təcrübə  edilməsi 
mümkün olmayan şeylərlə əlaqəli olan. 
SOFĠZM  [sophisme]  –  Mugalata,  safsatacılık:  Başqalarını 
aldatmaq ucun irəli sürülən, ilk baxışda doğru, lakin əslındə doğru 
olmayan dəlil və ağıl iddiasıdır. 
SPĠRĠTÜALĠZM  [spiritualisme]  –  Ruhçuluq  -  Tinselcilik: 
İnsanda  onun  orqanik  quruluşundan  ayrı  mənəvi  bir  prinsipin 
yəni,  ruhun  öz-özünə  bir  gərçək  olduğunu,  maddəyə  icra  edil-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
172 
məyəcəyini,  əksinə  onun  maddəyə  hakim  olduğunu  qəbul  edən 
doktrina.  
SUFLĠ  ərz  [ər.  ٍهفع]  –  yerə  Aydan  fərqli  olaraq  sufli,  yəni 
aşağı olan, alçaq. 
SUFLĠ aləm – Ay altı aləmdir. Ruhani varlıqlara görə aparılan 
bu  bölgüyə  görə,  ay  altı  aləm  maddi  varlıqların  yaşadıqları  mə-
kandır.  Ay  üstü  aləm  isə  ruhani  və  mələki  varlıqların  olduğu 
məkandır.  
SƏBƏBĠYYƏT [ər. خٍججش] –biri [səbəb] digərinin [nəticə və ya 
təsir]  şərti  olan  hadisələrin  zəruri  genetik  əlaqəsiniifadə  edən 
fəlsəfi kateqoriya. 
SĠVĠLĠZASĠYA  [lat.  civilis  –  mülki,  dövlət]  –  cəmiyyətin 
maddi və mənəvi nailiyyətlərinin məcmusu. 
SĠENTĠZM  =  sayəntizm  [alm.  Scientismus;  fr.  Scientisme; 
osm. tr. ilimcilik; ər. حًُهػ lat. scientia və ing. Science – bilik, elm] 
–  elmlə  bağlı  olan  dünyagörüşü  yaxud  da  elmi  düşüncənin 
təktərəfli  dəyərləndirilməsinə  deyilir.  Mədəniyyət  sistemində, 
cəmiyyətin ideya həyatında elmin rolunun mütləqləşdirilməsindən 
ibarət konsepsiya. 
SĠYASƏT [ər. حعؤُع] –siniflər, millətlər və digər sosial qruplar 
arasındakı münasibətlərlə bağlı, əsas məqsədi dövlət hakimiyyəti-
nin  ələ  keçirilməsindən,  əldə  saxlanılmasından  və  istifadə  olun-
masından ibarət fəaliyyət. 
SĠLLOGĠZM  [alm.  Syllogismus;  fr.  Syllogisme;  ing. 
Syllogism;  yun.  Syllogismos;  osm.  tr.  Kıyas;  ər.  طاُل]  ortaq  bir 
terminlə bir-birinə bağlanan iki prinsipdən [iki prinsipdə müştərək 
bir  terminin  ortaya  çıxması  ilə]  çıxarılan  nəticə.  Verilmiş  iki 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
173 
təklifdən bu təkliflərin ehtiva etdiyini daxilində mövcud olan daha 
bir üçüncü prinsipi çıxarma prosesi.  
SĠLLOGĠSTĠKA  –  sillogistik  əqli  nəticə  haqqında  təlim. 
Aristotel  tərəfindən  formulə  edilmiş  tarixən  birinci  məntiqi  de-
duksiya sistemidir. 
SĠMVOL  [alm.=ing.  Symbol;  fr.  Symbole;  yun.  Symbolon; 
osm. tr. remz; ər. ضِس; tr. simge] – hər hansı bir insan təbəqəsinin 
uzlaşma yolu ilə özünə müəyyən bir məna verdiyi işarə. Yaxud da 
bir şeyi  göstərən, bir mənanı  bir düşüncəni  müşahidə edilə bilən 
qılan işarə.  
SĠMVOLĠK  [alm.  Symbolisch;  fr.  Symbolique;  ing. 
Symbolic; osm. tr. remzi; ər. يضِس] – bir simvol ilə dilə gətirilən, 
simvollarla istifadə edən yaxud simvollar qoyan. Simvolika [alm. 
Symbolik;  fr.  Symbolique;  ing.  Symbolic]  –  simvolların  istifadə 
edilməsi, işarələr elmi. Simvolların mənası haqqında təlim elmi.  
SĠMPATĠYA  [alm.  =  fr.  Sympathie;  ing.  Sympathy;  yun. 
Sympateia; osm.  tr.  tecazüp;  tr. Duygudaşlık;  ər.  ةصؤجر]. 1. Birgə 
hiss  etmə,  nəyisə  birgə  yaşama,  kiminsə  hisslərini  paylaşmaq;  2. 
Kiminsə kiməsə özündə birbaşa, vasitəsiz olaraq bir təmayül hiss 
etməsi, ona qarşı yüksək etimad hiss etməsi.  
SĠNĠF [alm. Klasse; fr. Classe; ing. Class; lat. classis] – müəy-
yən müştərək əlamətləri olan tək-tək obyektlərin daxil olduğu.  
SĠNĠFLƏR [ər. فٕع] – tarixən müəyyən ictimai istehsal siste-
mində  tutduqları  mövqeyə  görə,  istehsal  vasitələrinə  olan  [çox 
vaxt  qanunlarda  möhkəmləndirilib  rəsmiləşdirilən]  münasibət-
lərinə  görə,  ictimai  əməyin  təşkilindəki  rollarına  görə,  deməli, 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
174 
ictimai sərvətdən malik olduqları payı almaq üsuluna və bu payın 
miqdarına görə fərqlənən böyük insan qrupları. 
SĠNĠFLƏNDĠRMƏ  [alm.  Klassifikation;  fr.=ing.  Classifi-
cation; əs.t. tasnif] – mövzuları və anlamları nizamlı olaraq təsnif 
etmə və sıraya düzmə. Dilimizdə daha çox təsnifat sözü işlədilir.   
SĠNTEZ  [Alm.  Synthese,  sinthesis;  fr.  Synthese;  ing. 
Synthesis;  yun.  Synthesis;  osm.  tr.  terkip;  ər.  تٍوشر].  Nələrisə  bir 
yerə  cəm  edib  toplama,  birləşdirmə,  bir  araya  gətirmə.  Müəyyən 
prinsiplərdən qaynaqlanaraq onların məntiqi nəticəsi olaraq digər 
prinsiplərə varma metoduna sintetik metod deyilir.  
SĠNTETĠK [yun. Synthesis – birləşmə, uyğunlaşma] – təklif-
lərin [mülahizələrin] həqiqiliyinin müəyyənləşdirilməsinin müxtə-
lif üsullarını ifadə edən anlayışlar. 
SĠNTOĠZM  [yaponca  sinto,  hərfi  mənası  –  allahların  yolu]  - 
ibtidai  icma  quruluşunda  Yaponiyada  meydana  gəlmiş  və  öz 
inkişafında xeyli dəyişikliklərə uğramış din. 
SĠRR [alm. Mysterium, Geheimnis; fr. Mystère; ing. Mystery; 
yun.  Mysterion;  osm.  tr.  sırr;  ər.  ٌّ
 شِٔع]  –  hisslərin  xaricində  olan, 
əqlin təbii seyrinı tabe olmayan, varlığı  və özü bizə qapalı olan, 
gizli-saxlı olan şey. Fövqəltəbii inamın həqiqətləri [əslində olma-
yan həqiqətlər].  
SĠSTEM  [alm.  System;  fr.  Systeme;  ing.  System;  osm.  tr. 
manzume, meslek, tr. Dizge; ər. حيىظُي yun. Systema – synestanai 
- birlikdə yerləşdirmək, bir yerə toplamaq. Cəm etmək. yun. Sys-
tem  – bütöv,  tam hissələrdən təşkil olunmuş, birləşdirilmiş]  –  öz 
aralarında  müəyyən  münasibətdə  və  əlaqədə  olan,  müəyyən 
bütövlük,  vəhdət  əmələ  gətirən  ünsürlərin  məcmusu  yaxud  öz 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
175 
daxilinə qapalı, sistemli formada olan tam. Bir ideyaya  yaxud da 
dünyagörüşünə görə sistemlənmiş fikirlər, məlumatlar, təlimatlara 
da sistem deyilir. Bir-biri ilə əlaqəli, bağlı olan elmi yaxud fəl-səfi 
ideyalara və fikirlərə də sistem deyirlər.  
