Афаг Ялийева


NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ QƏDİMOVDAN



Yüklə 2,33 Mb.
səhifə114/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   110   111   112   113   114   115   116   117   ...   295
66.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ QƏDİMOVDAN

II
Fars dilində. Yazılış tarixi 30 aprel, 1921-ci il, Culfa. Teleqram göy karandaşla yazılmışdır. Üzərində qara rəngdə möhür vardır. Teleqrama bənövşəyi mürəkkəblə yazılmış qəbz yapışdırılmışdır. Qədimov Azərbaycan İnqilab Komitəsi adından aldığı teleqramı Təbrizə C.Məmmədqulu­za­dəyə göndərmişdir.



Məzmunu: Xalq Hərbiyyə Komissarı Qarayevdən Mirzə Cəlilin Təbrizdən təcili Bakıya Xalq Maarif Komissarlığında məsul vəzifə danışmağa gəlməsi barəsində teleqram aldığını və bütün yol xərclərini Azərbaycan İnqilab Komitəsinin öz öhdəsinə götürməsini xəbər verir.
Başlanır: Modiri-ruznameyi-Nəsrəddin…

Bitir: … 30 aprel 1921 əz-tərəfi Qədimov.

Ölçüsü: 17,5x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 443.
67.NAXÇIVAN İRAN KONSULLUĞUNDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 fevral, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Konsulluq tərəfindən 1928-ci ilin fevral ayının 21-dən 1929-cu ilin fevral ayının 1-ə kimi abunə pullarının ödənilməsinə baxmayaraq jurnal almadıqlarını bildirir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsinin…

Bitir: … Naxçıvan İran Konsulluğu.

Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 314.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin