Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə102/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   98   99   100   101   102   103   104   105   ...   295
35.XƏLİL XƏLİLOVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 okt­yabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Jurnalların Səlyan Maarif şöbəsi əvəzinə göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi…

Bitir: … müəllim Xəlil Xəlilov.

Ölçüsü: 14,5x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 226.
36.XƏZRİ DAİRƏ KONTROL KOMİSSİYONU

FƏHLƏ-KƏNDLİ MÜFƏTTİŞLİYİNDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 31 mart, 1931-ci il, Xəzri. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının 1930-cu il 28-ci nömrəsinin 8-ci səhifəsində Xuray kənd Şurası haqda yazılmış «Həmi öylə, həmi böylə» adlı məqalənin yersiz olduğu bildirilir.
Başlanır: Bakı, «Molla Nəsrəddin» jurnalı…

Bitir: … olduğu üçün məlum edilir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 324.
Məktuba ayrıca vərəqdə yazılmış L.Cabbarovun sədrliyi və C.Seyidovun katibliyi ilə 1931-ci il 28 mart tarixli iclasının 5 №-li protokolundan çıxarış əlavə olunmuşdur. Saya vərəqin bir üzünə qara makina çapı ilə yazılmışdır. Sənədin sonunda bənövşəyi rəngdə «Xəzri Dairə Kontrol Komissiyonu»nun ştampı vardır.

Məzmunu: Çıxarışda Kənd Şura sədri Abdul Hacıyofun toyda 5000 rubl toplaması və yaşı tamam olmayan qızların ərə verməsi barəsində «Molla Nəsrəddin» jurnalında olan material üzrə araşdırma aparıldığı və işə xitam verildiyi bildirilir.
Ölçüsü: 21x16,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 324.
37.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 6 okt­yabr, 1929-cu il, Ordubad. Saya vərəqin bir üzünə bənövşə­yi mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin» məcmuəsi ilə bağlıdır.

Başlanır: «Molla Nəsrəddin» məcmuəsi…

Bitir: … Ordubad kooperativ Kantorasından.

Ölçüsü: 22,5x36 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191*.
38.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 12 okt­yabr, 1929-cu il, Ordubad. Saya vərəqin hər iki üzünə qara ka­randaş və bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Abunəçilərin siyahısını göndərir.
Başlanır: Ordubaddan «Molla Nəsrəddin» jurnalına…

Bitir: … müvəkkiliniz: İbn-Yəmin Əliverdiyev.

Ölçüsü: 22,5x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191*.
39.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 mart, 1930-cu il, Ordubad. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Adları göstərilən abunəçilərə məcmuə göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … müvəkkiliniz: İbn-Yəmin Əliverdiyev.

Ölçüsü: 10,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191.
40.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

IV
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 29 may, 1930-cu il, Ordubad. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Abunə üçün 30 manat pul göndərdiyini yazır.

Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … kooperativində İbni-Yəmin Əlverdiyev.

Ölçüsü: 10,5x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191.
41.İBRAHİM HACIZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 31 mart, 1929-cu il, Nəriman dairəsi. Cizgili vərəqin bir üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Abunəçilərin siyahısını göndərir və 14 manat abu­nə haqqını aprelin 15-nə kimi çatdırılacağını yazır.
Başlanır: Möhtərəm Molla Nəsrəddin…

Bitir: … İbrahim Hacızadə. Nəriman dairəsi.

Ölçüsü: 22,5x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 227*.
42.«İMDAD» AĞDAM İSTEHLAK

CƏMİYYƏTİNDƏN


Rus dilində. Yazılış tarixi 13 fevral, 1931-ci il, Ağdam. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı və göy karandaşla yazılmışdır. Məktuba ayrıca vərəqdə «İmdad» kooperativinin müdiri İ.Əliyev, kütləvi mədəni iş təlimatçısı N.Əhmədov və kooperativin kargüzarı İldırım Əkpərovun imzaları ilə təsdiqlənən «Molla Nəsrəddin» jurnalı abunəçilə­rinin siyahısından ibarət akt da əlavə olunmuşdur.

Məzmunu: Bu ilin fevral ayının 1-dən abunə olduqları jurnalları ala bilmədiklərini və çatmayan nömrələrin göndərilməsini xahiş edir.
Başlanır: V red. jurn. «Molla Nasreddin»…

Bitir: … vpredğ na akkuratnuö dostavku.

Ölçüsü: 21x10,5-21,5x33 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 319.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin