68.NAMƏLUM ŞƏXSDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Fars dilində yazılmış «Elannamə» vərəqəsinin arxa üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Xivəyə təşrif buyuran həkim barəsindədir.
Başlanır: Molla dayı! O bir xəttimdə…
Ölçüsü: 23,5x45 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 187*.
69.NAMƏLUM ŞƏXSDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Qasımkənd. Yazılış tarixi qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının 24-cü nömrəsində dərc olunan məqalə ilə bağlı hədə-qorxudur.
Başlanır: «Molla Nəsrəddin». Sənin…
Bitir: … ləzgi Qasım kəndi.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 238.
70.NAMƏLUM ŞƏXSDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin arxasında C.Məmmədquluzadənin xətti ilə bənövşəyi mürəkkəblə rus dilində «nujno napisatğ otvet o poluç. deneq» qeyd olunmuşdur.
Məzmunu: Göndərdiyi pulun çatıb-çatmaması barəsində məlumat istəyir.
Başlanır: Möhtərəm Molla əmi!..