SĠYASƏT –  ―Siyasət‖  termini  ilk  dəfə  qədim  yunan  mütə-
fəkkiri  Aristotel  istifadə  etmişdir.  O,  bu  termini  dövləti  idarə 
etmək sənəti kimi müəyyən edirdi. Hələ qədim zamanlarda siyasət 
haqqında  belə  bir  fikir  formalaşmışdır  ki,  ―onun  haqqında  hamı 
düşünə  bilər,  lakin  onu  yaratmaq  seçmə  insanlara  məxsusdur‖. 
Müasir elmdə ―siyasət‖ anlayışı hələ də birmənalı qəbul edilmir. 
Siyasi  sistem –  siyasi  təsisatların,  birliklərin  və  onlar  arasında 
qarşılıqlı  əlaqə  formalarının  məcmusu.  Sosial  siyasət insan  üçün 
insani şərait yaratmaq deməkdir. 
SOSĠALĠZM   ideologiyasının  kökləri  çox  qədim  zaman-
lardan  müşahidə  edilib.  Az-çox  sistemli  şəkildə  sosializm  ideya-
ları  böyük utopistlər T.Mor və  Kampanellanın,  sonralar isə Sen-
Simon, Furye və Ouenin  əsərlərində  şərh  edilib.  J.J.Russonun  və 
F.Babyöfün  da  xidmətləri  az  olmayıb.  Əsas  ideya  bərabər, 
ədalətli, xoşbəxt, istismarsız cəmiyyət qurmaqdır. 
Stereotip –  Sosial  psixologiyadan  stereotip  anlayışı  da  qəbul 
edilmişdir  (yunanca  ―stereos‖-möhkəm,  ―tipos‖-iz,şəkil).  Bu 
anlayış  etnoqrafiyada,  etnik  birlik  daxilində  nəsildən-nəslə 
keçirilərək  saxlanılan,  gündəlik  həyat  təcrübəsi  ilə  möhkəm-
ləndirilən  davranış  normalarını  xarakterizə  edərkən  işlədilir. 
Traybalizm – Müasir siyasi mətbuatdan etnoqrafiyaya traybalizm 
termini  də  keçmişdir  (ingiliscə  ―trayb‖-  qəbilə  deməkdir). 
Traybalizm  gənc  Asiya  və  Afrika  dövlətlərində  müasir  dövrdə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
176 
qəbilə  xüsusiyyətlərinin  saxlanılmasına  deyilir  ki,  bu  qalıqlar 
qəbilələr  arasındakı  münasibətlərə  mənfi  təsir  göstərir.  Siyasi 
ədəbiyyatda traybalizm millətçiliyin sinonimi kimi işlədilir. 
SĠVĠLĠZASĠYA  [alm.  Zivilisation;  fr.  Civilisation;  ing. 
Civilization;  lat.  Civis  –  yurddaş,  kəndçi;  osm.  tr.  medeniyet;  ər. 
حفامث; tr. uygarlık] – barbarlıq halından çıxıb ənənələrə bağlı olaraq 
müəyyən bir yurd daxilində yaşamaq. Böyük bir cəmiyyətin bütün 
fəsillərində  müştərək  olan,  dini,  əxlaqi,  etstetik,  texnik  və  elmi 
xarakterdəki sosial hadisələrin bir bütünü.  
SIÇRAYIġ  –  predmetin  və  ya  hadisənin  əsaslı  keyfiyyət 
dəyişməsi,  kəmiyyət  dəyişmələrinin  nəticəsində  köhnə  keyfiy-
yətin  yeni  keyfiyyətə  çevrilməsi  [  Kəmiyyət  dəyişmələrinin  key-
fiyyət dəyişmələrinə keçməsi qanunu].  
SKEPTĠSĠZM  [alm.  Skeptizismus;  fr.  Scepticisme;  ing. 
Scepticism;  yun. Skeptesthai;  yun. Skeptihos – nəzərdən keçirən, 
tədqiq  edən,  tənqid  edən]  –  obyektiv  gerçəkliyin  dərki  imkanını 
şüphə  altına  alan  fəlsəfi  konsepsiya.  Dəqiq  bir  mövqedə 
olmamaq, qərarsız qalmaq, şübhələnmək, şübhə ilə yaxınlaşmaq.  
SOLĠPSĠZM  [lat.  solus  –  tək,  yeganə  və  ipse  –  özüm]  – 
subyektiv  idealist  təlim.  Təlimə  görə  ancaq  insan  və  onun  şüuru 
mövcuddur, obyektiv aləm isə, o cümlədən insanlar yalnız fərdin 
şüurunda mövcuddurlar. 
SONSUZ  [alm.  Unendlich;  fr.  Infini;  ing.  Infinite;  lat. 
Infinitus;  osm.  tr.  namütenahi;  ər.  يذثأ]  –  sonunun  düşünülməsi 
çətin olan. Sərhədləri qoyulmayan, verilmiş olan hər böyüklükdən 
daha böyük olan.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
177 
SORĠT  [yun.  Soros  –  topa,  dəstə]  -  əvvəlki  solligizmin 
nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri 
kimi  çıxış  etdiyi  və  bu  halda  müqəddimələrdən  birinin  aydın 
formada ifadə olunmadığı sillogizimlər zənciri. 
SOSĠALĠZM  [alm.  Sozialismus;  ing.  Socialism;  osm.  tr. 
iştirakiyun  mezhebi;  ər.  ٌىُكآشرشإ  fr.  Socialisme,  lat.  socialis  – 
ictimai]  –  ictimai  iqtisadi  formasiya.  Geniş  mənada  insanların 
birlikdə  yaşayışlarında  sosial  ədalətin  təmin  edilməsi  üçün 
göstərdikləri hər növ fəaliyyət. Nəzəri mənada isə insana yaraşan 
bir  həyat  təmin  etmək  barəsində  insanlaar  və  siniflər  qarşısında 
cəmiyyətə  üstünlük  tanıyan  görüşlər.  İstehsal  vasitələri  üzərində 
ictimai mülkiyyətə əsaslanır. 
SOSĠALLAġMA  –  fərd  tərəfindən  sosial-mədəni  təcrübənin 
toplanılan  və  nəsildən  nəslə  verilən  əmək  vərdişlərinin, 
biliklərinin, normaların, dəyərlərin, ənənələrin mənimsənilməsi və 
daha da inkişaf etdirilməsi, fərdin ictimai münasibətlər sisteminə 
daxil olması və sosial keyfiyyətlərin formalaşması prosesi. 
SOSĠAL  FƏLSƏFƏ  [alm.  Sozialphilosophie;  fr.  Philosophie 
sociale;  ing.  Social  philosophy;  osm.  tr.  cemiyet  felsefesi;  tr. 
Toplum felsefesi; ər. حًُّجنأ حفغهف] -  
Sosial Stereotip – şüurda istər şəxsi həyati təcrübə əsasında və 
istərsə  də  müxtəlif  informasiya  mənbələrinin  köməyilə  əmələ 
gələn təsəvvürlərin sabit məcmusu. 
Sosial Stratifikasiya – cəmiyyətin strukturu haqqında sosioloji 
nəzəriyyə.  Nəzəriyyəyə  görə  cəmiyyət  sosial  təbəqələrə  və  ya 
stratlara [lay, pillə] bölünür. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
178 
Sosial  Struktur  –  biliklər  və  onlar  arasındakı  məhsuldar 
qüvvələrin  və  istehsal  münasibətlərinin  inkişafının  müvafiq 
səviyyəsi, ictimai əmək bölgüsü ilə şərtlənən sabit münasibətlərin 
məcmusu. 
SOSĠOLOGĠYA  [lat.societas  –  cəmiyyət  və  yun.logos  – 
təlim,  söz]  –  istər  qlobal  [bütövlükdə  cəmiyyət]  və  istərsə  də 
xüsusi sosial sistemlərin inkişafı və fəaliyyət qanunauyğunluqları 
haqqında elm. 
SOSĠOBĠOLOGĠYA  –  insan  da  daxil  olmaqla  bütün  canlı 
varlıqların davranışının bioloji əsaslarının elmi tədqiqi ilə məşğul 
olan  istiqamət,  insanın  həyat  fəaliyyətində  bioloji  amillərin  əhə-
miyyətini şişirdən və ya mütləqləşdirən müasir sosial biologizmin 
növlərindən biri. 
SOFĠZM  [yun.  Sophisma  –  fənd,  yalan,  başsındırma]  – 
ümumi  qəbul  olunmuş  təsəvvürlərə  zidd  hər  hansı  cəfəngiyyatı, 
yaxud paradoksal müddəanı əsaslandıran mühakimə və ya nəticə. 
