9.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin)
tərcümeyi-halı»
I
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. İki şagird dəftərindən ibarətdir. Başlıqda «Bioqrafiə Mirza-Djalila Mamedkulizade (Molla Nasreddin)» qeyd olunmuşdur. C.Məmmədquluzadənin təqribən 1865-66-cı ildə anadan olması, ailəsi, təhsili, müasirləri, «Qeyrət» mətbəəsinin açılması, «Molla Nəsrəddin» jurnalının nəşri və s. barəsindədir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 2 dəftər; fond 6, s.v. 377*.
Dostları ilə paylaş: |