7.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN
III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 iyul, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub ticarət qəsimi müdiri Həsənzadə və əmtəə şöbəsinin müdiri Yüzbaşovun imzaları ilə təsdiqlənir. Sonda C.Məmmədquluzadənin xəttilə kitabların verilməsinə dair razılıq qeydi var.
Məzmunu: Azərnəşrin əməkdaşı Əli Mahmudov vasitəsilə 100 ədəd «Ölülər» kitabının göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..
Bitir: … Əmtəə şöbəsinin müdiri: Yüzbaşov.
Ölçüsü: 19x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 308.
Dostları ilə paylaş: |