SOFĠSTĠKA  [yun.  Sophistike  –  mübahisəni  fəndgirliklə 
aparmaq bacarığı] – mübahisədə və  ya sübutlarda səhv dəlillərin, 
sofizmlərin,  yəni  xarici,  formal  düzgünlüklə  pərdələnmiş  hər  cür 
fəndlərin şüurlu tətbiqi. 
SOFĠSTLƏR  [yun.  Sophistes  –  mahir,  aqil,  müdrik  adam]  – 
―müdriklik‖  və  ―natiqlik‖  sahəsində  peşəkar  müəllimlər  rolunda 
çıxış  etmiş  qədim  yunan  filosoflarını  belə  adlandırmışlar  [e.ə.  5 
əsr]. 
SOLLĠPSĠZM  [alm.  Sollipsismus;  fr.  Sollipsisme;  ing. 
Solipsisç;  lat.  Solipsism;  lat.  Solus  –  yalnız,  tək.  Ipse  -  ben]  – 
―Yalnız  mən  varam,  məndən  başqa  hər  şey  ancaq  mənim 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
179 
ideyamdır‖  deyən  obyektiv  məni  şüurlu  mahiyyəti  ilə  birlikdə 
ancaq bir reallığı, yeganə varlıq olaraq qəbul edən fəlsəfi görüş.  
SPEKULYATĠV  Fəlsəfə  [lat.  speculativus,  lat.  speculor  – 
seyr  edirəm,  mübahisə  edirəm]  –  biliyin  qurulmasının,  təşkilinin 
spekulyativ  tipinə,  yəni  praktikaya  müraciət  etmədən  refleksiya-
nın köməyi ilə yaradılmış fəlsəfi sistemlər.  
SPĠRĠTUALĠZM [alm. Spiritualismus; fr. Spiritualisme; ing. 
Spiritualism;  lat.  Spiritus  –  ruh;  ər.  خ
ٍّدٚس;  lat.  spiritus  –  ruh]  – 
bütün  reallığın  və  həqiqətlərin  əsasının  ruhun  təşkil  etdiyini,  hər 
bir  gerçək  olanın  ruhi  olduğunu  və  maddi  olanın  ancaq  ruhi 
reallığın  təzahürü  olduğunu  yaxud  da  saf  bir  ideyadan  ibarət 
olduğunu  irəli  sürən  metafizik  təlim.  Dünyanın  mənəvi  ilk  əsası 
haqqında  idealist  təlim.  Spiritualistlərin  bəzilərinin  nəzərində 
maddi  aləm  allahın  və  onun  qabiliyyətlərinin  təzahür  üsuludur, 
digərlərinə görə insan şüurunun illuziyasıdır.  
SPONTANLIQ  [lat.  spontaneus  –  öz-özünə  baş  verən]  –  öz-
özünə  baş  verməklik;  xarici  təsirlərlə  deyil,  daxili  səbəblər 
nəticəsində  meydana  gələn  proseslərin  xarakteristikasıdır; 
həmçinin  özfəaliyyətdir,  daxili  meyllərin  təsiri  altında  fəal  təsir 
göstərmək qabiliyyəti, bacarığı. 
STOASĠZM  [alm.  Stoizismus;  fr.  Stoicisme;  ing.  Stoicism; 
osm. tr. revakiye] - əqlin hökmranlığını, təbiətə uyğun yaşamağı, 
ruhun  sarsılmazlığını  hissiyyatsızlığı  və  dünya  yurddaşlığı 
ideyasını qayə olaraq qoyan Kipirli Zenonun fəlsəfi məktəbi.  
STOĠKLƏR  –  e.ə.  IV  əsrin  sonunda  Ellin  mədəniyyəti 
zəmnində  kosmopolit  və  fərdiyyətçilik  ideyalarının  və  riyazi 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
180 
biliklər  əsasında  texnikanın  inkişafı  ilə  əlaqədər  meydana  gəlmiş 
fəlsəfi təlimin nümayəndələri. 
STRUKTUR [os. Tr. Bünye; lat. struktura – quruluş; ər. حُُت] – 
sistemin  təşkilinin  ünsürləri  arasındakı  sabit  qarşılıqlı  əlaqələrin, 
bu  əlaqələrin  qanunlarının  vəhdəti  kimi  çıxış  edən  quruluşu  və 
daxili forması. 
STRUKTURALĠZM  [alm.  Sturkturalismus;  fr.  Structura-
lisme; ing. Structuralism; lat. Structura – struktur, bünövrə] – Son 
illərdə  xüsusilə  də  Fransada  inkişaf  edən,  əsas  bir  həqiqət  olaraq 
sturktura  əsaslanan  struktur  üzərində  qurulan  elm  qaydası.  Ob-
yektlərin  strukturun  aşkara  çıxarılmasını  elmi  tədqiqatın  vəzifəsi 
kimi irəli sürən konkret elmi-metodoloji istiqamət. 
SXOLASTĠKA  [alm.  Scholastik;  fr.  Scolastique;  ing. 
Scholastic]  –  iman  ilə  elmi,  kilsə  təlimi  ilə  Aristotel  fəlsəfəsini 
bir-birinə  uyğun  formada  birləşdirməyə  çalışan  orta  əsrlər 
fəlsəfəsi. Sxolastika tərəfdarları bir tezisdən çıxış edirlər ki, inam 
ağıldan üstündür. [yun. Scholasticos – məktəb, məktəbə aid] orta 
əsr  ―məktəb  fəlsəfəsi‖.  Sxolastlar  xristianlıq  dini  etiqadını  rasio-
nallıqla əsaslandırmağa və sistemləşdirməyə çalışmışlar. 
SUBYEKT  [alm.  Subjekt;  fr.  Sujet;  ing.  Sunject;  lat. 
Subjectum; yun. Hypokeimenon; osm. tr. fail, mevzu; ər. شهىﺟ] – 
Subyekt  termini  Aristotelə  görə  sonra  da  Orta  əsrlərdə  cövhər 
mənasında işlədilirdi. Bugünkü mənasında isə XVII  əsrdən sonra 
işlədilir.  Fəlsəfi  kateqoriya.  Subyekt  anlayışı  ilk  əvvəl  [məs., 
Aristoteldə]  xassələrin,  vəziyyətlərin,  hərəkətlərin  daşıyıcısını 
bildirmişdir və bu mənada substansiya anlayışı ilə eyniyyət təşkil 
etmişdir. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
181 
SUBYEKTĠV – [alm. Subjektiv; fr. Subjektif; ing. Subjective; 
lat. Subjectivus; osm. tr. enfusi] – subyektlə bağlı olan, subyektdə 
əsaslandırıla bilən, subyektlə müəyyənləşmiş olan, subyektə bağlı 
olan. Antonimi obyektivdir.  
SUBLĠMASĠYA  [lat.  sublimo  –  yüksəldirəm,  ucaldıram]  – 
enerjinin  sosial  cəhətdən  əlverişli  olmayan  [aşağı]  məqsədlərdən 
və obyektlərdən [yüksək, ülvi] məqsəd və obyektlərə keçirilməsi. 
SUBSTANSĠYA  [alm.  Substanz;  fr.=ing.  Substance;  lat. 
Substancia; yun. Hypostasis, hypokeimenon – aşağıda olan; osm. 
tr.  cevher;  tr.  Töz;  ər.   ٌشهىﺟ;  lat.  substantia  –  mahiyyət]  –  bax: 
cövhər; özünün bütün formalarının, insan və onun şüuru da daxil 
olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində götürülmüş 
obyektiv  reallıq  və  buna  görə  də  elmi  idrakın,  konkretin  nəzəri 
inikasının əsaslı kateqoriyası [Mücərrəd və konkret]. 
SUBSTANSĠALĠZM [alm. Tözçülük; fr. Substantialisme; ing. 
Substantializm;  osm.  tr.  cevheriye;  ər. 

حَشهى ]  –  bir  ya  da  çox 
substansiyanın  varlığını  qəbul  edən  təlimlər.  Ruhun  bir  substan-
siyası olduğunu qəbul edən təlim.  
SUBSTRAT  [lat.  sub  –  altında  və  stratum  –  tikinti,  tikili, 
qurğu] – müxtəlif predmetlərin və ayrıca, təkcə predmetin, şeyin 
müxtəlif  xassələrinin  və  onların  məcmusunun  vəhdətinin, 
eyniyyətinin əsası [bax həmçinin Substansiya]. 
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin