Adnsu nəzdində Sənaye və Texnologiya Kolleci



Yüklə 372,39 Kb.
tarix11.12.2022
ölçüsü372,39 Kb.
#73911
Yeni Microsoft Word Belgesi



ADNSU
nəzdində Sənaye və Texnologiya Kolleci

Tarix :. . .2022

Kəsiklər
Çertyojda görünüş və kəsimlərlə yanaşı çox zaman kəsik adlanan təsvirlərdən də istifadə olunur. Kəsiklər, əsasən bütün cismin və ya onun müəyyən hissəsinin en kəsiyinin formasını təyin etmək üçün işlədilir. Cismin müstəvi ilə fikrən kəsilməsi nəticəsində kəsən müstəvi üzərində alınan fiqurun təsvirinə kəsik deyilir (şək. 2.17). Şəkil 2.18- də kəsim ilə kəsik arasında olan fərq aydın göstərilmişdir.

Uyğun təsvirlərdən kənarda yerləşdirilən kəsiyə kənaraçıxarılan kəsik deyilir. Kənaraçıxarılan kəsiyin konturu bütöv əsas xətlə göstərilir. Kənaraçıxarılan kəsik çertyojun istənilən boş yerində göstərilə bilər. Bir qayda olaraq kəsik aid olduğu görünüşün miqyasında çəkilir. Əgər kəsiyin miqyası dəyişdirilibsə, onda kəsik üzərində miqyas verilməlidir. 37 Əgər kəsik əşyanın təsviri üzərində göstərilərsə, belə kəsiyə üstəsalınan kəsik deyilir. Üstəsalınan kəsik nazik bütöv xətlə çəkilir. Bu xətt təsvir olunan əşyanın konturunu kəsməməlidir. Üstəsalınan kəsiklər müxtəlif profilli prokatların və relslərin çertyojlarında geniş tətbiq olunur. Şəkil 2.19 və 2.20- də kənaraçıxarılan və üstəsalınan kəsiklər verilmişdir.



Kənaraçıxarılan və üstəsalınan kəsiklərdə kəsən müstəvini göstərən xətt kəsiyin simmetriya oxu üzərinə düşərsə, kəsən müstəvi hərf və oxla işarə edilmədən ştrix nöqtəli xətlə göstərilir (şək. 2.19).
Əgər üstəsalınan kəsik qeyri-simmetrik fiqurdan ibarət olarsa, kəsən müstəvinin vəziyyəti və müşahidəçinin baxış istiqaməti göstərilir, lakin hərfi işarə göstərilmir (şək. 2.20,b). Qeyri-simmetrik fiqurda kənaraçıxarılan kəsik vermək lazım gəldikdə, kəsən müstəvinin vəziyyəti göstərilməklə, müşahidəçinin baxış istiqaməti hərfi işarə ilə qeyd olunur (şək. 2.20, c).
Kəsim və kəsiklərdə materialların işarə olunması
Çertyojlara əyanilik vermək və detalların materiallarını müəyyən etmək məqsədi ilə kəsim və kəsiklər ştrixlənir. Ştrixləmə əsas yazı ilə 450 bucaq əmələ gətirən bir-birinə paralel nazik düz xətlərlə aparılır. Çertyojda təsvir edilən detalın bütün kəsimləri üçün ştrixləmə xətlərini mütləq eyni istiqamətdə olmaqla, sağa və ya sola doğru maili çəkmək lazımdır. Detalın eyni miqyasda çəkilən bütün kəsim və kəsiklərində ştrixləmə xətləri arasındakı məsafə eyni olmalıdır. Ştrixlənən sahənin ölçülərindən asılı olaraq bu məsafə 2 mm-dən 10 mm-ə qədər götürülə bilər. Kiçik təsvirlər üçün ştrixləmə xətləri arasındakı məsafəni 1,5 mm-ə qədər azaltmaq olar. Dövlət standartına əsasən bəzi materialların çertyojda ştrixlənmə qaydaları şəkil 2.21- də göstərilmişdir.

Əgər ştrixləmə xətlərinin istiqaməti kəsim və kəsiklərin kontur və ya simmetriya xətlərinə paralel alınarsa, onda onları 450 bucaq əvəzinə, əsas yazıya görə 300 və ya 600 bucaq altında çəkmək olar (şək 2.22, a, b).

İki qonşu detalın kəsim və kəsiklərini ştrixləyən zaman ştrixləmə xətlərinin istiqamətini dəyişmək, yəni birini sağa, digərini isə sola doğru çəkmək lazımdır. Üç qonşu detalın kəsim və kəsiklərini ştrixlədikdə isə onlardan birində ştrixləmə xətləri arasında məsafə dəyişdirilməlidir. Kəsimin eni 2 mm və ya daha az olarsa, detalın materialından asılı olmayaraq onları qaralanmış halda göstərmək olar. Belə kəsimləri bir-birindən ayırmaq üçün onlar arasında boşluq saxlanılır (şək. 2.22, c).
Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin