L.OSKİNADAN Rus dilində. Yazılış tarixi 29 fevral, 1956-cı il, Moskva. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı və göy mürəkkəblə yazılmışdır.
Məzmunu: Oktyabr inqilabının 40 illiyi münasibəti ilə hazırlanan Sovet yazıçılarının biblioqrafik lüğəti üçün göndərilən sorğunun təcili doldurulub tərcümeyi-halı ilə birgə göstərilən ünvana göndərilməsi xahiş olunur.
Başlanır: Uvajaemaə Qamida Axmed-kızı!..
Bitir: … Zav.kabinetom pisatelə L.Osğkina.
Ölçüsü: 22x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 424*.
UŞAQLARINA YAZILMIŞ MƏKTUBLAR 1.ƏNVƏRDƏN Rus dilində. Yazılış tarixi 2 sentyabr, 1936-cı il, Bakı. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub Müzəffər Davatdarova ünvanlanmışdır.
Məzmunu: Çoxdan onlardan xəbəri olmadığını bildirir və imkanları varsa Bakıya qonaq gəlmələrini xahiş edir.
Başlanır: Doroqoy Muzə! Vı navernoe uje…