II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara karandaşla yazılmışdır. 10-cu səhifənin yarısından başlayaraq 12-ci səhifənin yarısına qədər isə göy karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Mətn boyu bəzi sözlərin üzərində bu (X) şəkildə işarə qoyulmuşdur. Əsər üzərində qara karandaş və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Sonu yoxdur.
1.ATLAR DAYANDI Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə sarı saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz qabığında «Atlar dayandı», «(hekayə)» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Şəhər dağın təpəsində…