Афаг Ялийева


«ÖLÜLƏR» HAQQINDA MÜXTƏLİF



Yüklə 2,33 Mb.
səhifə243/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   239   240   241   242   243   244   245   246   ...   295
8. «ÖLÜLƏR» HAQQINDA MÜXTƏLİF

MƏQALƏLƏR

I
««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə» adlı mə­qalə Kazımoğlu53 imzası ilə yazılmışdır. Azərbaycan dilin­də kiril əlifbası ilə. Saya vərəqlərin bir üzünə qara rəngdə ma­kina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqda ya­zılan məqalələrə (N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, H.Ca­vidin müsbət fikirlərinə) öz yaxşı münasibətini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.
II
««Ölülər» və onun tənqidçiləri haqqında bir mütaliə. (dü­nən­ki sayından mabəd)» adlı məqalə Kazımoğlu imzası ilə ya­zılmışdır. Azərbaycan dilində kiril əlifbası ilə. Saya vərəq­lərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Əv­vəlki məqalənin davamıdır. «Ölülər»in ilk tamaşası haq­da yazılan məqalələrə öz fikrini bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 356*.
III
««Ölülər» haqqında» adlı məqalənin müəllifi Hacı İbrahim Qasımovdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Bəsi­rət» qəzeti, № 94. Saya vərəqlərin bir üzünə qara rəngdə ma­kina çapı ilə yazılmışdır. Mirzə Cəlilin «Ölülər»i ölü fikirləri dirildəcək qədər mahiranə bir üsulda yazdığını bildirir.
Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
IV
«Ölülər» adlı məqalə «Seyrçi» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Yeni iqbal» qəzeti, 2 may, 1916-cı il, № 297. Saya vərəqlərin bir üzünə qara rəng­də makina çapı ilə yazılmışdır. Müəllif Kefli İsgəndərin müs­bət surət kimi verilməsinə etirazını və eləcə də aktyorla­rın oyunundan narazı qaldığını bildirir.

Ölçüsü: 20x29 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 356*.
V
«Ölülər» haqqında təsirat» adlı məqlə «Bir nəfər» imzası ilə dərc olunmuşdur. Azərbaycan dilində kiril əlifbası ilə. «Açıq söz» qəzeti, 2 may, 1916-cı il, № 174. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. «Ölülər»in ilk tamaşası haqqında deyilmiş fikirlərə (S.Qənizadə, H.Ca­vid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyov) yekun vu­raraq yazır: «Allah insanı fikirləşmədən danışan, ideyanın nə olduğunu bilməyərəkdən ideyabazlıq edən münəqqidlərdən hifz etsin».
Ölçüsü: 20x29 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 356*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin