Афаг Ялийева


«MOLLA NƏSRƏDDİN» JURNALI



Yüklə 2,33 Mb.
səhifə203/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   199   200   201   202   203   204   205   206   ...   295
«MOLLA NƏSRƏDDİN» JURNALI

REDAKSİYASINA YAZILMIŞ MƏQALƏLƏR


I
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. 2 nüsxədən ibarət surətdir. «K» imzası ilə ya­zılmış məqalənin başlığında «Kopiə so statği napeçatan­noy v № 237 qazetı «Bakinskiy raboçiy» ot 1930 q., pod zaqlaviem «na samolet» Molla Nasr-Gddin» qeyd olun­muşdur. Məqalədə «Molla Nəsrəddin» jurnalının cə­halə­tə, savadsızlığa qarşı mübarizədə əvəzsiz rolundan danışılır.
Ölçüsü: 21x24,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 465.
II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara karandaşla iki müəllimin şəkili çəkilmiş rəsmə verilən mətn isə göy mürəkkəblə yazılmışdır. 2 fəsildən ibarətdir. M.İsgəndərzadənin «M.İ.» imzası ilə yazılmış məqaləsində ictimaiyyət və ədəbiyyat müəllimi H.Seyfullayevlə hərbi müəllim H.İsmayılovun məktəbin həyətində tələbələr qarşısında əlbəyaxa olmasından danışılır.
Ölçüsü: 14,5x19,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 466.
III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Qəza şöbə mü­diri «M.H.Münşizadə» imzası ilə yazılmış məqalənin baş­lığında «Camaat həvəsdən düşür» qeyd olunmuşdur. Üzə­rində Az.OZFAN-ın Azərbaycan Ədəbiyyatı Kabinetinin ştampı və M.Münşizadənin imzası vardır. Məqalədə 1905-ci ildən çıxan «Molla Nəsrəddin»51 jurnalını oxuyan hər kəs öz pis əməlini həmin aynada görüb ibrət almasından da­nışılır. Eyni zamanda mövhumatla mübarizə edən ayrıca rəsm­li bir jurnalın dərc olunmasını təklif edir.
Ölçüsü: 24x49 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 467.
IV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 aprel, 1929-cu il. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Ə.Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəm­kü­sa­rın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Pro­letar Yazıçıları Cəmiyyəti və Azərnəşr tərəfindən onun əsər­lərinin bir yerə toplanılıb nəşr edilməməsindən danışılır. Hə­min məqalə sonradan «R.N.» imzası ilə «Dan ulduzu» qə­zetinin 4-cü sayında nəşr olunmuşdur.

Ölçüsü: 7,5x45 və 11,5x35,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 468*.
V
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi qeyd edilməmişdir. «Dan ulduzu» qəzetinin 4-cü sayının yalnız 15-16-cı səhifələridir. Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəmküsarın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Proletar Yazıçıları Cə­mi­yyəti və Azərnəşr tərəfindən onun əsərlərinin bir yerə top­lanılıb nəşr edilməməsindən danışılır. Həmin məqalənin əl­yazması yuxarıda göstərilmişdir.

Ölçüsü: 24x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 468*.
VI
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 15 aprel, 1931-ci il, Xıllı. Cizgili vərəqin hər iki üzünə yaşıl mü­rək­kəblə yazılmışdır. «5 müxbir» imzası ilə yazılmış məqalənin başlığında «Nervinli müdir» qeyd olunmuşdur. Sonda Xıllı kəndli müxbirlərinin adları açıqlanır: Əbdülhüseyn Zamanov, Musa Əsədov, Qaraş Mustafayev, Əhmədağa İbra­himov və Hüseynəli Qədimov. Məqalədə Xıllı Kolxoz Ca­vanlar məktəbinin müdiri Cahangir İsmayılovun tələbələri dö­yüb-söyməsindən danışılır.
Ölçüsü: 22x31 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 469.
VII
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 30 mart, 1931-ci il, Kəmərli dairəsi. Cizgili vərəqin hər iki üzü­nə qara mürəkkəblə yazılmışdır. 3 nəfərin imzası ilə yazıl­mış məqalənin başlığında «Molla əmiyə» qeyd olunmuşdur. Son­­da həmin 3 nəfərin adları açıqlanır: Söllu dəmir kolxozu­nun üzvləri Abbas Mehdiyev, K.Məmidov və Basarkeçər Zod kolxozunun üzvü Əli Usubov. Məqalədə 40 nəfərdən 20 manatdan yığılıb göndərilməsinə baxmayaraq, hələ də və­siqələrini ala bilməmələrindən danışılır.
Ölçüsü: 16x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 470*.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin